Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-69/2021 17.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13rşı (üçüncü şəxs: X9) “JN-290 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X3 və X4 adını çıxararaq 5.52 ha torpaq sahəsində İddiaçı3, İddiaçı1 və X12 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı3, İddiaçı1 və X16 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13rşı (üçüncü şəxs: X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-290 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X3 və X4 adını çıxararaq 5.52 ha torpaq sahəsində İddiaçı3, İddiaçı1 və X12 adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayonu, Qozlubulaq kənd sakini X15 və ailə üzvlərinə torpaq islahatı aparılarkən 9.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bunun əsasında JN-108 saylı Dövlət aktı tərtib edilmişdir. Sonradan Ş.Aşurov və Saniyə Aşurova 9.18 ha torpaq sahəsindən özlərinə məxsus 3.66 ha hissəni Qəbələ rayonu, Mamaylı kəndində yaşayan X5 alqı-satqı müqaviləsi ilə satmışlar. Ləğv edilmiş DTXK tərəfindən qalan 5.52 ha torpaq sahəsinə tərtib edilmiş JN-290 saylı Dövlət Aktına texniki səhv olaraq yenidən Ş.Aşurov və İddiaçı1 adları daxil edilmişdir. Cavabdeh orqana müraciət edilərək, onların adlarının çıxarılmasını və üç nəfərin adına çıxarış verilməsi xahiş edilsə də, müraciətin təmin edilməsidən imtina edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 9.18 ha torpaq sahəsinə X15, X10, İddiaçı3, İddiaçı1 və X16 olmaqla 5 nəfər ailə üzvünə kod 40412028, JN-108 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi barədə məlumat mövcuddur. Şəki 2 saylı DNK-nın xx xxxxxx 2006-cı il tarixli, 4Ə-192 saylı qərarı ilə X15 və X10 öz paylarını X2, alqı-satqıdan sonra xx xxxx 2006-cı il tarixdə kod 40412028, JN-290 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş, texniki səhv olaraq X15 və X6 adları mülkiyyətçilər sırasına daxil edilmişdir. Kod 40412028, JN-290 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ləgv edilmiş DTXK tərəfindən ərazi idarəsinə təhvil verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından və kod 40412028, JN-290 saylı torpağa mülkiyyət hüququna dair dövlət X3 və X6 adlarının mülkiyyətçilər sırasından çıxarılması ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətinin icrası mümkün olmamışdır. İş materiallarında olan JN-108 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 59 nömrəli qərarı ilə 9.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şaban Aşurov və Saniyə Aşurova paylarına düşən 3.66 ha torpaq sahəsini X1. İş materiallarında olan JN-284 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon 2 nömrəli DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-İ/86, 87, 90, 91, 92, 111 nömrəli alqı-satqı müqavilələri ilə satılmış 17.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 290 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayonu 2 nömrəli DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə-İ/92 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş 5.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X15 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan 469216 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X15 ilə Aşurova (Vəliyeva) Saniyə Canqa qızı arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan 968177 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X15 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçılar və üçüncü şəxsə ünvanlanan sənədlər poçt xidməti tərəfindən “bu ünvanda yaşamır, köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi aqrar islahat zamanı mərhum Şaban Aşurov və ailə üzvlərinin mülkiyyətinə 9.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Sonradan Ş.Aşurov və həyat yoldaşı İddiaçı1 2006-cı ildə paylarına düşən 3.66 ha torpaq sahəsini Gülşad Əliyevaya alqı-satqı müqaviləsinə əsasən satmışlar. Aşurovlar ailəsinin digər 3 nəfər (iş üzrə iddiaçılar) üzvünün istifadəsində qalan 5.52 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-290 nömrəli Dövlət Aktı tərtib edilərkən ləğv edilmiş DTXK tərəfindən nöqsana yol verilmişdir. Belə ki, yeni tərtib edilən Dövlət Aktına səhvən payına düşən hissəni satmış şəxslərin də adları həmin Akta daxil edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə JN-290 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X3 və X4 adını çıxararaq 5.52 ha torpaq sahəsində İddiaçı3, İddiaçı1 və X12 adına reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11 üzərinə JN-290 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət X3 və X4 adını çıxararaq 5.52 ha torpaq sahəsinə İddiaçı3, İddiaçı1 və X12 adına reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-69/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-69/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver