Məhkəmə qərarları › İş №2-1(116)-712/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-712/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-712/2023 29.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı6, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Nemətabad kəndində yerləşən, JN-127, Kod 90109018 olan dövlət aktı ilə onların mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı1 və digərləri cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Nemətabad kəndində yerləşən, JN-127, Kod 90109018 olan dövlət aktı ilə onların mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə İddiaçı1, X4, İddiaçı3, X6, İddiaçı5 və İddiaçı6 kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3,69 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN127, kod 90109018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edimişdir. Həmin torpaq sahəsi uzun illər iddiaçılar tərəfindən əkilib-becərilmiş, təyinatı üzrə istifadə edilmişdir. Həmin torpaq sahəsinin 0,586 ha hissəsi qaz xəttinin mühafizə zolağına düşdüyündən 04 yanvar 2003-cü ildə İddiaçı1 ilə müvafiq icarə müqaviləsi bağlanılmış, 24 iyun 2004-cü ildə həmin icarə müqaviləsinə əlavə bağlanılmışdır. Həmçinin 24 iyun 2004cü ildə mühafizə zolağı torpağı üzrə son inventarlaşdırma və kompensasiya ilə bağlı cədvəl tərtib edilmiş və onlara həmin torpaq üçün 5818 (beş min səkkiz yüz on səkkiz) ABŞ dolları kompensasiya verilmişdir. İddiaçı 3,69 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı, Yevlax rayonu, Nemətabad kəndi ərazisində yerləşən 3.69 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ‘Torpaq sahəsinin planı və ölçüsü" sənədinin alınması barədə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, naturada yerləşən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə idarənin elektron xəritə bazasında (DWJ) göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinə dair DT və XK tərəfindən verilmiş “Dövlət Aktı”nda qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bu da iddiaçıya xüsusi mülkiyyət hüquq ilə verilmiş 3.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil edir. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - iddiaçının xx.xx.2022-ci il tarixli ilkin müraciətindən görünür ki, cavabdeh orqana edilmiş müraciətin məzmunu Hüquqların dövlət qeydiyyatı haqqında yerdə qalan hissənin rəsmiləşdirilməsi, daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında təkrar texniki pasportun verilməsi barədə olmuşdur. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-127 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı1 5 nəfər ailə üzvü ilə birlikdə 3,69 ha torpaq sahəsi verilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan “X5 X8”ndəki Yevlax rayonu, Nemətabad bələdiyyəsinin xəritəsinə əsasən JN- 127 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası əkin, mülkiyyətçisi X2r. İddiaçının istifadəsində naturada faktiki torpaq sahəsi mövcud deyil. İddia etdiyi və göstərdiyi torpaq sahəsi TEKUİS məlumatlarına əsasən JN-127 nömrəli dövlət aktında göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. DWG məlumatlarına əsasən üst-üstə düşmür. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Yədilli kəndində yerləşən 5,3569 ha torpaq sahəsi X1 tam mülkiyyətindədir. - JN-0451 kod 90109028 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-45 qətnaməsinə əsasən X3 5,39 ha torpaq sahəsi verilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax rayonu Nemətabad kəndində yerləşən 2,0577 ha torpaq sahəsi Məmmədov Ziya, Məmmədova Patma və X7 ümumibirgə mülkiyyətindədir. - JN-0061 kod 90109018 nömrəli “Torpağın mülkiyyətə hüququna dair” dövlət aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarına əsasən Ziya Məmmədova 3 nəfər ailə üzvü ilə birlikdə 2.06 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi : Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 3,69 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla mülkiyyətçisi X2r və hazırda RX seriyalı ******* nömrəli çıxarış əsasında sözügedən torpaq sahəsi üzərində, yəni Yevlax rayonu Yədilli kəndində yerləşən 5,3569 ha torpaq sahəsi üzərində X1 tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. İddiaçılar X1 adına tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışı mübahisələndirmədən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edirlər. İş materialları ilə müəyyən edilir ki, RX seriyalı ******* nömrəli çıxarış, JN-451 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında tərtib edilmişdir. X13 isə Yevlax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-45 qətnaməsi əsasında tərtib edilmişdir. Odur ki, iddiaçılar ilk növbədə JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həqiqətən də Yevlax Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-45 qətnaməsi əsasında tərtib edilib-edilməməsinin, yəni sözügedən qətnamə əsasında mülkiyyət hüquqlarının qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin məhz həmin torpaq sahəsi olub-olmamasının aydınlaşdırılması üçün X13nı mübahisələndirməlidirlər. Bununla yanaşı araşdırılmalı olan digər hal RX seriyalı ******* nömrəli çıxarışın həqiqətən JN-451 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinə tərtib edilib-edilməməsi ilə bağlıdır. Belə ki, RX seriyalı ******* nömrəli çıxarış və JN-451 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş torpaq sahələri üst-üstə düşərsə ilk növbədə Dövlət Aktı, daha sonra isə Çıxarış mübahisələndirilməli, JN-451 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş torpaq sahəsi digər əraziyə aid olduğu halda, RX seriyalı ******* nömrəli çıxarış iddia olunan torpaq sahəsinə tərtib edilmişdirsə iddiaçılar sözügedən çıxarışı mübahisələndirməlidirlər. Bundan başqa cavabdeh orqan mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin X1 mülkiyyətində olduğunu bildirsə də, rəyə əlavə olunmuş yeruquruluşu planından çıxarışdan görünür ki, iddia olunan torpaq sahəsi həm də **********36 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 2.07 ha torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, həmin torpaq sahəsi üzərində Ziya Məmmədov və onun ailə üzvlərinin ümumibirgə mülkiyyət hüququ JN-0061 nömrəli Dövlət Aktı əsasında dövlət qeydiyyatına alınaraq ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Odur ki, iddiaçı iddia olunan torpaq sahəsinin yerquruluşu planında öz əksini tapmış, Ziya Məmmədov və digər şəxslərə aid torpaq sahəsi ilə üstüstə düşən hissəsində JN-0061 nömrəli Dövlət Aktını və onun əsasında verilmiş **********36 reyestr nömrəli çıxarışı mübahisələndirməli, həmin iddia tələbi müsbət həllini tapdıqdan sonra hazırkı tələblə məhkəməyə müraciət etməlidir. Hər bir halda yuxarıda qeyd edilən halların araşdırılması və sözügedən sənədlərin ləğvi ilə bağlı iddiaçıların cavabdeh orqana müraciətləri olmalı və inzibati orqanda həmin məsələlərlə bağlı inzibati araşdırma aparılmalıdır. İddiaçıların işə əlavə edilmiş ilkin müraciətindən görünür ki, ümumiyyətlə yuxarıda qeyd edilən sənədlər mübahisələndirilmədən, birbaşa hazırkı iddia qaldırılmışdır. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya və onun nümayəndəsinə izah edilərək onların dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Nemətabad kəndində yerləşən, JN-127 Kod 90109018 nömrəli Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş 3,69 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar