Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-692/2023 13.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.1960-cı il təvəllüdlü olmaqla, xx.xx.1977-ci ildən xx.xx.1982-ci il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda İnşaat fakültəsinin əyani şöbəsində ali təhsil almışdır. İnstitutu bitirdikdən sonra xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1982 - xx.xx.1984-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur. Hazırki müddətə qədər əmək fəaliyyəti ilə məşğuldur və sosial sığorta ödənişi edir. Müraciət müddətinə qədər 37 il 11 ay 18 gün staja malik olmuşdur. Həmin dövrün 21 il 7 ay 14 günü sosial sığorta stajına daxil olmasına, əmək kitabçasındakı məlumatlara əsasən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işləməyinə baxmayaraq, cavabdeh orqan ona pensiya təyinindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yas həddi 5 il azaldılmaqla yasa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığoda stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığoda hissəsinin hesablanması üçün nəzərə alınan, sığodaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığoda haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adı çəkilən Qanunun 1,0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığoda haqları ödəmək şədilə) və eləcə də müvafiq qanunvericiliklə sığoda stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a): -asfalt-beton döşəyənlər; -asfalt-beton bişirənlər; -bitumçular; -şpur qazmagılan; -hidromanitorçular; -əhəng söndürücüləri; -izolyasiyaçılar; -hidroizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar; -izolyasiyaçılar-plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar; -bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; -daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində mərməri və qraniti əl ilə emal etməklə məşğul olan daşyonanlar; -turşuyadavamlı maddələrlə işləyənlər — viniplastçılar; -turşuyadavamlı maddələrlə yapışqanlamada işləyənlər; -kopyorçular; -mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü -üzrə taxtapuşçular; -avtoqudronatçılar; -buruq qurğuları maşinistləri, o cümlədən 50 m-dən artıq dərinlikdə və dövlət nəzarətində olan su quyularının qazılması ilə məşğul olanlar; -kopyor maşinistləri; -səyyar asfalt-beton qarışdırıcılarının maşinistləri; -asfalt-beton döşəyicilərinin maşinistləri; -polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; -odadavamlı materialla işləyənlər; -qum şırnaqçıları; -şüşə üzrə qum şırnaqçıları; -dağ yenişlərinin qazmaçıları; -yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri; -sənaye dəmir-beton borularının boruçəkənləri; -sənaye kərpic borularının boruçəkənləri; -forsunçular; -daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olanlar; -futerçilər (turşuyadavamlı materialla işləyənlər); -daş məmulatlarının cilalayıcıları — pardaqlayıcıları, o cümlədən daş emalı müəssisələrində (sexlərində, sahələrində) və monumental heykəltəraşlıq müəssisələrində məşğul olanlar; -yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırılması üzrə elektrik montyorları, xətçilər; -5 m-dən yuxarı yüksəklikdə işləyən (gərginliyi 35 kV və artıq olan) elektrik keçirici hava xətlərinin təmiri üzrə elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 30 avqust 1982-ci il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 18 avqust 2022-ci il tarixli 06 nömrəli arayışında xx.xx.2001-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının adıçəkilən müəssisədə iş ustası və təhlükəsizlik texnikası və əməyin mühafizəsi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi vəzifələr yuxarıda qeyd olunan siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsində nəzərdə tutulan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il 1 ay 27 gün (xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq Və İnşaat Universitetinin xx.xx.1977-ci il tarixli 163u/p nömrəli çıxarışından görünür ki, İddiaçı xx.xx.1977-ci il, 163u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat’" fakültəsinin “Sənaye və mülki tikinti” ixtisasının əyani şöbəsinin 1-ci kursuna qəbul olmuşdur ( qr.207a3). 1982-cı ildə həmin İnstitutun “İnşaat” fakültəsinin “Sənaye və mülki tikinti” ixtisasının əyani şöbəsinin tam kursunu bitirmiş və Dövlət İmtahan Komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona “İnşaat-mühəndisi” ixtisası verilmişdir (protokol No92,xx.xx.1982-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “2 №-li X3” MMC-nin xx.xx.2022-ci il tarixli 80, 81 №-li arayışlarında qeyd edilmişdir ki, görünür ki, İddiaçı xx.xx.2020-ci ildən hal-hazıradək (işə girmə əmr № 97-k, xx.xx.2020-ci il) «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyinin «2 saylı X3» Məhdud Məsuliyyətli Cəmiyyətdə iş icraçısı vəzifəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 2 il 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri onun isti asfalt yayılması üzrə sahə rəisi kimi fəaliyyət göstərməsidir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 06, 07 və xx.xx.2021-ci il tarixli, 06 nömrəli arayışlarında qeyd edilmişdir ki, xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" ASC-də iş ustası vəzifəsində və xx.xx.2008-ci ildən xx.xx.2020-ci ilədək isə təhlükəsizlk texnixası və əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək Pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən isti asfalt yayılması üzrə yol ustası vəzifəsində xx.xx.2001-ci il - xx.xx.2008-ci il dövründə (işə girmə Əmr № 35-k, xx.xx.2001ci il, işdən çıxma Əmr № 11-k,xx.xx.2008-ci il) "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 7 il 6 ay 13 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li xx.xx.2007-ci il tarixli Qərarının 29-cu bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. - НЗ ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1982 - xx.xx.1984-cü il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - ИT-İ ******* №-li əmək kitabçasından əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982 - xx.xx.1982, xx.xx.1986 – xx.xx.1992, xx.xx.1984 - xx.xx.1985, xx.xx.1992 – xx.xx.2001 xx.xx.1983 - xx.xx.2001, xx.xx.2001 – xx.xx.2020. xx.xx.1985 – xx.xx.1986, xx.xx.2020 – xx.xx.2022 - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “2 №-li X3” MMC-nin xx.xx.2022-ci il tarixli 133 nömrəli məktubundan görünür ki, X2 (Ş/vəsiqəsi seriya:AZE********, FİNxxxxxxx) “2 №li X3” MMC-də xx.xx.2020-ci ildən (əmr № 97K) hal-hazıra kimi “İş icraçısı” vəzifəsində işləyir. X1 işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri onun “İsti asfalt yayılması üzrə İş icraçısı" kimi fəaliyyət göstərməsidir- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarının 1№ li əlavəsinin 27-ci maddəsinin (kod 2290000-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası, tə”miri) “b” bəndinə (kod-2290000b-24441 İş icraçıları) əsasən, xx.xx.2020-ci ildən əvvəlki dövrlərdə X2 bizim müəssisədə işləməmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli məktubundan görünür ki, X2 xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində asfalt yayılması üzrə yol ustası və xx.xx.2008-ci ildən xx.xx.2020-ci ilədək isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr üzrə Səhmdar Cəmiyyətdə ümumi iş stajı 19 il təşkil edir ki, bunun da 6 il 7 ay 13 günü (asfalt yayılması üzrə yol ustası) Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarının 29-a bəndinə əsasən güzəştli şərtlərlə yasa görə əmək pensiyası almaq üçün tələb olunan 12 il 6 ay iş stajının bir hissəsini təşkil edir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı, iddia ərizəsində ona hansı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbini aydın qeyd etməsə də, məhkəmə qeyd edir ki, hər bir halda iddiaçının xüsusi iş stajının minimum 12 il 6 ay olması müəyyən edilməlidir. İddiaçı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “2 №-li X3” MMC-də xx.xx.2020-ci ildən hal-hazıradək iş icraçısı vəzifəsində, "xxxx" ASC-də xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək iş ustası vəzifəsində və xx.xx.2008-ci ildən xx.xx.2020-ci ilədək isə təhlükəsizlk texnixası və əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olduğunu bildirir. Məhkəmə tərəfindən iddiaçının yerinə yetirdiyi əmək funksiyasının xarakteri və işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən hansı vəzifəyə uyğun olması ilə bağlı araşdırma aparılmış, müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “2 №-li X3” MMC-də xx.xx.2020-ci ildən hal-hazıradək iş icraçısı vəzifəsi və "xxxx" ASC-də xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək iş ustası vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilsə belə həmin müddətin cəmi 12 il 6 aydan azdır. İddiaçının xx.xx.2008-ci ildən xx.xx.2020-ci ilədək isə təhlükəsizlk texnixası və əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işlədiyi müddət isə ümumiyyətlə iddiaçının xüsusi iş stajına aid edilə bilməz. Sözügedən vəzifənin güzəştli iş stajına aid olmaması "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli məktubunda birmənalı olaraq qeyd edilmiş, həmçinin sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Beləlikə iddiaçının xüsusi iş stajı 12 il 6 aydan az olduğundan, hər bir halda iddia tələbi uğursuzdur. Buna görə də iddiaçının əlavə olaraq ümumi sosial sığorta stajının (o cümlədən 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə qüvvədə olmuş ƏPHQ-nun pensiya kapitalı ilə bağlı şərtin) yoxlanılması zərurəti yoxdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.