Məhkəmə qərarları › İş №2-1(116)-733/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-733/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-733/2022 22.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Dövlət Yerqurluşu Layihə İnistitu tərəfindən 26 may 2006-cı ildə təsdiq olunmuş JN-0225 Kod 40705038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 1.95 ha əkin torpaq sahəsinə dair birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Dövlət Yerqurluşu Layihə İnistitu tərəfindən 26 may 2006-cı ildə təsdiq olunmuş JN-0225 Kod 40705038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 2.23 ha əkin torpaq sahəsinə dair birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək Dövlət Yerqurluşu Layihə İnistitu tərəfindən 26 may 2006-cı ildə təsdiq olunmuş JN-0225 Kod 40705038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 1.95 ha əkin torpaq sahəsinə dair birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar JN-0225 kod 40705033 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş 2.23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İsmayıllı rayonu Kürdeldarbəyli kəndində yerləşən 2.2284 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq 1.9534 ha təşkil edir. Həmçinin torpaq sahəsi başqa vətəndaşın adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı1 başqa digər iddiaçılar və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin və digər iddiaçıların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Odur ki, digər iddiaçılar məhkəmə iclasında iştirak etmiş - iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən təmsil edilmiş sayılırlar. İşdə olan JN-0225 kod 40705033 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, ismayıllı rayon DNK-nun xx.xx.2005-ci il tarixli 4ə-1-159 saylı alqısatqı müqaviləsi ilə İddiaçı1, X3, X4, İddiaçı4 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2.23 ha torpaq sahəsi verilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, İsmayıllı rayonu Kürd Eldarbəyli kəndində yerləşən 9.0252 ha torpaq sahəsi üzərində X2 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşdə olan, cavabdeh orqan tərəfindən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-34 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş 2.23 ha torpaq sahəsinin 1.95 ha hissəsi Hüquqların Dövlət reyestrində qeydiyyata alınmış **********00 saylı çıxarışla üst-üstə düşür. Üst-üstə düşən 1.95 ha torpaq sahəsi yeriquruluşu planı üzrə göstərilmişdir. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçılarnın hüquqi marağı JN-34 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş, hazırda naturada mövcud olan 1.95 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. İddiaçılar, tələb hüququnu həmin torpaq sahəsinin JN- 34 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə onların mülkiyyətinə verilməsi ilə əsaslandırırlar. Məhkəmə tərəfindən iş üzrə cəlb edilmiş mütəxəssisin verdiyi rəy əsasında müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri torpaq sahəsi **********00 saylı çıxarışda qeyd edilmiş 9.490803 ha torpaq sahəsi ilə üst-üstə düşür. Yəni, iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 1.95 ha torpaq sahəsi üzərində artıq digər subyektin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Odur ki, müvafiq qeydiyyat ləğv edilmədən iddiaçıların hazırkı tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymətin verilməsi mümkün deyildir. Buna görə də iddiaçılar, hüquqi maraqlarına uyğun olaraq ilk növbədə **********00 saylı çıxarışı JN-34 nömrəli “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına istinad etməklə 1.95 ha torpaq sahəsinə aid hissədə mübahisələndirməli, həmin hissədə müvafiq çıxarışın ləğvinə nail olduqdan sonra, sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıya izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Dövlət Yerqurluşu Layihə İnistitu tərəfindən 26 may 2006-cı ildə təsdiq olunmuş JN-0225 Kod 40705038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə 1.95 ha əkin torpaq sahəsinə dair birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar