Məhkəmə qərarları › İş №2-1(116)-73/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-73/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-73/2021 21.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və həmin qərara düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı MMC-nin direktoru X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 10.02.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergi Baş İdarəsinin 06.12.2018-ci il tarixli **********170817 saylı qərarı ilə “İddiaçı" MMC-də (bundan sonra - Cəmiyyət) Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 3 dekabr 2019-cu il tarixli **********172306 saylı “Səyyar vergi yoxlaması" Aktı tərtib edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 17 yanvar 2020-ci il tarixdə **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sözügedən qərarla cəmiyyətə 355 219.88 manat mənfəət vergisi, 19 001.09 manat əlavə dəyər vergisi, 52,69 manat ödəmə mənbəyində vergi, ümumilikdə 374273.66 manat məbləğində əlavə vergilər hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 394433,18 manat azaldılmasına görə cəmiyyətə 192 216,6 manat və Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 24 211,13 manat olmaqla, ümumilikdə 221427,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, yoxlama ilə ümumilikdə vergi orqanı tərəfindən cəmiyyətə 595 701,39 manat (374 273,66 manat vergilər + 221 427,73 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır. İddiaçı hesab edir ki, qəbul edilmiş inzibati akt əsassız və qanunsuzdur. Belə ki, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 38.1-ci maddəsində görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə,vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Azərbaycan Respublikası VM-in 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Azərbaycan Respublikası VM-in 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Hazırkı iş üzrə ver si orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 30 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, VM-in 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1 -ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə mtivafıq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 30.01.2020-ci il tarixli KY181320707 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi 21.12.2018, sona çatma tarixi 05.02.2019 tarixidir. Halbuki, yoxlama 21.12.2018-ci il tarixində başlasa da, yoxlama müddəti 9 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə artırılmış, 28.11.2019-cu il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi 05.02.2019 göstərilsə də, faktiki olaraq yoxlama 28.11.2019-cu il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Yoxlama zamanı vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində verşi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylkmn onda olmaması vergi ödəvicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 15 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə desək, vergi ödəyicisi tərəfindən sənədləri təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 15 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, yoxlama aktının 1.9.1-ci bəndindən görünür ki. vergi orqanı 7 dekabr 2018-ci il tarixində vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də. qanunvericilikdə nəzərdə tutulmuş 15 iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmiş və sonuncu tarix kimi 27 dekabr 2018-ci il göstərilmişdir) 24 dekabr 2018-ci il tarixdə sənədlərin təqdim edilməsindən imtina edilməsi barədə müvafiq akt tərtib etmiş və həttda həmin aktın surəti bu günədək vergi ödəyicisinə təqdim edilməmişdir. Halbuki, bir daha qeyd edirik ki, qanunvericilik vergi orqanı üçün sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 15 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 15 iş günün sonuncu günü belə təqdim etmək imkanı var idi ki, vergi orqanı iddiaçının həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Yuxarıda sadalanan və iddia ərizəsində qeyd olunan digər hallara əsasən iddiaçı inzibati aktın qanunsuz və əsassız olduğunu hesab edərək, məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin direktoru Azər Adıgözəlov 01.10.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və həmin qərara düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07.10.2020-ci il tarixli, 2-1(116)-705/2020 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 06.03.2020-ci il tarixli, **********336800 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçındə (VÖEN:**********) 11 saylı Vergilər Baş İdarəsinin 06.12.2018-ci il tarixli **********170817 saylı “Səyyar vergi yoxlamasınının keçirilməsi haqqında” Qərarına əsasən 01.11.2015-ci il tarixdən 31.10.2018-ci il tarixə olan dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 21.12.2018-ci il tarixdə başlanılmış, 03.12.2019-cu il tarixdə başa çatdırılaraq, 03 dekabr 2019-cu il tarixli **********172306 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin 374273.66 manat (mənfəət vergisi 355219.88 manat, ƏDV 19001,09 manat, ÖMV 52.69) azaldıldığı üçün 374273,66 manat əlavə vergi hesablanmış, eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni, 197216,60 manat, Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən tədiyyə intizamının pozulmasına görə 24211,13 manat olmaqla ümumilikdə 221427,73 manat maliyyə sanksiyası olunması təklif olunmuşdur. Həmin aktın götürülməsinə vergi ödəyicisi tərəfindən heç bir təşəbbüs edilmədiyinə görə “aktı imzalamaqdan imtina etdi” qeydi edilməklə 05.12.2019-cu il tarixli **********094700 nömrəli müşaiyətedici məktubla vergi ödəyicisinə elektron poçt və poçt vasitəsilə göndərilmişdir. Həmin məktubda vergi ödəyicisinə Vergi Məcəlləsinin 39.5-ci maddəsində nəzərdə tutulan hüquqları izah olunmaqla Vergi Məcəlləsinin 39.6-cı maddəsinə əsasən 10.01.2020-ci il tarixində 11.00-da vergi yoxlaması aktının nəticələrinə baxılması üçün Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında yerləşən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunması, gəlmədiyi təqdirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.7-ci maddəsinə əsasən yoxlama materiallarına onun iştirakı olmadan baxılmaqla müvafiq qərar çıxarılacağı barədə xəbərdarlıq olunmuşdur. Vergi ödəyicisi heç bir üzürlü səbəb göstərmədən səyyar vergi yoxlaması aktına baxılmasında nümayəndəsinin iştirakını təmin etməmiş, ona görə də Vergi Məcəlləsinin 39.7-ci maddəsinə əsasən 16.01.2020-ci il tarixdə müvafiq protokol tərtib edilməklə onun iştirakı olmadan səyyar vergi yoxlaması aktına baxılmış, səyyar vergi yoxlaması aktına baxılmasının nəticələri üzrə Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17.01.2020-ci il tarixli **********196384 nömrəli qərar qəbul edilmişdir. İddiaçının iddia ərizəsini əsaslandırmağa çalışdığı konkret məsələlərlə bağlı bildiririk ki, iddiaçının əsaslanmaları əsassız və bir sıra hallarda isə yanlış məlumatlara istinad edir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş yoxlamanın keçirilməsi müddətlərinin pozulması ilə aparılmışdır. 21.12.2018-ci il tarixdə başlanmış səyyar vergi yoxlaması 19.01.2019-cu il tarixdə başa çatdırılmalı olduğu halda, yoxlama müddəti yoxlamanın başa çatma müddətindən 16 gün sonra, yəni 05.02.2019-cu il tarixli qərarla dayandırılmışdır. Yəni yoxlamanın dayandırılmasına dair qərar ilkin səyyar vergi yoxlamasının başa çatmasından 16 gün sonra qəbul edilmişdir. Bundan başqa, 05.02.2019-cu il tarixdən 23.10.2019-cu il tarixədək yoxlama dayandırıldıqdan sonra 23.10.2019-cu il tarixli qərarla yoxlamanın müddəti daha 30 gün müddətinə uzadılsa da, yoxlama qərara əsasən 21.11.2019-cu il tarixdə başa çatdırılmalı olduğu halda 30 gündən artıq müddətdə, yəni 7 gün sonra başa çatdırılmışdır ki, bununla da ikinci dəfə yoxlamanın qanunla müəyyən edilmiş müddəti ilə bağlı pozuntuya yol verilmişdir. İddiaçının öz iddiasını əsaslandırmaq üçün istifadə etdiyi bu arqumentlərə nəzər salanda adama elə gəlir ki, ya iddiaçı işin halları, özünün sadaladığı qanunvericilik normalarında və sənədlərdə göstərilənləri düzgün şərh edə bilmir, ya da “başqasına daş atıb öz başını tutur”. Əvvəla iddiaçının özünün də iddia ərizəsində istinad etdiyi KY181320707 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə nəzər saldıqda görünür ki, səyyar vergi yoxlamasının müddəti iddiaçının ərizəsində iddia etdiyi kimi 21.12.2018-19.01.2019-cu il tarixləri deyil, 21.12.2018- 05.02.2019-cu il tarixlər göstərilmişdir, iddiaçı səyyar vergi yoxlamasının keçirilməsi müddətinin qanunvericilikdə nəzərdə tutulan müddətdən artıq olmasını iddia etsə də, əslində nəinki müddətdən artıq, heç bir gün də olsun səyyar vergi yoxlamasının keçirilməsinə şərait yaratmamış, yoxlama üçün tələb olunan sənədlər qəsdən təqdim edilməyərək yoxlamanın keçirilməsinin və son nəticədə məsuliyyətə cəlb etmə qərarının çıxarılmasının müddətini süni şəkildə ertələmişdir. Belə ki, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunan sənədlər əsassız bəhanələrlə yoxlamaya təqdim edilmədiyindən vergi orqanı 03.01.2019-cu il tarixli **********286900 nömrəli iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməli olmuşdur. Şəki İnzibatiiqtisadi Məhkəməsinin 14.05.2019-cu il tarixli e-2-2(84)-98/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək yoxlamanın keçirilməsi üçün zəruri olan mühasibat sənədlərinin 11 saylı Ərazi Vergilər Departamentinə təqdim olunması qət edilmişdir. Yoxlamanın keçirilməsi üçün zəruri olan mühasibat sənədləri vergi ödəyicisi tərəfindən yoxlamaya vaxtında təqdim olunmamışdır. Bu səbəbdən vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 07.12.2018-cı il tarixli **********70858 nömrəli Tələbnamə təqdim olunmuşdur. Tələbnaməyə əsasən vergi ödəyicisindən yoxlama ilə əhatə olunan dövrə aid mühasibat sənədləri (kassa kitabı, kassa və bank sənədləri, material və texniki hesabatlar, əmək haqqı hesablanması cədvəlləri, F-1 və F-3lər, əmək müqavilələri, alınmış və təqdim edilmiş vergi hesab-fakturaları, alınmış və təqdim edilmiş iş qaimə fakturaları, işçi heyəti ilə bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqavilələri, depozit hesabından çıxarış, sifarişçilərlə və digər şəxslərlə bağlanmış müqavilələr (kontraktlar), E baş kitab, dövriyyə kitabları, Nəzarət Kitabçası və digər ilkin mühasibat sənədləri) tələb olunmuşdur. Yuxarıda qeyd olunan səbəbdən yoxlama ilə əhatə olunan dövrə aid sənədlərin tam əldə olunması və yoxlamanın daha dolğun keçirilməsi üçün Vergi Məcəlləsinin 23-cü və 43-cü maddəsini əsas tutaraq 11 saylı Ərazi Vergilər Departamentinin 25.12.2018-ci tarixli **********2172507 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarı çıxarılaraq vergi ödəyicisinin rəhbərinə təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsində göstərilən 15 (on beş) gün başa çatmasına baxmayaraq mühasibat sənədlərinin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş sürətləri yoxlamaya təqdim edilməmişdir. Odur ki, sənədlər yoxlamaya təqdim edilmədiyindən yoxlayıcı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” 25.12.2018-ci il tarixli akt tərtib olunmuşdur. Beləliklə, yoxlamanın keçirilməsi üçün sənədlərin əldə olunması mümkün olmamışdır. Vergi Məcəlləsinin 43.11-ci maddəsində qeyd edilir ki, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Necə olur ki, yoxlamanın keçirilməsi üçün zəruri sənədlərin alınması üçün vergi orqanı 03.01.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edir, sənədlərin təqdim olunması barədə məhkəmə 14.05.2019-cu il tarixli qətnamə çıxarır, amma vergi orqanı 05.02.2019-cu il tarixədək səyyar vergi yoxlaması keçirir? Sual olunur iddiaçı tərəfindən sənədlər təqdim olunmayıbsa, vergi orqanı nəyi yoxlayıb? Göründüyü kimi qanunvericilikdə nəzərədə tutulan müddətdən 16 gün artıq səyyar vergi yoxlamasının keçirilməsi barədə iddiaçının iddiası əsassız və həqiqəti əks etdirmir. İddiaçının əsassız və işin hallarına əsaslanmayan, qanunvericiliyin tələblərini düzgün olmayan şəkildə öz xeyrinə şərh etməyə digər cəhdi isə səyyar vergi yoxlamasının artırılması müddətinin əslində 30 gün olduğu halda artırılmış müddətin 37 gün davam etməsi barədə iddiasıdır. Bununla bağlı bildiririk ki, səyyar vergi yoxlamasının müddətinin artırılmasına səbəb elə iddiaçının səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədləri təqdim etməyərək mane olması olmuşdur. Bundan başqa səyyar vergi yoxlamsının keçirilmə müddəti səyyar vergi yoxlaması üçün zəruri olan sənədlər məhkəmə qətnaməsinə əsasən alındıqdan sonra yuxarı vergi orqanının 23.10.2019-cu il tarixli **********192003 nömrəli qərarı ilə iddaçının iddia etdiyi kimi 30 gün deyil 30 iş günü müddətinə (24.10.2019-cu il tarixdən 06.12.2019-cu il tarixinədək 44 gün müddətinə) artırılmışdır ki, bu da qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, iddiaçının özünün də iddia ərizəsində istinad etdiyi kimi Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Göründüyü kimi yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının müddətinin 30 iş günü (44 gün) müddətinə artırılması qanunvericiliyin tələbinə uyğundur və yoxlamanın keçirilmə müddətinin pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı KY181320707 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə səyyar vergi yoxlamasının başa çatma tarixinin 05.02.2019-cu il tarix göstərilsə də, faktiki olaraq yoxlamanın 28.11.2019-cu il tarixdə başa çatmasını və bu məlumatın vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməməklə pozuntuya yol verilməsini iddia etmişdir. İddiaçının bu iddiası ilə bağlı bildiririk ki, yenə də iddiaçının öz mülahizəsinə əsaslanan, əsassız, işin hallarına, özünün əsaslandığı çıxarışa zidd bir iddiadır. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi ilkin olaraq 21.12.2018-ci il tarixdən 05.02.2019-cu il tarixədək müəyyən edilərək reyestrdə yerləşdirilmiş, iddiaçının səyyar vergi yoxlaması üçün zəruri sənədləri təqdim etməməsi səbəbindən 24.10.2019-cu il tarixədək dayandırılmış, yuxarı vergi orqanının qərarına əsasən 06.12.2019-cu il tarixədək artırılmış və bu məlumatlar da KY181320707 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə əks olunmuşdur. Yəni reyestrə nəzər saldıqda səyyar vergi yoxlamasının 21.12.2019-cu il tarixdə başlamasını, dayandırma və müddət uzatma da daxil olmala 06.12.2019-cu il tarixdə başa çatması barədə məlumatlar KY181320707 nömrəli reyestrdə mövcuddur və bunu müəyyən etmək üçün sadəcə həmin reyestrə nəzər salmaq kifayətdir. İddiaçı həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması haqqında” Əsasnamənin 3.4.13-cü yarımbəndinin tələblərinin pozularaq yoxlayıcı şəxs X5 yoxlayıcı kimi adının reyestrdə olmamasını əsas gətirərək onun tərəfindən aparılan yoxlama hərəkətlərinin qanunsuz və əsassız olmasına dair iddiası ilə bağlı bildiririk ki, iddiaçı cəmiyyətdə keçirilən növbəti səyyar vergi yoxlaması 11 saylı Ərazi Vergilər Departamentinin 06.12.2018-ci il tarixli **********170817 nömrəli qərarına əsasən başlamış, qərarda yoxlayıcı şəxslər kimi X11 və X15 göstərilmiş və bu məlumat da KY181320707 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yerləşdirilmişdir ki bu da həmin Əsasnamənin 3.4.13-cü yarımbəndinə uyğundur. Lakin, sonradan yoxlayıcı şəxslərin başqa vəzifəyə keçirilməsi səbəbindən xidməti zərurətlə əlaqədar olaraq yoxlama 11 saylı Ərazi Vergilər Departamentinin 30.07.2019-cu il tarixli **********187713 nömrəli qərarı ilə Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi X6 həvalə olunmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi kimi yoxlamanın Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi X12 tərəfindən davam etdirilərək yekunlaşdırılmasının əsasını 11 saylı Ərazi Vergilər Departamentinin 30.07.2019-cu il tarixli **********187713 nömrəli qərarı təşkil edir ki, bu da iddiaçının X12 tərəfindən aparılan yoxlama hərəkətlərinin qanunsuz və əsassız olması barədə iddiasının tamamilə əsassız və yanlış olduğunu sübut edir. Səyyar vergi yoxlamasının gedişində xidməti zərurətlə əlaqədar yoxlayıcı şəxsin əvəzlənməsi zərurəti yarandıqda həmin dəyişikliyin də iddiaçının istinad etdiyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə imperativ qaydada qeydə alınmalı olduğu nəzərdə tutulmamışdır. İddiaçı iddasını əsaslandırmaq üçün göstərmişdir ki, vergi orqanı tərəfindən 17 yanvar 2020-ci il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması barədə qərar qəbul olunmasına baxmayaraq yoxlamanın nəticəsi, aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri barədə məlumatlar yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmiş və bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Bununla bağlı bildiririk ki, yoxlamanın nəticəsi barədə 03.12.2019-cu il tarixli **********172306 nömrəli səyyar vergi yoxlaması aktında və onun əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17.01.2020-ci il tarixli **********196384 nömrəli qərarda aşkar olunmuş qanun pozuntusunun məzmunu və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri barədə məlumatlar göstərilmişdir. Odur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlamanın nəticəsində qəbul edilmiş qərar barədə məlumatın əks olunmaması kobud qanun pozuntusu kimi qiymətləndirilə bilməz. İddiaçı öz mülahizəsinə görə belə hesab etmişdir ki, vergi orqanı tərəfindən sənədlərin tələb edilməsi vergi qanunvericiliyinin tələblərinin kobud pozulması ilə həyata keçirilmişdir. İddiasını belə əsaslandırmışdır ki, vergi orqanı 7 dekabr 2018-ci il tarixində vergi yoxlamasının 4 keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 15 iş günü müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmiş və sonuncu tarix kimi 27 dekabr 2018-ci il göstərilmişdir) 24 dekabr 2018-ci il tarixdə sənədlərin təqdim edilməsindən imtina edilməsi barədə müvafiq akt tərtib etmişdir. İddiasını onunla əsaslandırmağa çalışmışdır ki, Vergi Məcəlləsinin 42.1-ci Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Göründüyü kimi Vergi Məcəlləsinin 42-ci maddəsində sənədlərin verilməsindən imtina edilməsi barədə aktın tərtib olunması üçün iki hal müəyyən edilmişdir:

1. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə;

2. həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə. İddiaçının iddiasının haqlı olması üçün 2-ci hal mövcud olmamalıdır. Bu zaman vergi orqanı həqiqətən də iddiaçının iddiasında istinad etdiyi Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən 15 iş günü müddəti gözləməlidir. Lakin, iddiaçı nədənsə unutmuşdur ki, hazırkı iş üzrə imtina aktının tərtib edilməsinə səbəb 2-ci halın olması olmuşdur. Belə ki, iddiaçı 24.12.2018-ci il tarixli **********571400 nömrəli məktubla 11 saylı Ərazi Vergilər Departamentinə müraciət edərək sənədlərin məhkəməyə və istintaq orqanına təqdim olunması səbəbindən onlarda olmamasını bildirmişdir. Məhz buna görə də elə həmin tarixdə vergi orqanı tərəfindən sənədlərin verilməsindən imtina edilməsi barədə akt tərtib edilmişdir. Sənədlərin məhkəmə qaydasında alınması ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsində keçirilən məhkəmə prosesində isə iddiaçının yazdığı məktubdakı iddialarının yalan olduğu sübut olunmuşdur. Əlavə olaraq iddiaçı göstərmişdir ki, yoxlama zamanı tələb olunan sənədlər cəmiyyət tərəfindən yoxlayıcı X8 elektron poçt vasitəsilə vergi orqanına göndərilmiş, lakin vergi orqanı bununla kifayətlənməyərək yoxlama üçün zəruri olan sənədlərin alınması məqsədilə məhkəməyə müraciət etmiş və yalnız məhkəmə qərarı qəbul edildikdən sonra qərarın icrası məqsədilə məhkəmə icraçısı vasitəsilə həmin sənədlərin təsdiq edilmiş surətləri vergi orqanına təqdim edilmişdir. Əvvəla iddia ərizəsinin hər cümləsində Vergi Məcəlləsinin müddəalarına istinad edən, vergi orqanını qanunvericiliyin tələblərini pozmaqda ittiham edən iddiaçının nəzərinə özünün iddia ərizəsində istinad etdiyi Vergi Məcəlləsinin 42.1-ci maddəsinin tələblərini çatdırmaq istəyirik. Belə ki, Vergi Məcəlləsinin 42.1-ci maddəsinə görə sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Sənədlərin təsdiq edilmiş surətlərinin elektron poçt vasitəsilə təqdim olunması mümkün deyil. Əlavə olaraq bildiririk ki, vergi orqanına onlayn kargüzarlıq vasitəsilə iddiaçının iddia etdiyi yoxlamaya aid sənədlərin təqdim olunması barədə hər hansı məlumat mövcud deyil. İddiaçının təqdim etdiyi xərc sənədlərinin vergi orqanı tərəfindən nəzərə alınmaması barədə iddiası ilə bağlı isə bildiririk ki, iddaçı tərəfindən xərclərin süni şəkildə şişirdilməsi məqsədilə saxta xərc sənədləri, kassa mədaxil qəbzləri və s. təqdim edilməsi aşkar olunduğundan həmin sənədlərin gəlirin əldə olunması ilə bağlı xərcləri təsdiq edən sənədlər kimi nəzərə almamışdır. İddiaçı səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsinin vergi qanunvericiliyinin kobud pozulması ilə həyata keçirildiyini iddia etmişdir. İddiasını bununla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Səyyar vergi yoxlamasının nəticləri üzrə 3 dekabr 2019-cu il tarixdə akt tərtib edilmiş, lakin həmin aktın imzalanması və aktda müvafiq qeydlərin aparılması üçün iddiaçıya ümumiyyətlə təqdim edilməmiş və yalnız 5 dekabr 2019-cu il tarixdə onlayn kargüzarlıq vasitəsilə iddiaçının elektron kabinetinə göndərilmişdir. Həmin aktın imzalanma yerlərinə nəzər yetirildikdə isə görmüşlər ki, aktda vergi ödəyicisinin imza olan yerlərində “X14 imtina etdi” sözləri qeyd edilmiş və hətta aktda Vergi ödəyicisinin rəhbəri heç bir səbəb göstərmədən aktı imzalamaqdan və bir nüsxəsini götürməkdən imtina etdi. 03.12.2019 sözləri yazılaraq yoxlayıcı X12 tərəfindən imzalanmışdır. Halbuki, iddiaçının rəhbəri X1 bu barədə ümumiyyətlə məlumatı olmamış və vergi orqanı tərəfindən akt ona imzalanması üçün təqdim edilməmişdir. Vergi ödəyicisinin rəhbəri X4 aktın tərtib edildiyi 3 dekabr 2018-ci il tarixdə, həmçinin 2018-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikasının hüdudlarından kənarda (xaricdə) olmuşdur. Bununla bağlı bildiririk ki, səyyar vergi yoxlaması aktının alınması ilə bağlı vergi ödəyicisi tərəfindən hər hansı təşəbbüs göstərilmədiyi üçün Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi ödəyicisinə göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Həmin Məcəllənin 39.5-cü maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi orqanı tərəfindən də yuxarıda göstərilən normalara əməl edilərək 03.12.2019cu il tarixli səyyar vergi yoxlaması aktı 05.12.2019-cu il tarixdə **********094700 nömrəli müşaiyətedici məktubla vergi ödəyicisinə göndərilərək hüquqları izah olunmuş və 13.01,2020-ci il tarixli **********058000 nömrəli məktubla 16.01.2020-ci il tarixində saat 11.00-da vergi yoxlaması aktının nəticələrinə baxılması üçün Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında yerləşən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Səyyar vergi yoxlaması aktına 16.01.2020-ci il tarixdə vergi ödəvicisinin nümayəndəsinin iştirakı olmadan baxılmış, bu barədə protokol tərtib edilmiş, 17.01.2020-ci il tarixdə isə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********196384 nömrəli qərar qəbul edilmişdir. İddiaçının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının qanunvericiliyin tələbinə zidd olaraq əsaslandırılmadığı barədə iddiası ilə bağlı bildiririk ki, sözügedən qərara nəzər saldıqda görünür ki, qərar səyyar vergi yoxlamasının nəticələri haqqında 03.12.2019-cu il tarixli **********172306 nömrəli səyyar vergi yoxlaması aktına və 16.01.2020-ci il tarixli **********340900 nömrəli sənədə (səyyar vergi yoxlamasına baxılması haqqında protokol) əsasən qəbul edilmişdir. Səyyar vergi yoxlaması aktında isə konkret vergi dövrləri üzrə vergi növləri üzrə hesablamalar ətraflı göstərilərək əsaslandırılmışdır. Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İddiaçının vergi orqanı tərəfindən vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş 3 illik müddəti keçirməklə əlavə vergilər hesablaması və maliyyə sanksiyaları tətbiq etməsi barədə iddası ilə zağlı bildiririk ki, 11 saylı Ərazi Vergilər Baş idarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 nömrəli qərarı ilə 17.01.2020-ci il tarixədək 3 illik müddət keçmiş 2015-ci il üzrə 123883.74 manat, 2016-cı il üzrə 66074.87 manat olmaqla 189958.61 manat məbləğində maliyyə sanksiyası azaldılaraq 17.01.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarına düzəliş edimişdir. İddiaçının səyyar vergi yoxlaması aktında aparılmış hesablamaların qanunsuz və əsassız hesab etməsi ilə bağlı bildiririk ki, vergi ödəyicisinin bəyannamə məlumatlar ilə səyyar vergi yoxlaması ilə müəyyən edilmiş gəlir, gəlirdən çıxılan xərc və mənfəət vergisi məlumatları aşağıdakı kimi olmuşdur. 2015-ci il üzrə mənfəət vergisinin müqayisəli cədvəli Vergi ödəyicisinin SVY məlumatı Fərq məlumatı

Ümumi Gəlir 1505522.83 1495950.00 9572.83 Gəlirdən çıxılan xərclər 1482863.93 234453.68 1248410.25 Mənfəət 22658.90 1261496.32 -1238837.42 Mənfəət vergisi 4531.78 252299.26 -247767.48 2016-cı il üzrə mənfəət vergisinin müqayisəli cədvəli Ümumi Gəlir 790769.95 665014.30 125755.65 Gəlirdən çıxılan xərclər 658966.43 209578.89 449387.54 Mənfəət 131803.52 455435.41 -323631.89 Mənfəət vergisi 26360.70 91087.08 -64726.38 2017-ci il üzrə mənfəət vergisinin müqayisəli cədvəli Ümumi Gəlir 316241.40 314700.25 1541.15 Gəlirdən çıxılan xərclər 313900.48 98729.23 215171.25 Mənfəət 2340.92 215971.02 213630.10 Mənfəət vergisi 468.18 43194.20 -42726.02

Bundan başqa, 2018-ci il üzrə əlavə dəyər vergisini 20159.52 manat məbləğində azaltdığına görə həmin məbləğdə əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmş məbləğin 50%-i həcmində 10079.76 manat maliyyə sanksiyası, 2017-ci il üzrə ödəmə mənbəyində tutulan vergi məbləğinin 52.69 manat azaldıldığına görə, həmin məbləğdə əlavə vergi hesablanmiş və vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən 26.35 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan 2015-2017-ci illər üzrə iddiaçı tərəfindən təqdim edilmiş xərc sənədlərinin təhlil olunması zamanı bir sıra vergi ödəyicilərində iş və xidmətlərin alınmasını təsdiq edən sənədlərin saxta yolla sonradan hazırlandığı aşkar edilmişdir. Belə ki, təqdim olunmuş xərc sənədlərinin araşdırılması zamanı X13 tərəfindən ciddi hesabat blanklarının 2016-cı ilin sentyabr ayında alınmasına baxmayaraq, 2016-cı ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları üçün görülmüş işlərə görə də təqdim edildiyi (71243,83 manat), X3 tərəfindən ciddi hesabat blanklarının 2017-ci ilin may ayında alınmasına baxmayaraq, 2016-cı il üçün görülmüş işlərə görə də təqdim edildiyi (38000,00 manat), X7 və X9 tərəfindən ciddi hesabat blanklarının 2017-ci ilin mart ayında alınmasına baxmayaraq, 2016-cı il üçün görülmüş işlərə görə də təqdim edildiyi (100113,11 manat və 111000,0 manat) müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən bəzi ciddi hesabat blanklarında düzəliş edildiyi, saxta xərc sənədləri tərtib ərək, nəticə olaraq xərc məbləğləri süni surətdə artırılmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, Cəmiyyətə digər vergi ödəyiciləri tərəfindən 2016-cı ildə görülmüş işlərə və təqdim edilmiş mallara görə ödəmələr 2016-cı ilin müvafiq rüblərinin sadələşdirilmiş vergi hesabatlarında deyil, həmin vergi ödəyiciləri tərəfindən 2017-ci ilin may ayının 2-də, 3-də və 24-də təqdim etdikləri dəqiqləşdirilmiş bəyannamələrlə gəlirləri kimi göstərilmişdir. Cəmiyyətə təmir-tikinti quraşdırma xidmətləri göstərmiş və mal təqdim etmiş vergi ödəyicilərinin hamısının bəyannamə təqdim etdikləri vaxt və hal-hazırda şəxsi hesab vərəqələrində artıq ödəmələri mövcud olmuşdur. Cəmiyyətə təmir-tikinti quraşdırma xidmətləri göstərmiş vergi ödəyicilərinin məlumat-uçot bazası üzrə fəaliyyəti araşdırılarkən yeməkxana, kafe, tədris kursu, ərzaq məhsullarının satışı və s. kimi fəaliyyət növləri ilə məşğul olduqları müəyyən edilmişdir. Göründüyü kimi səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən qanun pozuntularına yol verilməsi və hesablanmış vergi məbləğlərinin əsassız olması barədə İddiaçı MMC-nin iddiası əsassızdır. Cavabdeh orqan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd olunanlara etiraz olaraq məhkəməyə ünvanlanan 29.10.2020-ci il tarixli, **********920700 nömrəli məktubunda qeyd etmişdir ki, qanunla müəyyən edilmiş vergiləri tam həcmdə və vaxtında ödəmək heç bir halda vergi ödəyicilərinin hüquqi vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Konstitusiyanın 149-cu maddəsini rəhbər tutmaqla vergi öhdəliklərini vaxtında, əməliyyatların aparıldığı vaxtda qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirməyən vergi ödəyicilərinə münasibətdə hüquqi aktların qüvvəsinin geriyə şamil olunması sui-istifadə hallarının artmasına, intizamlı vergi ödəyicilərinə münasibətdə diskriminasiyanın yaranmasına, digər şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ilə nəticələnir. Belə ki, vergi ödəyicisinin vergini ödəmək vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi-hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görməlidir. Vergi Məcəlləsinin müddəalarından məlum olduğu kimi səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən keçirilir. Səyyar Vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanı tərəfindən müxtəlif tədbirlərin (Baxış, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertiza, mütəxəssisin dəvət edilməsi, tərcüməçinin iştirakı, müşahidəçilərin iştirakı) həyata keçirilməsi hüququ nəzərdə tutulmişdur ki, bunlar da öz növbəsində Vergi Məcəlləsinin müvafiq maddələri ilə (Maddə 41-48) tənzimlənir. Səyyar vergi yoxlamasının nəticələri üzrə qərarın çıxarılması isə Vergi Məcəlləsinin 56-cı maddəsinin tələbləri nəzərə alınmaqla 39-cu və 49-cu maddələri ilə tənzimlənir. Göründüyü kimi, səyyar vergi yoxlaması çərçivəsində vergi ödəyicisinin ərazilərinə, binalarına baxış keçirərkən yoxlayıcı baxışın keçirildiyi vaxt qüvvədə olan Vergi Məcəlləsinin 41-ci maddəsinin, səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticələri üzrə qərarın qəbul edilməsi zamanı isə həmin qərarın qəbul edildiyi vaxt qüvvədə olan Vergi Məcəlləsinin 39,49 və 56-cı maddələrinin tələblərinin nəzərə alınması qanunvericiliyə uyğundur. Odur ki, mübahisələndirilən 17.01.2020-ci il tarixli qərarın qəbul edilməsi zamanı vergi orqanı tərəfindən 01.01.2020-ci il tarixdən qüvvədə olan Vergi Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun qərarın çıxarılması qanunvericiliyin tələblərinə uyğundur və iddiaçının iddia tələbi əsassızdır.

Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara İddiaçı MMC-nin nizamnaməsi, hüquqi şəxslərin reyestrindən çıxarış, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə, səyyar vergi yoxlaması aktına baxılma haqqında 16.01.2020-ci il tarixli protokol, vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş 03.12.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı, 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 saylı Qərar, 18 mart 2021-ci il tarixli 9/5967 nömrəli ekspert rəyi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – vergi orqanının mübahisəli qərarının ləğv edilməsinə dair tələb mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərti, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbi də təmin olunmuşdur. İddia mahiyyət etibarilə qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçı cəmiyyətin hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). Məhkəmə tərəflərin təqdim etdikləri və məhkəmə baxışı zamanı verdiyi izahatları, öz tələblərini əsaslandırmaq üçün istinad etdikləri dəlilləri, iş üzrə mövcud olan məhkəməmühasibatlıq ekspertizasının rəyini və vergi qanunvericilyinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlma müddətlərin uzadılması qərarlarından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Yoxlamanın iş günləri ilə deyil, təqvim günləri ilə aparılmalı olmasına dair iddiaçı tərəfindən iddia ərizəsinə və məhkəmə baxışı zamanı təqim etdiyi Ali Məhkəmə qərarlarından da görünür. Həmin qərarlarda Ali Məhkəmə bununla bağlı öz hüquqi mövqeyini bəyan etmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının dəlili ilə razılaşaraq hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi öhdəlikləri hesablayarkən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddəti belə pozmuşdur. Bununla bağlı məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırır: 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Qanunvericiliyinin təhlilindən görünür ki, 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən yoxlamanın nəticəsi üzrə qəbul edilən məsuliyyət qərarı qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtan əvvəlki dövrə aid edildi. Başqa sözlə desək, artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Lakin hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 6 dekabr 2018ci il tarixdə, yəni yeni qanunvericilikdən əvvəl qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi 17 yanvar 2020-ci il tarixədək yoxlamanın aparılması müddəti də 3 illik müddətlə əhatə edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56-cı maddəsinə edilən dəyişikliklər yalnız həmin tarixdən sonra başlamış səyyar vergi yoxlamalarına aid ediə bilər. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, məhkəmə hesab edir ki, 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020-ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. Məhkəmə qeyd olunan qanunvericiliyinin normaların tələblərini rəhbər tutaraq və iddiaçının da dəlili ilə razılaşaraq belə qənaətə gəlir ki, aşağıdakı qeyd olunan vergilərin və maliyyə sanksiyaların 3 illik müddəti keçmişdir: 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247 767,48 manat vergi və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 123 883,74 manat maliyyə sanksiyası (ümumilikdə 371 651,22 manat); 2016-cı ilin oktyabr-noyabr ayları üzrə ƏDV üzrə - 10 380,53 manat vergi və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 5 190,26 manat maliyyə sanksiyası (ümumilikdə 15 570,79 manat); 2016-ci il üzrə (Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən) - 24 211,13 manat maliyyə sanksiyası. Ümumilikdə isə 411433,15 manat (371651,22+15570,79+24211,13) hesablamanın 3 illik müddəti keçmişdir. Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 149.1.1-ci maddəsinə əsasən rezident müəssisələr bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Sözügedən Məcəllənin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. Qeyd olunan normalardan göründüyü kimi, 2015-ci il üçün iddiaçı tərəfindən mənfəət vergisinin hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin mart ayının 31-də bitmişdir. Belə olan halda, 31 mart 2016-cı il tarixdən 3 illik müddətin son günü 31 mart 2019-cu il tarixə təsadüf edir. Eyni zamanda, Vergi Məcəlləsinin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sözügedən normalardan göründüyü kimi, 2016-cı ilin oktyabr-noyabr ayları üzrə iddiaçı tərəfindən ƏDV hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin noyabr və dekabr ayının 20-də bitmişdir. Belə olan halda, 20 noyabr və 20 dekabr 2016-ci il tarixlərdən 3 illik müddətin son günü müvafiq olaraq 20 noyabr və 20 dekabr 2019-cu il tarixlərə təsadüf edir. Eyni zamanda, 2016-ci il ərzində Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, aparılmış nağd qaydada məxaric əməliyyatlarına görə maliyyə sanksiyasının tətbiq edilməsinin son günü 2019-cu ilin dekabr ayının 31-ə təsadüf edir. Beləliklə, hesabat dövrləri bitdikdən sonra isə vergi ödəyicisi tərəfindən hətta belə vergi qanunvericiliyin pozulmasına yol verildiyini vergi orqanı müəyyən edərsə, lakin bu pozuntunun tərədilməsi anından 3 il keçmişdirsə, vergi orqanı həmin pozuntuya görə vergi ödəyicisini məsuliyyətə cəlb edə və vergi öhdəliklərini müəyyən edə bilməz. Lakin cavabdeh tərəfindən iddiaçının 2015-ci il üzrə 247767,48 manat mənfəət vergisinin, 2016-cı ilin oktyabr-noyabr ayları üzrə 10380,53 manat ƏDV-nin azalmasının müəyyən edilməsinə baxmayaraq, 17 yanvar 2020-ci il tarixli qərarla, yəni 3 il müddəti keçdikdən sonra məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş, bu isə yuxarıda istinad edilmiş Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh vergi orqanı 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixdə yeni **********197668 saylı qərar qəbul edərək 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə tətbiq etdiyi maliyyə sanksiyaları tamamilə azaltmaqla yol verdiyi qanun pozuntusunu etiraf etmiş, lakin VM-nin 56-cı maddəsini düzgün tətbiq etməmişlər. Beləliklə, yeni 27 fevral 2020-ci il tarixli qərarla iddiaçıya 355219,88 manat mənfəət vergisi, 19 001,09 manat əlavə dəyər vergisi, 52,69 manat ödəmə mənbəyində vergi, ümumilikdə 374273,66 manat məbləğində əlavə vergilər hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 31469,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yeni qərarla ümumilikdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 405 742,78 manat (374273,66 manat vergilər + 31 469,12 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır. Lakin məhkəmə hesab edir ki, vergi orqanı Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 56.1-ci maddəsini düzgün tətbiq etməyərək 3 illik müddəti 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə hesablanmış maliyyə sanksiyalarına tətbiq etsə də, həmin illər üzrə əlavə hesablanmış vergilərə tətbiq etməmişdir. Halbuki, 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsində təsbit edilmişdir ki, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 77.1-ci maddəsində vergi öhdəliklərinin açıqlanması verilmişdir. Həmin normada qeyd olunmuşdur ki, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Göstərilən normalardan aydın olur ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində vergi öhdəlikləri dedikdə, nəinki tətbiq edilmiş maliyyə sanksiyaları, həmçinin vergilər də nəzərdə tutulur. Belə olan təqdirdə isə, cavabdeh vergi orqanı yol verdiyi nöqsanı aradan qaldırmaq məqsədilə məsuliyyətə cəlb edilməsi barədə qərara düzəliş edilməsi haqqında 27 fevral 2020-ci il tarixli qərarla hesabat dövründən 3 illik müddət keçdikdən sonra yalnız tətbiq edilmiş maliyyə sanksiyaları deyil, həmçinin həmin əlavə hesablanmış vergiləri də azaltmalı idi. Başqa sözlə desək, cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri rəhbər tutularaq 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247767,48 manat və 2016-cı ilin oktyabr-noyabr ayları üzrə ƏDV üzrə - 10380,53 manat, ümumilikdə 258148,01 manat vergilər azaldılmalıydı. Beləliklə, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində hesabat dövründən 3 illik müddətin keçməsi yalnız tətbiq edilmiş maliyyə sanksiyalarının deyil, həmçinin əlavə hesablanmış vergilərin ləğv edilməsinə səbəb olur ki, bu hal da vergi qanunvericilikdə öz əksini tapmışdır. Buna baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən qeyd olunan normanın tətbiqi zamanı nöqsanlara yol verilərək düzgün olmayan məsuliyyətə cəlb edilməsi qərarına düzəliş edilməsi barədə yeni qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh vergi orqanın nümayəndəsinə mübahisələndirilən birinci qərara düzəliş edilməsi barədə 27 fevral 2020-ci il tarixli qərar qəbul etməklə hansı səbəbdən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddəti iddiaçıya hesablanmış vergilərə deyil, məhz tətbiq edilmiş maliyyə sanksiyalarına şamil edilməsinə dair suala, sonuncu bu cavabdeh vergi orqanın mövqeyi olduğunu qeyd etsə də, bu mövqeyin düzgün olmasını vergi qanunvericiliyi baxımından əsaslandıra bilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 saylı yeni qərar əvvəlki qərarı ləğv etməmiş, əksinə əvvəlki qərarda müvafiq düzəlişlər apararaq tətbiq edilmiş maliyyə sanksiyalarını ləğv etmişdir ki, bu səbəbdən də, sonuncu 27.02.2020-ci il tarixli düzəliş qərar əvvəlki 17.01.2020-ci il tarixli qərarla birlikdə mübahisələndirilmə haqqında iddia tələbi ilə əhatə edilməlidir. Məhkəmə baxışı zamanı səyyar vergi yoxlaması aktından və tətqiq edilən digər sənədlərdən görünür ki, cavabdeh vergi orqanı iddiaçıya 2015-2017-ci illər üzrə əlavə mənfəət vergisi hesablayarkən iddiaçının həmin illər üzrə bəyan etdiyi xərc sənədlərin əksər hissəsini (70-80%) xərc sənədi kimi qəbul etməmiş və təsdiqini tapmayan xərc məbləğini birbaşa 20% mənfəət vergisinin dərəcəsinə vurmuşdur. Ümumiyyətlə, vergi orqanı tərəfindən yoxlama aktında yoxlanılan 2015-2017-ci illər üzrə xərclərin əksər hissəsi nəzərə alınmamış, lakin nəzərə alınmayan xərc sənədlərin nədən ibarət olduğu, ümumiyyətlə hesablamanın hansı qaydada aparılması barədə heç bir məlumat qeyd edilməmiş və yalnız iddiaçı tərəfindən təqdim edilən bəyannamələr üzrə təsdiqini tapmayan xərclərin və malların təqdim edilməsindən əldə edilən gəlirinin düzgün müəyyənləşdirilməməsinin göstərilməsi ilə kifayətlənmişdir. Eyni zamanda, yoxlama aktında ƏDV aid hissədə ƏDV üzrə hesablamanın əsas məqsədi ƏDV üzrə əvəzləşmənin düzgün aparılmaması qeyd edilsə də, hansı əməliyyat üzrə və hansı tarixli və nömrəli elektron vergi hesab faktura üzrə əvəzləşmənin düzgün aparılmadığı ümumiyyətlə açıqlanmamış, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, əsas fəaliyyəti mühəndis qurğuların quraşdırılmasından ibarət olan iddiaçının gəlirliyinin rentabellik səviyyəsi cavabdeh vergi orqanın yoxlamanın nəticəsinə görə zənn etdiyi kimi 70-80 faiz təşkil etməsi reallığı əks etdirmir. Çünki, hətta vergi ödəyicisinin ümumi gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduğu təqdirdə Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən vergi ödəyicisinin rentabellik gəlirliyi 20% həcmində müəyyən edilmişdir. Məhkəmə iş üzrə təqdim edilən sənədləri və tərəflərin izahatlarını dinləyərək iddiaçının səyyar vergi yoxlaması ilə əhatə edilən dövr ərzində vergi öhdəliklərinin düzgün müəyyən edilməsi baxımından 8 dekabr 2020-ci il tarixdə 2-1(116)-705/2020 nömrəli qərardad qəbul edərək məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertiza qarşısında aşağıda qeyd olunan suallar qoymuşdur:

1. İş materiallarında olan sənədlərə əsasən iddiaçının yoxlanılan 01.01.2015- 31.10.2018-ci il dövründə dövriyyəsi nə qədər olmuşdur? (illər üzrə dövriyyə ayrı-ayrılıqda qeyd olunmaqla);

2. İddiaçının iş materiallarında olan sənədlərə əsasən yoxlanılan 01.01.2015- 31.10.2018-ci il dövrünə ödəməli olduğu vergilərin (mənfəət, ƏDV və ÖMV) məbləği nə qədərdir? (illər üzrə ayrı-ayrılıqda qeyd olunmaqla);

3. İddiaçı tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatları mühasibat uçotunda əks etdirilmiş və onlar qüvvədə olan normativ aktlara uyğun olmuşdurmu?;

4. İddiaçının vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş 03.12.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticə əsaslıdırmı?;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi tətbiq olunmaqla iddiaçının yoxlanılan dövr ərzində ödəməli olduğu mənfəət vergisinin məbləği nə qədərdir?;

6. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş yoxlama dövrünü əhatə edən ilkin mühasibat sənədləri əsasında iddiaçının gəlirləri, xərcləri və ödəməli olduğu mənfəət, ƏDV və ödəmə mənbəyindən tutulan verginin məbləği nə qədərdir? (illər üzrə ayrıayrılıqda qeyd olunmaqla);

7. 01.01.2020-ci il tarixinə qədər qüvvədə olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin təsiri altına düşən iddiaçının vergi öhdəliklərinin məbləği nə qədərdir?;

8. Cavabdehin 27.02.2020-ci il tarixli **********197668 saylı qərarı ilə azaldılmış məbləğ nə qədərdir və hansı dövrləri əhatə edir?. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2021-ci il tarixli 9/5967 saylı ekspert rəyində məhkəməmühasibatlıq ekspertizası belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2015-2017-ci illər üzrə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisi üzrə ümumiyyətlə kənarlaşma müəyyən edilməmişdir. Həmin ekspert rəyi ilə ƏDV üzrə isə 19001,09 manat (2016 oktyabr ayı üzrə -4200,30 manat, noyabr ayı üzrə - 6180,23 manat və dekabr ayı üzrə 8620,56 manat) məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilsə də, VM-nin 1 yanvar 2020-ci il tarixində qədər qüvvədə olan VM-nin 56.1-ci, həmçinin 36.3-cü, 72-ci, 83.3-cü və 85.4-cü maddələrin tələbləri nəzərə alındıqdan sonra ümumilikdə ƏDV üzrə yalnız 2016-cı ilin dekabr ayı üzrə - 8620,56 manat kənarlaşma müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, ekspert rəyində ekspertiza Vergi Məcəlləsinin 56.1-ci, həmçinin 36.3-cü, 72-ci, 83.3-cü və 85.4-cü maddələrin tələblərini rəhbər tutularaq 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247767,48 manat və 2016-cı ilin oktyabr-noyabr ayları üzrə ƏDV üzrə - 10380,53 manat, ümumilikdə 258148,01 manat vergilərin 3 illik müddətinin keçməsi əsası ilə hesablamanın düzgün olmamasını bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizanın 18 mart 2021-ci il tarixli rəyi ilə ekspertiza onun qarşısında qoyulan suallara tam təfsilatı ilə cavab vermişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı təkrar ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət etmişdir. Vəsatətdə isə cavabdeh vergi orqanı ekspert rəyinin mahiyyətinə məhəl qoymadan yalnız iş üzrə əhəmiyyət kəsb etməyən məsələlərə və formal mülahizələrə istinad etməklə yenə də təkrar ekspertiza qarşısında əvvəlki suallardan heç bir məzmunla fərqlənməyən suallar qoymaqla kifayətlənmişdir. Halbuki, məhkəmə hesab edir ki, yoxlama zamanı iddiaçıya əlavə hesablama əsasən 2015-2017-ci illər üzrə mənfəət vergisindən və 2016-cı ilin oktyabt-dekabr ayları üzrə ƏDV-dən ibarət olmuşdur ki, ekspertiza da həmin hesablamalara dair öz mövqeyinin tam şəkildə bəyan etmişdir. Ekspertizanın rəyinin məzmunundan və nəticə hissəsindən də aydın görsənir ki, iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2015-ci, 2016-cı və 2017-ci illərə görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisi üzrə kənarlaşma müəyyən edilməmişdir. Buradan aydın olur ki, cavabdeh vergi orqanı iddiaçının yoxlama zamanı təqdim etdiyi sənədləri heç bir qanuni əsas olmadan xərc kimi tanımasa da, ekspertiza həmin sənədləri ilkin uçot sənədləri kimi tanıyaraq xərc sənədləri kimi qəbul etmiş və bu səbəbdən də hər hansı kənarlaşma müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspertiza VM-nin 56-cı maddəsinin tələblərini nəzərə alaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya hesablanmış 2015-ci ilə görə 247767,48 manat və 2016-cı ilin oktyabr ayı üzrə 4200,30 manat və noyabr ayı üzrə 6180,30 manat ƏDV məbləğin 3 illik müddəti keçmiş və həmin məbləğdə hesablamaların düzgünlüyü müəyyən edilmir. Ümumiyyətlə, qeyd olunan hesabat dövrləri üzrə VM-nin 56-cı maddəsində nəzərdə tutulmuş 3 illik müddət keçdiyi üçün həmin dövrlər üzrə hər hansı hesablamanın aparılması qanunsuzdur ki, ekspertiza da qeyd olunanları bir daha təsdiq etmişdir. Sonda ekspertiza belə nəticəyə gəlmişdir ki, iddiaçıya cavabdeh vergı orqanı tərəfindən yoxlamanın nəticə üzrə hesablanmış ümumi vergilərdən yalnız 2016-cı ilin dekabr ayı üzrə 8620,56 manat məbləğində ƏDV qanuni və əsaslı olmuş, bu səbəbdən də həmin məbləğdə vəsaitin dövlət büdcəsinə azaldılması müəyyən edilmişdir. Cavabdeh orqanın vəsatətdə qeyd etdiyi ekspertiza tərəfindən bütün gəlir və xərc sənədlərin ayrı-ayrılıqda göstərilməsi ilə bağlı dəlilinə dair məhkəmə qeyd edir ki, təkcə iddiaçının işi üzrə kifayət qədər gəlir və xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ayrı-ayrılıqda rəyin məzmununda qeyd edilməsi fiziki cəhətdən mümkünsüz olduğunu anlamaq olur. Məhz cavabdeh orqanın qeyd edilən dəlilinə istinad edilməsi ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa heç bir əsas vermir. Çünki, cavabdeh vergi orqanı özü də yoxlama aktında yoxlanılan 2015-2017-ci illər üzrə xərclərin əksər hissəsi nəzərə almasa da, lakin nəzərə alınmayan xərc sənədlərin (ayrı-ayrılıqda göstərməmiş) nədən ibarət olduğunu, ümumiyyətlə hesablamanın hansı qaydada aparılması barədə heç bir məlumat qeyd etməmiş və yalnız iddiaçı tərəfindən təqdim edilən bəyannamələr üzrə təsdiqini tapmayan xərclərin və malların təqdim edilməsindən əldə edilən gəlirinin düzgün müəyyənləşdirilməməsinin göstərilməsi ilə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanın təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətdə göstərilən dəlillər hüquqi cəhətdən əsaslı və qanuni olmadığından, təkrar ekspertizanın keçirilməsi üçün hüquqi əsaslar mövcud olmamış və bu səbəbdən də vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Azərbaycan Respublikası MPM-nin 53.3-ci maddəsi). Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qismən qanunsuz və əsassız olduğundan iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə də heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1, və 110.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 saylı Qərarı 2016-cı ilin dekabr ayı üzrə hesablanmış 8620,56 manat ƏDV və ona müvafiq olaraq VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 4310,28 manat maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 manat 11 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar