Məhkəmə qərarları › İş №2-1(116)-7/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-7/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-7/2021 05.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xx.xx.2018-ci il tarixli **********199200 nömrəli, xx.xx.2018-ci il tarixli **********197800 nömrəli, xx.xx.2018-ci il tarixli **********194700 nömrəli, xx.xx.2018-ci il tarixli **********222100 nömrəli, xx.xx.2018-ci il tarixli **********195400 nömrəli, xx.xx.2018-ci il tarixli **********198500 nömrəli, xx.xx.2018-ci il tarixli **********509100 nömrəli, xx.xx.2018-ci il tarixli **********374100 nömrəli, xx.xx.2018ci il tarixli **********602900 nömrəli, xx.xx.2018-ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə qərar"ların ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xx.xx.2018-ci il tarixli **********199200 nömrəli, xx.xx.2018-ci il tarixli **********197800 nömrəli, xx.xx.2018-ci il tarixli **********194700 nömrəli, xx.xx.2018-ci il tarixli **********222100 nömrəli, xx.xx.2018-ci il tarixli **********195400 nömrəli, xx.xx.2018-ci il tarixli **********198500 nömrəli, xx.xx.2018-ci il tarixli **********509100 nömrəli, xx.xx.2018-ci il tarixli **********374100 nömrəli, xx.xx.2018-ci il tarixli **********602900 nömrəli, xx.xx.2018ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə qərar"ların ləğv edilməsi" barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən 2016-cı il üzrə təqdim etdikləri mənfəət vergisi hesabatı üzrə kameral vergi yoxlaması nəticəsində əsassız olaraq qərar çıxarılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 26360.7 manat məbləğində əlavə vergi hesablanmışdır. Belə ki, mənfəət vergisinin hesabatında göstərilən xərclərlə bağlı vergi orqanına tələb olunan xərc sənədləri təqdim edilməsinə baxmayaraq, vergi orqanı hər hansı bir əsas olmadan həmin xərc sənədlərini qəbul etməyərək qeyri-rəsmi olaraq isə sənədlərin (qarşı tərəfin göstərdiyi xidmətlər üzrə ödənişin edildiyini təsdiq etmək üçün təqdim etdiyi qəbzlər) saxta olduğunu bildirərək əlavə vergi ödənişləri etməyi tələb etmişdir. Müəssisə tərəfindən 2016-cı il üzrə mənfəət vergisi hesabatı hesablama metodu ilə təqdim edilmişdir. Vergi orqanı xərcin tanınması üçün əsas olan sənədləri bir kənara qoyaraq, hesablama metodunda xərcin tanınmasında rol oynamayan ödəniş qəbzlərinə uyğun olaraq Qərar çıxarmışdır. Eyni zamanda, həmin “saxta” olduğunu bildirdiyi sənədlər üzrə qarşı tərəfin göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərini tanımış və vegi borclarının dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. Bundan əlavə, vergi orqanının rəhbəri öz vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək və vəzifə səlahiyyətlərini aşaraq (sənədlərin ekspertizasının keçirilməsi vergi orqanın səlahiyyətlərinə aid edilmədiyi halda və ya ekspertizanın keçirildiyini təsdiqləyən sənəd olmadığı halda) sənədlərin saxta olması qənaətinə gəlmiş və vergi qanunvericiliyinin tələblərini pozaraq Qərar çıxarmışdır. Cavabdeh vəsatətində bildirmişdir ki, cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli 30000,0 manat (ƏDV-siz) məbləğində HH seriyalı 812759 nömrəli elektron vergi-hesab faktura xx.xx.2014-cü il tarixdə, xx.xx.2014-cü il tarixli 20000,0 manat (ƏDV-siz) məbləğində HH seriyalı 313011 nömrəli, xx.xx.2014-cü il tarixli 20000,0 manat (ƏDV-siz) məbləğində HH seriyalı 610276 nömrəli, xx.xx.2015-ci il tarixli 20000,0 manat (ƏDV-siz) məbləğində HJ seriyalı 070202 nömrəli, xx.xx.2015-ci il tarixli 25000,0 manat (ƏDV-siz məbləğində HJ seriyalı 202292 nömrəli, xx.xx.2015-ci il tarixli 50000,0 manat (ƏDV-siz) məbləğində HJ seriyalı 342497 nömrəli, xx.xx.2015-ci il tarixli 50000,0 manat (ƏDV-siz) məbləğində HJ seriyalı 475565 nömrəli və xx.xx.2015-ci il tarixli 50000,0 manat (ƏDV-siz) məbləğində HJ seriyalı 497450 nömrəli elektron vergi-hesab fakturalar xx.xx.2018-ci il tarixdə ləğv edildiyi müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində xx.xx.2018-ci il tarixdə 2018-ci ilin sentyabr ayı üçün təqdim etdiyi dəqiqləşdirilmiş ƏDV bəyannaməsində ləğv olunmuş elektron vergi-hesab fakturalara əsasən 235000 manat ƏDV-siz dövriyyəyə uyğun azaldılmış 42300 manat ƏDV məbləği isə vergi orqanı tərəfindən qəbul edilərək təsdiqlənmiş və Cəmiyyətin həmin iddiası üzrə hal- hazırda təsdiqlənməmiş azalması mövcud deyildir. Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, yaxud vergi ödəyicisi elektron vergi hesabfaktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aparılır. Vergi ödəyicisi Məcəllənin 163.1 -ci maddəsində göstərilən hallardan birinin nəticəsində ƏDV üçün elektron vergi hesabfakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron vergi hesab-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Əlavə olaraq bildiririk ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********170817 nömrəli qərarı ilə “İddiaçı MMC-də 2015-ci ildən 2018-ci il tarixədək olan dövrləri əhatə edən növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələri üzrə xx.xx.2019-cu il tarixli **********172306 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması ilə 2016-cı ilin mənfəət vergisinin 91087.08 manat olduğu müəyyən edilmişdir (səyyar vergi yoxlaması aktının 7-ci səhifəsi). Beləliklə də hazırkı iddia üzrə mübaisələndirilən və 2016-cı il üzrə mənfəət vergisinin hesablanması barədə xx.xx.2018-ci il tarixli **********128700 nömrəli qərarla hesablanmış 26360.70 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla səyyar vergi yoxlamasının nəticəsində 91087.058-26360.70=64726.38 manat məbləğində əlavə mənfəət vergisinin hesablanması barədə xx.xx.2020-ci il tarixli **********196384 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi mübahisələndirilən xx.xx.2018-ci il tarixli qərarla hesablanmış 26360.70 manat məbləğində 2016-cı ilin mənfəət vergisi öz təsdiqini tapmışdır. Həmçinin hazırkı iddia üzrə mübahisələndirilən 2017-ci ilin fevral, mart, may, avqust, oktyabr, noyabr ayları və 2018-ci ilin yanvar, mart ayları üçün ƏDV üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğləri səyyar vergi yoxlaması ilə təsdiqlənmişdir (səyyar vergi yoxlaması aktının 11-12-ci səhifələri). Səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********196384 nömrəli qərar isə iddiaçı tərəfindən mübahisələndirildiyindən və həmin iş üzrə (İş №:2-1(116)-705/2020) məhkəmə mühasibatlıq ekspertizası təyin edildiyindən iddiaçının hazırkı işə marağı qalmamaqla eyni predmet üzrə məhkəmənin icraatında iki iş mövcuddur. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinə dair vergilərin hesablanması barədə xx.xx.2018-ci il tarixli **********199200, **********197800, **********194700, **********222100, **********95400, **********198500 nömrəli və xx.xx.2018-ci il tarixli **********509100, **********374100, **********602900 nömrəli hissədə icraata xitam verilməsi və xx xxxxxxx 2018-ci il tarixli **********128700 nömrəli qərarın ləğv edilməsi hissəsində isə iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar çıxarmağınızı Sizdən xahiş edirəm. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verib onun təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin verdiyi Vəsatətdən görünür ki, hazırkı iddia üzrə mübahisələndirilən 2017-ci ilin fevral, mart, may, avqust, oktyabr, noyabr ayları və 2018-ci ilin yanvar, mart ayları üçün ƏDV üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğləri səyyar vergi yoxlaması ilə təsdiqlənmiş, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********196384 nömrəli qərar isə iddiaçı tərəfindən mübahisələndirildiyindən və həmin iş üzrə (İş №:2- 1(116)-705/2020) məhkəmə mühasibatlıq ekspertizası təyin edildiyindən iddiaçının hazırkı işə marağı qalmamışdır. İddiaçının İddiaçı MMC barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” barədə tələbi artıq məhkəmə qaydasında mübahisələndirildiyi üçün hazırkı iddiaya baxılması əhəmiyyətini itirmişdir. Belə ki, iddiaçının hazırki iddiası təmin ediləcəyi halda belə mübahisəli qərara görə o faktiki olaraq heç nə əldə etməyəcəkdir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı xx xxxxx 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xx.xx.2018-ci il tarixli **********199200 nömrəli, xx.xx.2018-ci il tarixli **********197800 nömrəli, xx.xx.2018-ci il tarixli **********194700 nömrəli, xx.xx.2018-ci il tarixli **********222100 nömrəli, xx.xx.2018-ci il tarixli **********195400 nömrəli, xx.xx.2018-ci il tarixli **********198500 nömrəli, xx.xx.2018-ci il tarixli **********509100 nömrəli, xx.xx.2018-ci il tarixli **********374100 nömrəli, xx.xx.2018ci il tarixli **********602900 nömrəli, xx.xx.2018-ci il tarixli **********128700 nömrəli "Vergilərin hesablanması barədə qərar"ların ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar