Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-723/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarını ləğv edilməsi və 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciətin əsasında 5 ay ərzində ailəsinə veriləsi 1372.95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarını ləğv edilməsi və 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciətin əsasında 5 ay ərzində ailəsinə veriləsi 1372.95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş,ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. Təkrar olaraq 06 mart 2022-ci il və 20 may 2022-ci il tarixlərində "Ərizə bəyannamə" ilə cavabdehə müraciət etmiş,yenidən ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, 01 yanvar 2022-ci il tarixdən hər ay üçün 274,59 manat olmaqla 5 ay ərzində 1372,95 manat sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın qeyd edilməməsi, X2 (İddiaçı qıznın ailə üzvü-anası) adına rəsmiləşdirilmiş +**********99 telefon nömrəsinin, İddiaçı adına rəsmiləşdirilmiş +**********76, +**********77, + **********76 telefon nömrələrinin bəyan edilməməsi səbəbi ilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım’’ altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli **********55401 ərizəbəyannamədə bəyən edilməmiş X2 adına rəsmiləşdirilmiş +**********99 telefon nömrəsindən istifadə üzrə xərci 68,80 manat, İddiaçı adına rəsmiləşdirilmiş +**********76 telefon nömrəsinin 141,20 manat, +**********77 telefon nömrəsinin 47 manat, + **********76 telefon nömrəsinin 20 manat olduğu aşkar edilmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsi ilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Ailə üzvü kimi İddiaçı anası X5 və ərizəçinin qızı X4 göstərilmişdir. Müraciət zamanı faktiki yaşayış ünvanı kimi Migəçevir səhəri. Puşkin küçəsi ev 8, mənzil 19 qeyd edilmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun yerli qurumunun əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli müayinə barədə aktdan görünür ki, təmsilçinin gəlini Fidan Hüseynova qeyd olunan ünvanda İddiaçı qardaşı X3 da yaşadığını bildirmiş, eyni zamanda müvafiq aktı imzalamışdır. Müayinə aktında qeyd olunanlar həmin zaman aparılmış video qeydiyyatla öz təsdiqini tapır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və va bir necə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Ailənin maddi-məişət şəraitinin müayinəsi ilə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Ailə üzvü kimi İddiaçı anası X5 və ərizəçinin qızı X4 göstərilmişdir. Müraciət zamanı faktiki yaşayış ünvanı kimi Migəçevir səhəri, Puşkin küçəsi ev 8, mənzil 19 qeyd edilmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması zamanı Fondun yerli qurumunun əməkdaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli müayinə barədə aktdan görünür ki, təmsilçinin qardaşı X6 qeyd olunan ünvanda yaşadığını bildirmiş, eyni zamanda müvafiq aktı imzalamışdır. Müayinə aktında qeyd olunanlar həmin zaman aparılmış video qeydiyyatla öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı ərizə-bəyannamədə real məlumatlarla uyğunsuzluq təşkil edən məlumatları göstərmiş, bu səbəbdən də ona ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Həmçinin qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixli **********23502 nömrəli ərizə ilə müraciəti əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsi və 26 yanvar 2022- ci il tarixli **********554 nömrəli ərizə-bəyannamə ilə müraciətin əsasında 5 ay ərzində ailəsinə veriləsi 1372,95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İş materiallarına əlavə edilmiş mlspp.gov.az portalından çıxarışdan görünür ki,iddiaçının ünvanlı dövlət sosial yardımı almaqla bağlı 26 yanvar 2022-ci il,06 mart 2022ci il və 20 may 2022-ci il tarixli müraciətləri əsasında ona yardımın təyin olunmasından imtina olunmuşdur. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli məlumat; Əsaslandırma hissəsi: Hazırkı iddia baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3. Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; 2.4. həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsində deyilir ki,sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun: 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına əsasən: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2. bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; Məhkəmə hesab edir ki,cavabdehin hərəkətləri qanuni olmuşdur.Belə ki,iddiaçı ilkin müraciətində özünün sosial müavinət şəxs olması barədə məlumatı daxil etməmiş,Qaydaların 3.7.1-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçının sonrakı müraciətlərində də ailə tərkibi və gəlirlə bağlı məlumatlar təhrif olunaraq təqdim olunmuş,yerində yoxlama zamanı təqdim olunmuş məlumatlar real vəziyyətdə öz əksini tapmamışdır. Bundan sonra iddiaçının müvafiq Qaydalara uyğun olaraq xx.xx.2022-ci il tarixdə **********23502 nömrəli ərizə ilə cavabdehə müraciəti əsasında ona xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddətə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları yekunlaşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır.Oxşar işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 442/2021 saylı, xx.xx.2021-ci il tarixli göstərilən hüquqi mövqe təsbit olunmuşdur. Azərbaycan Respublikası İPM-nin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-nin 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarını ləğv edilməsi və 26 yanvar 2022-ci il tarixli **********554 nömrəli “Ərizə bəyannamə” ilə müraciətin əsasında 5 ay ərzində ailəsinə veriləsi 1372.95 manat sosial yardımın aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-723/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-723/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver