Məhkəmə qərarları › İş №2-1(116)-749/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-749/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-749/2020 18.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6rşı "Qəbələ rayonu Nic kəndində yerləşən ümumi sahəsi 187,82 kv.m olan birmərtəbəli, altı otaqlı yaşayış evi, ümumi sahəsi 349,78 kv.m olan iki mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 84,49 kv.m olan bir mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 56,03 kv.m olan bir mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 247,78 kv.m olan bir mərtəbəli iaşə salonu, ümumi sahəsi 39,56 kv.m olan bir mərtəbəli, iki mənzilli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 149,10 kv.m olan bir mərtəbəli yeməkxana, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 25,94 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 23,08 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 11,96 kv.m olan camaşır otağı, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 38,28 kv.m olan bir mərtəbəli, hədiyyə mağazası və gözəllik salonu, ümumi sahəsi 9,36 kv.m olan bələdçi otağı, ümumi sahəsi 8,23 kv.m olan ümumi sanitar qovşağı üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə iddiasına dair işə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6rşı "Qəbələ rayonu Nic kəndində yerləşən ümumi sahəsi 187,82 kv.m olan birmərtəbəli, altı otaqlı yaşayış evi, ümumi sahəsi 349,78 kv.m olan iki mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 84,49 kv.m olan bir mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 56,03 kv.m olan bir mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 247,78 kv.m olan bir mərtəbəli iaşə salonu, ümumi sahəsi 39,56 kv.m olan bir mərtəbəli, iki mənzilli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 149,10 kv.m olan bir mərtəbəli yeməkxana, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 25,94 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 23,08 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 11,96 kv.m olan camaşır otağı, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 38,28 kv.m olan bir mərtəbəli, hədiyyə mağazası və gözəllik salonu, ümumi sahəsi 9,36 kv.m olan bələdçi otağı, ümumi sahəsi 8,23 kv.m olan ümumi sanitar qovşağı üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi vəkil X7 məhkəməyə ərizə verərək, iddia ərizəsini geri götürdüyünü, işə baxılmasının davam etdirilməsini istəmədiyini bildirdi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia sənədlərinin geri qaytarılmasını tələb etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının öz iddia ərizəsini geri tələb etməsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X6rşı "Qəbələ rayonu Nic kəndində yerləşən ümumi sahəsi 187,82 kv.m olan birmərtəbəli, altı otaqlı yaşayış evi, ümumi sahəsi 349,78 kv.m olan iki mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 84,49 kv.m olan bir mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 56,03 kv.m olan bir mərtəbəli, iki otaqlı istirahət evi, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 247,78 kv.m olan bir mərtəbəli iaşə salonu, ümumi sahəsi 39,56 kv.m olan bir mərtəbəli, iki mənzilli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 149,10 kv.m olan bir mərtəbəli yeməkxana, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 25,94 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 23,08 kv.m olan bir mərtəbəli, bir otaqlı yaşayış evi, ümumi sahəsi 11,96 kv.m olan camaşır otağı, ümumi sahəsi 32,42 kv.m olan bir mərtəbəli, iki otaqlı yaşayış evi, ümumi sahəsi 38,28 kv.m olan bir mərtəbəli, hədiyyə mağazası və gözəllik salonu, ümumi sahəsi 9,36 kv.m olan bələdçi otağı, ümumi sahəsi 8,23 kv.m olan ümumi sanitar qovşağı üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar