Məhkəmə qərarları › İş №2-1(116)-702/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-702/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-702/2020 25.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Əliyeva Gövhər Bahadur qızının iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı (üçüncü şəxslər: Əliyeva Gövhər Bahadur qızı və “xxxx” ASC) “Əliyeva Gövhər Bahadur qızının adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxx 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı (üçüncü şəxs Əliyeva Gövhər Bahadur qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əliyeva Gövhər Bahadur qızının adına verilmiş **********89-1-301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxxx 2008-ci il tarixli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş 1 mərtəbəli, 3 otaqlı, 66.05 kv.metr yaşayış, 62.17 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsində tam mülkiyyət hüququ üzrə Əliyeva Gövhər Bahadur qızının adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 153 nömrəli vərəqində qeydə alınmışdır və bu barədə onun adına **********89-1-301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxx 2008-ci il qeydiyyat tarixli, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi Qəbələ rayon X6 03 saylı xx xxxxxx 2001-ci il tarixli qərarı ilə Əliyeva Gövhər Bahadur qızının və iddiaçının ümumi birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına 815 nömrə ilə qeydiyyat kitabında qeydə alınmış JN-850F (kod 40601004) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin bütün bunlara baxmayaraq qeyd iddiaçının etdiyi ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi qanunsuz olaraq xx xxx 2008-ci il tarixdə vahid daşınmaz əmlak kimi yalnız anası Əliyeva Gövhər Bahadur qızının adına qeydə alınmışdır və adına çıxarış verilmişdir. Bu barədə iddiaçının yalnız anasının ona qarşı evdən çıxarılma tələbinə dair işə baxılan zaman məlumatı olmuşdur. Bununla bağlı iddiaçı çıxarışın ləğv edilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan çıxarışın ləğv edilməsinin onların səlahiyyətində olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” ASC iş üzrə 3-cü şəxs kimi məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “Əliyeva Gövhər Bahadur qızının adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxx 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, X5 iddia etdiyi Əliyeva Gövhər Bahadur qızınn adına verilmiş verilmiş xx xxx 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli verilmiş reyestrdən çıxarışın ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Qeyd edilir ki, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq səhəsi üzərində yerləşən fərdi yaşayış evi X1 notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında Əliyeva Gövhər Bahadur qızının adına rəsmiləşdirilmişdir. Eyni zamanda bildirmək istəyirik ki, Əliyeva Gövhər Bahadur qızının adına dövlət qeydiyyatına alınmış daşınmaz əmlak “xxxx” ASC-nin Ağdaş filialında ipoteka ilə yüklü edilmiş və hal-hazırda da həmin yüklülük qüvvədədir. Bu səbəbdən də məhkəmə prosesinə “xxxx” ASC-nin Ağdaş filialı da 3-cü şəxs kimi cəlb edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin cədvəldə 850-ci sırada üçüncü şəxslə yanaşı iddiaçının da adı qeyd edilmişdir. İş materiallarında olan JN-850F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi Əliyeva Gövhər Bahadur qızı və onun ailə üzvü İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı mənzilin üçüncü şəxsin (anası) adına sənədləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evi Əliyeva Gövhər Bahadur qızının mülkiyyətində olmaqla “xxxx” ASC-nin Ağdaş filialının xeyrinə hüquq yüklü edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 08315599 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********67 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli **********96 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2020-ci il tarixli **********89 nömrəli etiraz məktubu, xx.xx.2008-ci il tarixli ərizənin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Üçüncü şəxs “xxxx” ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi Əliyeva Gövhər Bahadur qızı və onun ailə üzvü İddiaçı mülkiyyətinə verilmişdir. Bundan sonra iş üzrə iddiaçı xx.xx.2008-ci ildə mülkün anasının adına sənədləşdirilməsinə razılıq vermiş, cavabdeh inzibati orqan isə fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsini də 3-cü şəxsin adına qeydiyyata almışdır. Halbuki qeyd olunan torpaq sahəsinin yarısı iddiaçının mülkiyyətində olmuş, həmin torpaq sahəsinin onun tərəfindən anasına bağışlama və ya alqı-satqı qaydasında baş tutmamışdır. İddiaçı yanlız evin anasının adına sənədləşdirilməsinə razılıq vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Əliyeva Gövhər Bahadur qızının adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxx 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda X1 adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X11 üzərinə Əliyeva Gövhər Bahadur qızının adına verilmiş **********89-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx xxx 2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda X1 adının torpaq mülkiyyətçisi kimi mülkiyyətçi qrafasına əlavə edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar