Məhkəmə qərarları › İş №2-1(116)-743/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-743/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-743/2021 03.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh X20 (üçüncü şəxslər X13, X3, X19 və X18) qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh X20 (üçüncü şəxslər X13, X3, X19 və X18) qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan mənzildən həmin mənzildə yaşamayan, lakin əmlak hüquqları olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tələbin mülki xarakterli olduğunu bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı 02.07.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün 10 gün müddət təyin edilmişdir. İddiaçı 14.07.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq üçüncü şəxslərin onun mülkiyyətində olan mənzildə istifadə hüquqlarının mövcud olmadığını, üçüncü şəxs X9 ünvan 3 binanın 2 saylı mənzilinə köçürülməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 2005-ci ildə qəbul edilmiş qətnaməsindən bir neçə gün əvvəl məlumatlı olmasını, lakin həmin qətnamədə cavabdehin Şura Allahyarova olmasını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 1995-ci ildən anası və ona məxsus olan ev bölünmüşdür, lakin mənzilin ünvanı yəni, ünvan 2dır. Üçüncü şəxs X19 nə özünün, nə də anasının evində yaşamamışdır. X12 köçürülməsi nəzərdə tutulan mənzil ünvan 3 binanın 2A saylı ünvanı olmuşdur. Səadət Məmmədovanın başqa evi var və həmin mənzili nikah pozularkən iddiaçı özü almışdır. Səadət Məmmədovanın başqa mənzili var, həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq heç vaxt yaşamamışdır, bu da onun hüquqlarını pozur. İddiaçı göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini və üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı tərəfindən məhkəmənin hüquqi yardımına cavab olaraq təqdim edilmiş ərizədən görünür ki, iddiaçı hazırki tələbin mümkünsüzlüyü ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(051)-741/2021 nömrəli qərardadı, - Mingəçevir Şəhər Məhkəməsinin 23.05.2005-ci il tarixli 2-324/2005 nömrəli qətnaməsi, - Mingəçevir Şəhər Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(051)-324/2005 nömrəli “icra sənədinin yenidən icraya yönəldilməsi haqqında” qərarı, - Mingəçevir şəhər icra və probasiya şöbəsinin 08.04.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarı, - Mingəçevir şəhər icra və probasiya şöbəsinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı 08.04.2021-ci il tarixli məktub. - Mingəçevir şəhər icra və probasiya şöbəsinin 03.12.2020-ci il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı, - Mingəçevir Şəhər Məhkəməsinin 24.08.2005-ci il tarixli 2-507/2005 nömrəli qətnaməsi, - Cavabdeh 26.02.2021-ci il tarixli imtina məktubu, - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 11.02.2021-ci il tarixli arayış, - AZ-1 049793 №-li “nikahın pozulması haqqında” şəhadətnamə, - ********** qeydiyyat nömrəli, 28.12.2018-ci il tarixli DƏDR-dən çıxarış, - Cavabdeh 17.05.2021-ci il tarixli məktubu, - Mingəçevir ŞİHB-nın 2 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin 19.05.2021-ci il tarixli 66 nömrəli məktubu, Əsaslandırma hissəsi : İddiaçı cavabdeh X20 (üçüncü şəxslər X13, X3, X19 və X18) qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmənin sərəncamı üçüncü şəxsə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış 19.05.2021-ci il tarixli 66 nömrəli məktubla bildirilmişdir ki, məhkəmə sənədləri ünvan sahiblərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 12.03.2021-ci il tarixli 2(051)-741/2021 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdehlər X13, X3, X19 və X10 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsinin qəbul olunmasından iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 23.05.2005-ci il tarixli 2-324/2005 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh X5 qarşı “mənzilə köçürmə tələbinə dair” iddia ərizəsi təmin edilmiş, X9 ünvan 3 binanın 2 saylı mənzilinə köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(051)-324/2005 nömrəli “icra sənədinin yenidən icraya yönəldilməsi haqqında” qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-324/2005 nömrəli, 23.05.2005-ci il tarixli icra sənədi yenidən icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər icra və probasiya şöbəsinin 08.04.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-324/2005 nömrəli, 23.05.2005-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu X5 tələbin könüllü icrası üçün 10 gün müddət verilmişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər icra və probasiya şöbəsinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı 08.04.2021-ci il tarixli məktubundan görünür ki, həmin məktubda Mingəçevir ŞİPŞ icra sənədində borclu olaraq qeyd edilmiş şəxsin X4 qeyd edilməsinə baxmayaraq iddiaçıya maneçilik törədən şəxsin İddiaçı olması barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş, Mingəçevir şəhər icra və probasiya şöbəsinin 03.12.2020-ci il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-324/2005 nömrəli, 23.05.2005-ci il tarixli icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 24.08.2005-ci il tarixli 2-507/2005 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X14 və X4 cavabdehlər X19 və İddiaçı qarşı (üçüncü şəxslər Mingəçevir ŞİH, Mingəçevir şəhər DTİMHQ və ŞKİ) “paylı mülkiyyətdə olan mənzildə payın ayrılması və ünvanların müəyyən edilməsinə dair” iddia ərizəsi təmin edilmiş, həmin mənzildə pay bölgüsünə uyğun olaraq 2 mənzildən ibarət ünvanın – İddiaçı payına düşən hissədə ünvan 2 saylı, X6 payına düşən hissədə ünvanın 2 ”a” saylı nömrələrin olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh 26.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı tələbin mülki xarakterli olmasını bildirərək müraciətin təmin olunmasından imtina etmişdir. İş materiallarına əlavə edilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 11.02.2021-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri, K.Hüseynov küçəsi, ev 8, mənzil 2 ünvanında X13, X3, X19 və X18 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, AZ-1 049793 №-li “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, İddiaçı ilə X19 arasında nikah qeydi ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13.08.2005-ci il tarixdə 45 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh 17.05.2021-ci il tarixli məktubundan görünür ki, X10 04.11.2011-ci ildə (AZE №********), X7 04.11.2011-ci ildə (AZE №********), X2 04.11.2011-ci ildə (AZE №********), X15 28.09.2005-ci ildə (AZE №********) Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən şəxsiyyət vəsiqələri verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqları Azərbaycan Respublikası DİN-in müvafiq əmrinin tələblərinə uyğun olaraq müddətin bitməsi səbəbi ilə əlaqədar məhv edildiyindən şəxsiyyət vəsiqələrinin verilməsi üçün təqdim edilən sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş, ********** qeydiyyat nömrəli, 28.12.2018-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, Mingəçevir şəhəri, K.Hüseynov küçəsi, ev 8, mənzil 2 ünvanında yerləşən yaşayış sahəsi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı üçüncü şəxslər X13, X3, X18 və X9 Mingəçevir şəhəri, K.Hüseynov küçəsi, ev 8, mənzil 2 ünvanından qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Üçüncü şəxslərdən X19 iddiaçının keçmiş arvadı, digərləri isə övladlarıdır. Lakin, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında, ümumi rayon (şəhər) məhkəməsində (Mingəçevir Şəhər Məhkəməsində) baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı X13, X3 və X18 onun ailə üzvləridir (övladlarıdır). Odur ki, qeyd edilən şəxslərin mənzildən istifadə hüquqlarının yarandığı vaxt qüvvədə olan (1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə) mənzil qanunvericiliyinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranmışdır. İnzibati icraat çərçivəsində isə yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Qeyd olunan şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə onların həmin yaşayış sahəsində əmlak hüquqlarının hazırda mövcud olub-olmamasına, hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalıdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin 23.05.2005-ci il tarixli 2-324/2005 nömrəli qətnaməsi ilə X9 ünvan 3 binanın 2 saylı mənzilinə köçürülməsi qərara alındığından Səadət Məmmədovanın da həmin mənzildə əmlak hüquqlarının olması müəyyən edilir. İddiaçının nəzərinə çatdırılır ki, qeyd olunan qətnamədə cavabdeh olaraq X4 qeyd edilməsi Səadət Məmmədovanın əmlak hüquqlarının itirilməsinə səbəb olmur. İddiaçı qeyd edilən ünvanın bölünməsini və Səadət Məmmədovanın köçürülməsi nəzərdə tutulan ünvanın ünvan 8akt Mingəçevir Şəhər Məhkəməsinin 24.08.2005-ci il tarixli 2-507/2005 nömrəli qətnaməsi ilə təkzib olunur. Belə ki, sözügedən qətnamədə İddiaçı payına düşən hissədə ünvan 2, X6 payına düşən hissədə ünvanın 2 ”a” saylı nömrələrinin müəyyən edilməsi qərara alınmışdır. Odur ki, Mingəçevir şəhəri, K.Hüseynov küçəsi, ev 8, mənzil 2 A ünvanı X6 payına düşən hissə olaraq müəyyən edildiyindən məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır. Digər tərəfdən iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilən, Mingəçevir Şəhər Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(051)-324/2005 nömrəli “icra sənədinin yenidən icraya yönəldilməsi haqqında” qərarı, Mingəçevir şəhər icra və probasiya şöbəsinin 08.04.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarı, Mingəçevir şəhər icra və probasiya şöbəsinin Mingəçevir Şəhər Məhkəməsinə ünvanladığı 08.04.2021-ci il tarixli məktubu, Mingəçevir şəhər icra və probasiya şöbəsinin 03.12.2020-ci il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarının məzmunundan aydın olur ki, hazırki iş üzrə İddiaçı törətdiyi maneçiliyə görə X1 şəhəri, K.Hüseynov küçəsi 8 saylı binanın 2 saylı mənzilinə köçə bilmir. Mingəçevir Şəhər Məhkəməsinin 15.03.2021ci il tarixli 2(051)-324/2005 nömrəli icra sənədində borclu olaraq X11 qeyd edildiyindən həmin icra sənədinin icrası faktiki səbəblərdən mümkün deyildir. İddiaçının keçmiş ailə üzvü (Səadət Məmmədova) yaşayış sahəsindən istifadə etmək üçün cəhd etməsinə baxmayaraq, mülkiyyətçi (İddiaçı) onun bu hüququndan istifadə etməsinə mane olmaqla onun yaşayış sahəsində onsuz da yaşamaması ilə bağlı faktın yaradılmasına cəhd edir. Odur ki, məhkəmə iddiaçının X9 ünvan 3 binanın 2 saylı mənzildə yaşamaması ilə bağlı dəlili ilə də razılaşmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Səadət Məmmədovanın həmin ünvanda faktiki yaşamamasına səbəb iddiaçının yaratdığı maneələrdir. Buna görə də hazırki iş üzrə üçüncü şəxslər barəsində yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslər kimi qiymətləndirmə aparıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçıya izah olunur ki, arzuladığı məqsədə, yəni üçüncü şəxslər X13, X3, X19 və X8 Mingəçevir şəhəri, K.Hüseynov küçəsi, ev 8, mənzil 2 ünvanından qeydiyyatdan çıxarılmasına nail olmaq üçün həmin şəxslərin qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməlidir. İddiaçının nəzərinə çatdırılır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X13, X3, X19 və X8 Mingəçevir şəhəri, K.Hüseynov küçəsi, ev 8, mənzil 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar