Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-7/2023 21.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Zaqatala rayon Muxax bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli, 20 nömrəli qərarının “Muxax bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından fərdi ev tikmək məqsədilə Muxax kənd sakini X35 0,0791 ha həyətyanı torpaq sahəsi satılsın” hissədə etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon Muxax bələdiyyəsinin 12 dekabr 2019-cu il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 saylı qərarı ilə X36 və X4 təssərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,59 hektar torpaq sahəsi verilmişdir. 2005-ci ilin avqust ayında X41 rəhmətə getmişdir. 2003-cü ildə Zaqatala rayonu Muxax kəndində islahatlar həyata keçirilən zaman iddiaçıların xəbəri olmadan yuxarıda qeyd olunan torpaq sahəsi ayrı-ayrı şəxslərin faktiki istifadəsinə verilmişdir. Buna baxmayaraq iddiaçılar 0,16 ha torpaq sahəsi üzərində faktiki olaraq sahiblik edirdilər. İddiaçılar dəfələrlə müxtəlif təşkilatlara müraciət etməklə həmin torpaq sahələri üzərində öz mülkiyyət hüquqlarını təsdiq etmək istəsələr də, onlara məlumat vermişlər ki, həmin torpaq sahələri üzərində elektron sənədləşmə tamamlandıqdan sonra satılması həyata keçiriləcəkdir. 2019-cu ilin dekabr ayının axırında iddiaçılara məlum olmuşdur ki, onlara faktiki olaraq məxsus olan 0,16 ha torpaq sahəsinin 0,08 hektarı Zaqatala rayon Muxax bələdiyyəsi tərəfindən X35 qeyri-qanuni olaraq satılmışdır. Belə ki, torpaq sahəsi satılarkən Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin Bələdiyyələrin statusu haqqında qanunun və Bələdiyyə torpaqlarının idarə olunması haqqında Qanunların müddəalarının pozulması baş vermişdir. İddiaçılar yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh xx.xx.2020-ci il tarixli, 867 nömrəli məktubunda qeyd etmişdir ki, Muxax kəndində torpaq islahatı aparılan zamanı “Aerodrom” qoruqlar adlı sahədən mərhum anası X28 və bacısı X18 0,44 ha torpaq sahəsi verilmişdir. 2003-cü ildə torpaqların dəqiqləşməsi zamanı həmin torpaq sahəsi bələdiyyənin KPİ təyinatlı torpaq sahəsi olduğundan onun anası və bacısının torpaq payları başqa əkin təyinatlı torpaq sahəsinə keçirilmişdir. “Aerodrom” qoruqlar torpaq sahəsi bələdiyyə mülkiyyəti torpaq sahəsi olduqdan sonra Muxax kənd sakini İddiaçı1 iki həyətyanı torpaq sahəsi verilməsini bələdiyyə nəzərdə tutmuşdur. Lakin İddiaçı1 Muxax bələdiyyəsinə gələrək sabiq bələdiyyə sədri Valeh Abdullayevlə razılaşaraq həyətyanı sahənin birinin Muxax kənd sakini X35 verilməsinə etiraz etmədiyini bildirərək razılaşmışdır. Muxax bələdiyyəsi şikayətçinin şifahi razılığından sonra 0,0791 ha həyətyanı torpaq sahəsinin sənədləşmə prosedurunu başa çatdırmışdır. Sənədləşmədən sonra Muxax bələdiyyəsi qanunvericiliyə müvafiq olaraq 0,0791 ha torpaq sahəsini Muxax kənd sakini X35 notariat qaydasında bilavasitə satışını təmin etmişdir. İddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “cavabdehin xx.xx.2019-cu il tarixli, 20 nömrəli qərarının “Muxax bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından fərdi ev tikmək məqsədilə Muxax kənd sakini X35 0,0791 ha həyətyanı torpaq sahəsi satılsın” hissədə etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-7/2023 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-25/2022 nömrəli qərardadı ilə X43 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. İş üzrə üçüncü şəxs X43 iddia tələbinə dair münasibətini xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubunda bildirmişdir. S.Şabanov qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, o, qanunda nəzərdə tutulmuş qaydada Muxax bələdiyyəsinə müraciət edərək, 0,07 ha həyətyanı torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsi DƏDRX tərəfindən qeydiyyata alınmış və iddiaçıya qeydiyyat vəsiqəsi verilmişdir. Bu məsələ Zaqatala rayon Məhkəməsi tərəfindən tam obyektiv və hərtərəfli araşdırılmış və iddiaçıların tələbi öz əksini tapmadığı üçün onların iddiası təmin edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı3, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə İddiaçı3, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Hazırkı iddia növünə görə müəyyən etmə və ya tanınma haqqında iddialara aiddir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara baxılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianı mümkün hesab edir və işə mahiyyəti üzrə baxılmasını istisna edən halların mövcud olmadığı qənaətinə gəlir. Məhkəmə işin araşdırılması zamanı aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin xx.xx.2020-ci il tarixli, 867 nömrəli məktubuna əlavə olunmuş: Muxax bələdiyyəsinin xx.xx.2019-cu il tarixli iclas protokolunun 20 saylı qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, həmin qərarla Muxax bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından fərdi ev tikmək məqsədi ilə Muxax kənd sakini X35 0,0791 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Muxax bələdiyyəsi xx.xx.2019-cu il tarixli, **********05 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan 0,0791 ha torpaq sahəsini X3. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********44 nömrəli məktubuna əlavə olunmuş: Torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda 406-cı sırada X29 adı yazılmış, “faktiki istifadədə olan torpaq” qrafasında “0,12”, “faktiki istifadədə olan təmiz torpaq” qrafasında “0,22”, “artıqəskik” qrafasında “0,22” qeyd olunmuşdur. Qeyd olunan siyahıda 757-761-ci sıralarda isə müvafiq olaraq İddiaçı1, İddiaçı2, X5, X12 və İddiaçı3 adları yazılmış, “faktiki istifadədə olan torpaq” qrafasında “0,12”, “faktiki istifadədə olan təmiz torpaq” qrafasında “1,10”, “artıq-əskik” qrafasında “0,98” qeyd olunmuşdur. Muxax kolxozunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aparılmış hesabatın yekun cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, cədvəldə 131 nömrəli şəhadətnamə ilə X35 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Cədvəldə 250 şəhadətnamə nömrəsi ilə İddiaçı1 adı yazılmış, “istifadəsində olan bağ” qrafasında 0,16 ha, “torpaq pay norma” qrafasında 0,22 ha, “cəmi torpaq payı” qrafasında 1,10 ha, “həyətyanı bağ torpağı” qrafasında 0,16 ha, “əkin sahəsindən veriləcək torpaq sahəsi” qrafasında 0,94 ha qeyd olunmuşdur. Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiq olunmuş surətindən görünür ki, cədvəldə 131-ci sırada X29 adı yazılmış, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında “0,12” qeyd olunmuşdur. Cədvəldə 250-ci sırada İddiaçı1, İddiaçı2, X6, X12 və İddiaçı3 adları yazılmış, “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında qeyd aparılmamışdır (qrafa boşdur). xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqdim olunan: JN-212 nömrəli Dövlət aktının surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 69 nömrəli qərarı ilə 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X41 və X18 ayrılmışdır. 931483 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.2005-ci ildə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X43 xx.xx.2019-cu il tarixli, **********17 reyestr nömrəli çıxarışa əsasən özünə məxsus olan 0,1109 ha torpaq sahəsini X1. xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, 0,1109 ha torpaq sahəsi X19 xüsusi mülkiyyətindədir. İddiaçı1 tərəfindən təqdim olunmuş: Muxax bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 604 nömrəli məktubundan görünür ki, İddiaçı3 nənəsi X30 ölümündən 2020-ci ilə qədər vergiləri Muxax bələdiyyəsinin büdcəsinə ödəmişdir. 314324 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1987-ci ildə anadan olmuş, atası X13, anası İddiaçı2dır. 156945 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı ildə anadan olmuş, atası İddiaçı3 Murad oğlu, anası X31r. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********88 nömrəli məktubunda qeyd olunur ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” barədə məlumatlar ərazi idarəsinin arxiv fondunda və ərazi idarəsinin xidməti istifadəsində olan Zaqatala rayonu, Muxax kəndində aparılmış torpaq islahatının nəticələri barədə xəritələrdə öz əksini tapmamış və JN-212 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin nüsxəsi 18 saylı Zaqatala Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə Zaqatala rayonu, Muxax kəndində yenidən islahat aparılmış və həmin qərara əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə Ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********88 nömrəli məktubuna əlavə olunmuş: A seriyalı 486448 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 2199 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X35 ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş AA seriyalı 545016 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, 0,0791 ha həyətyanı torpaq sahəsi 4Ə-2122 nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi, Muxax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 15 nömrəli qərarına əsasən X29 xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Muxax kəndində yerləşən 0,0791 ha həyətyanı torpaq sahəsi X29 xüsusi mülkiyyətindədir. Subyektlər siyahısından görünür ki, siyahıda 213 nömrə ilə X20, X21, X11, X24 və X9 adları qeyd olunmuşdur. A seriyalı 486850 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 7600 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 ayrılmışdır. A seriyalı 486765 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə 1735 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 ayrılmışdır. A seriyalı 247110 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə 1598 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 ayrılmışdır. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqdim olunmuş: A seriyalı 247109 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə 396 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X28 ayrılmışdır. A seriyalı 242638 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş nüsxəsindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə 1398,87 kv.m həyətyanı torpaq sahəsi X28 ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********76 nömrəli məktubuna əlavə olunmuş: Muxax bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 15 saylı qərarından çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iclasın gündəliyində Muxax bələdiyyəsinin kənd perspektiv inkişaf sahəsinin təsdiqlənmiş layihəsinə uyğun fərdi ev tikmək məqsədilə satılması üçün nəzərdə tutulan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması məsələsi olmuşdur. İclasda qərara alınmışdır ki, Muxax kəndində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması nəzərdə tutulan bələdiyyə mülkiyyyətinə aid 0,08 ha torpaq sahəsinin məqsədi təyinatının həmin ərazinin yerquruluşu-təsərrüfat planına, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olub-olmadığını həmin yerin başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilib-verilmədiyini, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər kommunukasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşib yerləşmədiyinin, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədi ilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 saylı Ərazi idarəsinə müraciət edilsin. Muxax kəndində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması nəzərdə tutulan bələdiyyə mülkiyyətinə aid 0,08 ha torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verdikdə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlansın. Torpaq sahəsinin plan və ölçüsünün, normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın torpaq sahəsinin təsvirinə, bu əmlak (torpaq sahəsi) üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi Dşınmaz Əmlakın Dövlət Reyestr 18 saylı Ərazi idarəsindən xahiş edilsin. DTXK-nın xx.xx.2019-cu il tarixli, 1060 nömrəli rəyinin təsdiq olunmuş surətində qeyd olunur ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 791 kv.m (0,0791 ha) torpaq sahəsi Zaqatala rayon (şəhər) Muxax bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri kateqoriyalı, KPİ torpaqlardır. Uqodiyası əkin, bonitet balı 100, İ keyfiyyət qrupuna daxildir və alğı-satqı predmetidir. Müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilməmiş, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. Zaqatala RİH Memarlıq və tikinti şöbəsinin rəyinin təsdiq olunmuş arxiv nüsxələrində qeyd olunur ki, Muxax kəndində fərdi yaşayış evinin tikintisi üçün satılması nəzərdə tutulan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə bələdiyyə mülkiyyətinə aiddir. Torpaq sahəsi trapesiya formasında olmaqla ümumi sahəsi 800 kv.m-dir. RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsi yaşayış evinin tikintisi üçün satılması nəzərdə tutulan torpaq sahəsi kənd daxilində bələdiyyə mülkiyyətinə aid olduğundan, həmin torpaq sahəsinin tikinti altına ayrılmasına etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2019-cu ildə tərtib olunan A seriyalı 459636 nömrəli plan-ölçünün təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Muxax kəndində yerləşən 0,0791 ha həyətyanı torpaq sahəsi Muxax bələdiyyəsinin mülkiyyətindədir. xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Muxax kəndində yerləşən 0,0791 ha həyətyanı torpaq sahəsi Muxax bələdiyyəsinin mülkiyyətindədir. Təqdim olunmuş JN-1364 nömrəli Dövlət aktının surətindən görünür ki, Zaqatala rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 69 nömrəli qərarı ilə 1,54 ha kənd təsərrüafatı təyinatlı torpaq sahəsi X48 və ailə üzvlərinə ayrılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********30 nömrəli məktubuna əlavə olunmuş: Subyektlər siyahısının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, siyahıda X44 və X14 adları yazılmış, “qanuni istifadədə olan həyətyanı sahə” qrafasında “0,14” qeyd olunmuşdur. Muxax kolxozunda aparılmış torpaq islahatında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aparılmış hesabatın yekun cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, cədvəldə 249 şəhadətnamə nömrəsi ilə X25 adı yazılmış, “qanuni həyətyanı” qrafasında 0,14 ha, “faktiki həyətyanı” qrafasında 0,18 ha, “həyətyanıdan artıq” qrafasında 0,04 ha, “cəmi torpaq payı” qrafasında 0,44 ha, “əkin sahəsindən veriləcək torpaq sahəsi” qrafasında 0,40 ha qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təqdim olunmuş: xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Muxax kəndində yerləşən 0,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X41 və X22 ümumi birgə mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X25 vərəsələri X32 və İddiaçı1dur. Onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar. Miras əmlak 0,44 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssi rəyində qeyd olunur ki, Zaqatala rayonu, Muxax kəndi ərazisində yerləşən mübahisəli 0,08 ha torpaq sahəsinin naturada ölçüləri 0,08 ha olmaqla yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı məqsədilə ayrılmış ərazidir. İddiaçı X7 faktiki istifadə etdiyi torpaq sahəsi DƏDRX-nin tərtib etdiyi **********67 reyestr nömrəli çıxarışla X10 adına qeydə alınmışdır. Mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, sahəsi və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssi rəyində qeyd olunur ki, mübahisəli 0,0791 ha torpaq sahəsinin JN-212 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,59 ha torpaq sahəsinin içərisində olub-olmaması ilə bağlı bildirilir ki, 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron məlumat bazasında JN-212 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı mövcud olmadığından mübahisəli 0,0791 ha ərazinin həmin aktda göstərilən torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşdiyini müəyyən etmək olmamışdır. Məlumat üçün bildilir ki, 0,0791 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********37 olan X2 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, Ləğv edilmiş DTXK-nın Zaqatala rayon şöbəsindən idarəyə təhvil verilmiş sənədlər toplusunda Dövlət aktlarının qeydiyyatı kitabında 16628 nömrə ilə qeydiyyata alınmış “Dövlət Aktı” sənədi və ya qeydiyyatın aparıldığı kitab aşkar edilməmişdir. Məhkəmə işin hallarına aşağıdakı qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İlk olaraq, qaldırılan iddia inzibati aktın etibarsızlığının tanınması tələbi ilə bağlı müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik aydınlaşdırılmasından ibarətdir. İPM-də bu iddiaların üç növü təsbit edilmişdir: 1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslılığı həm də inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasında kifayət qədər marağın olmasından asılıdır. İPM-in 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbabcan Respublikasının Qanununun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 153-cü maddəsinə görə bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir; 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). Həmin Məcəllənin 56.2-ci maddəsinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmçinin Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 4-cü bəndinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir; 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; 13-1-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir; 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; 23-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; 25-ci bəndinə görə bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; 26-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Mülki qanunvericilik mülkiyyət hüququnu üç elementin – sahiblik, istifadə və sərəncam hüquqlarının vəhdəti olaraq qəbul etməkdədir. Şəxsin mülkiyyətində olan əmlaka münasibətdə onun razılığı olmadan hər-hansı subyektin sərəncam vermə hüququ Mülki Məcəllənin tələbləri ilə nəinki məhdudlaşdırır, həmçinin qanunvericiliklə bu kimi halların qarşısının alınması və məsuliyyət mexanizmləri də müəyyən edilir. Mülki hüquq şəxsin yalnız mülkiyyətində, qanuni istifadə və sahibliyində olan əmlaka münasibətdə, xüsusi şərtlər çərçivəsində sərəncam vermək hüququnu tanıyır. İşin hallarından da göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən mübahisəli qərarla onun anası və ailə üzvlərinə məxsus olmuş torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsini əsas gətirərək, cavabdehin səlahiyyəti olmadığı halda, mülkiyyətində olmayan daşınmaz əmlakı heç bir hüquqi əsas olmadan üçüncü şəxsə ayırmaqla inzibati icraat haqqında qanunun tələblərini pozduğunu iddia etməkdədir. Məhkəmə araşdırması ilə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktla öz mülkiyyətində olan torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə verilməsinin qərara alındığı müəyyən edilmişdir ki, belə olan halda iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsi müəyyən edilməmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən bələdiyyə qərarının etibarsızlığına dəlalət edən sübutlar iş materialları ilə müəyyən olunmamışdır. Eyni zamanda İnzibati icraat haqqında qanunun 65-ci maddəsində göstərilən inzibati aktın etibarsız sayılmasına əsas olan hallar iş üzrə müəyyən edilməməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Zaqatala rayon Muxax bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli, 20 nömrəli qərarının “Muxax bələdiyyəsinin perspektiv inkişaf fondu torpağından fərdi ev tikmək məqsədilə Muxax kənd sakini X35 0,0791 ha həyətyanı torpaq sahəsi satılsın” hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-7/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-7/2023
21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver