Məhkəmə qərarları › İş №2-1(116)-697/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-697/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-697/2023 17.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “sərhəd komendantlığının komendantı vəzifəsini faktiki olaraq icra etdiyi N nömrəli hərbi hissənin (Zaqatala) N-ci sərhəd komendantlığı üzrə xx.xx.N014-xx.xx.N015 və N nömrəli hərbi hissənin (Xudat) 1ci sərhəd komendantlığı üzrə xx.xx.N015-xx.xx.N017-ci illər nəzərə alınmaqla vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki məbləğləri nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı sərhəd komendantlığının vəzifəsini icra etdiyi müddət ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki məbləğləri nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “sərhəd komendantlığının komendantı vəzifəsini faktiki olaraq icra etdiyi N nömrəli hərbi hissənin (Zaqatala) N-ci sərhəd komendantlığı üzrə xx.xx.N014-xx.xx.N015 və N nömrəli hərbi hissənin (Xudat) 1ci sərhəd komendantlığı üzrə xx.xx.N015-xx.xx.N017-ci illər nəzərə alınmaqla vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki məbləğləri nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.N0N3-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı N001-ci ildən N018-ci ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və N018-ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahlı Qüvvələrdə təqvim ili N0 il 11 ay (ümumilikdə güzəştli isə N8 il 10 ay gün) xidmət etmişdir. Hərbi xidmətinin müəyyən hissəsi sərhəd bölmələrində keçmişdir. Xidmət dövrü ərzində Sərhəd Qoşunlarının bir sıra hərbi hissələrinin sərhəd komendantlıqlarında ştat üzrə sərhəd komendantlığının qərargah rəisi vəzifəsi ilə eyni bir vaxtda komandanlığın tapşırığı əsasında sərhəd komendantının vəzifələrini icra etmişdir. Sərhəd komendantlığının komendantı vəzifələrini icra etdiyi müddət və sərhəd komendantlıqları aşağıda qeyd olunan kimi olmuşdur.

1. xx.xx.N014-cü il tarixdən-xx.xx.N015-ci il tarixədək-N007 №-li hərbi hissənin (X3) N-ci (Katex) Sərhəd komendantlığı, N. xx.xx.N015-ci il tarixdən-xx.xx.N017-ci il tarixədək-N005 №li hərbi hissənin (X4) 1ci (Şirvanovka) Sərhəd komendantlığı. Lakin göstərilən müddətdə əlavə məsuliyyət yaradan sərhəd komendantlığının komendantı vəzifəsini rəsmi icra etməyinə (əvəzetmə) baxmayaraq, ona həmin vəzifə maaşına görə pul təminatı ödənilməmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, DSX N saylı hərbi hissə komandirinin 15-16 mart N014-cü il tarixli, N №-li nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı 16 mart N014-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, N-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Qoşmaya əlavə olunmuş DSX N saylı hərbi hissə komandirinin N yanvar N015-ci il tarixli. N №-li nömrəli əmrindən çıxarışa əsasən, N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası İddiaçı həvalə edilmişdir. Qoşmaya əlavə olunmuş DSX N saylı hərbi hissə komandirinin 0N oktyabr N015-ci il tarixli, 0N35 №-li nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı 0N oktyabr N015-ci il tarixdən N-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsindən azad edildiyi üçün şəxsi heyətin siyahısı və bütün növ təminatlardan çıxarılmışdır. Qoşmaya əlavə olunmuş DSX N005 saylı hərbi hissə komandirinin 03-04 oktyabr N015-ci il tarixli, 0N37 №-li nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı 03 oktyabr N015-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Qoşmaya əlavə olunmuş DSX N005 saylı hərbi hissə komandirinin N aprel N017-ci il tarixli, 086 Ns-li nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı N aprel N017-ci il tarixdən 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsindən azad edildiyi üçün şəxsi heyətin siyahısı və bütün növ təminatlardan çıxarılmışdır. Beləliklə göstərilən əmr çıxarışlarından bəlli olur ki, İddiaçı: • 16 mart N014-cü il tarixdən 0N oktyabr N015-ci il tarixədək DSX N saylı hərbi hissədə N-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsində xidmət etmişdir. Həmçinin N yanvar N015-ci il tarixdən hərbi hissə komandirinin N №-li nömrəli əmrinə əsasən, N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası İddiaçı həvalə edilmişdir. • 03 oktyabr N015-ci il tarixdən N aprel N017-ci il tarixədək DSX N005 saylı hərbi hissədə 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı tələbinə dair hissədə aşağıdakı nüansları qeyd etmək zəruridir: Belə ki, «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnamə»nin 3.1-ci maddəsinə (vəzifələri müvəqqəti icra edərkən hərbi qulluqçulara pul təminatı maaşlarının ödənilməsi qaydaları) əsasən, Dövlət Sərhəd Xidməti rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin (bundan sonra səlahiyyətli şəxslərin) əmri ilə həmin hərbi hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları, əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq vakant vəzifədə - 30 gündən, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin N00N-ci ıl 1N dekabr tarixli 8N3 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 5 iyun N017-ci il tarixli, 1454 nömrəli Fərmanına uyqun olaraq, Dövlət Sərhəd Xidmətində silahlı birləşmələr yaradılmışdır. Lakin yuxarıda qeyd olunan N yanvar N015-ci il tarixli, N №-li əmr Dövlət Sərhəd Xidməti rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslər tərəfindən deyil, N saylı hərbi hissə komandiri tərəfindən icra edildiyi üçün N yanvar N015ci il tarixdən 0N oktyabr N015-ci il tarixədək N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası ilə bağlı əlavə pul təminatının ödənilməsi ilə əlaqədar İddiaçı tələbi əsassız hesab olunur. 03 oktyabr N015-ci il tarixdən N aprel N017-ci il tarixədək isə İddiaçı N005 saylı hərbi hissədə 1-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası ilə bağlı hər hansı bir əmr mövcud olmadığı üçün əlavə pul təminatının ödənilməsi ilə əlaqədar İddiaçı tələbi əsassız hesab olunur. Qeyd olunanlardan əlavə, İddiaçı iddia ərizəsində tələbini əsaslandırarkən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N00N-ci il tarixli, NN0 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə’yə istinad etmişdir. Qeyd olunan Əsasnamə üzrə iddia tələbinin təmin olunması heç bir normaya əsaslanmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti - Azərbaycan Respublikası Prezidentinin N00N-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N00N-ci il tarixdən müstəqil qurum kimi fəaliyyət göstərir və öz daxili Əsasnaməsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N018-ci il tarixli, 0N51 nömrəli əmri ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi Qulluqçularının pul təminatı haqqında Əsasnamə”si təsdiq edilmişdir. Həmin Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar N018-ci il tarixdən əvvəlki dövr üçün mövcud olan münasibətlər barədə hər hansı norma, o cümlədən digər müstəqil qurumların normativ aktları (əsasnamə, təlimat, həmçinin iddiaçının qeyd etdiyi Müdafiə Nazirliyinin adıçəkilən Əsasnaməsi) qeyd olunmamış və əvvəlki dövr üçün münasibətləri tənzimləyə biləcək aktların (əsasnamə, təlimat və s.) qüvvədən düşməsinə dair normalar göstərilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AR DSX N007 №-li hərbi hissə komandirinin 15-16 mart N014-cü il tarixli N №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı (3-cü sərhəd dəstəsinin 4-cü sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi vəzifəsindən azad olunmaqla 7ci sərhəd dəstəsinin N-ci sərhəd komendantlığı komendantının 1-ci müavini- qərargah rəisi vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq 16 mart N014-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilmişdir. əsas: Dövlət Sərhəd Xidmətinin rəisi- X1 xx.xx.N014-cü il tarixli 508 ş/h №-li əmri, əsas: avad № 6151, vərəq 1N6) - AR DSX N007 №-li hərbi hissə komandirinin N yanvar N015-ci il tarixli N №-li əmrindən çıxarışdan görünür ki, N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası N-ci sərhəd komendantlığı komendantının müavini- qərargah rəisi mayor İddiaçı həvalə edilmişdir. (əsas: hərbi hissə komandirinin göstərişi, əsas: avad № 6654, vərəq № 1N0) - AR DSX N007 №-li hərbi hissə komandirinin 0N oktyabr N015-ci il tarixli 0N35 №li əmrindən çıxarışdan görünür ki, İddiaçı 7-ci sərhəd dəstəsi N-ci sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi vəzifəsindən azad olunmaqla 5-ci sərhəd dəstəsi 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini- qərargah rəisi vəzifəsinə təyin olunması ilə əlaqədar olaraq 0N oktyabr N015-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. (əsas: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi- X1 14 sentyabr N015-ci il tarixli N050 ş/h №li əmri, əsas: avad № 6660, vərəq № 111) - AR DSX Sərhəd Qoşunları N005 saylı hərbi hissə komandirinin 03-04 oktyabr N015-ci il tarixli 0N37 №-li əmrindən görünür ki, N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş mayor İddiaçı 03 oktyabr N015-ci il tarixdən 5-ci sərhəd dəstəsinə 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilməsi ilə əlaqədar 03 oktyabr N015-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminat normalarına daxil edilmiş və vəzifəsinin icrasına başlanılmışdır. (əsas: Dövlət Sərhəd Xidmətinin rəisi- X1 14 sentyabr N015-ci il tarixli N050 ş/h №-li əmri, əsas: avad № 7031, vərəq № 3) - AR DSX Sərhəd Qoşunları N005 saylı hərbi hissə komandirinin N aprel N017-ci il tarixli 086 №-li əmrindən görünür ki, 5-ci sərhəd dəstəsinin 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi mayor İddiaçı 10 mart N017-ci il tarixdən vəzifəsindən azad olunmaqla 4-cü sərhəd dəstəsinə dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti vəzifəsinə təyin edilməsi ilə əlaqədar N aprel N017-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, xidmətini davam etdirmək üçün N004 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. (əsas: Dövlət Sərhəd Xidmətinin rəisi- X1 xx.xx.N017-ci il tarixli 409 ş/h №-li əmri, əsas: avad № 8196, vərəq № 13N) - N nömrəli hərbi hissənin komandiri polkovnik–leytenant Hicran Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.N014-cü il tarixli N-ci sərhəd komendantlığının təhvil-təslim haqqında aktından görünür ki, xx.xx.N014-cü il tarixdə mayor İddiaçı və mayor Ələkbər Lalayevin arasında N-ci SKK-nın vəzifələri, SK-nın sahəsi, SK-nın inzibati binaları, şəxsi heyəti, xidməti sənədləri, rabitə avadanlığı, silah-sursat və optik cihazlarını, komendantlığın qeydiyyatında MTTŞ-nin bölmələri üzrə olanları təhvil-təslimi aparılmışdır. - N nömrəli hərbi hissənin komandiri polkovnik Hicran Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.N015-ci il tarixli N-ci sərhəd komendantlığının təhvil-təslim haqqında aktından görünür ki, xx.xx.N015-ci il tarixdə mayor İddiaçı (N-ci SKK v.i.e) və mayor N.Hacılı arasında N-ci SKK-nın vəzifələri, SK-nın sahəsi, SK-nın inzibati binaları, şəxsi heyəti, xidməti sənədləri, rabitə avadanlığı, silah-sursat və optik cihazlarını, komendantlığın qeydiyyatında MTTŞ-nin bölmələri üzrə olanları təhvil-təslimi aparılmışdır. - AR DSX N007 №-li hərbi hissə komandirinin 1N noyabr N014-cü il tarixli 0N71 №li əmrindən çıxarışdan görünür ki, N-ci sərhəd komendantlığı komendantının müaviniqərargah rəisi mayor İddiaçı növbəti məzuniyyət hesabına N5 (iyirmi beş) gün müddətinə 1N noyabr N014-cü il tarixdən N dekabr N014-cü il tarixədək Göyçay rayonuna məzuniyyətə getmiş hesab edilmişdir..(əsas: 06 noyabr N014-cü il tarixli N469 nömrəli raport) N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor XN həvalə edilmişdir. (əsas hərbi hissə komandirinin göstərişi, əsas: avad № 6157, vərəq № 169, 17N). - AR DSX N007 №-li hərbi hissə komandirinin N dekabr N014-cü il tarixli 0N93 №-li əmrindən çıxarışdan görünür ki, N-ci sərhəd komendantlığı komendantının müaviniqərargah rəisi mayor İddiaçı N dekabr N014-cü il tarixdə məzuniyyətdən qayıtmış hesab edilmişdir. (Əsas: 1N noyabr N014-cü il tarixli 65N nömrəli məzyuniyyət bilet) N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası N-ci sərhəd komendantlığı komendantının müavini- qərargah rəisi mayor İddiaçı həvalə edilmişdir. (Əsas: hərbi hissə komandirinin göstərişi) - N nömrəli hərbi hissənin komandiri polkovnik Pənah Musayev tərəfindən təsdiq edilmiş xx.xx.N017-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1-ci sərhəd komendantlığının komendantı v.m.i. mayor İddiaçı xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq, xx.xx.N017-ci il tarixdə 1-ci sərhəd komendantlığında ştat üzrə şəxsi heyəti, tam məxfi, məxfi və qeyri-məxfi sənələr, nəşrlər, möhürlər (ştamplar) disklər, rabitə avadanlıqları, nəqliyyat vasitələri və silah-sursat bölməsi (əlavə №1 3 vərəqdə) təhviltəslim edilmişdir.Təhvil-təslim zamanı çatışmazlıq aşkar edilməmişdir. - N005 №-li hərbi hissə komandirinin xx.xx.N016-cı il tarixli, 0NN9 №-li əmrindən görünür ki, iddiaçı xx.xx.N016-cı il tarixdən – xx.xx.N016-cı il tarixədək 45 günlük məzuniyyətə getmiş hesab edilmiş, eyni tarixdə iddiaçının məzuniyyətdə olduğu müddətdə sərhəd komendantlığının komendantı vəzifəsinin müvəqqəti icrası əməliyyat axtarış işi üzrə müavinə həvalə edilmişdir.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N.0.N. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 34.4. Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə Təsdiq Edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə: 7N. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. d) hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Hərbi təhsil müəssisələrinin məzunları hərbi təhsil müəssisəsini bitirdikdən sonra müvafiq vakant vəzifələrə təyin edilirlər, müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilənlər isə hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar verilmiş məzuniyyəti istifadə edərək korpusa, diviziyaya, gəmi briqadasına bilavasitə gəldikdən sonra təyin edilirlər. e) vakant vəzifəni təcili tutmaq zərurəti olduqda, birbaşa rəisdən, hərbi hissə komandirindən başlayaraq, ona bərabər və ondan yuxarı səlahiyyətə malik olanlara, bu vəzifəyə təyin etmək hüququ olan rəisin razılığı ilə hərbi qulluqçunu, onun vəzifəyə təyin edilməsi üçün sənədlərini dərhal tərtib etməklə vəzifəni müvəqqəti icra etməyə buraxmağa icazə verilir; Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N00N-ci il tarixli NN0 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”: 5N-ci maddə. Hərbi hissə komandirinin əmri ilə həmin hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçulara müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları (Əsasnamənin 54-cü maddəsi nəzərə alınmaqla), əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq: vakant vəzifədə - 30 gündən çox, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. 53-cü maddə. Vəzifəni müvəqqəti icra etmənin fasiləsiz müddəti vəzifəyə başlama günündən, lakin vəzifəni müvəqqəti icra etməyə icazə vermə haqqında hərbi hissə komandirinin əmrinin imzalanması günündən tez olmayaraq, vəzifədən azad olunma gününədək azad olunma günü də daxil olmaqla hesablanır. 54-cü maddə. Zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçularına yüksək maaşlarla vəzifələri müvəqqəti icra etmələri zamanı vəzifə maaşları aşağıdakılara əməl etməklə ödənilir: ...b) hərbi hissələrin və bölmələrin qərargah rəisləri, vəzifə borclarından asılı olmayaraq bütün adlardan olan komandir və rəislərin müavinləri və köməkçiləri olan hərbi qulluqçulara bilavasitə komandirlərinin və rəislərinin vakant olmayan vəzifələrini icra edərkən, müvəqqəti icra edilən vəzifələrə görə deyil, əsas vəzifələrinə görə maaşlar ödənilir. Göstərilən hərbi qulluqçular bilavasitə rəislərinin (komandirlərinin) vakant vəzifələrini müvəqqəti icra edərkən ümumi əsaslarla müvəqqəti icra olunan vəzifələrə görə maaşlar ödənilir. 6N-ci maddə. Yüksək maaşlı vakant vəzifələrə təyin olunmuş zabitlərə, bu vəzifələrin müvəqqəti icra edilməsinin 30 günlük müddətinin bitməsinədək icra edilən vəzifələrə görə maaşlar vəzifələrin müvəqqəti icra edilməsinə başlama günündən lakin vəzifələrin müvəqqəti icra edilməsinə icazə haqqında əmrin imzalanması günündən tez olmayaraq ödənilir “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə: 3 Vəzifələri müvəqqəti icra edərkən hərbi qulluqçulara pul təminatı maaşlarının ödənilməsi qaydaları. 3.1. DSX rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin (bundan sonra səlahiyyətli şəxslərin) əmri ilə həmin hərbi hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları, əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq vakant vəzifədə - 30 gündən, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. 3.N. vəzifəni müvəqqəti icra etmənin fasiləsiz müddəti vəzifəyə başlama günündən, lakin vəzifəni müvəqqəti icra etməyə icazə vermə haqqında səlahiyyətli şəxslərin, əmrinin imzalanması günündən tez olmayaraq, vəzifədən azad olunma gününədək azad olunma günü də daxil olmaqla hesablanır. İddia tələbindən göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı tələbləri sərhəd komendantlığının komendantı vəzifəsini faktiki olaraq icra etdiyi N nömrəli hərbi hissənin (Zaqatala) N-ci sərhəd komendantlığı üzrə xx.xx.N014-xx.xx.N015 və N nömrəli hərbi hissənin (Xudat) 1-ci sərhəd komendantlığı üzrə xx.xx.N015-xx.xx.N017-ci illər nəzərə alınmaqla vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki məbləğləri nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsindən ibarətdir. Belə ki, iddiaçı sözügedən tarixlərdə N nömrəli hərbi hissəsinin (Zaqatala) N-ci sərhəd komendantlığında və N nömrəli hərbi hissənin (Xudat) 1-ci sərhəd komendantlığında sərəd komendantı vəzifəsini icra etdiyi halda onun vəzifə maaşına əlavələrin ödənilmədiyini bildirir. Cavabdeh orqan isə iddiaçının faktiki olaraq 16 mart N014-cü il tarixdən 0N oktyabr N015-ci il tarixədək DSX N saylı hərbi hissədə N-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsində xidmət etdiyini, həmçinin N yanvar N015-ci il tarixdən hərbi hissə komandirinin N №-li nömrəli əmrinə əsasən, N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrasına buraxıldığını, 03 oktyabr N015-ci il tarixdən N aprel N017-ci il tarixədək DSX N005 saylı hərbi hissədə 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini - qərargah rəisi vəzifəsində xidmət etdiyini bildirir. Həmçinin cavabdeh orqan «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnamə»nin 3.1-ci maddəsinə istinad edərək N yanvar N015-ci il tarixli, N №-li əmrin Dövlət Sərhəd Xidməti rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslər tərəfindən deyil, N saylı hərbi hissə komandiri tərəfindən icra edildiyi üçün həmin tarixdən 0N oktyabr N015-ci il tarixədək N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası ilə bağlı əlavə pul təminatının ödənilməsi tələbinin əsassız olmasını bildirir. Eyni zamanda cavabdeh orqanın mövqeyinə görə 03 oktyabr N015-ci il tarixdən N aprel N017-ci il tarixədək iddiaçının N005 saylı hərbi hissədə 1-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrası ilə bağlı hər hansı bir əmr mövcud olmadığından həmin dövr üçün də əlavə pul təminatının ödənilməsinin mümkün olmamasını qeyd edir. Məhkəmə cavabdeh orqanın mövqeyini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, 15-16 mart N014-cü il tarixli, N007- №-li hərbi hissənin N №-li əmri ilə 7-ci sərhəd dəstəsinin N-ci sərhəd komendantlığı komendantının 1-ci müavini olaraq – qərargah vəzifəsinə təyin edilməklə xx.xx.N014-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildikdən sonra, xx.xx.N014-cü ildə N-ci sərhəd komendantlığının komendantı vəzifəsini müvəqqəti icra edən Ələkbər Lalayev tərəfindən komendantlıq iddiaçıya təhvil verilmişdir. Yəni, təhvil vermə məhz v.m.i edən şəxs tərəfindən həyata keçirilmişdir. Bu da iddiaçının faktiki icrasına buraxıldığı vəzifənin sözügedən təhvil verməni həyata keçirən şəxslə - Ələkbər Lalayevlə - eyni statusda olmasını və iddiaçının da N-ci sərhəd komendantlığının komendantı vəzifəsini müvəqqəti icra edən şəxs qismində vəzifəsinin icrasına başlamasını sübut edir. Daha sonra iddiaçı xx.xx.N014-cü ildə məzuniyyətə buraxılarkən N007№-li hərbi hissənin komandiri tərəfindən verilmiş 0N71№-li əmrdə N-ci sərhəd komendantlığının komendatının vəzifələrinin müvəqqəti icrası dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor XN həvalə edilmişdir. Məhz iddiaçı məzuniyyətə buraxılarkən sözügedən vəzifənin digər şəxsə həvalə edilməsi iddiaçının yuxarıda qeyd edildiyi kimi, artıq təhvil təslim anından etibarən xidmət etdiyi hərbi hissədə N-ci sərhəd komendantlığının komendatı vəzifəsini icra etdiyini sübut edir. Nəzərə alınmalıdır ki, iddiaçı, xx.xx.N014-cü ildə məzuniyyətdən qayıtdıqdan sonra ona yenidən 0N93№-li əmrlə N-ci sərhəd komendantlığının komendatının vəzifələrinin müvəqqəti icrası həvalə olunmuşdur. Cavabdeh orqan N-ci sərhəd komendantlığı komendantının vəzifələrinin müvəqqəti icrasının N yanvar N015-ci il tarixli, N №-li əmrlə iddiaçıya həvalə olunduğunu bildirsə də, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə iddiaçının təyin olunduğu (təhvil təslimin baş tutduğu) gündən etibarən məhz N-ci sərhəd komendantlığının komendantı vəzifəsini müvəqqəti icra etməsi sübuta yetirilir. İddiaçı, AR DSX N007 №-li hərbi hissə komandirinin 0N oktyabr N015-ci il tarixli 0N35 №-li əmri ilə 0N oktyabr N015-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilənədək xx.xx.N015-ci il tarixdə N-ci sərhəd komendantlığını mayor Nicat Hacılıya təhvil vermişdir. Təhvil təslim aktında iddiaçının adının qarşısında “N-ci SKK v.i.e” qeydləri yazılmışdır. Təhvil-təslim aktının məzmunundan görünür ki, iddiaçı bütövlükdə komendantlığın təhvil-təslimini həyata keçirmişdir ki, bu da yalnız iddiaçının həmin komendantlığın komendantı vəzifəsini icra edən şəxs olduğuna görə mümkün ola bilərdi. Tərtib edilmiş təhvil-təslim aktı N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq edilmişdir. Beləliklə, iddiaçının xx.xx.N014-xx.xx.N015-ci il tarixlərdə N nömrəli hərbi hissəsinin (Zaqatala) N-ci sərhəd komendantlığının komendantı vəzifəsini icra etməsi sübuta yetirilir. İddiaçı, AR DSX Sərhəd Qoşunları N005 saylı hərbi hissə komandirinin 03-04 oktyabr N015-ci il tarixli 0N37 №-li əmri ilə N nömrəli hərbi hissənin 5-ci sərhəd dəstəsinə 1-ci sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilməklə 03 oktyabr N015-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminat normalarına daxil edildikdən sonra, xx.xx.N015-də həmin hərbi hissənin (xudat) 1-ci sərhəd komendantlğını təhvil alması ilə bağlı N005 №-li hərbi hissə komandirinə raport vermiş və həmin raportda o, komendatlığın komendantı v.m.i edən şəxs olaraq qeyd olunmuşdur. Həmçinin N005 №-li hərbi hissə komandirinin xx.xx.N016-cı il tarixli, 0NN9 №-li əmri ilə iddiaçı xx.xx.N016-cı il tarixdə 45 günlük məzuniyyətə getmiş hesab edilərkən, onun məzuniyyətdə olduğu müddətdə sərhəd komendantlığının komendantı vəzifəsinin müvəqqəti icrasının digər şəxsə həvalə edilməsi qərara alınmışdır. Sözügedən əmrdə “iddiaçının məzuniyyətdə olduğu müddətdə sərhəd komendantlığının komendantı vəzifəsinin müvəqqəti icrasının” digər şəxsə həvalə edilməsinin nəzərdə tutulması yuxarıda qeyd edildiyi kimi, artıq təhvil təslim anından etibarən iddiaçının sərhəd komendantlığının komendantı vəzifəsini icra etdiyini birbaşa sübut edir. AR DSX Sərhəd Qoşunları N005 saylı hərbi hissə komandirinin N aprel N017-ci il tarixli 086 №-li əmrində iddiaçının 10 mart N017-ci il tarixdən vəzifəsindən azad olunmaqla N aprel N017-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılması və xidmətini davam etdirmək üçün N004 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi qeyd edilmişdir. Sözügedən əmrin verilməsindən bir gün əvvəl – xx.xx.N017-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. Həmin sənədin məzmunundan görünür ki, iddiaçı, məhz 1-ci sərhəd komendantlığının komendantı v,m,i edən şəxs olaraq komendantlığı mayor Pərviz Məmmədova təhvil vermişdir. Tərtib edilmiş təhvil-təslim aktı N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq edilmişdir Beləliklə, iddiaçının xx.xx.N015-xx.xx.N017-ci il tarixlərdə N nömrəli hərbi hissəsinin (Xudat) 1-ci sərhəd komendantlığının komendantı vəzifəsini icra etməsi sübuta yetirilir. Göründüyü kimi iddiaçının sərhəd komendantlığının komendantı vəzifəsini icra etməsi və ona sözügedən vəzifənin həvalə edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən müvafiq əmrlər təqdim edilməsə belə, işdə mövcud olan sübutlarla iddiaçının sərhəd komendantlığının komendantı v.m.i edən şəxs olması aşkar sübut olunur. Nəzərə alınmalıdır ki, cavabdeh orqan qeyd olunan müddətlər ərzində faktiki olaraq səlahiyyətli şəxsin əmri ilə komendant vəzifəsinin icra olunduğu digər şəxs barəsində də məlumat təqdim edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.N014-xx.xx.N015-ci il tarixlərdə N nömrəli hərbi hissənin (Zaqatala) N-ci sərhəd komendantlığında və xx.xx.N015-xx.xx.N017-ci il tarixlərdə N nömrəli hərbi hissənin (Xudat) 1-ci sərhəd komendantlığında sərhəd komendantı vəzifəsini icra etməsi rəsmi sənədlərlə təsdiq olunduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. N4.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. N4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 5N. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.1N-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sərhəd Xidmətinin üzərinə İddiaçı sərhəd komendantlığının komendantı vəzifəsini faktiki olaraq icra etdiyi N nömrəli hərbi hissənin (Zaqatala) N-ci sərhəd komendantlığı üzrə xx.xx.N014-xx.xx.N015 və N nömrəli hərbi hissənin (Xudat) 1ci sərhəd komendantlığı üzrə xx.xx.N015-xx.xx.N017-ci illər nəzərə alınmaqla vəzifə maaşına görə əlavə pul təminatının hal-hazırki məbləğləri nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar