Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-688/2020 17.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “15.04.1991-ci il tarixdən 11.02.2015-ci il tarixədək ödənilməmiş müharibə veteranları üçün nəzərdə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1990-cı illərdə erməni silahlı birləşmələrinin ölkəmizə silahlı hücumları zamanı könüllü olaraq Göyçay rayon hərbi komissarlığına gedərək, vətənimizin ərazi bütövlüyünü düşməndən qorumaq üçün ordu sıralarına yazılmış və ölkəmizin Ermənistanla həmsərhəd rayonlarına ezam edilmişdir. Xidmət etdiyi Müdafiə Nazirliyinin tabeçiliyində olan özünümüdafiə və hərbi hissələrin tabeçiliyində xidmətə başlamışdır. Hərbi hissə tərəfindən bütün növ təminatlarla təmin olunmuşdur. Xidməti dövrü bir neçə il olsa da, xidmətdən sonra bəzi səbəblərdən Qarabağ müharibəsi veteranı vəsiqəsini və adını 11 fevral 2015-ci il tarixində Müdafiə Nazirliyinin veteran adlarının verilməsi komissiyasına müraciət edəndən sonra komissiyanın müvafiq qərarı ilə ona Qarabağ müharibəsi veteranı adı və vəsiqəsi verilərək aylıq nəzərdə tutulmuş müavinət ayrılmışdır. Lakin xidmət etdiyi 15 aprel 1991-ci il tarixindən 11 fevral 2015-ci il tarixinə kimi heç bir müavinət ödənilməmişdir. 29.12.2019-cu il tarixində ödənilməmiş müavinətin ödənilməsi barədə Dövlət Sosial Müdafiə Nazirliyinin Göyçay rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan 17.01.2020-ci il tarixdə vermiş cavabda əvvəlki illər üçün müavinətin ödənilməsini təmin etməmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Cavabdeh tərəfin iddiaya münasibəti: Göyçay rayonu Qarayazı kəndində pasport qeydiyyatında olan İddiaçı 04.05.2010cu il tarixli rəsmi müraciətinə və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq ona Cavabdeh 07.05.2010-cu il tarixli 105 saylı qərarı ilə 04.05.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur və halhazırda hər ay üçün 304.68 manat məbləğində pensiya ödənilir. “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. İddiaçı müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 11.02.2015-ci il tarixində verilməsinə baxmayaraq yaşa görə əmək pensiyası aldığı üçün həmin müavinət növünü almağa hüququ olmamışdır. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli X1 surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi 11.02.2015-ci il tarixli M/V seriyalı 056458 nömrəli vəsiqəsinin təsdiqlənmiş surəti, Cavabdeh 17.01.2020-ci il tarixli **********2 nömrəli imtina məktubu və 06.03.2020-ci il tarixli **********6 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İşə əlavə edilmiş cavabdehin 06.03.2020-ci il tarixli **********6 nömrəli məktubunda qeyd edilir ki, iddiaçıya DSMF-nin Göyçay rayon şöbəsinin 07.05.2010-cu il tarixli 105 saylı qərarı ilə 04.05.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırda 304.68 manat məbləğində pensiya ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanununqüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixində qüvvəyə minmişdir. Veteranların müavinət almaq hüququ “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. İddiaçının tələbində qeyd etdiyi dövrdə (15.04.1991- 01.01.2006-ci il) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu olmamışdır. Həmçinin ona 04.05.2010-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunduğu və vəsiqəni də 11.02.2015-ci il tarixində aldığı üçün ona vəsiqəni aldığı dövrdən əvvəlki 3 ilin müavinəti də verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İş üzrə prosessual xərclər olmamışdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “15.04.1991-ci il tarixdən 11.02.2015-ci il tarixədək ödənilməmiş müharibə veteranları üçün nəzərdə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-688/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-688/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver