Məhkəmə qərarları › İş №2-1(116)-692/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-692/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-692/2020 10.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin və Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.2012-ci il tarixdən ona xəstəliyi ilə əlaqəli İİİ (üçüncü) qrup əlillik dərəcəsi verilmişdir. Əmək kitabçasına əsasən 1986-1993 və 2009-2011-ci illərdə müxtəlif təşkilatlarda işləmişdir. Həmçinin 2 il hərbi xidmətdə olmuş, 1988-ci ildə Suçma kənd M.F.Axundov adına kolxozda işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil almışdır. Təhsil illəri və kolxozda işlədiyi müddət stajina daxil edilmədiyindən xx.xx.2012-ci il tarixdən sosial müavinət almışdır. Yenidən sənədlərini toplayıb Şəki Regional «Asan Xidmət» Mərkəzi vasitəsilə DSMF-nin Şəki şəhər şöbəsinə müraciət etmiş, lakin şöbə əyani təhsil müddətini və kolxozda işlədiyi müddəti stajina daxil etmədiyindən tələb olunan stajı və pensiya kapitali olmadığını bildirərək iddiaçıya əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı Əmək pensiyası təyin olunmasını xx.xx.2012-ci il tarixdən tələb edir və həmin vaxt qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci Maddəsinə əsasən ona Əmək pensiyası təyin olunması üçün (48 yaşı tamam olduğundan ) ancaq 11 il sosial sığorta stajı tələb olunur. Onun isə tələb olunan stajı vardır. Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandıği 100 adam günü sosial sığorta stajına daxil edilməlidir. Şöbə tərəfindən ünvanina göndərilmiş məktubda onun əmək kitabçası, hərbi biletinə və fərdi uçot məlumatlarına əsasən 7 il 8 ay sosial sığorta stajinin olduğu bildirilmişdir. 3 il 6 ay əyani təhsil müddəti və 4 ay kolxozdakı iş stajının bu müddətin üzərinə əlavə edildikdə, iddiaçının cəmi 11 il 6 ay sosial sığorta stajı olur ki, bu staj da iddiaçıya Əmək pensiyası təyin olunması üçün yetərlidir. Cavabdehin etirazının dəlilləri: İddiaçı əlliliyə görə əmək pensiyası təyin olunması üçün sənədlərini Şəki Regional “Asan Xidmət” Mərkəzi vasitəsi ilə şöbəyə təqdim etmişdir. Lakin vətəndaşın tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığı üçün onun müraciətindən imtina edilmişdir. Həmçinin vətəndaşın iddia etdiyi tarixdən əmək pensiyası təyin edilməsi, təhsil müddətinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə isdinadən sosial sığorta stajına daxil edilmədiyindən, xx.xx.2006-cı ilədək sosial sığorta stajı Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə istinadən əmək kitabçasına əsasən müəyyən edildiyindən, vətəndaşın təqdim etdiyi, əmək kitabçasında müvafiq qeydiyyatın olmadığı 1473 saylı arxiv arayışına əsasən müəyyən olunmuş 5 ayının (100 adam günü) sosial sığorta stajınına daxil edilmədiyindən, qanunvericiliyə uyğun deyildir. Buna görə də vətəndaşın müraciət etdiyi tarixə tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək 3 il 6 ay əyani təhsil müddəti və 1473 saylı arxiv arayışına əsasən müəyyən olunmuş 5 aydır. Mübahisələnməyən sosial sığorta stajı isə 7 il 8 aydır. İddiaçının mübahisələndirilən 3 il 11 ayı sosial sığorta stajına daxil edilərsə, 11 il sosial sığorta stajı tamam olduğu üçün məhkəmə qərarı əsasənda əlilliyə görə əmək pensiyası hüququ yaranır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli X2 təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət X5 xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti, Sosial arayış, Şəki 17 saylı TSEK-in 04799 nömrəli və 1016 nömrəli Müayinə aktından çıxarışı, ET seriyalı 016254 nömrəli diplomun təsdiqlənmiş surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia, həmçinin əsaslıdır. İşdə olan xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, iddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək 3 il 6 ay əyani təhsil müddəti və 1473 saylı arxiv arayışına əsasən müəyyən olunmuş 5 aydır. Mübahisələnməyən sosial sığorta stajı isə 7 il 8 aydır. İddiaçının mübahisələndirilən 3 il 11 ayı sosial sığorta stajına daxil edilərsə, 11 il sosial sığorta stajı tamam olduğu üçün məhkəmə qərarı əsasənda əlilliyə görə əmək pensiyası hüququ yaranır. İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda təhsil alması, 1988-ci ildə Suçma kənd M.F.Axundov adına kolxozda işləməsi ET seriyalı 016254 nömrəli diplomun təsdiqlənmiş surəti və Dövlət X5 xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi-ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxxx 2017ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxxxxxxx 2012-ci il tarixdə 48 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il sosial sığorta stajı tələb olunur (48 il - 15 il = 33x4ay /12 = 11 il). İddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışı və diplomuna əsasən isə iddiaçının həmin tarixə tələb olunan 11 il sosial sığorta stajı tamamlanır. (mübahisələndirilməyən 7 il 8 ay və mübahisələndirilən 3 il 11 ay, cəmi 11 il 7 ay) İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1983cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin və Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi, ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsiöhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçıxx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Politexnikumunda əyani təhsil aldığı müddətin, Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 1473 nömrəli arxiv arayışına əsasən 1988-ci ildə qazandığı 100 adam gününün (5 ayın) sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2012-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmaqla ödənilmiş sosial müavinətlə əmək pensiyası məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar