Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-722/2022 11.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ilkin müraciət etdiyi 09.07.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 25.08.2021-ci il tarixli **********0 nömrəli imtinasının qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı yaşa görə əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 25.08.2021-ci il tarixli **********0 nömrəli məktubla bundan imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 25.08.2021-ci il tarixli **********0 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 10.11.1970-ci il tarixində tərtib edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı 20 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11.807,6 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X13 Filialının 14.07.2021-ci il tarixli 179 saylı arxiv arayışına əsasən iddiaçının 15.03.1992-ci il tarixindən 30.12.1999-cu il tarixinədək işlədiyi “Soyuq Bulaq” X6 əmr kitabları və əməkhaqqı cədvəlləri X13 filialına təhvil verilmədiyi üçün həmin dövrün araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan ləğv edilməli və ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 10.03.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı inzibati orqan tərəfindən Milli Arxiv İdarəsinin X13 filialına verilmiş sorğuya 14.07.2021-ci il tarixli, 179 nömrəli cavab məktubunda Şəki X4 birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, Şəki X4 birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə 15.03.1992-ci il tarixdən 30.12.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, İddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə (15.03.1992-ci il tarixdən 30.12.1999-cu il tarixədək qeydlər istisna olmaqla) və H3 № ******* nömrəli hərbi biletə əsasən 20 il sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Məlumat üçün bildiririk ki, İddiaçı 01.04.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “cavabdehin 25.08.2021-ci il tarixli **********0 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ilkin müraciət etdiyi 09.07.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. 2149802 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 26.06.1972-ci ildən 11.06.1974-cü ilədək hərbi xidmət keçmişdir. Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.10.1986-cı ildən 01.03.1992-ci ilədək Şəki “Soyuq-Bulaq” X2rovulçu, 15.03.1992-ci ildən 30.12.1999cu ilədək isə elektrik vəzifəsində işləmişdir. “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” internet vergi idarəsindən çıxarışdan görünür ki, “Soyuq-Bulaq” X8 25.09.1995-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X3r. Şəki “Soyuq-Bulaq” X6 29.03.2021-ci il tarixli arayışında qeyd olunur ki, iddiaçı 01.10.1986-cı ildən 30.12.1999-cu ilədək “Soyuq Bulaq” X7 müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı 01.01.1970-21.06.1972-ci illərdə V.İ.Lenin adına Şəki ipək kombinatında işləmiş, ordu sıralarına getdiyi üçün vəzifəsindən azad edilmişdir (2 il 5 ay 20 gün); 26.06.1972-11.06.1974-cü illərdə hərbi xidmət keçmişdir (1 il 11 ay 15 gün); 03.08.1974-cü il tarixdə V.İ.Lenin adına Şəki ipək kombinatının boyaq-bəzək istehsalatında fəhlə vəzifəsinə qəbul olunmuş, 16.02.1977-ci il tarixdə həmin istehsalatda hazır parça üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, 01.07.1981-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinə əsasən (öz ərizəsinə əsasən) işdən azad edilmişdir (6 il 10 ay 28 gün); 01.03.1983-03.04.1984-cü il tarixlərdə Şəki meşə təsərrüfatında fəhlə işləmişdir (1 il 1 ay 2 gün); 12.04.1984-13.03.1985-ci illərdə V.İ.Lenin adına Şəki istehal ipək birliyinin baş müxanika şöbəsinə dülgər vəzifəsində işləmişdir (11 ay 1 gün); 01.06.1985-15.09.1986-cı illərdə V.İ.Lenin adına Şəki istehal ipək birliyinin barama açan istehsalatında fəhlə, dülgər işləmişdir (1 il 3 ay 14 gün). Göstərilən illər üzrə iddiaçının iş stajları (cəmi 14 il 7 ay 20 gün) cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının 01.10.1986-01.03.1992-ci illərdə “Soyuq- Bulaq” X2rovulçu işlədiyi dövrə münasibətdə həmin iş stajının mübahisələndirilməsi ilə bağlı etiraz tədqim olunmamışdır (cəmi 5 il 5 ay 0 gün). Cavabdeh Şəki X4 birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyini əsas gətirərək vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıbalmadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə 15.03.1992-ci il tarixdən 30.12.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illəri vətəndaşın sosial sığorta stajına daxil etməmişdir. İşin göstərilən halı ilə bağlı məhkəmə bildirir ki, iddiaçıya məxsus əmək kitabçasının 4 və 5-ci səhifələrində aparılmış qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 15.03.1992-ci il tarixdə 54 nömrəli əmrlə Şəki “Soyuqbulaq” turist bazasında elektrik peşəsinə işə qəbul olunmuş, 30.12.1999-cu il tarixdən öz ərizəsinə əsasən 31 nömrəli əmrlə işdən azad edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X4 Birliyi vergi ödəyicisi kimi, 25.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Müstəqillik əldə etdikdən sonra dövlət qeydiyyatına alınmış, Qanuni təmsilçisi kimi “X5” göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasında 01.10.1986, 03.05.1991, 01.03.1992-ci il tarixlərdə aparılmış qeydlərin təsdiq edilməsi ilə bağlı imzalar da, Ş.Hacıağayevə aiddir. X4 Birliyinə reyestrdən son dəfə çıxarış 28.12.2017-ci il tarixdə verilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında 15.03.1992-ci il tarixdən 30.12.1999-cu il tarixədək X4 Birliyində işləməsinə dair aparılmış qeydlərin qeyrimötəbər olmasına istinad edilsə də, bunu təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə cavabdehin qeyd edilən dəlillərinə münasibətdə zəruri olaraq qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının X4 Birliyində əmək fəaliyyəti dövrü ona məxsus əmək kitabçasında göstərilmiş, işə daxilolma və işdən çıxmasına dair müvafiq əmrlər qeyd edilmiş və möhürlə təsdiq edilmişdir. Eyni zamanda iddiaçının həmin müəssisədə 01.10.1986-01.03.1992-ci illərdə işləməsinə dair qeydlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu isə, iddiaçının əmək kitabçasında aparılmış həmin müəssisədə işləməsinə dair qeydlərin mötəbərliyinə olan şübhəni aradan qaldırmaqdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilməmiş 20 il 0 ay 20 gün iş stajının üzərinə 01.10.1986-01.03.1992-ci illərdə X4 Birliyində işlədiyi 07 il 09 ay 15 gün iş stajını əlavə etdikdə cəmi 27 il 10 ay 5 gün müddət edir ki, bununla da da tələb olunan 25 il müddət tamamlanmış olur. Beləliklə, ayrı-ayrılıqda dəqiq hesablanmaqla iddiaçının hərbi xidmət müddəti nəzərə alınaraq, məhkəmə tərəfindən işin hallarına qiymət verilərək iddiaçının toplam iş stajını 27 il 10 ay 5 gün olaraq müəyyən edir. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2021-30 iyun 2022-ci il dövr aralığında kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. İddiaçı tərəfindən isə ilkin müraciət etdiyi 09.07.2021-ci il tarixdən ona yaşa görə əmək prnsiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə çıxış edildiyi nəzərə alınsa, qeyd olunmalıdır ki, iddiaçı əmək pensiyasının təyin olunması üçün yaş həddi tələbinə cavab verməkdədir. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ilkin müraciət ediyi 09.07.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilkin müraciət etdiyi 09.07.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-722/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-722/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver