Məhkəmə qərarları › İş №2-1(116)-740/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-740/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-740/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı "xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanları məhdud uşağı olan ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1963-cü ildə Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Onun xx.xx.1986-cı ildə X7 adlı uşağı doğulmuş, iddiaçı həmin uşağı 8 yaşınadək tərbiyə etmiş və hal-hazıradək öz himayəsində saxlayır. X7 xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin 15 nömrəli Zona X2 tərəfindən keçirilən müayinə zamanı uşaqlıqdan birinci qrup əlil hesab edilmişdir. İddiaçı Ağdaş rayonu Pirəzə kənd klubunda xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək müşayiətçi (akkompaniator), xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək baletmeyster, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək Ağdaş rayonu X10 İdarəsində maşinist işləmiş, xx.xx.2003-cü ildən hal-hazıradək isə yenə dəAğdaş rayonu X10 İdarəsində maşinist işləyir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçının oğlu X3 xəstə olduğunu bildirən müayinə aktı xx.xx.2006-cı ildə (20 yaşında) müəyyən edildiyindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, xx.xx.1986-cı il təvəllüdlü X3 əlilliyi xx.xx.2006-cı ildə müəyyən olunsa da, əlilliyi uşaqlıqdan olmuşdur. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********8 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, ******* nömrəli və ИT-İ seriyalı ******* nömrəli əmək kitabçalarından görünür ki, İddiaçı Ağdaş rayonu Pirəzə kənd klubunda xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək müşayiətçi (akkompaniator), xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək baletmeyster, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək Ağdaş rayonu X10 İdarəsində maşinist işləmiş, xx.xx.2003-cü ildən hal-hazıradək isə Ağdaş rayonu X10 İdarəsində maşinist işləyir. - İşdə olan, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 76 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1986-cı ildə İslam adlı sağlamlıq imkanları məhdud uşağı olmuş və o, 8 yaşınadək uşağını tərbiyə etmişdir. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının oğlu X3 ilkin müayinə aktı xx.xx.2006-cı ildə, yəni 20 yaşında müəyyən edildiyindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə ziddir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Ağdaş rayon filialının xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, İddiaçı əlil oğlu xx.xx.1986-cı ildə anadan olmuşdur. X3 əlilliyi 18 yaşının tamam olduğu xx.xx.2004-cü ilədək təyin olunduğu təqdirdə əlil uşaq anası kimi yaşa görə əmək pensiyası yaşına xx.xx.2020-ci ildə çatmışdır. İddiaçının əlil uşağı X3 əlilliyi 20 yaşında yəni, xx.xx.2006-cı ildə təyin olunmuşdur. İddiaçının qəbul edilən sosial sığorta stajı xx.xx.1981-ci il ildən xx.xx.1987-ci ilədək Pirəzə kənd mədəniyyət evində, xx.xx.1997-ci il ildən xx.xx.2002-ci ilədək və xx.xx.2003-cü il ildən xx.xx.2020-ci ilədək işlədiyi X10 İdarəsində işlədiyi illərdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, həmin Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin normalardan göründüyü kimi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılır. İddiaçıya yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün onun oğlu X3 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmalıdır. İşin hallarından göründüyü kimi, X5 əlillik 18 yaşından sonra təyin edilmişdir. Bu halda, müəyyən edilməli məsələ ondan ibarətdir ki, o, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs qismində qəbul edilə bilərmi? Bununla bağlı olaraq iddiaçının mövqeyi ondan ibarətdir ki, onun oğlu anadangəlmə inkişaf qüsurludur, bu xəstəlik onda uşaqlıqdan vardır. Əlillik dərəcəsini təyin edən orqan olan tibbi X8nın müayinəsinə dair arayışdangöründüyü kimi, əlilliyin səbəbi "uşaqlıqdan" sözü ilə ifadə olunmuşdur. Deməli, iddiaçının oğluna əlillik dərəcəsinin verilmə səbəbi onun sağlamlığında uşaq vaxtlarında yaranmış pozuntularla bağlıdır və onun sağlamlıq imkanlarının məhdudluğu faktı uşaq vaxtından mövcuddur. Cavabdehin mövqeyinə görə isə, iddiaçının oğlunun uşaqlıqdan əlil olması faktı müəyyən edilmir, ona görə də iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Qanunvericiliyə görə, məhz 18 yaşınadək uşaqlıqdan əlil olduğu təsdiqini tapdığı halda, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı təsbit edilmişdir. X2 tərəfindən iddiaçının oğlu X5 birinci dərəcəli əlillik təyin olunmasına dair xx.xx.2006-cı il tarixli müayinə ilə bağlı arayışda onda aşkar olunmuş anomaliyaların uşaqlıqdan olduğu, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müddətsiz olduğu vurğulanmışdır. İddiaçının oğlunun 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etməsi və ona bu barədə məhz 18 yaşından sonra arayış verilməsi onun uşaqlıqdan əlil olması faktını dəyişdirmir və iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana hesab edilir. Qeyd olunan hüquqi mövqe analoji mübahisələrlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2113/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli, 2-1(102)- 2565/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli və s. qərarlarında da ifadə edilmişdir. İddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtlər onun 56 il 6 ay yaşa çatması, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçı 56 il 6 ay yaşa xx.xx.2020-ci ildə çatmışdır. O, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini deyil, sığorta stajının 25 ildən artıq olmasını iddia edir. Müəyyən edildi ki, iddiaçı Ağdaş rayonu Pirəzə kənd klubunda xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək 5 il 4 ay, Ağdaş rayonu X10 İdarəsində xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək 5 il 2 ay 23 gün işləmiş, sonra xx.xx.2003-cü ildən Ağdaş rayonu X10 İdarəsində işləməyə başlamış, həmin işdə pensiya yaşının tamam olduğu xx.xx.2020-ci ilədək sığorta stajı 16 il 11 ay 20 gündür. Beləliklə, iddiaçının sosial sığorta stajının cəmi 27 il 6 ay 13 gün təşkil edir ki, bu da tələb olunan 25 ildən artıqdır. Göründüyü kimi, iddiaçıya xx.xx.2020-ci ildən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunda nəzərdə tutulan bütün əsaslar vardır. Ona görə də iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət X12 publik hüquqi şəxsin Ağdaş rayon filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar