Məhkəmə qərarları › İş №2-1(116)-732/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-732/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-732/2022 09.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 23 sentyabr N992-ci il tarixdə Oğuz rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, N saylı əmri ilə hərbi hissənin şəxsi heyət siyahısına salınmışdır. Sonra isə N () saylı hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli 2 saylı əmri ilə 70N saylı hərbi hissəyə göndərilmişdir. N992-ci ilin sentyabrından N994-cü ilin mart ayına kimi həmin hərbi hissələrin tərkibində Laçın rayonunun Vağazin, Tığıq, Ərdəşbər, Bilənduz kəndlərində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin onun döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatlar hərbi biletinə salınmamışdır. Binəqədi Rayon Məhkəməsinin 25 iyul 20N4-cü il tarixli qətnaməsi ilə onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş və iddiaçının N992-ci ilin sentyabr ayından N994-cü ilin mart ayına kimi erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi faktı təsdiq edilmişdir. Qətnamə qanuni qüvvəsini 25 avqust 20N4-cü il tarixdə almış və icraya yönəldilmişdir. N2 aprel 20N8-ci il tarixdə Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar çıxarılmışdır. N2.04.20N8-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı AR Müdafiə Nazirliyinə bildiriş göndərilmiş və icra sənədinin Müdafiə Nazirliyi tərəfindən nəzərə alındığı barədə cavab verilmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 0N.09.202N-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 03.03.20N7-ci il və təkrar N8.05.20N8-ci il tarixli iclaslarında baxılmış və 4N3, 5N7 nömrəli protokollar ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 05.NN.202N-ci il tarixli 2-N(NN2)-N078N/202N nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmiş və 07.0N.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən ünvanlanmış 09.02.2022-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə təmin oluna bilməz. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Belə ki, iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya müraciət etmiş, komissiyanın 03.03.20N7-ci il və N8.05.20N8-ci il (təkrar) tarixli iclasında iddiaçının müraciətinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Qərarı barədə iddiaçının ünvanına komissiya tərəfindən məlumat göndərilmişdir. İddiaçı həmin qərarın, yəni inzibati aktın qəbul edilməsindən 3 il sonra onu mübahisələndirmişdir. Cavabdeh orqan etiraz məktubunda iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda qeyd edilən və iş materiallarında olan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan Binəqədi Rayon Məhkəməsinin 25.07.20N4-cü il tarixli, 2(00N)- 688N/20N4 nöməli qətnaməsindən görünür ki, İddiaçı N992-ci ilin sentyabr ayından N994cü ilin mart ayına kimi Laçın, Kəlbəcər və Ağdərə rayonları uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 28.0N.2022-ci il tarixli 38 nömrəli məktubunda qeyd edilir ki, Oğuz rayon Xaçmaz kənd sakini N974-cü il təvəllüdlü İddiaçı 23.09.N992-ci il tarixdə keçmiş Oğuz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Tərtər Hərbi Prokurorluğunun N9 HP 57 saylı N2.0N.2004-cü il tarixli qərarına əsasən barəsində toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. NN.03.2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 28.0N.2022-ci il tarixli 38 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinə göndərilmiş 28.0N.20N6-cı il tarixli 9/2-6N8 nömrəli məktubunda qeyd edilir ki, N () №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N02 №-li əmrilə (əsas § 2, səh 6. sıra 3 rdə atasının adı Seyfulla yazılmışdır, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən bağlanmışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunub N №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinə əsasən N №-li hərbi hissə komandirinin 2N noyabr N992-ci il tarixli 2 №-li əmrilə (əsas: § N, səh 5, sıra N35, əmrdə atasının Seyfulla yazılmışdır) hərbi hissənin siyahısından çıxarılaraq 70N №-li hərbi hissəyə göndərilmişdir. İşdə olan Tərtər Hərbi Prokurorluğunun 28.0N.2022-ci il tarixli 22HP503 nömrəli məktubunda qeyd edilir ki, 70N nömrəli hərbi hissənin əsgəri İddiaçı Seyfulla oğlunun N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər Hərbi prokurorluğunda N9.07.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 334.N-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinin ibtidai istintaqı 30.NN.2004-cü tarixdə tamamlanaraq baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin 02.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş 9 nömrəli əlavədə qeyd edilmişdir ki, İddiaçı Seyfulla oğlu fərarilik etməsi səbəbilə CM-in 334.N-ci və 70-ci maddələrinə əsasən Tərtər Hərbi Məhkəməsinin 2N.04.2005-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə 0N il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 04.02.2022-ci il tarixli 73 nömrəli məktubundan görünür ki, Oğuz rayon Xaçmaz kənd sakini N974-cü il təvəllüdlü İddiaçı 23.09.N992-ci il tarixdə keçmiş Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Tərtər Hərbi Prokurorluğunun N9 HP 57 saylı N2.0N,2004-cü il tarixli qərarına əsasən barəsində toplanılmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. NN.03.2004-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatındadır. İddiaçı əmrlərdən çıxarışların arxiv nüsxələri SHXÇDX-nin Oğuz rayon bölməsində mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin 04.02.2022-ci il tarixli 73 nömrəli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Tərtər Hərbi Prokurorluğunun N9HP57 saylı N2.0N.2004-cü il tarixli qərarına əsasən barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. NN.03.2004-cü il tarixdə Oğuz RHK tərəfindən ona hərbi bilet verilmişdir. İşdə olan Ağdam Hərbi Prokurorluğunun 07.02.2022-ci il tarixli N8/594 nömrəli məktubunda qeyd edilir ki, vətəndaş İddiaçı barəsində Ağdam hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İşdə olan Füzuli Hərbi Prokurorluğunun N8.02.2022-ci il tarixli N6/6N6 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. İşdə olan Gəncə Hərbi Prokurorluğunun 27.0N.2022-ci il tarixli HPN7/278 nömrəli məktubunda qeyd edilir ki, xx.xx.N974-cü ildə Vartaşen rayonu, Xaçmaz kəndində anadan olmuş, hazırda Oğuz rayonu Xaçmaz kəndində qeydiyyatda olan vətəndaş İddiaçı barəsində Gəncə hərbi prokurorluğunda heç bir cinayət işinin istintaqı aparılmamış, təqsirləndirici material araşdırılmamışdır. İşdə olan cavabdehin etirazına qoşma kimi əlavə edilmiş, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 04.02.20222-ci il tarixli 4/2-7N5 nömrəli Hüquq İdarəsinin rəisinə göndərilmiş məktubundan görünür ki, N () №-li hərbi hissə komandirinin 24.09.N992-ci il tarixli N02 №-li əmrilə (əsas: səh 6 § 2 sıra 3, əmrdə atasının adı Seyfulla yazılmışdır) İddiaçı Seyfulla oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək xidmət keçmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Xidmətini davam etdirmək üçün 70N №-li hərbi hissəyə göndərilmiş İddiaçı Seyfulla oğlu N () №-li hərbi hissə komandirinin 2N.NN.N992-ci il tarixli 5 №-li əmrilə (əsas: sıra N35, əmrdə atasının adı Seyfulla yazılmışdır) şəxsi heyətin siyahısından və bütün nov təminatlardan çıxarılmışdır. 70N №-li hərbi hissənin N992-ci il tarixli Adlı siyahılar qovluğunda (əsas: sıra N02 məlumatda atasının adı Seyfulla yazılmışdır) N №-li hərbi hissədən gəlmiş şəxsi heyətin siyahısında atıcı-qranatatan köməkçisi sıravi İddiaçı Seyfulla oğlunun adı qeyd edilmişdir. Hərbi hissəni icazəsiz tərk etdiyi üçün Oğuz RHK-nın çağırışçısı İddiaçı Seyfəddin oğlu 70N №-li hərbi hissə komandirinin 04.07.N993-cü il tarixli NN8 №-li əmrilə (əsas səh 2N, § N, sıra 45N, əmrdə atasının adı Seyfəddin yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Qeyd edilir ki, 70N №-li hərbi hissə komandirinin noyabr N992-03.07.N993-cü il, 05.07.N993-cü il N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun N6.02.2022-ci il tarixli HP N2/30-985 nömrəli məktubunda qeyd edilir ki, xx.xx.N974-cü il tarixdə anadan olmuş, Oğuz rayonunun Xaçmaz kəndində qeydiyyatda olan, 23.09.N992-ci il tarixdən N994-cü ilin mart ayına kimi xidmət etmiş. 70N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, vətəndaş İddiaçı N994-cü ilin mart ayında hərbi hissəni özbaşına tərk edərək fərarilik etməsi faktı üzrə Tərtər hərbi prokurorluğunda N9.07.2004-cü il tarixdə CM-nin 334.N-ci maddəsi ilə cinayət işi başlanmış və 30.NN.2004-cü il tarixdə həmin işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunandan başqa vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair digər məlumat aşkar edilməmişdir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətində, 2N-ci səhifədə Tərtər Hərbi Prokurorluğunun N2.0N.2004-cü il tarixli qərarına əsasən hərbi qeydiyyata götürülməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin “Veteranlar haqqında” AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında” 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” N7.N0.N997-ci il tarixli 383-İ QR nömrəli Qərarının 6-cı maddəsində göstərilmişdir ki, Qərarın N-ci maddəsində göstərilən şəxslərin bu Qərarın qüvvəyə mindiyi günədək törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Qərarın 9-cu maddəsinə görə isə, bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş, habelə həqiqi hərbi xidmətə növbəti çağırışdan boyun qaçırmış şəxslər hərbi xidmətə çağırışın qanunla müəyyən olunmuş son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarsa təkrarən ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırılırlar. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq tələblərə cavab vermir. İddiaçının qanuni əsaslarla şəxsi heyət siyahısından çıxarılması və ehtiyata buraxılması mötəbər sübutlarla təsdiq edilmir. Həmçinin iddiaçının Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23.0N.N996-cı il tarixli 433 nömrəli Fərmanına əsasən tərxis olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. İddiaçının hərbi xidmətinin qeyd olunan xüsusatlarına dair isə arxiv sənədləri mövcud deyildir. İş materiallarından göründüyü kimi iddiaçı hərbi xidmət müddəti ərzində hərbi hissəni özabşına tərk etmiş, bununla bağlı CM-in 334.N-ci maddəsi ilə barəsində cinayət işi başlanmış, Tərtər Hərbi Məhkəməsinin 2N.04.2005-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzəsına məhkum edilmiş və məhz hərbi prokurorluğun məktubuna əsasən qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya veteran adının və vəsiqəsinin verilməsindən cavabdeh orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları ilə onun hərbi hissəyə daxil olması müəyyən edilsə də, hərbi xidmət dövrünü tam olaraq başa vurması, qanuni əsaslarla tərxis edilməsi faktı öz təsdiqini tapmamış, həmçinin iş materialları ilə sübut edilmişdir ki, iddiaçı xidmət etdiyi hərbi hissəni özbaşına tərk edərək fərarilik etmiş və bununla bağlı cinayət işi başlanılmışdır. İPM-in N.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 8N-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.N), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun N3.2 və N7-ci maddələri). İPM-in 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar