Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-726/2021 14.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Ələkbərova Hicran Bəlyar qızı, X5) “özünə məxsus torpaq sahəsinin naturada ayrılaraq, plan ölçü sənədinin həmin torpaq sahəsinə ayrıca işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “özünə məxsus torpaq sahəsinin naturada ayrılaraq plan ölçü sənədinin yalnız həmin torpaq sahəsinə ayrıca işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ümumi birgə 2/3 hissə olan ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, torpaq sahəsinin naturada ayrılaraq plan-ölçü sənədinin işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Müəyyən edilmişdir ki, iddia tələbində ləğv edilməsi xahiş edilən ********** və ********** qeydiyyat nömrəli çıxarışlar Şəki rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmişdir. Həmin çıxarışlar iddiaçı Əliəkbərov Hicran Bəlyar qızı tərəfindən Şəki Rayon Məhkəməsində mübahisələndirilmiş, lakin Məhkəmənin 08 iyun 2018-ci il tarixli, 2(075)- 1207/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli 2(107)-2115/2018 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(075)-1207/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10.04.2019-cu il tarixli 2(102)-2407/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli 2(107)-2115/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Şəki rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (2(075)-377/2017) hazırki iş üzrə İddiaçı iddia tələbi təmin edilmiş, Məhkəmənin RX seriyalı, ******* nömrəli, **********09 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətində olan torpaq sahəsindən müvafiq sxemə uyğun olaraq torpaq sahəsinin naturada ayrılması qət edilmiş, müvafiq qətnamədə naturada ayrılmış torpaq sahələrinin İddiaçı və X1 payları kimi tanınaraq adlarına qeydiyyata alınmalı olduğu göstərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2018-ci il tarixli 2(107)-258/2018 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(075)-377/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14 iyun 2018-ci il tarixli 2(102)-3827/2018 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2018-ci il tarixli 2(107)-258/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, iddia tələbində ləğv edilməsi xahiş edilən ********** və ********** qeydiyyat nömrəli çıxarışların Şəki rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilməsi və buna görə də mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olması, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcud olması iddiaçıya izah edilmişdir. İddia tələbinin yalnız “plan-ölçü sənədinin işlənməsi” hissəsinin inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün olduğundan həmin hissədə iddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif edilmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 10 gün müddətində vaxt təyin edilmişdir. İddiaçı 26.05.2021-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək “özünə məxsus torpaq sahəsinin naturada ayrılaraq plan ölçü sənədinin yalnız həmin torpaq sahəsinə ayrıca işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müvafiq ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün 31.05.2021-ci il tarixdə 5 (beş) gün müddətində vaxt təyin edilməklə iddiaçıya yardım məktubu göndərilmişdir. İddiaçı tərəfindən yardım məktubu 05.06.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Seriya RX ******* nömrəli DƏDR-dən çıxarış, - 17.06.2016-cı il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, - Seriya RX ******* nömrəli DƏDR-dən çıxarış, - Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10.04.2019-cu il tarixli 2(102)- 2407/2019 saylı qərarı, - Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14 iyun 2018-ci il tarixli 2(102)-3827/2018 saylı qərarı. Əsaslandırma hissəsi : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Ələkbərova Hicran Bəlyar qızı, X5) “özünə məxsus torpaq sahəsinin naturada ayrılaraq plan ölçü sənədinin yalnız həmin torpaq sahəsinə ayrıca işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan, Seriya RX ******* nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsi üzrə ********** qeydiyyat nömrəsi üzrə X1, ********** qeydiyyat nömrəsi üzrə X4 hər birinin payı ümumi birgə 2/3 hissə olmaqla müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan, 17.06.2016-cı il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, İddiaçı X4 qanun üzrə vərəsəsidir. İş materiallarında olan, Seriya RX ******* nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri Bağbanlar küçəsində yerləşən 0.2327 ha torpaq sahəsi üzrə ********** qeydiyyat nömrəsi üzrə X1, ********** qeydiyyat nömrəsi üzrə İddiaçı hər birinin payı 2/3 hissə ümumi birgə olmaqla müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10.04.2019-cu il tarixli 2(102)-2407/2019 saylı qərarından görünür ki, iddiaçı Əliəkbərova Hicran Bəlyar qızının cavabdehlər Şəki rayon 2 saylı Notariat Kontoru, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi, İddiaçı və X2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, ********** və ********** qeydiyyat nömrəli çıxarışların və digər sənədlərin ləğvi tələbinə dair” iddiası təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli 2(107)-2115/2018 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(075)-1207/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10.04.2019-cu il tarixli 2(102)-2407/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018ci il tarixli 2(107)-2115/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14 iyun 2018-ci il tarixli 2(102)-3827/2018 saylı qərarından görünür ki, İddiaçı iddiası təmin edilmiş, Şəki rayon Məhkəməsində qaldırdığı iddia tələbi təmin edilmiş, Məhkəmənin 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə RX seriyalı, ******* nömrəli, **********09 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətində olan torpaq sahəsindən müvafiq sxemə uyğun olaraq torpaq sahəsinin naturada ayrılması qət edilmiş, müvafiq qətnamədə naturada ayrılmış torpaq sahələrinin İddiaçı və X3 payları kimi tanınaraq adlarına qeydiyyata alınmalı olduğu göstərilmiş, Şəki Apelyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2018-ci il tarixli 2(107)-258/2018 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(075)-377/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 14 iyun 2018-ci il tarixli 2(102)- 3827/2018 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın 31 yanvar 2018-ci il tarixli 2(107)-258/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Şəki şəhəri Bağbanlar küçəsində yerləşən torpaq sahəsindən özünün payının ayrıca naturada ayrılması və ayrılmış torpaq sahəsinə plan-ölçü sənədinin işlənməsindən ibarətdir. Şəki rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən RX seriyalı, ******* nömrəli, **********09 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan torpaq sahəsindən müvafiq sxemə uyğun olaraq torpaq sahəsinin naturada ayrılması qərara alınsa da, müvafiq qətnamədə naturada ayrılmış torpaq sahəsinin İddiaçı və X3 payları kimi tanınaraq adlarına qeydiyyata alınmalı olduğu göstərilmişdir. İddiaçı isə özünə məxsus torpaq sahəsinin naturada ayrılaraq, həmin torpaq sahəsinə ayrıca plan-ölçü sənədinin işlənməsini arzu edir. Odur ki, mübahisə Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları əsasında mülki icraat qaydasında həll edilməlidir. İddiaçı hazırki iş üzrə cavabdeh qismində inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsini göstərsə də, irəli sürülən tələb xüsusi hüquqa - mülki hüquq münasibətlərinə aiddir. Mülki Məcəllənin 220-ci maddəsinin 3-cü bəndində əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, hazırkı iddia tələbi mülki mübahisədir, ona görə publik hüquqla tənzimlənmir. İddia tələbinin “plan-ölçü sənədinin işlənməsi” tələbi ilə bağlı hissəsi ilkin tələbdən (torpaq sahəsinin naturada ayrılması) aslıdır. Qeyd olunan tələb iddiaçının ümumi mülkiyyətdə olan payı naturada ayrıldıqdan sonra irəli sürülə bilər. İlkin baxılmalı olan tələb üzrə iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyindən (iddia tələbinə ümumi məhkəmə baxılmalı olduğundan), hazırki mərhələdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməsi və pozulması müəyyən edilmir. Buna görə də iddiaçı Mülki Məcəllənin 220-ci maddəsində göstərilən qaydada ümumi rayon məhkəməsində iddia qaldırmaqla ümumi birgə mülkiyyətdə olan payının naturada ayrılmasına nail olduqdan sonra cavabdeh inzibati orqana “naturada ayrılmış torpaq sahəsinə plan-ölçü sənədinin işlənməsi” tələbi ilə müraciət etməli, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etdikdə, yaxud müraciəti cavabsız saxladıqda naturada ayrılmış torpaq sahəsinə plan-ölçü sənədinin işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Ələkbərova Hicran Bəlyar qızı, X5) “özünə məxsus torpaq sahəsinin naturada ayrılaraq plan ölçü sənədinin yalnız həmin torpaq sahəsinə ayrıca işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-726/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-726/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver