Məhkəmə qərarları › İş №2-1(116)-733/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-733/2020

23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-733/2020 23.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Qax rayon şöbəsinə qarşı "01.09.1977-ci ildən 19.02.1982-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Qax rayon şöbəsinə qarşı "01.09.1977-ci ildən 19.02.1982-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, 01.09.1977-ci ildən 19.02.1982-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil almışdır. Yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun əmək kitabçasında 21 il 4 ay 24 gün sosial sığorta stajı olduğunu bildirirərək bundan imtina etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Cavabdeh məhkəməyə göndərdiyi 21.07.2020-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı əyani təhsil aldığı müddət onun sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınmış və iddiaçıya hüququnun yarandığı 05.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş və bununla da tərəflər arasında inzibati mübahisə aradan qalxmışdır. Belə olan halda, iddianın mümkün sayılması üçün əsas qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsidə deyilir ki, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x1 Nazirliyi yanında Dövlət x2 Qax rayon şöbəsinə qarşı "01.09.1977-ci ildən 19.02.1982-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar