Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-740/2021 05.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ucar rayon filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ucar rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01.05.2006-cı il tarixdən 01 may 2009-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 22 aprel 2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Ucar rayon filialının iddia tələbinə cavab verməli olan orqan olmaması, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Zərdab, ünvan 1ünvan: Kürdəmir rayonu Atakişili yolu) yaradılması və iddia ərizəsində cavabdeh olaraq məhz həmin orqanın qeyd edilməli olması izah edilmişdir. Həmçinin, cavabdeh orqanın yerləşdiyi yer (Kürdəmir rayonu) Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddia ərizəsinin baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməli olması izah edilmişdir. Qeyd olunan nöqsanın aradan qaldırılması və inzibati işin baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilmədiyindən və cavabdeh inzibati orqan dəqiqləşdirilmədiyindən 30.08.2021-ci il tarixdə növbəti dəfə hüquqi yardım barədə məktub göndərilmiş, elektron məhkəmə portalında mövcud olan mobil telefon nömrələri ilə əlaqə saxlanılmış və təkrarən nöqsanların aradan qaldırılması və məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif edilmişdir. 07.09.2021-ci il tarixdə iddiaçının elektron məhkəmə informasiya portalında olan mobil nömrəsi ilə əlaqəsi saxlanılaraq nöqsanların aradan qaldırılmama səbəbləri öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda Azərbaycan Respublikası ərazisində yaşamır. 20.09.2021-ci il tarixdə iddiaçının adından məhkəmənin dəftərxanasına ərizə daxil olmuş, müvafiq ərizədə, icraatda olan 2-1(116)-740/2021 nömrəli inzibati iş üzrə ərazi aidyyətinin dəyişdirilməsinə etiraz edilmədiyi, iş materiallarının aidiyyəti üzrə göndərilməsi və göndərilən yerin inzibati məhkəməsi tərəfindən baxılması xahiş edilmişdir. İş materiallarında olan İddiaçı sərhədkeçmə məlumatları barədə “AZEMİS” elektron məhkəmə informasiya portalından çıxarışdan görünür ki, 21.04.2021-ci il tarixdə iddiaçı ölkə hüdudlarını tərk etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması üçün yardım etmə vəzifəsini həyata keçirməsinə baxmayaraq, iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsində və tələbini düzgün cavabdehə yönəltməkdə maraqlı deyildir. Belə ki, məhkəmə tərəfindən göndərilmiş hüquqi yardım məktublarında cavabdeh qismində göstərilməli olan orqan qeyd edilməsinə baxmayaraq iddiaçı tərəfindən cavabdeh inzibati orqan dəqiqləşdirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon filialı inzibati orqan olaraq artıq mövcud olmadığından, iş üzrə cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqan qismində qəbul edilə bilməz. Buna görə də hazırki iş üzrə tələbin cavabdeh qismində DSMF-nun keçmiş Ucar rayon filialına qarşı yönəldilməsi və işə mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə 20.09.2021-ci il tarixdə iddiaçının adından məhkəmənin dəftərxanasına daxil olmuş ərizəyə münasibətdə qeyd edir ki, müvafiq ərizə iddia ərizəsinin aidiyyəti üzrə göndərilməsinə münasibət barədədir və düzgün cavabdeh inzibati orqan barədə heç bir qeyd yoxdur. Digər tərəfdən həmin ərizədə olan imza ilə ilkin iddia ərizəsi arasında olan aşkar fərqlərdən görünür ki, həmin ərizə iddiaçı tərəfindən yox, onun adından kənar şəxs tərəfindən tərtib edilərək imzalanmışdır. İddiaçının ölkə hüdudlarından kənarda olması işə əlavə edilmiş portaldan çıxarış ilə təsdiq edildiyindən məhkəmə hesab edir ki, səlahiyyətsiz şəxs tərəfindən natamam tərtib edilmiş həmin ərizəyə uyğun olaraq işin ərazi aidiyyəti üzrə göndərilməsi mümkün deyildir. İnzibati Prossesual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prossesual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırki iş üzrə iddia ərizəsinin məhz iddiaçı tərəfindən yaxud, onun səlahiyyət verdiyi şəxs tərəfindən dəqiqləşdirilməsi zərurəti olduğundan, lakin, cavabdeh inzibati orqanla bağlı iddia ərizəsi dəqiqləşdirilmədiyindən, təqdim edilən ərizə isə səlahiyyətsiz şəxs tərəfindən natamam formada təqdim edildiyindən məhkəmə hazırki iddia tələbinin inzibati məhkəmə icraatını mümkün hesab etmir. İddiaçıya izah olunur ki, tələbini düzgün cavabdehə - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in 12 saylı Regional Ərazi Filialına - qarşı yönəltməklə yenidən iddia ərizəsi ilə (iddiaçının özü və ya səlahiyyətli şəxs tərəfindən imzalanmaqla) Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı iddia ərizəsindən görünür ki, onun tələbi öhdəliyin icrası haqqında iddia olsa da, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ucar rayon filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-740/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-740/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver