Məhkəmə qərarları › İş №2-1(116)-694/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-694/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-694/2023 20.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, üçücü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli ********** saylı çıxarşın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X15 adına 29 avqust 2019-cu ildə verilmiş ********** saylı çıxarışın fərdi yaşayış evinə aid hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-694/2023 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2019-cu il tarixli ********** saylı çıxarşın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə ləğv edilməsi” barədə qərar qəbul edilməsini və X10, X11, X13 və X6 üçüncü şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının atası Daşdəmir Mehdiyev anası Mələk Mehdiyeva ilə birlikdə 1950-ci illərdə yaşayış evi inşa etmişlər və bu gündə həmin ev mövcuddur. X2 1992-ci ildə vəfat etmişdir. Bacısı X1 rayon məhkəməsində X12ndan miras qalmış evin vərəsələr arasında bölüşdürülməsi tələbinə dair iddia qaldırmış və məhkəmədə hakimin bildirməsindən sonra bilmişdir ki, 1972-ci il təvəllüdlü qardaşı X15 X2nun 1950-ci ildə inşa etdirdiyi fərdi yaşayı evini öz mülkiyyəti kimi qeydə aldırmışdır. İddiaçı cavabdeh orqana atasının inşa etdirdiyi evə mülkiyyət sənədləri verilməsi üçün müraciət edərkən 09 iyun 2020-ci ildə məlum olmuşdur ki, X15 X12 ilə ümumibirgə mülkiyyətinə verilmiş 0.2642 ha torpraq sahəsinin JN-151F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında həmin fərdi yaşayış evini öz adına mülkiyyət hüquqları əsasında qeydə aldırmış və onun adına 29 avqust 2019-cu ildə ********** saylı Çıxarış verilmişdir. Halbuki, 1989-cu illin fevral ayında həmin fərdi yaşayış evi X2nun adına qeydə alınmış və fərdi yaşayış evi fonduna daxil olan evin texniki pasportu hazırlanmışdır. Ancaq atası 1992-ci ildə vəfat etdiyindən qeydiyyat vəsiqəsinin alınıb alınmamasını bilmir. X12 xx.xx.2012-ci ildə vəfat etdikdən sonra X15 həyətyanı torpağını yarıdan bölmüş və boş sahədən özünə yaşayış evi inşa etdirmişdir. Atasının inşa etdirdiyi fərdi yaşayış evində isə o və bacısı Dursun Mehdiyeva yaşayır. Fərdi yaşayış evi qeydə alınarkən onun həyətdə 2018-ci ildə inşa etdirdiyi anbar, darvaza və qapı da onun mülkiyyətində olması kimi göstərilmişdir. Hazırda onlar arasında miras əmlak bölgüsü ilə bağlı mübahisə var və X15 atası X5 1950-ci ildə inşa etdirdiyi fərdi yaşayış evini qanunsuz yolla öz adına qeydə aldırdığından atasının mülkünün bölünməsi və iddiaçının miras payının alınması mümkünsüzdür. X7 adına verilmiş çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın evə dair hissəsinin ləğv edilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakına dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X37 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli **********44 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X33 filialının xx.xx.2022-ci il tarixli 111/10 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Tanrıqulular kənd Sovetliyinin 1986-1990cu illərə dair 05 saylı təsərrüfatbaşına kitabının 38-ci səhifəsinin 387 saylı qeydində X8 təsərrüfat başçısı yazılmışdır. Sənəddə ailə üzvlərinin siyahısı aşağıdakılardır: - X8 ailə başçısı təvəllüd tarixi -1925-ci il - X35 arvadı təvəllüd tarixi-1930-ci il - X17 təvəllüd tarixi-1963-cü il - X13 təvəllüd tarixi-1965-ci il - X14 təvəllüd tarixi-1967-ci il - İddiaçı təvəllüd tarixi- 1968-ci il - X15 təvəllüd tarixi-1972-ci il - Kəmalə Rüstəm(potranit) təvəllüd tarixi xx.xx.1967-ci il düzgün oxunmur Tanrıqulular kənd Sovetliyinin 1991-1995-ci illərə dair 05 saylı təsərrüfatbaşına kitabının 9-cu səhifəsinin 370 saylı qeydində X4 xx.xx.1991-ci ildə vəfatı yazılmışdır. Həmin təsərrüfat həyat yoldaşı X19 adına keçmişdir. Sənəddə ailə üzvlərinin siyahısı aşağıdakılardır: - X29 təsərrüfat başçısı təvəllüd tarixi-1930-cu il. - X15 təvəllüd tarixi 1972-ci il. Yevlax rayonu Tanrıqulular kənd Sovetliyinin 1986-1990, 1991-1995-ci illərə dair Təsərrüffatbaşına kitablarında İddiaçı təsərrüfatda tək yaşadığı yazılmışdır. 28 avqust 1989- cu ildə İddiaçı adına 760 nömrəli təsərrüfat açılmışdır. 1996-2000-ci illərə dair Tanrıqulular kənd İƏV üzrə nümayəndəliyin 6 saylı təsərrüafatbaşına kitabında İddiaçı ayrıca təsərrüfat kimi qeyddiyyata alınmışdır. 0,10 ha (on sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. 1996-2000-ci illərə dair Tanrıqulular kənd İƏV üzrə nümayəndəliyin 4 saylı təsərrüafatbaşına kitabında X29 təsərrüfat başçısı yazılmışdır. Təsərrüfatbaşına kitabda təsərrüfat üzvlərinin siyahısı aşağıdakı kimidir: - X29 təsərrüfat başçısı təvəllüd tarixi-1930-cu il - X15 təvəllüd tarixi 1972-ci il Həmin təsərrüfatın xüsusi mülkiyyətində 0,26 ha (iyirmi altı sot) həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. - JN-151F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax RAİK-nın xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə X36 və X9 0,26 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və 125,3 kv.m fərdi yaşayış evi X15 və X20 ümumibirgə mülkiyyətində olmuşdur. - xx.xx.2019-cu il tarixli, 9xx-xx/1263 inventar nömrəli texniki pasportdan görünür ki, hüquq subyekti X15, yaşayış evinin tikildiyi il – 1950-ci il, ümumi sahə 125.3 kv.m qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarşın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə mübahisələndirildiyindən, məhkəmə araşdırması zamanı müvafiq çıxarışda adları qeyd olunan şəxslərlə bağlı aparılmış qeydiyyatın əsaslı olubolmaması yoxlanılmış, ümumi sahəsi 125.3 kv.m olan fərdi yaşayış evi üzrə ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlərin hüquqi təbiəti öyrənilərək, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax RAİK-nın xx.xx.1998-ci il tarixli 30 nömrəli qərarı ilə X36 və X9 0,26 ha torpaq sahəsi ayrılmış və JN-151F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınarkən yanlış olaraq ancaq müvafiq şəhadətnamə əsas götürülmüş və fərdi yaşayış evi üzərində həmin şəxslərin ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı qeydiyyat aparılmışdır. İşin mübahisəsiz halıdır ki, Yevlax rayonu Tanrıqulular kəndində 0.2642 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi 2001-ci ildən əvvəl, yəni 1950-ci ildə inşa edilmişdir. Belə olan halda cavabdeh, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə təsərrüfatbaşına kitabdan çıxarış məlumatlarını əsas götürməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməli idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəd olaraq qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyənləşdirilmiş hallarından görünür ki, 1996-2000-ci illər üzrə qeyd olunan torpaq sahəsinə dair təsərrüfatda X29 təsərrüfat başçısı olmuş, X15 isə təsərrüfatın üzvü olmuşdur. Yəni, fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquqları təsərrüfat başçısı olaraq mərhum X22 məxsus olduğundan, digər şəxsin fərdi yaşayış evində ümumi birgə mülkiyyət hüququnun olması ilə bağlı aparılmış qeydiyyat əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, sözügedən fərdi yaşayış evi X7 doğulmasından 22 il əvvəl inşa edilmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsində tikilinin olması ilə bağlı şəhadətnamənin qaimə sertifikatında müvafiq qeydlərin olması, həmin tikilinin heç də şəhadətnamədə adları qeyd edilmiş şəxslərin ümumi birgə mülkiyyətində olması demək deyildir. Yuxarıda istinad olunan, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından göründüyü kimi, fərdi yaşayış evlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və əsas olaraq təsərrüfatbaşına kitablardan çıxarış məlumatlarına istinad olunması (hazırkı iş üzrə) birmənalı təsbit edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Hazırki iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı, tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı, mübahisələndirilən çıxarışın fərdi yaşayış evinə münasibətdə X9 aid hissədə ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh həmin çıxarışın fərdi yaşayış evi ilə bağlı hissəsində adı qeyd edilən şəxsə münasibətdə aparılmış qeydiyyatın əsaslılığına dair sübut təqdim edə bilməmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.2019cu il tarixli ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda fərdi yaşayış evi ilə bağlı X7 adına aparılmış qeydiyyat əsassız olduğundan iddiaçı həmin qeydin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə xx.xx.2019-cu il tarixli ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissədə X9 münasibətdə ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar