Məhkəmə qərarları › İş №2-1(116)-708/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-708/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-708/2022 05.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 mart 1993-cü ildən 01 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i”-ERA” Azərbaycan-X4 Müəssisəsində işlədiyim dövrün sosial sığorta stajı kimi hesablanması, 01 mart 1993-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı “01 mart 1993-cü ildən 01 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i”-ERA” Azərbaycan-X4 Müəssisəsində işlədiyim dövrün sosial sığorta stajı kimi hesablanması, 01 mart 1993-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, əmək kitabçasında və hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərini, həmçinin güzştli arayışını nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, ümumi və xüsusi iş stajının, həmçinin işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmasının təqdim etdiyi sənədlər əsasında sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını iddiaçının işlədiyi “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin mövcudluğunu təsdiq edən hər hansı sənədin olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - iddiaçının cavabdehə ünvanladığı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizədən və cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, xx.xx.2021-ci il tarixdə anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsi (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri X5 üzrə Baş İdarənin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğunda xx.xx.1994-cü il tarixdə № 680 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) əvvəlki adının “Qafqazenerjitəmir" Müəssisəsi olması müəyyən edilməmişdir. Həmçinin bildiririk ki, İdarədə olan reyestrdə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) hazırda fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmiş, ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər-hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli 05-25 №-li arayışında qeyd edilmişdir ki, arayış verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1981-ci il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasında Mərkəzi Təmir sexinin maşın sexinə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. (xx.xx.1981 -cı il. Əmr №616). xx.xx.1981-ci ildə Mərkəzi Təmir sexinin qazan sahəsinə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (xx.xx.1982-ci il. Əmr № 10/K). xx.xx.1987-ci ildə Azərbaycan SSR-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən (əmək və istehsal intizamının pozulması ilə əlaqədar olaraq) işdən azad olunmuşdur (xx.xx.1987-ci il. Əmr № 140). Məlumat üçün bildiririk ki, xx.xx.1981 - ci il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyası - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası adlandırılmışdır (xx.xx.1981 - ci il. Əmr №420). "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. ."xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC- Azərbaycan İstilik Elektrik Stansiyası Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli 20-KS №li arayışında qeyd edilmişdir ki, Verilir, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən “Sumqayıt İEM-2”-də xüsusi-zərərli iş şəraitində işləyib: -xx.xx.1978 -ci ildən (Əmr N 152-k) xx.xx.1979 -cu ilə qədər (Əmr N 56-k) Qazar- Turbin sexində çilingər vəzifəsində; - kod: 2140000a - 18455; xx.xx.1981 -ci ildən (Əmr N 127-k) xx.xx.1981-ci ilə qədər (Əmr N 162-k) Qazan-Turbin sexində çilingər vəzifəsində işləyib. - kod: 2140000a - 18455. 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ keçir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən «Sumqayıt İEM-2» hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 43 №-li əmrinə əsasən yeni hüquqi şəxs yaranmışdı "xxxx" MMC. xx.xx.2004-cü il tarixli 52 №-li əmrinə əsasən "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırıldı. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırıldı. - “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin xx.xx.2005-ci il tarixli 32 №-li güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən "xxxx" ixtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1993-cü il tarixdən (ƏMR № 24-KŞ 02.03.93 ) qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.2005 - ci ildə ƏM - nin 68-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. ( ƏMR №61. KŞ xx.xx.2005). Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə pensiya hüququ verilməsi haqda 320 saylı xx.xx.1993- cü il qərarının 2 saylı siyahısının Xİİİ yarımbölməsinin 1-ci bəndinə əsasən güzəştli sayılır (kod.2140100a-18455). "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007- ci i! tarixli Qərarının 24-cü bəndində qeyd edildiyi kimi bu vəzifələr güzəştli şərtlərlə pensiya hüququna malikdir. Əsas : Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 saylı xx.xx.2007 - ci il tarixli qərarı. Arayış DSMF - yə təqdim etmək üçün verilir. Qeyd : "xxxx" Dövlət şirkətinin xx.xx.1994- cü tarixli 61 saylı əmrinə əsasən "xxxx" İİB-i "xxxx" Azərbaycan-X4 Müəssisəsi adlandırılmışdır. - ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978 – xx.xx.1979 (7 ay 19 gün), xx.xx.1988-xx.xx.1989 (4 ay 9 gün), xx.xx.1981 – xx.xx.1981 (2 ay, 2 gün), xx.xx.1989-xx.xx.1989 (7 ay 10 gün), xx.xx.1981 – xx.xx.1987 (5 il 8 ay 21 gün), xx.xx.1989-xx.xx.1991 (1 il 3 ay). xx.xx.1987 – xx.xx.1988 (1 il 3 ay 13 gün), xx.xx.1991-xx.xx.1993 (1 il 11 ay 20 gün). xx.xx.1993-xx.xx.2005 (12 il 7 ay) - 533 və 927 №-li X7 Təhsili Komitəsi tərəfindən verilmiş attestatdalardan görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1976-cı (11 ay 24 gün) və xx.xx.1977-xx.xx.1978-ci illərdə (9 ay 20 gün) peşə təhsili almışdır. - SHÇÜDX-nin xx.xx.2021-ci il tarixli 612 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1979 – xx.xx.1981-ci il tarixlərdə (2 il 8 gün), müddətli həqiqi hərbi xidmət keçmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də qismən əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdehin etirazının başlıca dəlili iddiaçının işlədiyi “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin mövcudluğunu təsdiq edən hər hansı sənədin olmaması ilə bağlıdır ki, iş materialları ilə həmin müəssisənin 1994-cü ildən dövlət qeydiyyatına alınması sübuta yetirilir. Həmin müəssisənin sənədlərinin mövcud olmamasına gəldikdə isə, müvafiq sənədlərin saxlanılmasını və arxivə təhvil verilməsini təmin etmək iddiaçının vəzifəsi olmadığından, onun pensiya hüququnun pozulmasına səbəb ola bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçını əmək stajı əmək kitabçası ilə müəyyən edilir. Cavabdeh orqan isə, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və iş satının qeyd olunduğu əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, peşə təhsili aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 28 il 5 ay 25 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi və kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. Belə ki, "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli 20-KS №-li və “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin xx.xx.2005-ci il tarixli 32 №-li güzəştli arayışı ilə iddiaçının 12 il 6 aydan artıq müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdə işləməsi sübut olunur. Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin xx.xx.1960-cı il təvəllüdlü olduğundan, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub). İddiaçı, xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən, müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçının 01 mart 1993-cü ildən 01 oktyabr 2005-ci ilədək "xxxx" İİBİ”-ERA” Azərbaycan-X4 Müəssisəsində işlədiyim dövrün sosial sığorta stajı kimi, 01 mart 1993-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınaraq xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar