Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-736/2021 22.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Şəki bələdiyyəsi) “Şəki Bələdiyyəsinin 26 iyul 2005-ci il tarixli 07 saylı iclas protokolundan çıxarış qərarı və 28 sentyabr 2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarış qərarı ilə qeyri-yaşayış sahəsinin tikintisi üçün mülkiyyətinə verilmiş 0,0219 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Şəki bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Bələdiyyəsinin 26 iyul 2005-ci il tarixli 07 saylı iclas protokolundan çıxarış qərarı və 28 sentyabr 2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarış qərarı ilə qeyri-yaşayış sahəsinin tikintisi üçün mülkiyyətinə verilmiş 0,0219 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 31.03.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Şəki bələdiyyəsinin 26.07.2005-ci il tarixli 07 nömrəli qərarı ilə 200 kv.m mağaza tikintisi üçün və 01.01.2009-cu il tarixli 04 nömrəli qərarı ilə 19 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Alqı-satqı müqavilələri bağlanmış və iddiaçı torpaq sahələrinin dəyərini Şəki bələdiyyəsinin hesabına ödəmişdir. Bələdiyyənin 26 iyul 2005-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışında 200 kv.m torpaq sahəsində mağaza tikintisi üçün müvafiq icra hakimiyyəti orqanından razılıq və icazə aldıqdan sonra tikinti işlərinə başlanılması qərara alınmış və həmçinin 28 sentyabr 2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən şəhərin 20 Yanvar küçəsində yerləşən iddiaçıya məxsus mağazanın 19 kv.m qərardan əlavə tikintialtı torpaq sahəsinin onun mülkiyyətinə satılması qərara alınmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli, **********83 nömrəli məktubunda qeyd etmişdir ki, Şəki şəhəri, 20 Yanvar küçəsində 0.0219 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim edilmiş sənədlər toplusunda torpaq sahəsinin 0.0019 ha hissəsinin ayrılmasına dair 28.09.2007-ci il tarixli qərar qəbul olunmasına baxmayaraq torpaqların alqı-satqısına dair aktda bələdiyyə orqanına torpaq sahəsinin alınması barədə müraciətin 21.01.2009-cu il tarixində olduğu, həmçinin həmin müraciətə əsasən 01.01.2009-cu il tarixində 09 nömrəli qərar qəbul edildiyi məlum olmuşdur. Təqdim olunan torpaqların alqısatqısına dair aktın qeydiyyatdan keçməsi barədə qeydiyyat nömrəsi və tarixi qeyd edilməmişdir. Şəki Bələdiyyəsi torpaq sahəsinin ayrılması barədə 01.01.2009-cu il tarixli, 09 nömrəli qərar qəbul etmişdir ki, bu da “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466 saylı İİİ QD Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466 saylı İİİ QD Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007-ci il tarixli, 271 saylı Sərəncamından irəli gələn tələblərə cavab vermir. Məlumat üçün bildirilir ki, qeyriyaşayış binasının ümumi sahəsi 411.2 kv.m təşkil edir ki, bu sahənin də 14.4 kv.m hissəsi 0.0219 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının vəkili ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh orqanın nümayəndəsi iddiaçının ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Şəki bələdiyyəsi) “Şəki Bələdiyyəsinin 26 iyul 2005-ci il tarixli 07 saylı iclas protokolundan çıxarış qərarı və 28 sentyabr 2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarış qərarı ilə qeyri-yaşayış sahəsinin tikintisi üçün mülkiyyətinə verilmiş 0,0219 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-736/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-736/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver