Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-739/2025 14.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon, Basqal kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair JN-571A seriyalı kod-40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş “X5” və “X7”nun adları nəzərə alınmadan dövlət reyestrindən çıxarışın verilməsi və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayon, Basqal kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair JN-571A seriyalı kod-40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş “X5” və “X7”nun adları nəzərə alınmadan dövlət reyestrindən çıxarışın verilməsi və faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2660/2024 nömrəli qərardadı ilə ilə X5 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İşin qısa məzmunu ondan ibarətdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə ailə üzvlərinə, torpağın mülkiyyətə verilməsinə dair JN-571 A seriyalı kod-40700016 nömrəli şahadətnaməsinə əsasən ümumilikdə 0.05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Verilmiş,JN-571 A kod-40700016 nömrəli şahadətnamədə "X5" və "X7"nun adları mülkiyyətçi kimi qeyd olunmuşdur. Halbuki, həmin şəxslər, ailə üzvləri deyillər .Mövcud olan "Torpağa mülkiyyət hüququna dair" "JN-571 A seriyalı kod-40700016 nömrəli şahadətnamədə qeyd edilmiş "X5" və "X7"nun adları həmin şahadətnəmədən mülkiyyətçilər siyahısından çıxarılmasını Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş edilmişdir. Lakin etdiyi müraciətiə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-Ə-00xx-xx/2024 nömrəli məktubu ilə "Torpağın mülkiyyət verilməsinə dair "şahadətnamədə "X5"və "X7"nun mülkiyyətçi siyahısından çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı bildirməklə, bundan imtina edilmiş və bu faktın təsdiqi üçün adiyyatı üzrə məhkəməyə müraciət etməy tövsiyə etmişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, JN-571A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə mülkiyyətçilər siyahısında adları qeyd olunan X6 və X2 adlarının mülkiyyətçilər sırasından çıxarılması “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərə görə müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. • İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Basqal Qəsəbə İƏD Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı. • JN-571A seriyalı kod 40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 63 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin adına 0.05 ha torpaq sahəsi verilmişdir. • İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(037)-444\2024 nömrəli qətnaməsinin surəti. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Basqal kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı qeyd edilmişdir. • İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İşin müəyyən olunan hallarına görə “İsmayıllı rayon, Basqal kəndində yerləşən 0,05 ha. sahəsinə dair JN-571A seriyalı kod-40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” İddiaçı, X1 və X3 adına tərtib edilmişdir. Həmin sənəddə torpağın sahəsi 0,05 ha. göstərilsədə onun verilməsi əsas olmuş iddiaçıya aid "Təsərrüfatbaşına kitablarında” sahənin 0.08 ha. olması qeyd olunub. Həmin Şəhadətnamənin verilməsinə əsas İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 63 saylı qərarı olmuşdur. Şəhadətnamədə əks olunan qeydə görə onun bir nüsxəsi yalnız iddiaçıya verilib. Cavabdeh iddiaçının müraciətindən JN-571A saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə”də mülkiyyətçilər siyahısında adları qeyd olunan X6 və X2 adlarının mülkiyyətçilər sırasından çıxarılmasının idarənin səlahiyyətləri daxilində olaması ilə əsaslandırmışdır. İş üzrə müəyyən edilir ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı ilə onun adına verilmiş JN-571A KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunmuş “X8” adı, soyadı və atasının adının onun şəxsiyyətini təsdiq edən sənəddəki adı,soyadı və atasının adı ilə düzəlişin aparılması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə JN-571A Kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əıasən verilmiş İsmayıllı rayonu,Basqal kəndində yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinin X8 (ərizəçi), X5 və X3 mülkiyyətlərinə verilməsinə dair JN-571A Kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə İddiaçı soyadının “Ələsgərov”, adının “Mais” və ata adının “Qürbət” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin İddiaçı (ismayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2002-ci il tarixli, AZE N 00****** saylı şəxsiyyət vəsiqəsi) aid o ması faktı müəyyən edilmişdir. Bundan başqa İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal Qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İddiaçı ailə üzvlərinə, torpağın mülkiyyətə verilməsinə dair JN-571A seriyalı, KQD-40700016 nömrəli şəhadətnaməyə əsasən ümumilikdə 0.05 ha. həyətyanı torpaq sahəsi verilmişdir. Ona verilmiş JN-571A seriyalı, KQD-40700016 nömrəli şəhadətnamədə "X5" və "X7"nun adları qeyd olunmuşdur ki, həmin şəxslər heç biri ailə üzvləri deyil, bu şəxslərin qəsəbədə onun qonşuları olması müəyyən olunmuşdur. Həmçinin İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “1986-1991-ci illərdə həyətyanı torpaq sahəsi 0.02 ha, 1992-ci ildə düzəliş (qaralama) olunaraq 0.08 ha qeyd olunub. Torpağın hansı səbəbdən 0.08 ha olması qeyd olunmayıb. Basqal qəsəbə İƏD -si üzrə 1986 -1995- ci illərin Təsərrüfatbaşına kitablarında X4 və X3 adı aşkar edilmədi.”. Göründyü kimi X1 və X3 adları JN-571A seriyalı kod-40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunsa da onların iddiaçı ilə heç bir qohumluq əlaqəsinin olmadığı iş üzrə müəyyən edilir. Həmçinin adları qeyd olunan şəxslər iş üzrə məhkəmə icraatına cəlb edilsərər də onla iddiaya heç bir münasibət bildirməmişlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsindən irəli gəldiyindən cavabdehin imtinası isə həmin Qanunun 15.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığından iddia təmin edilməli, “İsmayıllı rayon, Basqal kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair JN-571A seriyalı kod-40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş “X5” və “X7”nun adları nəzərə alınmadan faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon, Basqal kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair JN-571A seriyalı kod-40700016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş “X5” və “X7”nun adları nəzərə alınmadan faktiki istifadəsində olan 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-739/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-739/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver