Məhkəmə qərarları › İş №2-1(116)-75/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-75/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-75/2020 23.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının nümayəndəsi vəkil X10, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X7rşı (üçüncü şəxslər X4, X14, X8) “cavabdeh DƏDRX-nin 18 saylı X3 qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh DƏDRX-nin 18 saylı X3 qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçıya Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 08 qərarına əsasən 0.22 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının adına JN-577A kod 40108038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsində 2001-ci və 2012-ci illərdə iki fərdi yaşayış evi tikdirmişdir. Həmin torpaq sahəsi və yaşayış evlərinə dair Çıxarış almaq üçün cavabdeh orqana müraciət etdikdə ona məlum olmuşdur ki, onun istifadəsində olan torpaq sahəsinə başqa şəxsin adına çıxarış verilmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı iddia ərizəsində qeyd olunan məsələ İə bağlı 18 saylı X12 ərizə ilə müraciət etməmişdir. İddia ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən İddiaçı adına 0.22 ha torpaq sahəsinə dair JN- 577A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Eyni nömrə ilə 3-cü şəxs X2 adına JN-577A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. JN-577A nömrəli şəhadətnamə əsasında 0,22 ha torpaq sahəsi üzərində X2 və onun ailə üzvlərinin mülkiyyət hüququ xx xxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan Balakən rayon DNK-nın alqı-satqı müqavilələrinə əsasən həmin torpaq sahəsinin 0,1526 ha hissəsi 3-cü şəxs X5 və 0,07 ha hissəsi 3-cü şəxs X13 satılmış və onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışlarla rəsmiləşdirilmişdir. Daha sonra X14 mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin 0.04 ha hissəsini Balakən rayon DNK-nın alqı-satqı müqaviləsinə əsasən X1 və alıcının həmin torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Digər tərəfdən 3-cü şəxs X4 tərəfindən satılmış torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi ilə İddiaçı Balakən rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(019)-1696/2016 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya və daha sonra kassasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-221/2017 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-4958/17 saylı qərarı ilə onun şikayətləri təmin ediİməyərək Balakən rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə üçüncü şəxslər tərəfindən məhkəməyə göndərilən etirazda qeyd edilir ki, iddiaçının iddia tələbində qeyd edilən JN 577A kod 40108038 nömrəli şəhadətnamə üçüncü şəxs Pirxiyev Fəxrəddin və onun ailə üzvlərinə məxsusdur. Qeyd edilən çıxarışlar ümumiyyətlə üçüncü şəxslərə məxsusdur. Məhkəməyə məlum edilir ki, AİK-nın xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı Mahamalar kənd ərazisində yaşayıb subyekt siyahısında adı olanlara aid qərardır. İddiaçı 2011-ci ildən Mahamalar kəndində qeydiyyata alınmışdır. Belə olduğu halda necə ola bilər ki, ona qeyd edilən qərarla şəhadətnamə hazırlansın. Onun adına hazırlanmış JN 577A saylı şəhadətnamə tam saxtadır. İddiaçı tərəfindən üçüncü şəxslərə qarşı müxtəlif məhkəmələrdə demək olar eyni məzmunlu iddialara baxılıb. Məhkəmə araşdırmaları nəticəsində sübuta yetirilmişdir ki, Balakən rayon AİK-nin xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə Pirxiyev Fəxrəddin və onun ailə üzvlərinə Balakən rayonu Qazbinə kəndi ərazisindən 0,22 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə keçmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən JN 577A KOD 40108038 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanmışdır. Üçüncü şəxs X4 və ailəsinə məxsus JN 577A saylı şəhadətnamənin ləğv edilməsi, eyni zamanda həmin şəhadətnaməyə əsasən verilmiş çıxarışın, notarial qaydada keçirilmiş alqı-satqı müqavilələrinin, həmin müqavilələr əsasında verilmiş üçüncü şəxslərə məxsus çıxarışların ləğv edilməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarları var. İddiaçı birbaşa üçüncü şəxslərə məxsus çıxarışların etibarsızlığı məsələsini irəli sürür. Bu çıxarışların verilməsinə əsas olan X4 və onun ailəsinə məxsus JN 577A saylı şəhadətnamə və onun alqı-satqı müqavilələri ləğv edilmədən çıxarışların ləğv edilməsi qeyri-mümkündür. Üçüncü şəxslər məhkəməyə təkrar olaraq məlum edir ki, İddiaçı F.Pirxiyevə məxsus JN 577A saylı şəhadətnamənin, alqı-satqı müqavilələrinin və çıxarışların ləğvi ilə bağlı iddialarla müxtəlif məhkəmələrdə iddia irəli sürmüş, amma iddiaları məhkəmələr tərəfindən təmin edilməmişdir. Bu haqda qəbul edilən qətnamə və qərarlar çoxdan qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında iddiaçının vəkili tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçının vəkilini və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdehlər (hazırkı iş üzrə üçüncü şəxslər) X4, X14, X5 qarşı analoji tələblə Balakən rayon Məhkəməsində iddia qaldırmış, lakin Balakən rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(019)-1696/2016 nömrəli Qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)-221/2017 nömrəli Qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-4958/2017 nömrəli Qərarı ilə təmin edilməmişdir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki, iddiaçı 3-cü şəxslərə qarşı müxtəlif məzmunlu iddialar qaldırmış, həmin iddiaların heç biri təmin olunmamışdır. İddiaçının mübahisələndirdiyi çıxarışlar X2 şəhadətnaməsi əsassında verilmiş, sonradan onun tərəfindən digər 3-cü şəxslərlə bağlanmış alqı-satqı müqavilələri əsasında tərtib olunmuşdur. Cavabdeh inzibati orqanın etirazından da göründüyü kimi iddiaçı analoji tələblə cavabdehə ümumiyyətlə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli torpaq sahəsinə və evə dair heç bir hüququnun olmadığı müəyyən olunmuş, lakin bundan sonra iddiaçı yenidən məhkəməyə müxtəlif məzmunda iddia verməklə artıq həllini tapmış məsələyə yenidən qiymət verilməsinə çalışmışdır ki, bu da yuxarıda göstərilənlərə əsasən yolverilməzdir. Bütün iddiaların predmeti axır nəticədə ev və torpaq sahəsidir ki, həmin predmet barəsində də yekun məhkəmə qərarları var. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X7rşı (üçüncü şəxslər X4, X14, X8) “cavabdeh DƏDRX-nin 18 saylı X3 qeydiyyat kitabında 9494 nömrəsi ilə qeydə alınmış Balakən rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-577A kod 40108038 saylı şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsində 2001-ci və 2012-ci illərdə inşa etdiyi evlərinin altının torpaq sahələrinə verilmiş xx.xx.2014-cü il tarixli 0442299, xx.xx.2014-cü il tarixli ******* saylı, xx.xx.2014-cü il tarixli ******* və xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışların etibarsız hesab edilməsi, həmin torpaqların naturada müəyyən olunması, evlərinin altındakı torpaqların ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar