Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-745/2022 31.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı2, iddiaçıların vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı (üçüncü şəxs: X3) “İnzibati aktın ləğv edilməsinə dair ünvan 1 ünvanında yerləşən 0,0946 ha (946 kv.m) ölçüdə torpaq sahəsinin vətəndaş X1 ilə bağlı Şəki şəhər Bələdiyyəsinin 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28.09.2007-ci il tarixli 73 saylı qərarın qismən, ümumi mülkiyyətdə olan, həmin ünvandakı 20 saylı evin 1341,9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşən 741,9 kv.m hissəsində ləğv edilməsinə dair Şəki İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli 2-1(116)-22/2021 nömrəli qərarının qüvvəyə minməsi ilə bağlı olaraq bunun hüquqi nəticələrinin cavabdeh inzibati orqan tərəfindən tətbiqi öhdəliyinin həmin orqanın üzərinə aşağıdakı qaydada qoyulmasına dair: 1) bələdiyyə orqanın inzibati aktının qəbulundan sonra 741,9 kv.m hissəsi ilə bağlı üçüncü şəxslərin adına aparılmış bütün qeydiyyatların daşınmaz əmlakın dövlət reyestrindən silinməsi, digər şəxslərə verilmiş çıxarış və texniki sənədlərin həmin hissəyə münasibətdə ləğv edilməsi; 2) Abdurahmanova Turxanəyə verilmiş 26 yanvar 2009-cu il tarixli çıxarışın və İddiaçı1 adına verilmiş 26.09.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi; 3) Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın, texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341,9 kvadratmetr olmasına dair qeydiyyatın aparılması; 4) hüquqlarının qeydiyyatının aparılaraq iddiaçılara yeni çıxarış və Texniki pasport verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı (üçüncü şəxs: X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati aktın ləğv edilməsinə dair ünvan 1 ünvanında yerləşən 0,0946 ha (946 kv.m) ölçüdə torpaq sahəsinin vətəndaş X1 ilə bağlı Şəki şəhər Bələdiyyəsinin 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28.09.2007-ci il tarixli 73 saylı qərarın qismən, ümumi mülkiyyətdə olan, həmin ünvandakı 20 saylı evin 1341,9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşən 741,9 kv.m hissəsində ləğv edilməsinə dair Şəki İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli 2-1(116)-22/2021 nömrəli qərarının qüvvəyə minməsi ilə bağlı olaraq bunun hüquqi nəticələrinin cavabdeh inzibati orqan tərəfindən tətbiqi öhdəliyinin həmin orqanın üzərinə aşağıdakı qaydada qoyulmasına dair: 1) bələdiyyə orqanın inzibati aktının qəbulundan sonra 741,9 kv.m hissəsi ilə bağlı 3-cü şəxslərin adına aparılmış bütün qeydiyyatların daşınmaz əmlakın dövlət reyestrindən silinməsi, digər şəxslərə verilmiş çıxarış və texniki sənədlərin həmin hissəyə münasibətdə ləğv edilməsi; 2) Abdurahmanova Turxanəyə verilmiş 26 yanvar 2009-cu il tarixli çıxarışın və İddiaçı1 adına verilmiş 26.09.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi; 3) Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341,9 kvadratmetr olmasına dair qeydiyyatın aparılması; 4) hüquqlarının qeydiyyatının aparılaraq iddiaçılara yeni çıxarış və Texniki pasport verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İddiaçı2 və iddiaçıların vəkili Vəkil ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmilşlər. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçı və digər iddiaçıların nümayəndəsi, həmçinin onların vəkili müraciətləri ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişlər. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə görə, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər; 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə 02.02.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçılara izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 və iddiaçıların vəkili Vəkil iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı (üçüncü şəxs: X3) “İnzibati aktın ləğv edilməsinə dair ünvan 1 ünvanında yerləşən 0,0946 ha (946 kv.m) ölçüdə torpaq sahəsinin vətəndaş X1 ilə bağlı Şəki şəhər Bələdiyyəsinin 11 saylı iclas protokolu ilə qəbul edilmiş 28.09.2007-ci il tarixli 73 saylı qərarın qismən, ümumi mülkiyyətdə olan, həmin ünvandakı 20 saylı evin 1341,9 kv.m ölçüdə həyətyanı torpaq sahəsinin sərhədləri (koordinatları) daxilində yerləşən 741,9 kv.m hissəsində ləğv edilməsinə dair Şəki İnzibati Məhkəməsinin 17.06.2021-ci il tarixli 2-1(116)-22/2021 nömrəli qərarının qüvvəyə minməsi ilə bağlı olaraq bunun hüquqi nəticələrinin cavabdeh inzibati orqan tərəfindən tətbiqi öhdəliyinin həmin orqanın üzərinə aşağıdakı qaydada qoyulmasına dair: 1) bələdiyyə orqanın inzibati aktının qəbulundan sonra 741,9 kv.m hissəsi ilə bağlı üçüncü şəxslərin adına aparılmış bütün qeydiyyatların daşınmaz əmlakın dövlət reyestrindən silinməsi, digər şəxslərə verilmiş çıxarış və texniki sənədlərin həmin hissəyə münasibətdə ləğv edilməsi; 2) Abdurahmanova Turxanəyə verilmiş 26 yanvar 2009-cu il tarixli çıxarışın və İddiaçı1 adına verilmiş 26.09.2015-ci il qeydiyyat tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi; 3) Şəki şəhəri Giləhli küçəsində (keçmiş Qoqol küçəsində) yerləşən 20 saylı fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda yol verilmiş yanlışlığın, texniki səhvin düzəldilməsi və evin ümumi mülkiyyətdə olan torpaq sahəsinin ölçüsünün 1341,9 kvadratmetr olmasına dair qeydiyyatın aparılması; 4) hüquqlarının qeydiyyatının aparılaraq iddiaçılara yeni çıxarış və Texniki pasport verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-745/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-745/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver