Məhkəmə qərarları › İş №2-1(116)-74/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-74/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-74/2021 10.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçılar İddiaçı1, İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19rşı (üçüncü şəxslər: X21, X11, X22, X12, X9, X16) “Yevlax rayon X7 xx xxxxxx 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verilmiş, Yevlax rayonu Salahlı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-097A saylı (kod 90100038) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayon X7 xx xxxxxx 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verilmiş, Yevlax rayonu Salahlı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-097A saylı (kod 90100038) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə onların, yəni İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 da adının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 27 saylı qərarına əsasən Yevlax rayonu, Salahlı kəndi ərazisində 0.22 ha həyətyanı torpaq sahəsi X21, X11, X23, X12, X9 və X5 mülkiyyətinə verilmişdir. İddiaçılar bildirirlər ki, onlara məlum olmayan səbəblərdən həmin şəhadətnaməyə adları daxil edilməmişdir. Halbuki, şəhadətnaməyə əsasən verilən torpaq sahəsində şəhadətnamədə adları qeyd olunan şəxslər deyil, iddiaçılar yaşayır və həmçinin həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini də onlar inşa etmişlər. İddiaçılar şəhadətnaməyə adlarının əlavə edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və “Yevlax rayon X7 xx xxxxxx 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verilmiş, Yevlax rayonu Salahlı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-097A saylı (kod 90100038) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizə məhkəmənin xx.xx.2021-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********81 nömrəli iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, JN-097A saylı şəhadətnamə X21 və digər ailə üzvlərinin adlarınadır. Həmin torpaq sahəsində X11 tərəfindən 1980-cı ildə inşa olunmuş 3 otaqlı fərdi yaşayış evi mövcuddur. İddiaçıların adlarının həmin şəhadətnaməyə daxil edilməsinin cavabdeh orqanın səlahiyyətləri daxilində olmaması, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının 23.1-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçıların müraciətinin təmin edilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(116)-715/2020 nömrəli qərardadı ilə X21, X11, X22, X12, X9, X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının İddiaçı1 ünvanladığı xx.xx.2018-ci il tarixli 9/10 nömrəli arxiv arayışdan müəyyən edilir ki, Salahlı kənd sovetliyinin 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitabında iddiaçının anası X17 təsərrüfatın başçısı kimi qeyd edilmiş və iş üzrə iddiaçılar İddiaçı3nın ailə üzvləri olaraq göstərilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının İddiaçı1 ünvanladığı xx.xx.2018-ci il tarixli 10/10 nömrəli arxiv arayışından müəyyən edilir ki, Salahlı kənd sovetliyinin 1991-1995-ci illərə dair 02 saylı təsərrüfatbaşına kitabının 41-ci səhifəsinin 125 saylı qeydinə əsasən Salahlı kəndində yaşayan X6 mülkiyyətində olan 0.32 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan JN-097A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 27 saylı qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi X21, X11, X23, X12, X9 və X5 mülkiyyətinə verilmiş və 96 nömrə ilə kitabda qeyd edilmişdir. İş materiallarında olan JN-3xx xxx 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 27 saylı qərarı ilə 2.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X18, İddiaçı1 Nuh oğlu, İddiaçı4, İddiaçı5 və İddiaçı3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-135A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 27 saylı qərarı ilə 0.21 ha həyətyanı torpaq sahəsi X13 mülkiyyətinə verilmiş və 133 nömrə ilə kitabda qeyd edilmişdir. İş materiallarında olan Salahlı kəndində yerləşən fərdi yaşayış evinin 119 inventar nömrəli “Texniki pasport”unun təsdiq edilmiş surətindən müəyyən edilir ki, fərdi yaşayış evi X10 məxsusdur. İş materiallarında olan “Torpaq payı almaq hüququ olan vətəndaşların Siyahısı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, X21 və onun ailə üzvlərinə 0.22 ha, İddiaçı1 Nuh oğlu və onun ailə üzvlərinə 0.26 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-84/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı1 “Şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamədə göstərilən torpaq sahəsinə və onun üzərində olan tikililərə onun mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbi İddiaçı1 ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1218/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı1 “JN-097A Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamədə göstərilən torpaq sahəsinə və onun üzərində olan tikililərə onun mülkiyyət hüququnun tanınması” tələbi İddiaçı1 ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********22 nömrəli məktubundan müəyyən edilir ki, Yevlax rayonu, Salahlı kəndində İddiaçı1 Nuh oğlunun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar edilməmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 16/11 nömrəli məktubundan müəyyən edilir ki, Salahlı kənd sovetliyinin 1991-1995-ci illərə dair 02 saylı təsərrüfatbaşına kitabının 41-ci səhifəsinin 125 saylı qeydinə əsasən Salahlı kəndində yaşayan ailə başçısı X6 mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmiş və ailə üzvləri olaraq İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı1 adları qeyd edilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 16/11 nömrəli məktubundan müəyyən edilir ki, Salahlı kənd sovetliyinin 1991-1995-ci illərə dair 02 saylı təsərrüfatbaşına kitabının 42-ci səhifəsinin 126 saylı qeydinə əsasən ailə başçısı X13 mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş və ailə üzvləri olaraq M.Q.Bayramova, M.Q.Bayramova, İ.Q.Bayramova, R.Q.Bayramovun adları qeyd edilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 16/11 nömrəli məktubundan müəyyən edilir ki, Salahlı kənd İƏD üzrə nümayəndəliyinin 1996- 2000-ci illərə dair 05 saylı təsərrüfatbaşına kitabının 85-ci səhifəsinin 453 saylı təsərrüfatında ailə başçısı X6 mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş və ailə üzvləri olaraq İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 adları qeyd edilmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 16/11 nömrəli məktubundan müəyyən edilir ki, Salahlı kənd İƏD üzrə nümayəndəliyinin 1996- 2000-ci illərə dair 05 saylı təsərrüfatbaşına kitabının 52-ci səhifəsinin 142 saylı qeydində ailə başçısı X13 mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmiş və ailə üzvləri olaraq M.Q.Bayramova, R.Q.Bayramovun adları qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-348/10/70 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X9 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlanılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-348/7/70 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X22 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-348/11/70 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X4 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlanılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-348/5/70 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X11 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-348/6/70 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X21 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-348/9/70 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X16 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlanılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 05/Q-348/8/70 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X16 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 348/2 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X21 xx.xx.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 348 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X15 xx.xx.2003-cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 348/1 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X22 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 348/3 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X12 xx.xx.1971-ci ildə Yevlax rayonu, Salahlı kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 348/4 nömrəli qeydiyyat vərəqində qeyd edilir ki, X9 xx.xx.1978-ci ildə Yevlax rayonu, Salahlı kəndində anadan olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********02 nömrəli məktubuna əlavə edilmiş həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, X21 və onun ailə üzvlərinin (6 nəfər) adına 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Salahlı kənd ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 269 nömrəli arayışının surətindən müəyyən edilir ki, İddiaçı1 anası X17 vəfat etdiyi xx.xx.2003-cü il tarixədək Yevlax rayonu, Salahlı kəndində yaşamış, vərəsəsi 1953-cü il təvəllüdlü oğlu İddiaçı1dur. X1 və X2 Bayramova öldüyü gündən hal-hazıradək həmin evdə yaşamamış və başqa təsərrüfat kitabında qeydiyyatda olan vərəsələrdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 195/20 nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışında qeyd edilir ki, 1900-cü ildə Gəncə şəhərində doğulan X15 xx.xx.1980-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir:

1. İddiaçı və cavabdehin iştirakı ilə əraziyə baxış keçirildi. İddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin sərhədləri naturada təyin edilərək Yevlax rayonu, Salahlı yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planına yerləşdirildi. Məlum oldu ki, “torpağın mülkiyyətə verilməsinə dair JN-97A nömrəli şəhadətnamə” ilə X14 mülkiyyətinə verilən 0.22 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları, həndəsi ölçüləri və məkan göstəriciləri arasında uyğunsuzluq olduğundan və invertar nömrəsi 119 olan texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları və məkan göstəriciləri olmadığından mütəxəssis qarşısında qoyulam sualın cavablandırılması mümkün olmamışdır.

2. JN-135A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsi JN-97A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür, invertar nömrəsi 119 olan texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları və məkan göstəriciləri olmadığından invertar nömrəsi 119 olan texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır.

Əsaslandırma hissəsi:

Üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh orqan məhkəməyə xx.xx.2020-ci il tarixli **********31 nömrəli məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Həmçinin üçüncü şəxslərə çatdırılması məqsədilə Yevlax Şəhər İH başçısının aparatının xx.xx.2020-ci il tarixli 2471 nömrəli məktubundan müəyyən edilir ki, üçüncü şəxslər Salahlı kənd İƏD üzrə nümayəndəliyin ərazisində yaşamırlar. Məhkəmə üçüncü şəxslər və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 27 saylı qərarı ilə X13 mülkiyyətinə iki müxtəlif ərazidən - JN-097A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0.22 ha və JN-135A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-135A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də yanlız X13 adı, JN-097A kod 90100038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də isə X21, X11, X22, X12, X9 və X5 adları qeyd olunmuşdur. İş üzrə iddiaçıların adına Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 27 saylı qərarına əsasən 2.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-3xx xxx 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ı hazırlansa da, həyətyanı torpaq sahəsinə dair şəhadətnamə hazırlanmamışdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçılar ləğvi tələb olunan şəhadətnamədə tələb olunan torpaq sahəsindən istifadə etdikləri və həmin torpaq sahəsinə dair invertar nömrəsi 119 olan texniki pasport mövcud olduğu halda onlara münasibətdə yuxarıda qeyd olunan qanunvericilik normalarına əməl olunmamış, inzibati orqan tərəfindən qanunamüvafiq qaydada şəhadətnamə hazırlanmamışdır. Mütəxəssis rəyində qeyd olunan hallartla bağlı məhkəmə qeyd edir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Hazırki halda iddiaçıların tələbi yanlız şəhadətnamənin ləğvindən ibarət olduğu üçün həmin məsələyə dair məhkəmənin münasibət bildirməsinə ehtiyac yoxdur. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə “Yevlax rayon X7 xx xxxxxx 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verilmiş, Yevlax rayonu Salahlı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-097A saylı (kod 90100038) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı1 ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X26 üzərinə Yevlax rayon X7 xx xxxxxx 1998-ci il tarixli 27 nömrəli qərarı əsasında verilmiş, Yevlax rayonu Salahlı kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-097A saylı (kod 90100038) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi öhdəliyi qoyulur. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 86 manat 20 qəpik İddiaçı1 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X3 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar