Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-693/2025 19.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X60 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Şəkər kəndində yerləşən 16.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Göyçay rayonu Şəkər kəndində yerləşən 16.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2563/2024 nömrəli qərardadı ilə Göyçay rayonu Şəkər Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-693/2025 nömrəli qərardadı ilə X50, X37 və X19 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-693/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X60 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Şəkər kəndində yerləşən 16.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası iddia olunan 16,0 ha torpaq sahəsinin X19 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınan **********23 reyestr nömrəli çıxarışla 0.77 ha hissədə, X51 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınan **********99 reyestr nömrəli çıxarışla 0.3230 ha hissədə və X11 mülkiyyət hüququ qeydə alınan **********70 saylı çıxarışla 453 kv.m üst-üstdə hissədə mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayonu Şəkər Bələdiyyəsi 28 noyabr 2006-cı il tarixli 11 nömrəli iclas protokolunun qərarına əsasən iddiaçıya 16,0 ha torpaq sahəsi satılmışdır. İddiaçı, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır. Cavabdehin iddia tələbinə etirazını mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar olması ilə əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və Bələdiyyənin nümayəndəsi, habelə digər üçüncü şəxslər məhkəmədə iştiraklarını təmin etməmişdirlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X50 izahat verərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu,
2. Göyçay rayonu Şəkər Bələdiyyəsi 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli iclasının protokolundan çıxarış.
3. Göyçay rayonu Şəkər Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışı;
4. 15.12.2006-cı il tarixli Torpaqların alqı-satısına dair akt;
5. 2716002277 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışlar;
6. JN-917, JN-893, JN-1094, JN-1092, JN-1093, JN-0010, JN-913, JN-914, JN-915, JN-910, JN-916, JN-917 nömrəli Dövlət Aktları;
7. 06.12.2006-cı il tarixli 893 nömrəli, xx.xx.2012-ci il tarixli, xx.xx.2021-ci il tarixli torpaqların alqı-satqı aktları;
8. İnzibati orqanların nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 15 may 2006-cı il və 03 noyabr 2006-cı il tarixli Baxış aktı
9. cavabdehin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyləri.
Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Göyçay rayonu Şəkər Bələdiyyəsinin 28 noyabr 2006-cı il tarixli,11 saylı iclasının qərarı əsasında 16,0 ha torpaq sahəsi iddiaçıya satılmış və həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə Torpaqların alqı-satısına dair akt, iclas protokolunun qərarı,Torpaq sahəsinə dair yerquruluşu planı,torpağın dəyərinin ödənilməsinə dair qəbz,eləcə də Bələdiyyənin təqdim etdiyi məlumatla təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlili mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqları olması ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki,iş materiallarına əlavə olunan Göyçay rayonu Şəkər Bələdiyyəsinə təqdim olunmuş, DT və XK-nin rəyindən görünür ki,iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi əvvəllər onun icarəsindədir,torpaq sahəsi kənd təsərrüfatına yararsız bələdiyyə torpağıdır.Rəyə əsasən müəyyən edilir ki,iddiaçı həmin torpaq sahəsini kənd təsərrüfatına yararlı vəziyyətə gətirərək həmin məqsədlə istifadə edir. İnzibati orqanların nümayəndələrinin birgə iştirakı ilə tərtib edilmiş 15 may 2006-cı il və 03 noyabr 2006-cı il tarixli Baxış aktlarından görünür ki, yabanı halda bitən kolların yerləşdiyi,özbaşına su axıntısının istiqamətləndiyi iddiaçıya ayrılan torpaq sahəsində iddiaçı tərəfindən vəsaiti hesabına müvafiq tədbirlər həyata keçirilməkdədir. Yuxarıda qeyd oluann sənədlərin məzmununa əsasən də müəyyən edilir ki,torpaq sahəsinin hazıkı vəziyyəti ilə ayrıldığı zaman mövcud olmuş vəziyyəti tamamilə fərqlidir.İddiaçının 20 ilə yaxın müddət ərzində torpaq sahəsinin ona ayrılmasına dair Bələdiyyə qərarına etimad göstərməklə aparmış olduğu tədbirlər nəticəsində torpaq sahəsinin yararlılıq vəziyyəti dəyişmişdir. Məhkəmə cavabdehin iki imtina əsasını bir-biri ilə müqayisədə ziddiyyətli hesab edir.Belə ki,imtina əsası kimi qeyd olunan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir.Daha sonra təqdim edilən mütəxəssis rəyinə əsasən isə iddiaçıya ayrılan torpaq sahəsinin aqrar islahat zamanı pay torpaqları kimi vətəndaşların mülkiyyətinə verildiyi göstərilmişdir.Göründüyü kimi iki halın eyni zamanda mövcud olması mümkün deyildir. Digər tərəfdən iddiaçıya ayrılan torpaq sahəsi ilə üst-üstdə düşən torpaq sahələrinə münasibətdə məhkəmə qeyd edir ki,üst-üstdə düşmə halı 2000-ci ildə tərtib edilmiş Göyçay rayon Şəkər kəndinin kompleks yerquruluşu islahat layihəsinə (DWG) əsasən mövcud olmuşdur. Bu baxımdan da məhkəmə icraatının gedişində Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə **********35 saylı çıxarışla verilmiş 0.66 ha torpaq sahəsi ilə üst-üstdə düşmə halı TEKUİS-ə uyğunlaşdırılma aparılmaqla aradan qaldırılmışdır. Digər tərəfdən üst-üstdə düşdüyü göstərilən torpaq sahəsinin mülkiyyətçilərinin Göyçay rayon Bığır kənd sakinləri olduğu müəyyən edilir.Aydındır ki, Göyçay rayon Şəkər kəndinin inzibati ərazisindən Göyçay rayon Bığır kənd sakinlərinə aqrar islahat zamanı kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsi nəzərdə tutulmamışdır.Mövcud vəziyyətdə də həmin mülkiyyətçilərin iddia olunan torpaq sahəsindən faktiki istifadə etmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş rəyə əsasən iddia olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan, 2000-ci ildə tərtib edilmiş Şəkər kəndinin kompleks yerquruluşu islahat layihəsinə (DVJ) əsasən kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.İddia olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi 2004-cü ildə tərtib edilmiş Göyçay rayonu Bığır kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində (DVJ) xüsusi mülkiyyətə aid kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı torpaq sahəsi olaraq göstərilmişdir. “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması” Qaydasına uyğun olaraq Göyçay rayonu Şəkər kənd Ərazi Vahidi və Göyçay rayonu Bığır kənd ərazi Vahidi xəritələri tərtib edilərkən idda olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi Şəkər kəndinin inzibati ərazi vahidi sərhədləri daxilində göstərilmişdir. İddia olunan, naturada göstərilən 16.0 ha torpaq sahəsi **********23 reyestr nömrəli çıxarışla X19 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.77 ha, **********99 reyestr nömrəli çıxarışla X51 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.6 ha torpaq sahəsi, Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə **********35 saylı çıxarışla verilmiş 0.66 ha torpaq sahəsi, **********31 saylı çıxarışla verilmiş 0.77 ha torpaq sahəsi, **********46 çıxarışla verilmiş 0.50 ha torpaq sahəsi, X11 mülkiyyətinə verilmiş **********70 saylı çıxarışla verilmiş 1.94 ha torpaq sahələri və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış xüsusi mülkiyyətə aid JN-875 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X20 və ailə üzvlərinin JN-876 nömrəli Dövlət Aktı ilə X2 və ailə üzvlərinin JN-877 nömrəli Dövlət Aktı ilə X12 və ailə üzvlərinin, JN-878 nömrəli Dövlət Aktı ilə X10 və ailə üzvlərinin, JN-880 nömrəli Dövlət Aktı ilə X38 və ailə üzvlərinin, JN-881 nömrəli Dövlət Aktı ilə X18 və ailə üzvlərinin, JN-883 nömrəli Dövlət Aktı ilə X21 və ailə üzvlərinin, JN-884 nömrəli Dövlət Aktı ilə X39 və ailə üzvlərinin, JN-885 nömrəli Dövlət Aktı ilə X30 və ailə üzvlərinin, JN-886 nömrəli Dövlət Aktı ilə X22 və ailə üzvlərinin, JN-887 nömrəli Dövlət Aktı ilə X13 və ailə üzvlərinin, JN-888 nömrəli Dövlət Aktı ilə X14 və ailə üzvlərinin, JN-889 nömrəli Dövlət Aktı ilə X23 və ailə üzvlərinin, JN-890 nömrəli Dövlət Aktı ilə X31 və ailə üzvlərinin, JN-891 nömrəli Dövlət Aktı ilə X4 və ailə üzvlərinin, JN-892 nömrəli Dövlət Aktı ilə X40 və ailə üzvlərinin, JN-893 nömrəli Dövlət Aktı ilə X52 və ailə üzvlərinin, JN-894 nömrəli Dövlət Aktı ilə X32 və ailə üzvlərinin, JN-895 nömrəli Dövlət Aktı ilə X41 və ailə üzvlərinin, JN-896 nömrəli Dövlət Aktı ilə X42 və ailə üzvlərinin, JN-897 Dövlət Aktı ilə X15 və ailə üzvlərinin, JN-898 nömrəli Dövlət Aktı ilə X33 və ailə üzvlərinin, JN-899 nömrəli Dövlət Aktı ilə X43 və ailə üzvlərinin, JN-901 nömrəli Dövlət Aktı ilə X6 və ailə üzvlərinin, JN-902 nömrəli Dövlət Aktı ilə X24 və ailə üzvlərinin, JN-903 nömrəli Dövlət Aktı ilə X44 ailə üzvlərinə, JN-904 nömrəli Dövlət Aktı ilə X25 və ailə üzvlərinin, JN-905 nömrəli Dövlət Aktı ilə X34 və ailə üzvlərinin, JN-906 nömrəli Dövlət Aktı ilə X16 və ailə üzvlərinin, JN-907 nömrəli Dövlət Aktı ilə X35 və ailə üzvlərinin, JN-908 nömrəli Dövlət Aktı ilə X45 və ailə üzvlərinin, JN-909 nömrəli Dövlət aktı ilə X61 və ailə üzvlərinin, JN-910 nömrəli Dövlət X3 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X62 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X62 və ailə üzvlərinin, JN-912 nömrəli Dövlət X1 və ailə üzvlərinin, JN-913 nömrəli Dövlət Aktı ilə X5 və ailə üzvlərinin, JN-914 nömrəli Dövlət Aktı ilə X8 və ailə üzvlərinin, JN-915 nömrəli Dövlət Aktı ilə X9 və ailə üzvlərinin, JN-916 nömrəli Dövlət Aktı ilə X27 və ailə üzvlərinin, JN-917 nömrəli Dövlət aktı ilə X17 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üstüstə düşür. **********99 reyestr nömrəli çıxarışla X51 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.6 ha torpaq sahəsi, Teymur Əhmədov adına "xxxx" QSC-nin mülkiyyətinə **********35 saylı çıxarışla verilmiş 0.66 ha torpaq sahəsi, **********31 saylı çıxarışla verilmiş 0.77 ha torpaq sahəsi, **********46 çıxarışla verilmiş 0.50 ha torpaq sahəsi, X11 mülkiyyətinə verilmiş **********70 saylı çıxarışla verilmiş 1.94 ha torpaq sahələri və dövlət reyestrində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış xüsusi mülkiyyətə aid JN- 875 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə X20 və ailə üzvlərinin JN-876 nömrəli Dövlət Aktı ilə X2 və ailə üzvlərinin JN-877 nömrəli Dövlət Aktı ilə X12 və ailə üzvlərinin, JN-878 nömrəli Dövlət Aktı ilə X10 və ailə üzvlərinin, JN-880 nömrəli Dövlət Aktı ilə X38 və ailə üzvlərinin, JN-881 nömrəli Dövlət Aktı ilə X18 və ailə üzvlərinin, JN-883 nömrəli Dövlət Aktı ilə X21 və ailə üzvlərinin, JN-884 nömrəli Dövlət Aktı ilə X39 və ailə üzvlərinin, JN-885 nömrəli Dövlət Aktı ilə X30 və ailə üzvlərinin, JN-886 nömrəli Dövlət Aktı ilə X22 və ailə üzvlərinin, JN-887 nömrəli Dövlət Aktı ilə X13 və ailə üzvlərinin, JN-888 nömrəli Dövlət Aktı ilə X14 və ailə üzvlərinin, JN-889 nömrəli Dövlət Aktı ilə X23 və ailə üzvlərinin, JN-890 nömrəli Dövlət Aktı ilə X31 və ailə üzvlərinin, JN-891 nömrəli Dövlət Aktı ilə X4 və ailə üzvlərinin, JN-892 nömrəli Dövlət Aktı ilə X40 və ailə üzvlərinin, JN-893 nömrəli Dövlət Aktı ilə X52 və ailə üzvlərinin, JN-894 nömrəli Dövlət Aktı ilə X32 və ailə üzvlərinin, JN-895 nömrəli Dövlət Aktı ilə X41 və ailə üzvlərinin, JN-896 nömrəli Dövlət Aktı ilə X42 və ailə üzvlərinin, JN-897 Dövlət Aktı ilə X15 və ailə üzvlərinin, JN-898 nömrəli Dövlət Aktı ilə X33 və ailə üzvlərinin, JN-899 nömrəli Dövlət Aktı ilə X43 və ailə üzvlərinin, JN-901 nömrəli Dövlət Aktı ilə X6 və ailə üzvlərinin, JN-902 nömrəli Dövlət Aktı ilə X24 və ailə üzvlərinin, JN-903 nömrəli Dövlət Aktı ilə X44 ailə üzvlərinə, JN-904 nömrəli Dövlət Aktı ilə X25 və ailə üzvlərinin, JN-905 nömrəli Dövlət Aktı ilə X34 və ailə üzvlərinin, JN-906 nömrəli Dövlət Aktı ilə X16 və ailə üzvlərinin, JN-907 nömrəli Dövlət Aktı ilə X35 və ailə üzvlərinin, JN-908 nömrəli Dövlət Aktı ilə X45 və ailə üzvlərinin, JN-909 nömrəli Dövlət aktı ilə X61 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bığır kənd ərazi vahidi sərhədləri daxilində TEKUİS xəritəsində torpaq çatışmamazlığı səbəbindən azalmalarla göstərilsədə, **********23 reyestr nömrəli çıxarışla X19 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.77 ha və JN-910 nömrəli Dövlət X3 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X62 və ailə üzvlərinin, JN-911 nömrəli Dövlət Aktı ilə X62 və ailə üzvlərinin, JN-912 nömrəli Dövlət X1 və ailə üzvlərinin, JN-913 nömrəli Dövlət Aktı ilə X5 və ailə üzvlərinin, JN-914 nömrəli Dövlət Aktı ilə X8 və ailə üzvlərinin, JN-915 nömrəli Dövlət Aktı ilə X9 və ailə üzvlərinin, JN-916 nömrəli Dövlət Aktı ilə X27 və ailə üzvlərinin, JN-917 nömrəli Dövlət aktı ilə X17 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələri TEKUİS xəritəsində Bığır kəndi ərazisində göstərilməmişdir. Əlavə olaraq bildirilir ki, baxış zamanı 16.0 ha torpaq sahəsinin kənd əhalisi tərəfindən örüş kimi istifadə olunduğu mütəxəssis tərəfindən müşahidə edilmiş və kəndin bir qrup sakini mütəxəssisə yaxınlaşaraq sözügedən torpaq sahəsinin onların ümumi istifadəsində olan örüş torpaq sahəsi olduğunu bildirmişlər. Göründüyü kimi X19 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.77 ha, X51 və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0,326 ha və X11 mülkiyyətinə verilmiş 432 kv.m torpaq sahəsi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi 16,0 ha torpaq sahəsinin üzərinə düşür. Həmin torpaq sahələri müvafiq olaraq **********23, **********99 **********70 reyestr nömrəli çıxarışlarla adıçəkilən üçüncü şəxslərin adına rəsmiləşdirilmişdir. Odur ki, iddia tələbi qeyd olunan bu hissədə mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılan hissədə əsaslıdır və təmin edilməlidir. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğundan həmin inzibati aktdan irəli gələn hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına mane olan hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinə və ya bir neçəsinə istinad olunmaqla əsaslandırılmalıdır. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun : 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X60 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Şəkər Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 11 nömrəli iclasının qərarına əsasən iddiaçıya ayrılmış, Göyçay rayonu Şəkər kəndində yerləşən 14,86 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.