Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-74/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X4, üçüncü şəxslər X5 və X16 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu Talıstan kəndində yerləşən 2 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bakı şəhər sakini X17 2004-cü ildə ərizə ilə Talıstan Bələdiyyəsinə müraciət edərək, 2 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi rəy verərək, X11 bələdiyyənin şərti-yararsız torpaq sahəsinin ona satılmasına etiraz etmədiyini bildirmişdir. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 28.11.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X11 Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. X17 tərəfindən Talıstan Bələdiyyəsinin bank hesabına 02.12.2004-ci ildə ******* manat pul ödənilmişdir. Talıstan Bələdiyyəsi ilə X17 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və 07.12.2004-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır. İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 28.11.2004-cü il tarixli 13 nömrəli qərarına istinadən, həmin 2 ha torpaq sahəsi ilə bağlı X10 adına 19.01.2005-ci il tarixli JN-700 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 2 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Talıstan Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. X17 həmin 2 ha torpaq sahəsini 18.02.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə Əliyev (hazırkı soyadı "Oğuz"dur) Yunus İsaxan oğluna satmış, müqavilə İsmayıllı Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən, X15 adına 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ilə bağlı 02.04.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında verilmiş 2 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu 15.02.2021-ci il tarixli **********92 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, o, torpağı əldə edən zaman "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" barədə məlumatın elektron kadastr məlumat bazasına daxil edilməsi səlahiyyəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə məxsus olmuş və ona təqdim edilən hüquq müəyyənedici sənədlərin hamısı qanunvericiliyə uyğun şəkildə tərtib olunmuşdur. Cavabdeh məhkəməyə göndərdiyi 07.06.2021-ci il tarixli **********67 nömrəli etirazında imtinasının dəlillərinə istinad etmiş və bildirmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə, bir hissəsi kollu örüş ərazi ilə, bir hissəsi isə X27 torpaqları ilə üst-üstə düşür. Məhkəmənin 04.10.2021-ci il tarixli qərardadı ilə X7 və X21, 02.02.2022-ci il tarixli qərardadı ilə X8 və X22, 18.03.2022-ci il tarixli qərardadı ilə İsmayıllı Rayon Talıstan Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, eyni zamanda, sonuncu qərardadla X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxslər X21, X8, X22 və İsmayıllı Rayon Talıstan Bələdiyyəsidir. Üçüncü şəxslər X8 və X22 məhkəməyə ərizələr göndərərək iddianın təmin olunmasına razı olmadıqlarını bildirmişlər. Digər üçüncü şəxslərə isə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 28.11.2004-cü il tarixli 13 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini X11 Talıstan Bələdiyyəsinin mülkiyyətində olan şərti-yararsız torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. - İşdə olan, torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Talıstan Bələdiyyəsi ilə X17 arasında 2 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş və 07.12.2004-cü ildə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsində 437/22 nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, 19.01.2005-ci il tarixli JN-700 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, İsmayıllı Rayon Talıstan Bələdiyyəsinin 28.11.2004-cü il tarixli 13 nömrəli qərarı ilə X10 mülkiyyətinə 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. - İşdə olan, 18.02.2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X17 2 ha torpaq sahəsini X2. - İşdə olan, 02.04.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, İsmayıllı Rayon Dövlət Notariat Kontorunun 18.02.2005-ci il tarixli 4Ə-1-90 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi X15 mülkiyyətinə keçmişdir. - İşdə olan, cavabdehin 15.02.2021-ci il tarixli **********92 nömrəli imtina məktubundan görünür ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamışdır. - İşdə olan, cavabdehin 07.06.2021-ci il tarixli **********67 nömrəli etiraz məktubundan görünür ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin 0,53 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,1246 hissəsi başqa vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə, bir hissəsi kollu örüş ərazi ilə, bir hissəsi isə X27 torpaqları ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. İşdən göründüyü kimi, İddiaçı iddia tələbi X9 18.02.2005-ci ildə aldığı və 02.04.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Göründüyü kimi, sadalanan normalara görə, İddiaçı adına olan 02.04.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas hesab edilir və həmin "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın mövcud elektron kadastr məlumat bazasında öz əksini tapmaması özü-özlüyündə qeydiyyat aparmaqdan imtina olunmasına əsas vermir. Lakin bununla yanaşı, sözügedən 2 ha torpaq sahəsi ilə bağlı müəyyən edilmiş aşağıdakı hallar həmin sahənin bir hissəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyatını mümkünsüz edir. Məhkəmənin 26.04.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək, iddiaçının adına olan JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş koordinatlarda (sənəd üzrə) yerləşən torpaq sahəsinin elektron bazada kimin mülkiyyəti kimi göstərilməsi, təyinatı, uqodiyası, meşə fonduna aid olubolmaması barədə məlumat tələb olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.08.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, JN-0701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha torpaq sahəsi həmin Xidmətin "xxxx" MMC-nin elektron məlumat bazasında öz əksini tapan Talıstan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən İsmayıllı rayonu Talıstan kənd inzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir, sözügedən 2 ha torpaq sahəsinin aşağıdakı hissələri başqa torpaq sahələri ilə üst-üstə düşür: - 0,18 ha hissəsi bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə, - 0,06 ha hissəsi JN-625B kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə, - 0,10 ha hissəsi JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, - 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə, - 0,05 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid digər vətəndaşın istifadəsində olan torpaq sahəsi ilə, - 0,02 ha hissəsi yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə, - 1,03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə (həmin 1,03 ha ərazinin 0,46 ha hissəsi digər vətəndaşın istifadəsindədir), - 0,13 ha hissəsi **********361 nömrəli çıxarışla mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə, - 0,38 ha hissəsi kənd daxili yol ilə, Bundan sonra məhkəmənin 16.09.2021-ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, **********361 nömrəli çıxarışın, JN-625B kod 40724018 nömrəli şəhadətnamənin və JN-625C kod 40724018 nömrəli şəhadətnamənin surətləri tələb olunmuş, cavabdehin 27.09.2021-ci il tarixli məktubu ilə **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" məhkəməyə təqdim olunmuş, eyni zamanda, bildirilmişdir ki, JN-625B kod 40724018 nömrəli və JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" aşkar edilməmişdir. Təqdim olunmuş RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,3665 ha həyətyanı torpaq sahəsinə X6 və X12 ümumi birgə mülkiyyət hüququ 30.04.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi natamam olduğuna görə məhkəmənin 16.09.2021-ci il tarixli məktubu ilə həmin orqana sorğu edilərək, **********361 nömrəli çıxarışda, JN-625B kod 40724018 nömrəli və JN-625C kod 40724018 nömrəli şəhadətnamələrlə göstərilmiş mülkiyyətçilərin, bələdiyyə mülkiyyətində olan 0,05 ha və 0,05 ha torpaq sahələrini istifadə edən şəxslərin soyadı, adı, atasının adı və onların istifadə hüququnu təsdiq edən hüquq müəyyənedici sənədlərinin nədən ibarət olması, eləcə də 1,03 ha kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisinin kənd təsərrüfatına yararlı, azyararlı və ya yararsız olması barədə məlumatlar tələb olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 30.11.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, **********61 reyestr nömrəli çıxarış əsasında 0,3665 ha həyətyanı torpaq sahəsinə X6 və X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.04.2014-cü ildə qeydiyyata alınmış, JN-625B kod 40724018 nömrəli və JN- 625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərə dair isə məlumat arxivdə aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 21.01.2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş əlavə mütəxəssis rəyində isə göstərilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 363418 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən 0,3665 ha torpaq sahəsi **********61 nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" ilə X6 və X12 adına qeydiyyata alınmış, İsmayıllı rayonu Talıstan kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində JN-625B və JN-625C nömrəli şəhadətnamələr əksini tapsa da, Mərkəzin arxivində həmin şəhadətnamələr haqqında məlumat aşkar edilmədi, bundan başqa, yerquruluşu planı 8-də göstərilmiş bələdiyyə mülkiyyətinə aid 0,05 ha torpaq sahəsi X5 istifadəsindədir və istifadəçi tərəfindən həmin torpaq sahəsinə dair hüquq müəyyənedici və ya texniki sənəd (çıxarış, plan-ölçü) təqdim edilməmişdir, yerquruluşu planı 9-da göstərilmiş bələdiyyə mülkiyyətinə aid 0,05 ha torpaq sahəsi X16 istifadəsindədir və istifadəçi tərəfindən həmin torpaq sahəsinə dair hüquq müəyyənedici və ya texniki sənəd (çıxarış, plan-ölçü) təqdim edilməmişdir, yerquruluşu planı 2-də göstərilmiş 1,03 ha kənd təsərrüfatı təyinatlı kollu örüş sahəsi İİİ keyfiyyət qrupuna aiddir, bonitet balı 51 olmaqla kənd təsərrüfatına yararlıdır. Göründüyü kimi, mütəxəssis rəylərində göstərilmiş 0,18 ha, 0,06 ha, 0,10 ha, 0,05 ha, 0,05 ha və 0,02 ha torpaq sahələrinə (cəmi 0,46 ha) iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur. Belə ki, elektron xəritə bazasında 0,18 ha, 0,05 ha, 0,05 ha və 0,02 ha torpaq sahələri əvvəlki mülkiyyətçisinin, yəni Bələdiyyənin mülkiyyəti kimi görünməkdə davam edir. Göstərilən 0,05 ha ölçüdə iki torpaq sahəsindən biri X5, digəri isə X16 faktiki istifadəsində olsa da, onların həmin torpaq sahələrinə hüquqlarını təsdiq edən sənəd mövcud deyil, bundan başqa, elektron bazada 0,06 ha torpaq sahəsinin JN-625B kod 40724018 nömrəli, 0,10 ha torpaq sahəsinin isə JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verildiyi göstərilsə də, belə sənədlərin mövcud olmadığı müəyyən edildi. İddiaçının iddia etdiyi 2 ha torpaq sahəsinin qalan hissələri (1,03 ha, 0,13 ha, 0,38 ha) ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinin sözügedən 2 ha torpaq sahəsi İsmayıllı Rayon Talıstan Bələdiyyəsi tərəfindən X1 zaman qüvvədə olmuş redaksiyasına əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 16-cı maddəsinin 3-cü bəndində deyilir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndində deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin sözügedən 2 ha torpaq sahəsi İsmayıllı Rayon Talıstan Bələdiyyəsi tərəfindən X1 zaman qüvvədə olmuş redaksiyasına əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Qanunun 7.1-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Qanunun 7.2-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına görə, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2017-ci il tarixli Qərarı ilə aşağıdakılar müəyyən edilmişdir: "1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır". Həmin normaların tələblərinə uyğun olaraq, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin 1,03 ha hissəsi kənd təsərrüfatına yararlı kollu örüş olduğuna, 0,38 ha hissəsi isə kənd daxili yol olduğuna görə alqı-satqı obyekti ola və Bələdiyyənin mülkiyyətindən çıxarıla bilməzdi. Bu səbəbdən də hazırkı iddianın həmin 1,03 ha və 0,38 ha ilə bağlı hissələri təmin edilə bilməz. Analoji hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-1875/2019 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2019-cu il tarixli qərarında da ifadə edilmişdir. Bundan başqa, müəyyən edildi ki, 2 ha torpaq sahəsinin 0,13 ha hissəsi RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X6 və X12 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, eyni torpaq sahəsinə yenidən həm də iddiaçının mülkiyyət hüququ qeydiyyata alına bilməz. Beləliklə, məhkəmə şərh edilən hallara görə bu qərara gəldi ki, iddianın 0,46 ha torpaq sahəsi ilə bağlı hissəsi təmin edilməli, qalan 1,54 ha torpaq sahəsi ilə bağlı hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən göründüyü kimi, prosessual xərclər iddiaçı tərəfindən 29.07.2021-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin bank hesabına ödənilmiş 321 manat məbləğində xidmət haqqından ibarətdir. Cəmi 2 ha torpaq sahəsinin qeydiyyatı barədə olan iddia tələbi yalnız 0,46 ha, yəni 23 faiz hissədə təmin olunduğuna görə məhkəmə bu qərara gəldi ki, prosessual xərclərin də müvafiq olaraq 23 faizi, yəni 73,83 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməli, məbləğin qalan 247,17 manat hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X15 adına olan 02.04.2005-ci il tarixli JN-701 kod 40724018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 2 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqəsi ərazisi ilə üst-üstə düşən 0,18 ha hissəsinə, JN-625B kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,06 ha hissəsinə, JN-625C kod 40724018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 0,10 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0,05 ha hissəsinə, yaşayış məntəqəsi daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üstüstə düşən 0,02 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia 2 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisi ilə üst-üstə düşən 1,03 ha hissəsində, RX seriyalı ******* nömrəli **********361 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" əsasında X6 və X12 ümumi birgə mülkiyyətində olan 0,3665 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,13 ha hissədə, kənd daxili yol ilə üst-üstə düşən 0,38 ha hissədə təmin edilməsin. Prosessual xərclərin 73,83 manat hissəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə aid edilsin və həmin məbləğ ondan alınaraq İddiaçı ödənilsin. Prosessual xərclərin qalan 247,17 manat hissəsi İddiaçı aid edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.