Məhkəmə qərarları › İş №2-1(116)-714/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-714/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-714/2023 10.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili (nümayəndəsi) X7 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “DTXK Yevlax rayon şöbəsi tərəfindən X6 adına verilmiş JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edilməsi və Yevlax rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini əsas götürərək qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax şəhəri Bakıxanov küçəsi 26 nömrəli ünvanda yerləşən 457 kv.m torpaq sahəsinə dair X6 adına verilmiş JN-3113A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi və Yevlax Rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli AN-0081402 nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ni əsas götürərək, qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 1996-cı ildə mişar daşından tikilmiş 58,91 kv.m əsas (yaşayış) 124,60 kv.m ümumi sahəli 2 otaqdan ibarət fərdi yaşayış evinə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyatdan keçirərək, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə tələbini dəqiqləşdirərək “DTXK Yevlax rayon şöbəsi tərəfindən X6 adına verilmiş JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edilməsi və Yevlax rayon 1 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsini əsas götürərək qeyd edilən 457 kv.m həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Yevlax şəhəri Bakıxanov küçəsi 26 nömrəli ünvanda 457.0 kv.m torpaq sahəsində 1996-cı ildə mişar daşdan tikilmiş 58,91 kv.m əsas (yaşayış) 124.60 kv.m ümumi sahəli 2 (iki) otaqdan ibarət daşınmaz əmlakı 07 iyun 2016cı ildə X2 almışdır. Yevlax rayonu 1 saylı dövlət notariat kontorunun dövlət notariusu G.Q. Baxışova tərəfindən həmin müqavilə təstiq edilmişdir. Həmin torpaq sahəsinə dair DTXK Yevlax rayon şöbəsi tərəfindən X6 adına JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir və həmin şəhadətnamədə qeyd edilmişdir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə X8 0.05 hektar fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı (fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. Şəhadətnamənin 2007-ci ildə işlənməsi şəhadətnamənin 4-cü səhifəsində qeyd edilmişdir. Habelə, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə X6 adına başqa nömrəli şəhadətnamə də işlənmişdir ki, həmin şəhadətnaməyə əsasən təsbit edilmiş torpaq sahəsində hazırda X6 ailə üzvləri yaşayırlar. DTXK Yevlax rayon şöbəsi tərəfindən X6 adına JN 3113A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmiş torpaq sahəsinin Yevlax şəhəri Bakıxanov küçəsi 26 nömrəli ünvanda 457.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi birmənalı deyildir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Fərdi yaşayış evində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, idarənin elektron xəritə bazasına (DWJ) əsasən həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ləğv olunmuş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-3113A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında sözügedən fərdi yaşayış evinin əvvəlki sahibinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə ziddiyyət təşkil etdiyindən ərizənizin icrası mümkün olmamışdır.iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın evə dair hissəsinin ləğv edilməsi barədə ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakına dair verilmiş dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya onun ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. xx.xx.2006-cı il tarixli 4Ə-114 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında alqı-satqı predmeti yalnız yaşayış evi olmuşdur. Həmin torpaq sahəsinə dair “torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə” fərdi yaşayış evi alqı-satqı predmeti olmadan öncə Aqrar İslahat Komissiyasının qərarı ilə X6 adına tərtib edilərək mülkiyyətinə verilmişdir. Hesab edirik ki, mübahisənin həlli məhkəmədən kənar mümkündür. Belə ki, tərəflər arasında sözügedən torpaq sahəsi də əqdin predmeti ola bilər və qarşılıqlı razılaşma yolu ilə notarial qaydada alqı-satqı edildikdən sonra həmin fərdi yaşayış evi vahid daşınmaz əmlak obyekti kimi hüquqların dövlət reyestrində İddiaçı Bəhram qızının adına qeydiyyata alına bilər. İddianın mahiyyəti "öhdəliyin icrası” olmasına baxmayaraq, qeyri-şərtsiz öz hüquqi qüvvəsini saxlayan, ləğv olunmuş DT və XK- nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş, JN-3113A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mübahisə predmeti sayılan torpaq sahəsi vətəndaş X6 mülkiyyətinə verilmişdir. Həmin sənədin ləğvi tələbi birmənalı qaydada vətəndaşın mülkiyyət hüquqlarının əsassız şəkildə mərhumiyyətinin tələb olunması anlamına gəlir. Dəfələrlə həm şifahi həm də yazılı qaydada iddiaçıya torpaq sahəsi üzərində notarial qaydada əqd bağlandığı halda mülkiyyət hüquqlarının dövlət reyestrində fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmasının mümkünlüyü bildirilmişdir. Lakin, iddiaçı israrlı şəkildə bundan imtina edərək işin məhkəmə qaydasında həll olunmasını ümid edir və nəticə etibarı ilə iddia tələbinin uğursuz olduğu bəllidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2022-ci il tarixli **********41 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri Bakıxanov küçəsi 26 nömrəli ünvanda 457 kv.m torpaq sahəsində 1996-cı ildə mişar daşdan tikilmiş 58,91 kv.m əsas (yaşayış) 124,6 kv.m ümumi sahəli 2 (iki) otaqdan ibarət daşınmaz əmlakı İddiaçı satmışdır. - 3478 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Yevlax şəhəri Bakıxanov küçəsi 26 nömrəli yerləşən yaşayış evi üzərində mülkiyyət hüququ X6 adına qeydə alınmışdır. - JN- 3113A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax RAİK-nın xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı ilə X8 0,05 ha torpaq sahəsi ayrılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2006-cı il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... İddia tələbindən görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: - JN 3113A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi, - xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında 457 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Yevlax şəhəri Bakıxanov küçəsi 26 nömrəli ünvanda yerləşən 124,6 kv.m ümumi sahəli 2 (iki) otaqdan ibarət yaşayış evini xx.xx.2006-cı il tarixli AN-İN 00081402 nömrəli müqavilə əsasında X5 almışdır. Sözügedən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair JN3113A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə 2007-ci ildə hazırlanmış və həmin Şəhadətnamənin Yevlax RAİK-nın xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı əsasında verildiyi qeyd edilmişdir. Belə ki, Yevlax RAİK-nın xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarı əsasında Solmaz Cəfərovaya 0.05 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, JN3113A saylı Şəhadətnamə hazırlanarkən artıq sözügedən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin Solmaz Cəfərova tərəfindən özgəninkiləşdirilməsi nəzərə alınmamışdır. Göründüyü kimi cavabdeh orqanın JN3113A saylı torpağın mülkiyyətə verilməsinə dair X1 adına tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətləri mahiyyət etibarilə əsassız olduğundan iddiaçı həmin şəhadətnamənin ləğvini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddia olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin Solmaz Cəfərova olması işdə olan 3478 inventar nömrəli qeydiyyat vəsiqəsi ilə sübut olunur. Həmin torpaq sahəsi Solmaz Cəfərovanın qanuni istifadəsində olduğundan fərdi yaşayış evinin satılması ilə bərabər faktiki olaraq yerləşdiyi torpaq sahəsi də iddiaçının mülkiyətinə verilmişdir. Yəni, Solmaz Cəfərovanın torpaq sahəsi üzərində tam mülkiyyət hüququ olduğundan və müqavilədə ayrı qayda nəzərdə tutulmadığından, torpaq sahəsinə münasibətdə iddiaçıya keçmiş mülkiyyət hüququ da tam həcmdə olmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 245-ci maddəsində (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə (fərdi yaşayış evinə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq qeyd edir ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 17 saylı ünvan 2 ünvanda yerləşən 457 kv.m torpaq sahəsinə dair X6 adına verilmiş JN-3113A kod 90101002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi və Yevlax rayon 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli AN- 0081402 nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nə əsasən 457 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar