Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-718/2024 02.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə, əlillik səbəbinin isə "ümumi xəstəlik"dən - "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Reabilitasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlillik müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ni göstərmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3106/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3106/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə, əlillik səbəbinin isə “ümumi xəstəlik”dən – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə, iddiaçı 1993-cü ildə hərbi xidmətə çağrılmışdır. xx.xx.1994-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən “Qapalı kəllə beyin traması, yüngül dərəcəli beyin sirkələnməsi, sol baldırın ön yuxarı 1/3-nin qəlpə yarası alaraq hərbi hisədən təxris olunmuşdur. Belə ki, o, 1-ci Qarabağ döyüşçüsü olaraq 2-ci qurup əlildir. Uzun illərdir ki, xəstəxanada stasionar və ambulator müalicə alır. Bu barədə bütün sənədləri vardır. Uzun illər Qarabağda döyüş zamanı aldığı xəsarətdən bu günkü günə kimi əziyyət çəkir. AR 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-3109/2017 saylı, xx.xx.2017ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı əlilliyə görə pensiya təminatının ödənilməsi AR Əmək və ƏSMN yanınında DSMF-nun Hərbi quluqçuları və xüsusi Rütbəli şəxslərlə iş idarəsinə həvalə edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2021-ci il tarixdə onu ümumi əlil kimi, əmək qabiliyətsizlik kimi qiymətləndirilmişdir. Məhz buna görədə o narazı qaldığı üçün məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında", Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: xx.xx.2021 -ci il tarixli Qərar qüvvədə saxlanılır.' ƏSƏSl İİƏ Mərkəzə gen göndərilmişdir. Bundan əlavə İsmayıllı rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə'’nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir (ESDAS:**********6). Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı qaldığı üçün növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 452 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın yuxarı 1/3-nin qəlpə yaraları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respubikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol orta 1/3-də çapıq izlənilmiş, nevroloji ocaqlı əlamətlər və ətraflarda hərəki məhdudluq müəyyən edilməmişdir. Yüngül dərəcəli generalize olunmuş tremor, Romberqdə səndəlləmə, astenik-qıcıqlı vəziyyət, vegetativ labillik, tərləmə, nitqində müfəssəllik qeyd olunmuş, ünsiyyətə daxil olarkən sualları ləng cavablandırmışdır. Anamnezə əsasən, son illər hər gün 1 litrdən çox spirtli içki qəbul etdiyini bildirmişdir. Hazırkı klinik əlamətlər xroniki alkoqolizm əlamətləri kimi qiymətləndirilmişdir. Təqdim olunmuş Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Orta strukturların disfunksiyası, beta alışqanlıqlar qeyd edilir” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA rəsmi göndərişi əsasında vətəndaş xx.xx.2022-ci il tarixdə X2 Kəllənin nativ KT müayinəsi olunmuş, nəticəsi “Diffuz serebral atrofiya” kimi müəyyənləşdirilmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında", Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: xx.xx.2021 -ci il tarixli Qərar qüvvədə saxlanılır” əsası ilə mərkəzə geri göndərilmişdir. Bundan əlavə İsmayıllı rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə'’nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir (ESDAS:**********6). Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı qaldığı üçün növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 452 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın yuxarı 1/3-nin qəlpə yaraları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respubikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol orta 1/3-də çapıq izlənilmiş, nevroloji ocaqlı əlamətlər və ətraflarda hərəki məhdudluq müəyyən edilməmişdir. Yüngül dərəcəli generalize olunmuş tremor, Romberqdə səndəlləmə, astenik-qıcıqlı vəziyyət, vegetativ labillik, tərləmə, nitqində müfəssəllik qeyd olunmuş, ünsiyyətə daxil olarkən sualları ləng cavablandırmışdır. Anamnezə əsasən, son illər hər gün 1 litrdən çox spirtli içki qəbul etdiyini bildirmişdir. Hazırkı klinik əlamətlər xroniki alkoqolizm əlamətləri kimi qiymətləndirilmişdir. Təqdim olunmuş Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Orta strukturların disfunksiyası, beta alışqanlıqlar qeyd edilir” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA rəsmi göndərişi əsasında vətəndaş xx.xx.2022-ci il tarixdə X2 Kəllənin nativ KT müayinəsi olunmuş, nəticəsi “Diffuz serebral atrofiya” kimi müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubu, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0006, xxxxxxx0008, xxxxxxx0009), Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarı, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 47 nömrəli məktubu və ona əlavə olunmuş xx.xx.2016-cı il tarixli 452 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və digər sənədlər, “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.2024-cü il tarixli 838 nömrəli ekspert rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Həmçinin iddia qismən əsaslıdır. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: - xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə keçirilməsi, - həmçinin əlilliyin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi. İddiaçıya təyin edilmiş əlilliyin “3-cü dərəcədən 2-ci dərəcəyə keçirilməsi” hissəsində məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmənin 2-1(116)-3106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilərək iddiaçıya qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozğunluğu, Orta strukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofiya” diaqnozunun düzgünlüyü yoxlanılmışdır. “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.2024-cü il tarixli 838 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəki Rayon Psixiatriya Xəstəxanasının tərtib etdiyi xx.xx.2022-ci il tarixli Y00007021MNP nömrəli Forma 088 göndərişində qeyd edilmiş sözügedən diaqnoza münasibətdə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli N« 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.9. bəndinə müvafiq olaraq üçüncü dərəcəli əlilliyin təyini düzgün olmuşdur. İstinad olunan normaya görə (Əsasnamənin 2.3.9-cu bəndi) uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9) üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin siyahısında qeyd edilmişdir. İddia tələbinin “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz “üzvi mənşəli şəxsiyyət pozğunluğu, Orta strukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofiya” olmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 nömrəli qərarında iddiaçıya qoyulmuş diaqnoz “Qapalı kəllə beyin travması yüngül dərəcəli beyin silkələnməsi” göstərilmiş, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir. Məhkəmə tərəfindən canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilərək iddiaçıya qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozğunluğu, Orta strukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofiya” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 №-li qərarında müəyyən edilmiş “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın yuxarı 1/3-nin qəlpə yaraları” diaqnozu arasında səbəbli-əlaqənin olub-olmaması, hazırkı diaqnozun MHHK-nın qərarında qeyd edilmiş diaqnozun fəsadı (ağırlaşması) olub-olmaması, habelə sözügedən xəstəliyin xroniki alkoqolizmdən yaranmasının mümkün olub-olmaması ilə bağlı suallar ekspert qarşısında qoyulmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-nin xx.xx.2024-cü il tarixli 838 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı müəyyən edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta stukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofıya” diaqnozunun Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 Ns-li qərarında qeyd edilən “Qapalı kəllə beyin travması yüngül dərəcəli beyin silkələnməsi” diaqnozunun fəsadı (ağırlaşması) olmasını inkar etmək olmaz. Belə ki, hər iki diaqnoz baş beyin ilə əlaqədardır. İddiaçı qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta stukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofıya” diaqnozu xroniki alkoqolizmdən əziyyət çəkməsi barədə hər hansı tibbi sənəd olmadığından qeyd edilən xəstəliyin alkoqolizmlə əlaqələndirilməsi tibbi baxımdan düzgün deyildir. İstinad olunan ekspert rəyinə iş materiallarında olan digər sənədlərlə ziddiyyət təşkil etmədiyindən məhkəmə hesab edir ki, həmin rəy sübut qismində qəbul edilməlidir. Beləliklə, iddiaçıya qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta stukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofıya” diaqnozu ilə xx.xx.2016-cı il tarixli 452 №-li qərarında müəyyən edilmiş “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın yuxarı 1/3-nin qəlpə yaraları” diaqnozu arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh orqan özü də, iddiaçıya xx.xx.2016-xx.xx.2021-ci illərdə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edərkən əlillik səbəbini – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulur. İddia tələbi “xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə dəyişdirilməsi” hissəsində təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-718/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-718/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver