Məhkəmə qərarları › İş №2-1(116)-744/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-744/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-744/2022 15.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçılar İsmayılova İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinə qarşı "Qəbələ Rayonu Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X1, İddiaçı1, İddiaçı3, İddiaçı2 Qəbələ rayonu ərazisində 0,07 ha həyətyanı torpaq sahəsinə və yoluna görə JN-589F kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçılar İsmayılova İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinə qarşı "Qəbələ Rayonu Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X1, İddiaçı1, İddiaçı3, İddiaçı2 Qəbələ rayonu ərazisində 0,07 ha həyətyanı torpaq sahəsinə və yoluna görə JN-589F kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində deyilir ki, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin iddia ərizəsində iddia tələbi aydın ifadə edilməmişdir. İddia ərizənizin nəticəvi hissəsində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı tələb edilsə də, məhz hansı daşınmaz əmlakın (ev, torpaq sahəsi, yaxud hər ikisi) nəzərdə tutulması aydın deyil. Bu anlaşılmazlıq ondan irəli gəlir ki, iddia ərizəsinin giriş hissəsində onun qısa məzmunu kimi "(Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair)" sözləri yazılsa da, ərizənin əsaslandırıcı hissəsində JN-589F kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə iddiaçıların mülkiyyətinə torpaq sahəsinin və yolun verildiyi göstərilmiş, fərdi yaşayış evi ilə bağlı isə mübahisənin olması göstərilməmişdir. Belə olan halda, hazırkı iddia mümkün sayıla bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27.0-cı maddəsinə görə, aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətinə aid olduğu üçün iddia ərizəsində cavabdeh qismində yalnız həmin orqan göstərilməlidir. Lakin iddia ərizəsində həmin orqanla yanaşı, səhvən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi də cavabdeh kimi qeyd edilmişdir. Halbuki, Şəki Layihə-Tədqiqat İdarəsi hazırkı iddia tələbinə cavab verməli orqan deyil. Belə olan halda, iddianın həmin İdarəyə aid hissəsi həm də bu əsasa görə mümkün deyildir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçılar məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etmələrini və bu müraciətin müsbət nəticə verməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidirlər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə görə, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçılar iddia ərizəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21.06.2021-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş"inin kserosurətini əlavə etmişlər. Lakin həmin kserosurət notariat qaydasında təsdiq edilmədiyinə görə məhkəmədə sənəd kimi qəbul edilə bilməz. Beləliklə, iddiaçıların hazırkı iddia ərizəsini məhkəməyə verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etmələri barədə sübut yoxdur, bu hal isə iddianın mümkün sayılmasını istisna edir. Digər tərəfdən, işdə olan 9 saylı Qəbələ Ərazi İdarəsinin 21.06.2021-ci il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildiriş"inin kserosurətindən görünür ki, iddiaçıların cavabdehə müraciəti yalnız fərdi yaşayış evi ilə bağlı olmuşdur. İddiaçılar məhkəməyə yuxarıda göstərilən bildirişin əslini təqdim edəcəkləri halda da, iddia fərdi yaşayış evindən başqa digər əmlaklarla bağlı hissələrdə mümkün sayılmayacaq. Şəki İnzibati Məhkəməsinin 14.01.2022-ci il tarixli məktubu ilə həmin hallar iddiaçılar İsmayılova İddiaçı1, İddiaçı3, İddiaçı2 diqqətinə çatdırılmış və göstərilən çatışmazlıqların aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə göndərilərək iddiaçılara 26.01.2022-ci ildə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində, nə də ondan sonra ötən günlərdə iddiaçılar göstərilən çatışmazlıqları aradan qaldırmamış, nə də məhkəmənin məktubuna yazılı cavab verməmişlər. Bu səbəbdən də məhkəmə bu qənaətə gəldi ki, onların iddiası mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, yazılı icraat qaydasında qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar İsmayılova İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinə qarşı "Qəbələ Rayonu Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X1, İddiaçı1, İddiaçı3, İddiaçı2 Qəbələ rayonu ərazisində 0,07 ha həyətyanı torpaq sahəsinə və yoluna görə JN-589F kod 40601004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar