Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-73/2023 11.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X10, üçüncü şəxs X3 və üçüncü şəxsin vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “hazırda ailə üzvləri ilə birlikdə yaşadığı, o cümlədən Yevlax Rayon Məhkəməsinin (Yevlax Şəhər Xalq Məhkəməsi) 29 aprel 1982-ci il tarixli qətnaməsi ilə yaşamaq hüququ verilmiş Yevlax rayonu Xaldan (X9) kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində qanuni istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı, o cümlədən Yevlax Rayon Məhkəməsinin (Yevlax Şəhər Xalq Məhkəməsi) 29 aprel 1982-ci il tarixli qətnaməsi ilə yaşamaq hüququ verilmiş Yevlax rayonu Xaldan (X9) kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində qanuni istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Respublikada torpaq islahatı keçirilən zaman iddiaçı və ailə üzvülərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyət hüququ JN 248 saylı 90111038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən təsbit edilmişdir. Lakin torpaq islahatı zamanı iddiaçıya və ailə üzvülərinzə həyətyanı torpaq sahəsi verilməmişdir. Səbəb olaraq artıq istifadələrində 0,10 ha həyətyanı torpaq sahəsi olduğu bildirilmişdir. Halbuki, iddiaçı və ailə üzvüləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aldıqları kimi onlara həyətyanı torpaq sahələri də verilməli idi. Yəni, iddiaçı və ailəsi həm kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həm də həyətyanı torpaq sahəsi almaq hüququna malik subyektlər olmuşlar. Hazırda iddiaçı və ailə üzvülərinin istifadəsində, sahibliyində və faktiki mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsi vardır. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 139 nömrəli arayışını da əldə etmişdir. Arxiv arayışından görünür ki, hazırda istifadədə və faktiki mülkiyyətdə olan 0,10 (on sot) həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvülərinin şəxsi istifadəsində olan təsərrüfata aiddir. İddiaçı qeyd edir ki, ona və ailə üzvülərinə Yevlax Rayon Məhkəməsinin (Yevlax Şəhər Xalq Məhkəməsi) 29 aprel 1982-ci il tarixli Qətnaməsi ilə X2 məxsus İ Salamabad kəndində yerləşən evdə yaşamaq hüququ verilmişdir. Bu da onu göstərir ki, hazırda istifadələrində olan həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin qanuni istifadəsindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********54 nömrəli imtina məktubunda qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Təqdim edilmiş sənədlər ekspertiza edilən zaman məlum olmuşdur ki, Yevlax rayon Xaldan kənd İƏV üzrə nümayəndəliyin Yuxarı Salamabad kəndi üzrə 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitaba əsasən iddiaçının istifadəsində 0,10 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsinin onun istifadəsində olmasına baxmayaraq, Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən hansı səbəbdənsə, torpaq üzərində mülkiyyət forması müəyyən edilməmişdir. Halbuki, islahat zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi müəyyən edilməli, mülkiyyətçinin torpağa sahiblik, istifadə və sərəncam hüquqları təmin edilməli, müvafiq torpağı mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilməli idi. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqları dövlət qeydiyyatına alınmamış hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Odur ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********51 nömrəli iddia tələbinə münasibət məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri əsas gətirərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********22 nömrəli məktubunda qeyd olunmuşdur ki, Yevlax rayonu, Xaldan kəndində torpaq islahatı zamanı həyətyanı torpaq sahəsi ayrılan subyektlər siyahısında İddiaçı adı aşkar edilməmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan “X4 X8”nə əsasən iddiaçının naturada göstərdiyi 0,0645 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan (həyətyanı sahələrin altında olan) torpaqlar, mülkiyyətçisi X3 (JN-147 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən). Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi idarəsinin səlahiyyətinə aid deyil. İddiaçı naturada göstərdiyi 0,0645 ha torpaq sahəsi X1 mülkiyyətinə JN-147 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,17 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı iddia etdiyi torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin koordinatları və dəqiq ölçüləri təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından göstərdiyi həmin torpaq sahəsi ilə eyni olub-olmamasını müəyyən etmək olmadı. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdehin **********27 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı naturada göstərdiyi 0,0645 ha torpaq sahəsi X1 mülkiyyətinə JN-147F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, iddiaçı ilk növbədə X1 adına 0,17 ha torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydiyyatı və həmin qeydiyyatın aparılması ilə bağlı tərtib olunmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, daha sonra həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlara əsasən mübahisəli torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun qeydə alınması ilə bağlı mövcud hüquqmüəyyənedici sənədlər ləğv edilmədən həmin torpaq sahəsi üzərində iddiaçının adına yenidən qeydiyyatın aparılması yolverilməzdir. Hüquqi yardım məktubunda qeyd olunanlarla bağlı münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmiş, lakin bu günədək iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı, cavabdehin etiraz məktubu və mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının naturada göstərdiyi 0,0645 ha torpaq sahəsi üçüncü şəxs X1 mülkiyyətinə JN-147F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş 0,17 ha torpaq sahəsi ilə üst-üstə düşür. Belə olduğu halda iddiaçı ilk növbədə X1 adına 0,17 ha torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydiyyatı və həmin qeydiyyatın aparılması ilə bağlı tərtib olunmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, daha sonra həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, həmçinin məhkəmə iclasında bir daha qanunvericiliyin tələbləri izah olunaraq dinlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə X1 adına 0,17 ha torpaq sahəsinə dair dövlət reyestrində aparılmış qeydiyyatı və həmin qeydiyyatın aparılması ilə bağlı tərtib olunmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirərək məhkəmədə iddia qaldırmalı, daha sonra torpaq sahəsinin adına rəsmiləşdirilməsini tələb etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “hazırda ailə üzvləri ilə birlikdə yaşadığı, o cümlədən Yevlax Rayon Məhkəməsinin (Yevlax Şəhər Xalq Məhkəməsi) 29 aprel 1982-ci il tarixli qətnaməsi ilə yaşamaq hüququ verilmiş Yevlax rayonu Xaldan (X9) kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində qanuni istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-73/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-73/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver