Məhkəmə qərarları › İş №2-1(116)-699/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-699/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-699/2023 13.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Zaqatala Rayon Mazıx Bələdiyyəsinə qarşı “Zaqatala rayon Mazıx Bələdiyyəsi tərəfindən 0.68 ha torpaq sahəsinin iddiaçıya verilməməsi ilə əlaqədar iddiaçıya vurduğu 10.404 manat pulun-maddi zərərin əldən çıxmış faydanın Mazıx Bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Mazıx Bələdiyyəsi tərəfindən 0.68 ha torpaq sahəsinin iddiaçıya verilməməsi ilə əlaqədar iddiaçıya vurduğu 10.404 manat pulun-maddi zərərin əldən çıxmış faydanın Mazıx Bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-699/2023 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X25 ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı 1941-ci il tarixdə Zaqatala rayonu Qəbizdərə kəndində anadan olmuşdur.İddiaçı torpaq islahatı zamanı Zaqatala rayou Qəbizdərə kəndində yaşamış bacısı X19 və qardaşı X15 Mazıx kəndində hər birinə 0,34 ha olmaqla,cəmi 0,68 ha pay torpağı “Qəbizdərə çölü” adlanan sahədə verildiyini,lakin Zaqatala rayon Mazıx Bələdiyyəsi tərəfindən həmin 0.68 ha torpaq sahəsinin onlara verilməməsi ilə əlaqədar hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əsasən iddiaçı hesab edir ki,1999-cu ildə bələdiyyə tərəfindən iddia olunan torpaq sahəsi Zaqatala rayon Qəbizdərə kəndində deyil, Zaqatala rayon Mazıx kəndi ərazisindən verilmişdir.Cavabdehin hərəkəti nəticəsində ona zərər vurduğunu hesab edir. Odur ki, Mazıx Bələdiyyəsi tərəfindən 9 il ərzində dəymiş zərərin 10404 manat maddi zərərlə bağlı əldən çıxmış fayda olaraq 10.404 manat pulun tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdeh Zaqatala rayon Mazıx Bələdiyyəsinə müraciət etmiş, cavabdeh orqan isə iddia tələbinin icrası ilə əlaqədar olaraq imtina məktubu vermişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, Ləğv edilmiş DTXK tərəfindən idarəyə edilmiş elektron məlumatlarda mərhum X11 və mərhum X8 adları Zaqatala rayonu Qəbizdərə kəndi üzrə torpaq payı verilmiş subyektlərin siyahısında qeyd edilmiş, lakin torpaq sahəsinə dair məlumat qrafası boş saxlanılmışdır. Digər tərəfdən Ləğv edilmiş DTXK-nın Zaqatala rayon Şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondunda onların adlarına işlənmiş torpaq sahələrinə dair sənəd aşkar edilməmişdir. Keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda mərhum X8 adına intervar uçotuna alınmış Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. AN-İ ******* nömrəli xx.xx.2014-cü il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X28, X6 qanuni nümayəndəsi X5 və X10 özlərinə məxsus olan 0.04 ha torpaq sahəsini X2.

2. Az-İİ 348120 seriya nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikası Balakən rayon İcra Hakimiyyəti Katex kənd ərazi nümayəndəsinin 356 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı

4. 27.09.2017-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X17 və X3 Havva Şamil qızının vərəsələridir.

5. 22.05.2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X8 vərəsəsidir.

6. 22.05.2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, İddiaçı X11 vərəsəsidir.

7. 3619007393 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.68 ha torpaq sahəsi X23 və X8 ümumi birgə mülkiyyətindədir.

8. 3618000318 qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 0.4103 ha torpaq sahəsi X6 mülkiyyətindədir.

9. 3620005481 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Mazıx kəndində yerləşən 0.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

10. Zaqatala rayonu Mazıx kəndi keçmiş “Şəfəq” Kolxozu ərazisində torpaqdan pay almaq hüququ olan vətəndaşların siyahısı;

11. Zaqatala rayonu İcra Hakimiyyəti başçısının Mazıx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli məktubu

12. X23 və X13 aid subyektlər siyahısından çıxarışın surəti;

13. A seriyalı 465244 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 5493 kv. metr torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X22 mülkiyyətinə verilmişdir.

14. RX ******* seriyalı ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 0.4728 ha torpaq sahəsi X22 mülkiyyətindədir.

15. RX ******* seriyalı ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Qəbizdərə kəndində yerləşən 0.2205 ha torpaq sahəsi X28 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir

16. A seriyalı 010003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 2200 kv. metr torpaq sahəsi Zaqatala rayon Mazıx Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli qərarı ilə X22 mülkiyyətinə verilmişdir.

17. A seriyalı 127394 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 2205.24 kv. metr torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X22 mülkiyyətinə verilmişdir.

18. A seriyalı 448382 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 0.68 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir.

19. Zaqatala rayonu Mazıx bələdiyyəsinin xx.xx.2019-cü il tarixli 72 nömrəli məktubu;

20. Zaqatala rayonu Mazıx bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 13 nömrəli məktubu;

21. Zaqatala rayonu Mazıx bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 40 nömrəli məktubu;

22. Zaqatala rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(033)-54/2016 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Zaqatala Rayon Mazıx Bələdiyyəsinə qarşı “Zaqatala rayon Qəbizdərə kəndində yerləşən, mərhum qardaşı Xizri Musayev və mərhum bacısı Havva Musayevadan miras qalmış 0.68 ha torpaq sahəsinin ayrılıb ona verilməsinə dair iddiası təmin edilməmişdir.

23. Zaqatala rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(033)-615/2013 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.1999-cu ildə vəfat etmiş qardaşı X11 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsi kimi tanınmışdır.

24. Zaqatala rayon Məhkəməsinin 2(033)-395/2012 saylı qətnaməsinə əsasən İddiaçı 0.68 ha torpaq sahəsi üzərində vərəsə kimi tanınması tələbi təmin edilməmişdir.

25. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-71/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadına əsasən, İddiaçı nümayəndəsi X1 təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

26. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-335/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-724/2018 nömrəli qərardadı ləğv edilmiş və inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia mahiyyət etibarı ilə əsassızdır.Məhkəmə aşağıdakı qanun normalarını işin hallarına tətbiq edərək hesab edir ki,iddia təmin olunma deyil. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İşin hallarından görünür ki, iddiaçının Zaqatala rayou Qəbizdərə kəndində yaşamış bacısı X19 və qardaşı X15 torpaq islahatı zamanı hər birinə 0,34 ha olmaqla,cəmi 0,68 ha pay torpaq sahəsi verilmişdir.Sözügedən torpaq sahəsi 2003-cü ildən həmin şəxslərə ayrılsa da hüquqmüəyyənedici sənəd verilməmişdir. İddiaçının X19 və qardaşı X14 vərəsəsi kimi tanınması tələbinə dair iddia ərizəsi Zaqatala rayon məhkəməsin 2(033)395-2012 saylı,xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən təmin edilməmişdir.Qətnamədə qeyd edilmişdir ki,iddia olunan torpaq sahəsinə dair İddiaçı hüquqmüəyyənedici sənəd verilməmişdir.Yəni,iddiaçının həmin torpaq üzərində mülkiyyət hüququ yaranmamışdır. Həmçinin,iş materallarına əlavə edilmiş Zaqatala rayon Mazıx Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki X19 və qardaşı X15 verilmiş 0,68 ha torpaq sahəsi digər vətəndaşlar tərəfindən istifadə edilir. İddiaçının X19 və qardaşı X14 vərəsəsi kimi tanınması tələbinə dair Zaqatala rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsində,eləcə də məhkəmə qərarında hazırda maddi zərərin yaranma əsası kimi bələdiyyədən tələb etdiyi torpaq sahəsinin başqa şəxslərin istifadəsində olduğu müəyyən edilir. Qeyd olunan dövr müddətində iddia olunan torpaq sahəsindən bələdiyyənin istifadə etdiyi və buna görə maddi ziyan,əldən çıxmış fayda ödənilməsi tələbinə dair iddia əsassızdır. Hazırkı iddia ərizəsində iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər dəydiyi iddia olunur.Lakin,işin müəyyən edilən hallarından görünür ki, tələb olunan kompensasiya məbləği ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında hər hansı səbəbli əlaqə olmamış,iddiaçı tərəfidən 0,68 ha pay torpaq sahəsindən cavabdehin faktiki hərəkətləri nəticəsində istifadə edə bilmədiyini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Zaqatala Rayon Mazıx Bələdiyyəsinə qarşı “Zaqatala rayon Mazıx Bələdiyyəsi tərəfindən 0.68 ha torpaq sahəsinin iddiaçıya verilməməsi ilə əlaqədar iddiaçıya vurduğu 10.404 manat pulun-maddi zərərin əldən çıxmış faydanın Mazıx Bələdiyyəsindən alınaraq iddiaçıya ödənilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar