Məhkəmə qərarları › İş №2-1(116)-728/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-728/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-728/2020 05.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iş № 2-1(116)-72/2020, X5) Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iş № 2-1(116)-728/2020, hakim İlqar Cabbarov) Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəməyə vəsatətlə müraciət edərək göstərilən işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. O, vəsatətini belə əsaslandırmışdır ki, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 01.05.2015-ci ildən 01.09.2017-ci ilədək olan dövr üzrə İddiaçı-də keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə qeyd olunan 19.03.2018-ci il tarixli qərar və toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş, cinayət işi ilə əlaqədar Baş İdarənin qərarı ilə İddiaçı-də 01.03.2015-ci ildən 01.01.2018-ci ilədək olan dövr üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmiş, yəni 13 saylı ƏVİ tərəfindən yoxlanılan dövr də əhatə olunmaqla bir qədər daha artıq dövr cinayət işinin istintaqı çərçivəsində təkrarən yoxlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsində deyilir ki, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə görə, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Müəyyən edildi ki, hər iki iddiada ləğv edilməsi tələb edilən qərarlar eyni müəssisənin təxminən eyni dövrə aid vergi ödənişləri ilə bağlı olmaqla hər iki işdə mübahisə predmetləri eynidir. Məhkəmə hesab edir ki, həmin işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi daha məqsədə müvafiqdir. Ona görə də göstərilən işlər üzrə icraat bir icraatda birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Şəki İnzibati Məhkəməsinin icraatında olan aşağıdakı inzibati işlər üzrə icraat bir icraatda birləşdirilsin: 1) İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı "03.06.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair 2-1(116)-72/2020 №-li iş, 2) İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "19.03.2018-ci il tarixli **********144714 nömrəli qərarın ləğv edilməsi, əlavə hesablanmış verginin, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyasının, faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair 2-1(116)-728/2020 №-li iş. Qərardaddan şikayət verilə bilməz. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar