Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-688/2022 20.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Malbinəsi kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Malbinəsi kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-688/2022 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, üçüncü şəxs iddiaçının keçmiş kürəkənidir. İddiaçının kürəkəni və qızı arasında nikah Yevlax rayon Məhkəməsinin 2(039)-407/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. X2 iddiaçı ilə birgə yaşamamış və həmin evdə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, üçüncü şəxs xx.xx.2011-ci il tarixdən Yevlax rayonu Malbinəsi kəndində pasport qeydiyyatındadır. Adı çəkilən şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxiv saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. İşdə olan, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan, üçüncü şəxsə aid fərdi uçot kartoçkasının surətindən görünür ki, o, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatdadır. İşdə olan, Yevlax RİHB-nın Malbinəsi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 244 №-li arayışından görünür ki, üçüncü şəxs qaynatası olmuş, İddiaçı təsərrüfatında qeydiyyata alınmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı, üçüncü şəxs X4 rayonu Malbinəsi kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evinə qeydiyyatının ləğv edilməsini tələb etsə də, müəyyən olunur ki, üçüncü şəxsin məhz iddiaçının istifadəsində olan yaşayış sahəsinə yox, Yevlax rayonu Malbinəsi kəndinə qeydiyyata alınmışdır. Üçüncü şəxsin, iddiaçının ev təsərrüfatında uçotda olması onun həmin yaşayış sahəsində qeydiyyatda olması demək deyil. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 27 sentyabr 2017-ci il tarixli 22/05 №-li “şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” Qərarı ilə “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” - 1 №-li forma təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş”in ( İ. EV təsərrüfatlarının uçotu kitabının aparılmasının ümumi qaydaları) 6-cı bəndinə əsasən ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. İdarə və müəssisələrə məxsus evlərdə, yardımçı təsərrüfatlarda, yataqxanalarda, internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrdə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində, xəstəxanalarda və digər yerlərdə yaşayan təsərrüfatların uçotuna da xüsusi diqqət yetirilməli, müvafiq yoxlama aparılmalıdır. Növbəti 4 ildə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar yanvar ayının 1-i vəziyyətinə təkrar yoxlanılır və həmin ayın 30-dək qeydlərin dürüstləşdirilməsi başa çatdırılır.
3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Hazırkı iş üzrə iddiaçı kürəkəninin faktiki olaraq onun ev təsərrüfatında yaşamadığını bildirir. Belə olan halda iddiaçı, hüquqi marağına uyğun olaraq Yevlax RİHBnın Malbinəsi kənd İƏD üzrə nümayəndəliyindən, faktiki olaraq həmin ev təsərrüfatda daimi yaşamayan İlkin Əliyevin təsərrüfatdan çıxıb getməsi ilə bağlı qeydlərin aparılmasını tələb etməli, müraciəti təmin edilmədikdə və ya cavabsız saxlanıldıqda isə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçıya izah edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Malbinəsi kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.