Məhkəmə qərarları › İş №2-1(116)-712/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-712/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-712/2024 30.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müvafiq əlillik dərəcəsinin verilməsi və həmin əlillik dərəcəsi əsasında ona pensiya təyin edilmilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh orqanın üzərinə müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx xxxx 1969-cu ildə anadan olmuşdur. Hazırda Mingəçevir şəhəri Heydər Əliyev prospekti bina 7 mənzil 15-də yaşayır. X1 iştirak etmiş və müharibədə yaralandığı üçün ona müvafiq əlillik dərəcəsi təyin edilmişdir. Ona məxsus olan hərbi biletdə də 15 yanvar 1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində olarkən yaralanmağı barədə qeydlər aparılmışdır. Həmçinin bu barədə müvafiq vəsiqə də verilmişdir (Qarabağ Müharibəsi veteranı və əlili). 2003-cü ildən 2012-ci ilə kimi 3-cü qrup, 2012-ci ildən sonra isə 2-ci qrup əlil kimi (müharibə əlili) pensiya almışdır. 2021-ci ilin fevral ayından etibarən isə ona verilmiş əlillik dərəcəsi ləğv edilmiş, həmçinin verilən pensiya da dayandırılmışdır. O, yüksək formalı şəkərli diabet, epilepsiya xəstəsidir. Ayda bir neçə dəfə həmin xəstəliyin əlamətləri özünü göstərir. Onun sol qolu tamamilə tutulmuşdur, işləmir. Tez-tez sudurqaları tutur, dilim qatlanır, hər iki ayağı tutulur ki, günlərlə hərəkətsiz qalır. Bununla belə bu qədər ağır bir vəziyyətində ona verilən əlillik dərəcəsi əsassız olaraq ləğv edilmişdir. Dövlət hər ay ona şəkər üçün 2, epilepsiya üçün isə 4 cür dərman verirdi. Hazırda şəkər üçün dərmanları yenə verilsə də, epilepsiya üçün dərmanların verilməsi isə dayandırılmışdır. Onun maddi vəziyyəti olduqca ağır olduğu üçün dərmanları özü ala bilmir. Dərmansız isə yaşamağı mümkün deyildir. O, heç bir yerdə işləmirəm. Maddi vəziyyəti olduqca ağırdır. Ailəsinin yeganə gəlir yeri onun aldığı pensiya idi ki, o da artıq uzun müddətdir ki, kəsilmişdir. O əlillik dərəcəm ləğv edildikdən sonra dəfələrlə təkrar müraciətlər etsə də, heç bir nəticəsi olmamış, ona müvafiq əlillik dərəcəsinin verilməsindən imtina edilmiş, qoyulmuş diaqnozların müvafiq əlillik dərəcəsinin verilməsi üçün yetərli olmaması qeyd edilmişdir. Cavabdehin imtinası ilə razılaşmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Kəllədaxıli travmaların nəticələri. Keçirilmiş ağır kəllə beyin travmasından sonraki vəziyyət."Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Mingəçevir şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********2). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin G00016871KKG nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 242 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Boynun sol tərəfinin və sol çiyninin əzilməsi, bas beyin silkələnməsi. Keçirilmiş kəllə beyin travmasından sonrakı qalıq, kəskin asteno-nevrotik vəziyyət. Sol bazu oynağının travmatik artrit diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş ağır kəllə beyin travmasından sonrakı vəziyyət." diaqnozu araşdırılmışdır. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başındakı ağrılardan, “qıcolmalardan” daimi dərman qəbul etməkdən şikayətlənmiş, canlı, hərəkətlər sərbəst, əzələ gücü 4.5-5,0 bal və tonusu normal, nevroloii status və intellektual-mnestik funksiyalar yasa, aldıdı təhsilə və sosial mühitinə uyğun müəyyən edilmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrıların olmasından, bayılma, qeyri-iradi sidik ifrazından şikayətlənmişdir. Vətəndaş bezdən istifadə etdiyini bildirmişdir. Müayinə gedişatında vətəndaş gah demensiya əlamətləri, gah da qıcolma tutmalarını təsvir etməyə çalışmış, tutma şikayətəni tam bildirməmiş, əsasən psixiatrik xəstə kimi özünü qələmə verməyə çalışmış, lakin psixiatrik xəstəxanalara müraciət etmədiyi, ambulator müalicə aldığını qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsində qeyd olunmuş məlumat yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmiş, əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. Həmçinin təqdim olunmuş tibbi sənədlərdə bir sira xəstəliklər qeyd olunsa da, vətəndaş həmin xəstəliklərə məxsus şikayətlər bildirməmiş, onlar haqqında məlumat verməmişdir. Vətəndaşda simulasiya əlamətləri müşahidə edilmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya davamlı basaqrıları və asteno-nevrotik vəziyyət. Kəllə daxili hipertenziva və veaetativ damar paroksizmləri ilə. Boyun və oma fəqərələrinin yayılmış osetoxondrozu, davamlı kökcük aörı sindromu ilə. Şəkərli diabet tip 2. orta ağır forma. OU-başlanğıc katarakta. Hər iki aşağı obliterasiyaedici aterosklerozu. ÜİX, kardioskleroz. Arterial hipertenziva İ dərəcə" kimi qeyd olunsa da, vətəndaş qeyd olunmuş diaqnozlara uyğun şikayətlər bildirməmiş, diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Sol beyin yarımkürəsində alın payında subsantimetrik ölçülü subkortikal yerləşməli qlioz ocaq" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Hər iki ayaqda dərialtı toxumada ödem izlənildi. Magistral arteriyaların aterosklerozu. Sağ/sol a.tibialis anterior-daralmalar 60-65% dəyişilməmiş bifazik axınlar. Sağ/sol a.tibialis posterior- daralmalar 50-55% bifazik" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Bioelektrik aktivliyinin zəifliyi. Qabıq maddələrin paroksizmal qıcıqlanma əlamətləri. Aşağı voltailı fon ritmi-damar mənşəli disfunksiya. Paroksizmal xar-lı kəllə-daxili hipertenziya kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -TSEK-in Qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0007, xxxxxxx0009, xxxxxxx0010, xxxxxxx0011, xxxxxxx0012), Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 17457/2023-li № qərarı; Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nın xx.xx.2024-cü il tarixli məktubu, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli 3012 nömrəli məktubuna əlavə olunmuş № T383/2024-li ekspert rəyi. Əsaslandırma hissəsi: İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş, daha sonra iddiaçının müraciəti əsasında əyani müayinə apararaq xx.xx.2023-cü il tarixdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Sözügedən qərarın iddiaçı hansı tarixdə təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçı, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da iddianın qaldırılması üçün müəyyən edilən prossesual müddət ötürülməmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı iddia tələbi üzrə iddiaçı ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ, İİ və İİİ dərəcə məhdudlaşması halının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Buna görə də, məhkəmə, iddiaçının hüquqi marağını nəzərə alaraq ona münasibətdə OFP-nın məhdudlaşması dərəcəsinin mövcud olub-olmaması ilə bağlı cavabdeh orqanın apardığı inzibati araşdırmanı yoxlamışdır . Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçıya 2006-cı ildən 2021-ci ilədək fasilələrlə (9 il) ikinci və üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-ci il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-yə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyində qeyd edilmişdir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli G000İ6Sİ71KKG saylı Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri keçirilmiş ağır kəllə beyin travmasından sonrakı vəziyyət. Generalizə olunmuş idioptaik epilepsiya və epileptik sindromlar ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 3-4 dəfə); Qıcolma və spazm, tez-tez baş verən qıcolma tutmaları; Kəskin ağrı, analgetikə tabe olmayan davamlı baş ağrıları. Beyin infarktı” diaqnoz ona stasionrda müəyylən edilsə də, əyanı müayinədə gah demensiya əlamətləri, gah da qıcolma tutmalarını təsvir etməyə çalışmış, özünü əsasən psixiatrik xəstə kimi qələmə vermək istəmiş, lakin psixiatrik xəstəxanalara müraciət etmədiyi, ambulator müalicə aldığını qeyd etmiş, təqdim olunmuş baş beyinin instrumental müayinə nəticəsində qeyd olunmuş məlumat yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmiş, əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamış, tibbi sənədlərində bir sıra xəstəliklər qeyd olunsa da, həmin xəstəliklərə məxsus şikayətlər bildirməmiş, onlar haqqında məlumat verə bilməmiş, buna gorə də simulyasiya əlamətləri müşahidə edilmiş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnoz və instrumental müayinələrin nəticələri obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Odur ki, əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin maddələrindən birini aid etmək mümkün olmadı. Məhkəmə hesab edir ki, təqdim edilmiş ekspert rəyi işin hallarına uyğun olmadığından və və cavabdehin mövqeyinə uyğunlaşdırılmaqla tərtib edildiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməlidir. Belə ki, ekspert rəyinin nəticə hissəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması qeyd edilsə də, həmin rəyin “məhkəmə tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. Göründüyü kimi tədqiq edilən rəyin rəyin “məhkəmə tibbi müayinə” hissəsində iddiaçıya qoyulmuş diaqnozun iddiaçının stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilməsini, müalicə tədbirlərinin vəziyyətinin ağıılığına uyğun aparılmasını qeyd etdiyi halda, rəyin “nəticə” hissəsində iddiaçıya qoyulmuş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması öz əksini tapmışdır. Qeyd olunan hal tədqiq edilən rəyin “nəticə” və “məhkəmə tibbi müayinə” hissələrinin ziddiyyətli olmasını və sözügedən rəyin cavabdeh orqanın təsiri altında, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının məzmununa uyğun tərtib edildiyini sübut edir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilmiş ziddiyyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin müvafiq ekspert rəyini tərtib etmiş eksperti xx.xx.2024-cü il tarixli şifahi məhkəmə baxışı iclasına dəvət edilmiş, lakin sonuncu, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq ziddiyyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-yə sorğu verilmiş, lakin sonuncu, məhkəmənin sorğusunu cavablandırmamış və rəydə mövcud olan ziddiyyətə aydınlıq gətirməmişdir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz (“Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə - beyin travmasından sonrakı vəziyyət. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 3-4 dəfə). Qıcolma və spazm. Kəskin ağrı. Analgetikə tabe olmayan davamlı baş ağrıları. Beyin infarktı”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarın 6.7.2. bəndində (Gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları) qeyd edilmişdir. İstinad olunan 6.7.2-ci bənddə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 50-60% müəyyən edilmişdir. 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 6.7.2-ci yarımbənd ləğv edilsə də, nəzərə alınmalıdır ki, iddiaçı barəsində tibbi göndəriş xx.xx.2022-ci il tarixdə verilmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə həmin göndərişə münasibətdə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. Cavabdeh orqan daha sonra iddiaçının müraciəti əsasında onun əyani müayinəsini apararaq xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina etmiş, xx.xx.2023-cü il tarixdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Yəni, faktiki olaraq cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edərkən məhz xx.xx.2022-ci il tarixdə verilmiş tibbi göndəriş inzibati araşdırmanın predmeti olmuşdur. Göndərişin natamam doldurulması əsası ilə imtina cavabı verildikdən sonra iddiaçının əyani müayinəsi 10 ay sonra onun müraciəti əsasında keçirilmişdir (iddiaçının müayinəyə gec çağırılması və həmin müddət ərzində “Əlavə”nin 6.7.2-ci yarımbəndinin qüvvədən düşməsi iddiaçının ziyanına şərh edilə bilməz). Odur ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə tibbi göndəriş tərtib edilərkən “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.7.2-ci yarımbəndinin qüvvədə olmasını nəzərə alınmaqla iddiaçının sağlamlıq vəziyyətini qiymətləndirməli idi. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir iddiaçıya əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar