Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-747/2020 26.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçı İsbəndiyar oğlunun cavabdeh Oğuz rayon İcra və Probasiya Şöbəsinə qarşı “Oğuz rayon İcra və Probasiya Şöbəsinin 07.02.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı İsbəndiyar oğlu cavabdeh Oğuz rayon İcra və Probasiya Şöbəsinə qarşı “Oğuz rayon İcra və Probasiya Şöbəsinin 07.02.2020-ci il tarixli qərarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İsbəndiyar oğlu 26.02.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddanı və iddia ərizəsinə əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının ərizəsinə baxaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı İsbəndiyar oğlunun cavabdeh Oğuz rayon İcra və Probasiya Şöbəsinə qarşı “Oğuz rayon İcra və Probasiya Şöbəsinin 07.02.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-747/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-747/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver