Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-748/2020 02.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, XN qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı N6.N0.N993-cu il tarixdə keçmiş Balakən rayon Hərbi Komissarlığı tərəfindən Pereküşkül poliqonuna təlim keçməyə göndərilmişdir. Təlimdən sonra onları N saylı hərbi hissəyə göndərmişlər və noyabr ayı N993-cü il tarixdən 20.0N.N994-cü ilə qədər Füzuli istiqamətində gedən döyüşlərdə (Goradiz, Şükürbəyli kəndləri) iştirak etmişdir. 2N.0N.N994-cü il tarixdən N4.03.N994-cü ilə qədər N saylı hərbi hissənin tərkibində Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin dövrdə ayaqlarını don vurduğu üçün komandirdən icazə alaraq müalicəyə getmişdir. Aprel ayı N994-cü ildə hərbi hissəyə qayıtmışdır. Ona bildirmişlər ki, hərbi hissə dağılıb. Ondan sonra o, Balakən rayon hərbi komissarlığına müraciət etmiş və onlar onu N saylı hərbi hissəyə xidmət etməyə göndərmişlər. N2.07.N997-ci il tarixdən hərbi qulluqdan tərxis olmuşdur. 2000-ci il tarixdən o, dəfələrlə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və onun nəznində olan “Veteranlar adı və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etmişdir. Oradan cavab gəlmişdir ki, hərbi hissəni öz başına tərk etdiyi üçün ona müharibə veteran adı və vəsiqə verilməsi məqsədəuyğun deyil. Cavabdehin etirazının dəlilləri: İş materiallarında olan İddiaçı H3 serialı ******* №-li hərbi biletində (kserosurət) N0.N0.N993-cü ildən 20.0N.N994-cü ilədək N saylı hərbi hissədə, 2N.0N.N994-cü ildən N4.03.N994-cü ilədək N saylı hərbi hissədə və N5.06.N994-cü ildən 22.07.N997-ci ilədək N saylı hərbi hissədə xidmət etməsi qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 27.0N.20N5-ci il tarixli 22N nömrəli məktubunda İddiaçı N5.03.N994-cü ildən hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı tərəfindən xidmət keçdiyi dövrlərdə yaralanma, travma, kontuziya almasına dair müvafiq arayışlar və ya əmrlərdən çıxarışlar təqdim etməmişdir. Bununla bağlı hərbi biletində hər hansı rəsmi qeydlər müəyyən edilmir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Balakən rayon Poliklinikasının 2N.08.20N5-ci il tarixli N535 nömrəli “Ambulator xəstənin tibbi kartası”nın kserosurətindən görünür ki, qeyd edilən tibbi karta iddiaçının müraciətilə aparılmış müayinələr haqqında və şəxsin özünün deməsinə istinad edilməklə məlumatlar qeyd edilmişdir. Əlavə olaraq Balakən rayon Mərkəzi Xəstəxanasının 27.06.20N9-cu il tarixli 973 nömrəli tibbi arayışında (kserosurət) İddiaçı N994-cü il mart - aprel ayında “hər iki aşağı ətrafın obliterasiyaedici endoartriti” diaqnozu ilə ambulator müalicədə olduğu qeyd edilmişdir. Tibbi arayış Balakən rayon Poliklinikasının N535 nömrəli “Ambulator xəstənin tibbi kartası”na istinad edilməklə verilmişdir. Sözügedən diaqnozlu xəstəliyi iddiaçının hərbi xidmət keçməsi dövründə alması ilə bağlı arxiv məlumatlar müəyyən edilmir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı N994-cü ildə N saylı hərbi hissəni döyüş əməliyyatları zamanı özbaşına tərk etdiyi üçün ona “Müharibə veteran” adının və vəsiqəsinin verilməsi barədə müsbət qərar qəbul edilməmişdir. Bu barədə iddiaçıya N7.06.20N5-ci il tarixli N/B-5N27 nömrəli məktub göndərilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti,Balakən Rayon Xəstəxanasının 27.06.20N9-cu il tarixli 973 nömrəli Tibbi Arayışı, MN Şəxsi Heyət Baş İdarəsininN7.06.20N5-ci il tarixli N/B-5N27 nömrəli imtina məktubu,SHXÇDX-nin 27.0N.20N5-ci il tarixli 22N nömrəli məktubu,H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, 2N.08.20N5-ci il tarixli N535 nömrəli xəstənin tibbi kartası, Azərbaycan Respublikası Şəki Şəhər Rayon Polis Şöbəsinin 07.03.2020-ci il tarixli N89-6N60-N220 nömrəli məktubu və ona əlavə olunmuş tələbnamə, SHXÇDX-nin Balakən rayon şöbəsinin N2.03.2020-ci il tarixli 330 nömrəli məktubu, MN Mərkəzi Arxivinin 26.05.20N9-cu il tarixli 26/2-5050 nömrəli, N8.03.2002-ci il tarixli 26/2-N066 nömrəli, N0.09.2009-cu il tarixli N0/7624 nömrəli məktubları, N72 nömrəli hərbi hissə komandirinin 2N.0N.N994-cü il tarixli N nömrəli və N5.03.N994-cü il tarixli 54 nömrəli əmrləri, N nömrəli hərbi hissə komandirinin 23.NN.N994-cü il tarixli 327 nömrəli və 22.07.N997-ci il tarixli əmri, Qarabağ Hərbi Prokurorluğunun 06.03.2020-ci il tarixli N6/969 nömrəli məktubu, Füzuli Hərbi Prokurorluğunun N8.03.2020-ci il tarixli N7/NN22 nömrəli məktubu, AR MN-nin N8.03.2020-ci il tarixli NN/N660 nömrəli etirazı aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdə olan N saylı hərbi hissə komandirinin 2N.0N.N994-cü il tarixli N nömrəli əmrindən görünür ki, İddiaçı hərbi hissəyə qəbul edilib, şəxsi heyətin siyahısına salınmışdır. İşdə olan N saylı hərbi hissə komandirinin N5.03.N994-cü il tarixli 54 nömrəli əmrindən görünür ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, N) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-748/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-748/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver