Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-740/2025 11.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehin nümayəndəsi X1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X5 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «iddiaçıların adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə daxil edilməsi, həyətyanı torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların atası X2 məxsus olmuşdur. Lətif Mənsimov 1965-ci ildə vəfat etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 qardaşları X7 ilə birlikdə həmin evdə yaşamışlar. Lakin rayonda aqrar islahat aparılan zaman iddiaçıların adı torpaq payı verilən şəxslərin sırasına daxil edilməmişdir. İddiaçılar həmin evə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər. Cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, evin yerləşdiyi torpaq sahəsi JN-984F saylı şəhadətnaməyə əsasən başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «iddiaçıların adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə daxil edilməsi, həyətyanı torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbini irəli sürərək Şəki İnzibati Məhkəməsində iddia qaldırmışlar. Məhkəmə icraatının gedişində adına “Torpağın mülkiyətə verilməsinə dair” JN-984F saylı şəhadətnamə verilmiş şəxs kimi X7 icraata üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirdi ki, qardaşı Zabit Məsimov mərhum atasına məxsus evin yerləşdiyi torpaq sahəsini onun məlumatı olmadan öz adına keçirmişdir. Ona (iddiaçıya) məxsus ev ayrıdır. Torpaq sahəsinin sənədləri də təqdim olunmuşdur, özünə aid torpaq sahəsinin sənədləşməsini istəyir. Zabit Məsimova aid torpağı iddia etmir. O, iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı2 özünə aid torpaq sahəsinin sənədləşməsini arzuladığını, Zabit Məsimova aid torpağı istəmədiyini bildirdi. O, iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 bildirdi ki, iddiaçılar İdarəyə müraciət edərkən torpaq sahəsinə dair sənəd təqdim etməmişlər. Məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair X5 adına Aqrar İslahat Komissiyasının qərarı əsasında torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə mövcuddur. Şəhadətnamə 0,07 ha ölçüdə torpaq sahəsinə verilmişdir. Evin həyətinin ümumi sahəsi faktiki 0,11 ha təşkil edir. İddia olunan torpaq sahəsi ilə bağlı iddiaçıların adına hər hansı hüquqmüəyyənedici sənəd İdarənin arxivində aşkar olunmamışdır, onlar özləri də belə sənəd təqdim etməmişlər. Texniki pasport həmin vaxt deyil, sonradan təqdim edilmişdir. Şəhadətnamə qüvvədə olduğundan, iddiaya baxıla bilməz, iddia mümkün sayılmamalıdır. İş üzrə məhkəmə iclasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X7 bildirdi ki, 1994-cü ildə anası vəfat etdikdən sonra evin bütün kommunal xərclərini özü ödəmişdir. 2002-ci ildə torpaq sahəsi barədə şəhadətnamə verilmişdir. Torpaq sahəsi ona məxsusdur. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Qəbələ rayonu (Qəbələ şəhəri) ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmənin müvafiq müraciəti əsasında DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsindən 10 yanvar 2025-ci il tarixli məktubla daxil olmuş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - iddiaçılar İddiaçı1 və İddiaçı2 və istifadəçi X5 birgə istifadəsində olan faktiki naturada bölünmüş 0,1148 ha torpaq sahəsinin 0,07 ha hissəsi JN-984F kod 40601004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X5 xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə, 0,03 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan bələdiyyə mülkiyyətinə, 0,0148 ha hissəsi isə kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası ümumi istifadədə olan yol yeri bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. X3 X4 (TEKUİS) əsasən faktiki naturada ölçülmüş 0,1148 ha torpaq sahəsinin JN-948F kod 40601004 nömrəli “Torğın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X5 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 0,07 ha hissəsi və kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan bələdiyyə mülkiyyətinə aid 0,03 hissəsi və kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar xüsusi mülkiyyət göstərilmişdir. 0,0148 ha hissəsi isə kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar bələdiyyə mülkiyyəti göstərilmişdir. - “Şəxsi mülkiyyəti hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”da qeyd olunan torpaq sahəsinin koordinatları qeyd edilmədiyinə görə yerləşmə vəziyyətini naturada müəyyən etmək mümkün deyildir. Həmçinin sözügedən texniki pasportda qeyd edilmiş həyətyanı torpaq sahəsinin planı ilə iddiaçıların və istifadəçilərin ümumi birgə istifadəsində olan torpaq sahəsinin situasiya planlarına əsasən də uyğunsuzluq təşkil edir. - JN-948F kod 40601004 nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da qeyd olunan torpaq sahəsinin koordinatları qeyd edilmədiyinə görə eyni ərazidə yerləşmə vəziyyətini naturada müəyyən etmək mükün deyildir. - JN-948F kod 40601004 nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da qeyd olunan torpaq sahəsi arasında koordinasiya fərqləri vardır. İşdə olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçıların iddia etdiyi 0,1148 ha torpaq sahəsinin bir hissəsi, yəni 0,07 ha hissəsi X5 mülkiyyətindədir və sonuncunun mülkiyyət hüququnu təsdiqləyən JN-948F kod 40601004 nömrəli şəhadətnamə mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Bu səbəbdən də iddiaya “0,07 ha torpaq sahəsinə aid” hissədə baxıla bilməz. İddianın digər hissəsinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, iddiaçıların dəlillərinə əsasən rayonda aparılmış aqrar islahat çərçivəsində onların da adı islahatla torpaq ayrılmış şəxslərin sırasına daxil edilməli idi, lakin bu halın aradan qaldırılması hazırda cavabdeh tərəfindən mümkünsüzdür və üçüncü şəxsin adına verimiş JN-948F kod 40601004 nömrəli şəhadətnamə qüvvədədir. Qeyd olunanları, eləcə də rəyə əsasən qalan 0,0448 ha hissə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını, habelə inzibati icraatda iddiaçılar tərəfindən müvafiq torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qalan hissəsi ilə bağlı da iddia mümkünlük şərtini ödəmir. Nəzərə alınmalıdır ki, iddiaçıların məhkəmə icraatında təqdim etdikləri “Şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” inzibati icraatda təqdim olunmamışdır. Bundan başqa, həmin pasporta əsasən ev X2 məxsus olmuşdur. Müvafiq vərəsəlik işi açılsa da, iddiaçılar inzibati orqana evə hüququn qeydiyyatı deyil, evə hüququn mərhuma məxsus olması ilə bağlı müraciət etməli, imtina olunduğu halda eyni tələblə məhkəmədə iddia qaldırmalı idilər. Lakin iddiaçıların cavabdeh inzibati orqana müraciəti özlərinin daşınmaz əmlaka hüququnun qeydiyyata alınması olmuşdur və bu səbəbdən də iddianın dəyişdirilməsinin iddiaçılara tövsiyə olunmasını məhkəmə zəruri bilməmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «iddiaçıların adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə daxil edilməsi, həyətyanı torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 4egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №2-1(116)-740/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-740/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver