Məhkəmə qərarları › İş №2-1(116)-732/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-732/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-732/2025 03.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin 4 saylı cavabdeh tərəfindən riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi,iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.Ərizə həmin tarixli iclas protokolunun qərardadı ilə qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2021-ci il tarixindən fiziki şəxs olaraq vergi orqanında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Vergi hesabatını verməklə vergi borcunu ödəyir.Lakin cavabdeh orqan əsassız olaraq onu riskli vergi ödəyicilərinin siyahısına daxil etməklə onun sahibkarlıq fəaliyyətinə məhdudiyyət qoymuşdur.Bu səbəblərə görə o, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Ona görədə hesab edir ki, məhkəməyə müraciət etməklə, onun hesabına qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına nail ola bilər. Belə ki, dəfələrlə vergi orqanına müraciət etmişdir. Cavabdeh orqan heç bir izah vermədən onu riskli vergi ödəyicisi siyahısından çıxartmır. Cavabdeh etirazında qeyd etmişdir ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarına uyğun olaraq əmtəəsiz əməliyyatlar apardığına görə 4 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********868800 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin xx.xx.2023 - xx.xx.2024-cü il tarixlərində 1 260 342,42 manat (ƏDV daxil) dəyərində idxal etdiyi “avtomobil ehtiyat hissələri”nin ona məxsus (vergi orqanında uçotda olan) AZ0100, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən **********-31001 kodlu 130 m2 (anbar) təsərrüfat subyektinin (məlumatlar əlavə olunur) ümumi sahəsi ilə idxal edilmiş malların həcminin uyğun olmaması müəyyən edildiyindən, işin hərtərəfli, obyektiv və tam araşdırılması məqsədi ilə təsərrüfat subyektinə yerində baxış keçirilməsi, obyektin faktiki olaraq aktiv və ya passiv olması barədə, işçilərinin, anbarının olub-olmaması barədə, sorğu vərəqəsinin tərtib olunması, sözügedən mallarının yerində olub-olmamasının araşdırılması məqsədi ilə aidiyyəti üzrə qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatların 4 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması üçün təsərrüfat subyektinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində yerləşdiyi nəzərə alınaraq aidiyyəti üzrə xx.xx.2024-cü il tarixli **********165400 nömrəli məktubla həmin Baş idarəyə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli **********589400 nömrəli məktubla bildirilmişdir ki, müraciət ilə əlaqədar araşdırma aparılmış və vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən **********-31001 kodlu təsərrüfat subyektinə (ANBAR) xx.xx.2024-cü il tarixdə baxış keçirilmişdir. Qeyd olunan təsərrüfat subyektinə vergi ödəyicisinin iştirakı olmadan baxılmış və anbarın boş olduğu, mal qalığının olmadığı müəyyən edilmişdir (baxış zamanı çəkilmiş anbarın fotoşəkilləri əlavə edilmişdir). Uçot baza məlumatlarından əldə edilmiş, vergi ödəyicisi İddiaçı məxsus (077) ***-**-** nömrəli telefon ilə əlaqə saxlanılıb müvafiq məlumat verilərək dəvət edilsədə, vergi ödəyicisi iştirak edə bilməyəcəyini bildirmişdir. Bununla yanaşı, vergi orqanının uçot-baza məlumatlarının araşdırılması zamanı keçirilmiş vergi nəzarəti tədbirindən sonra vergi ödəyicisi İddiaçı VÖEN: (**********) tərəfindən elektron qaimə faktura əsasında xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Bakı şəhəri X4 Baş İdarəsində qeydiyyatda olan təsisçiləri və rəhbəri eyni şəxs (X3) olan, həmçinin hüquqi ünvanları eyni olan (AZ1031, Bakı şəhəri Nizami rayonu, X6 ev.40 m.40) vergi ödəyiciləri hüquqi şəxslər - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) 57 041,35 manat (ƏDV nəzərə alınmadan) dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə 72 149,82 manat (ƏDV nəzərə alınmadan) dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə 71 867,98 manat (ƏDV nəzərə alınmadan) dəyərində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə 116 377,08 manat (ƏDV nəzərə alınmadan) dəyərində, fiziki şəxs X2 VÖEN: (**********) xx.xx.2024-cü il tarixdə 78 877,83 manat (ƏDV nəzərə alınmadan) dəyərində, ümumilikdə 396 314,06 manat (71336,73 ƏDV məbləği nəzərə alınmaqla cəmi 467 650,79 manat) mallar təqdim edildiyi müəyyən edilmişdir (məlumatlar əlavə edilir). Təsərrüfat subyektində baxışın keçirilməsi, obyektin faktiki olaraq aktiv və ya passiv olması barədə, işçilərinin, anbarının olub-olmaması barədə, mallarının yerində olubolmamasının araşdırılması məqsədi ilə aidiyyəti üzrə qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatların 4 saylı Ərazi Vergilər İdarəsinə təqdim olunması üçün aidiyyəti üzrə yuxarıda qeyd olunan vergi ödəyicilərinin (İddiaçı (VÖEN: **********) e-qaimə əsasında mallar əldə edən vergi ödəyiciləri) qeydiyyatda olduğu Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsinə xx.xx.2024-cü il tarixində **********266800 nömrəli məktubla müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 Baş İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli **********180100 nömrəli məktubla bildirilmişdir ki, araşdırılma zamanı vergi ödəyicilərinin təsərrüfat subyektlərini (obyektlərini) tapmaq mümkün olmamış, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) məxsus AZ1031, Bakı şəhəri Nizami rayonu, X6 ev.40 m.40 hüquqi ünvanında fəaliyyətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə qeyd olunan ünvanda müşahidə aparılmış və qeyd olunan müəssisələrin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edilərək xx.xx.2024-ci il tarixli Akt tərtib edilmişdir. Bununla yanaşı, araşdırmalar zamanı vergi ödəyicisi X1 (VÖEN: **********) Bakı şəhərində təsərrüfat subyektinin (obyekti) olmadığı, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında qeyd olunan ***-***-**-** nömrəli telefonla əlaqə saxlamaq mümkün olmadığı, aparılmış müşahidələr nəticəsində vergi ödəyicisinin AZ1106, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq pr. ev.148 A m.59 ünvanında yaşamadığı müəyyən olunaraq bu barədə xx.xx.2024-cü il tarixli Akt tərtib edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində 235377,57 manat (ƏDV daxil) dəyərində, həmçinin xx.xx.2024 - xx.xx.2024- cü il tarixində 467 650,79 manat dəyərində təqdim edilmiş mallar üzrə riskli e-qaimə fakturalar ləğv edilməmiş, həmin riskli e-qaimələr üzrə ödənilmiş vəsaitlərin bank vasitəsi ilə geri qaytarılması həyata keçirilməmişdir. Həm riskli e-qaimələrin, həmdə bu e-qaimələr üzrə ödənilmiş vəsaitlərin geri qaytarılmasını təsdiq edən sənədlər nə vergi orqanına, nə də ki məhkəməyə təqdim edilməmişdir. Tərəfimizdən məhkəməyə təqdim edilmiş sənədlərə (“Ləğv edilmiş e-Qaimə fakturalar barədə məlumat” əlavə olunur) əsasən vergi ödəyicisi tərəfindən riskli e-qaimələrin ləğv edilmədiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçı tərəfindən riskli əməliyyatlar ümumiyyətlə aradan qaldırılmadığından (faktiki olaraq vergi ödəyicisi tərəfindən bu istiqəmətdə heç bir addım atılmamışdır) onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli **********2500 nömrəli qərar əsasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zaman vergi ödəyicisində alış dəyəri 438 696,74 manat dəyərində olan malın əskik gəldiyi aşkar edilmiş, aşkar edilmiş nöqsanlar xx.xx.2024-cü il tarixli DVX seriyalı 101336 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3797 nömrəli qərar qəbul edilərək 43 869,67 manat məbləğində maliyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

2. Fiziki şəxsin Sahibkarlıq uçotu haqqında Şəhadətnaməsi;

3. Cavabdeh orqanın Riskli Əməliyyatların araşdırılması baradə məktubu;

4. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat, Fiziki şəxs haqqında məlumat, vergi ödəyicisinin obyekti baradə məlumat; Hüquqi şəxs haqqında məlumat;

5. xx.xx.2024-cü il tarixli **********868800 nömrəli Vergi ödəyicisinin riskli ödəyici hesab edilməsi barədə qərar.

Əsaslandırma hissəsi:

Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia ərizəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir.Həmçinin,iddiaçı məhkəməyə müraciət edərkən aidiyyət qaydalarına riayət etmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1) iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; 2) cavabdehin xx.xx.2024-cü il tarixli **********868800 nömrəli “Vergi ödəyicisinin riskli ödəyici hesab edilməsi barədə qərar”ının ləğv edilməsindən ibarətdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir İş materiallarına əsasən iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində 1.260342,42 manat (ƏDV daxil) dəyərində idxal etdiyi avtomobil ehtiyat hissələri idxal edilmişdir.İddiaçı xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində 235377,57 manat dəyərində, həmçinin xx.xx.2024 - xx.xx.2024- cü il tarixində 467 650,79 manat dəyərində mallar təqdim edilmişdir. Hazırkı iş materiallarına əsasən riskli elektron qaimə fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir. Belə olan halda iddiaçı tərəfindən riskli əməliyyatlar tam aradan qaldırılmadığından onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasına dair müraciəti təmin edilməməsi ilə bağlı cavabdehin mövqeyi qanuni olmuşdur Azərbaycan Respublikası Vergi Məcəlləsi: Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (Qərar qəbul edilərkən qüvvədə olmuş redaksiya) : 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mübahisələndirlən qərarı əsaslı hesab edərək iddianın təmin edilməli olmadığı qənaətinə gəlir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi,iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar