Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-700/2024 30.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının aktiv işlədiyi dövrdə təminat xərcliyinə daxil olmuş “müharibə veteranı”, “məharət” usta (ixtisas) dərəcəsinə görə vəzifə maaşına olan əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş N-1(116)-138N/N0N3 nömrə ilə qeydə alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(11N)-16N9/N0N3 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(11N)-1979/N0N3 nömrəli qərardadı ilə N-1(116)-1979/N0N3 nömrəli inzibati iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının verilməsi barədə” iddia tələbi ayrıca icraata ayrılmışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı 199N-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbinə daxil olmuşdur. 1996-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbini “leytenant” rütbəsində bitirmişdir. 1996-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində, döyüş bölgələrində müxtəlif hərbi hissələrdə xidmət keçmişdir. N018-cü ilin may ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə müvafiq olaraq, polkovnik rütbəsində ehtiyata buraxılmışdır. İddiaçı aktiv işlədiyi dövrdə təminat xərcliyi-vəzifə maaşından; rütbə maaşından; xidməti illərə görə əlavədən; ərzaq pulu əvəzinə verilən pul kompensasiyasından: məharət usta (ixtisas) dərəcəsinə görə əlavədən ibarət olmuşdur. İddiaçı hərbi hissə komandiri kimi şəxsi heyəti ilə birlikdə N016-cı il aprel döyüşlərində iştirak etmiş, lakin ona “Müharibə veteranı” adı verilməmişdir. Qanunlara istinad edərək tərəfindən NN sentyabr N0NN-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək “Müharibə veteranı” adı verilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, AR NK-nin xx.xx.1995-ci il tarixli N16 nömrəli (xx.xx.N016-cı il tarixli 438 nömrəli Qərar) qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı Silahlı qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 3-cü hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 1N may 1994-cü il tarixindən sonra “Müharibə veteranı” adı yalnız döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.N0N4-cü il tarixli etirazında qeyd edilmişdir ki, iddiaçının 0N-05 aprel N016-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edərkən döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə hər hansı bir təsdiqedici sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-cı bəndinə əsasən “1988-ci ıl fevralın 1-dən 1994-cü il mayın 1N-dək döyüş əməliyyatırı aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezzam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə daxili işlər dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən xidmət keçmələrini sübut edən hərbi hissələrin nizamı hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər orden və medallarla təltif olunmaq haqqında vəsiqələr xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı adı verilir. Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nın 47.N-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.N0NN-ci il tarixli 4/3-11965 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin iddiaçının barəsində xx.xx.N0NN-ci il tarixli 7013 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-ci il tarixli N35 nömrəli əmri (§ 1, sıra nömrəsi 4) ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N003-cü il tarixli 36 nömrəli əmri (§ N) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N17 nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı N17 nömrəli hərbi hissə komandirinin xx.xx.N003-cü il tarixli 37 nömrəli əmri (§ 4) ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N003-cü il tarixli N77 nömrəli əmri (§ 7) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N003-cü il tarixli 187 nömrəli əmri (§ 1) ilə şəxsi heyətin siyahısına daxil edilib və xx.xx.N004-cü il tarixli N34 nömrəli əmri (§ N) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N004-cü il tarixli 361 nömrəli əmri (§ 3) ilə şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N006-ci il tarixli N54 nömrəli əmri {§ N) ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün Silahlı Qüvvələrin Hərbi Akademiyası rəisinin sərəncamına göndərilmişdir. - 9N9 saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.N016-ci il tarixli əmrindən çıxarışdan görünür ki, bu günkü tarixdən döyüş hazırlığı planına uyğun olaraq Ağdam, Beyləqan və Tərtər rayonlarında yerləşən 1-ci, N-ci və 3-cü tank əleyhinə artilleriya divizionlarının daimi yaşayış məntəqəsinə ezamiyyətə getmişdir. - 9N9 saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.N016-ci il tarixli əmrindən çıxarışdan görünür ki, iddaçı N8 may N016-cı il tarixdən 1-ci, N-ci və 3-cü tank əleyhinə artilleriya divizionlarının daimi yaşayış məntəqəsindən (Tərtər, Beyləqan, Ağdam rayonları) ezamiyyətdən qayıtmış və vəzifəsinin icrasına başlamışdır. - Daxili İşlər Nazirliyinin 367-9019Ş-3NN1 nömrəli xx.xx.N0N1-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1975-ci il tarixdə Azərbaycan Respublikası, Ucar rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in N.N.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarından görünür ki, iddiaçı, xx.xx.N016-xx.xx.N016-ci il tarixlərdə aprel döyüşlərində iştirak etməsini nəzərə alaraq cavabdeh orqana qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İstinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçının 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması faktı da müəyyən edilməlidir. Yəni, iddiaçının hərbi xidməti 10 may 1994-cü il tarixdən sonraya təsadüf etdiyindən onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş zonasında hərbi xidmət keçməsi ilə bərabər (yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olması) bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması da sübut edilməlidir. Hazırkı iş üzrə yuxarıda qeyd edilən şərtlər iddiaçıya münasibətdə yerinə yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.1N-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-700/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-700/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver