Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-725/2020 18.05.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı "30.11.2001-ci il tarixli 02 nömrəli ilkin nikah aktı qeydinin ləğv edilməsi" tələbinə dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçılar X2 və İddiaçı1 Cavabdehnə qarşı "30.11.2001-ci il tarixli 02 nömrəli ilkin nikah aktı qeydinin ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. İddiaçılar iddia ərizəsini belə əsaslandırmışlar ki, İddiaçı2 ilə 30.11.2001-ci ildə Cavabdehndə nikah bağlamışlar. Lakin 29.08.2003-cü ildə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yanlış olaraq yenidən nikah bağlanmışdır. Şəki Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qətnaməsinə əsasən, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Bolludərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 29.08.2003-cü il tarixli nikah pozulmuşdur. Əvvəlki nikah isə qüvvədədir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İşdən görünür ki, iddiaçılar X2 və İddiaçı1 arasında 30.11.2001-ci ildə və 29.08.2003-cü ildə iki dəfə nikah bağlanmışdır. İkinci nikah Şəki Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra isə onlar hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10.04.2015-ci il tarixli 04 nömrəli Qərarının 9.1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 9.2-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçılar X2 və İddiaçı1 ilə inzibati orqan olan Cavabdeh arasında deyil, Cavabdehndə qeydə alınmış nikaha dair X2 və İddiaçı1 arasındakı yaranmışdır. Həmin mübahisəyə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də hazırkı iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsində deyilir ki, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı : İddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı "30.11.2001-ci il tarixli 02 nömrəli ilkin nikah aktı qeydinin ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2iyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-725/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-725/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver