Məhkəmə qərarları › İş №2-1(116)-75/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-75/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-75/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, İddiaçının vəkili (nümayəndəsi) Vəkil Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısı xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh başçısı xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2648/2023 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinə əsasən Cavabdeh Başçısı 30 dekabr 2012-ci il tarixdə 122 nömrəli Sərəncam verərək qərara almışdır ki, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq mülkiyyətində olan 660 baş xırda buynuzlu heyvanların qışlaq şəraitində bəsləmək üçün İsmayıllı rayonu İsmayıllı kənd sakini İddiaçı rayonun inzibati ərazisindəki “İnçə ayağı” adlanan 11 nömrəli X6 185 hektar 15 il müddətinə icarəyə verilsin, İddiaçıla icarə müqaviləsi bağlansın.Həmin Sərəncama əsasən iddiaçı ilə Cavabdeh Başçısı arasında 30 dekabr 2012-ci il tarixdə 08 nömrəli ‘Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmış və Göyçay rayonun inzibati ərazisindəki “İnçə ayağı” adlanan 11 nömrəli X6 185 hektar örüş otlaq sahəsi 15 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Bundan əlavə Cavabdeh Başçısı 29 mart 2018 -ci il tarixli 28 nömrəli Sərancam verən zaman qeyd olunan torpaq sahəsini həmin vaxt boş olub-olmamasını, başqa şəxs və ya şəxslərin icarəsinə olub-olmamasını araşdırmalı, sahənin koordinatlarını yerində müəyyənləşdirilməli, müvafiq dövlət qurumlarınından rəy almalı idi, amma heç bir araşdırma aparmadan, iddiaçıdan xəbəri olmadan, onun icarəsində olan torpaq sahəsinin 40 hektarını qanunsuz X3 icarəsinə vermişdir. Qeyd olunan Sərəncamdan mən Göyçay Rayon Məhkəməsindən məhkəmə bildirişi poçt vasitəsi ilə alan zaman, yəni 26 dekabr 2022-ci il tarixdə xəbər tutmuşdur. Cavabdehdən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Rayon icra hakimiyyəti başçısının 30 dekabr 2012-ci il tarixli, 122 nömrəli sərəncamına 11 nömrəli X6 185 hektarı İsmayıllı rayon sakini İddiaçı 15 il müddətinə icarəsinə verilmiş, həmin tarixdə vətəndaşla 08 nömrəli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh başçısının 29 mart 2018-ci il tarixli, 28 nömrəli sərəncamına əsasən rayonun inzibati ərazisində yerləşən “inçə Ayağı” və “Tala Arxı” adlanan qış otlaq sahəsinin 685 hektar hissəsi heyvandarlıq məqsədilə 15 il müddətinə Qəbələ rayonu Əmirvan kənd sakini X3 icarəsinə verilmiş və icarə müqaviləsi bağlanmışdır. M.Adıgözəlovun Cavabdehnə qarşı “Cavabdeh başçısının 29 mart 2018-ci il tarixli, 28 saylı sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qanunauyğun baxılması və qərar qəbul edilməsi Sizdən xahiş olunur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə uyğun izah verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izah verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdeh Başçısının xx.xx.2012-ci il tarixli 122 nömrəli sərəncamından görünür ki, İddiaçı 185 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

2. xx.xx.2012-ci il tarixli 08 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə.

3. Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamından görünür ki, X4 685 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

4. xx.xx.2018-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi.

5. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamı ilə X4 685 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

6. RX seriyalı,1229926 nömrəli çıxarışın surəti.

7. AA seriyalı 261403 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surəti.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1635/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da mahiyyət etibarilə də əsassızdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki,iddia əsasssızdır. “Torpaq icarəsi haqqında” Qanun (Maddə 10-1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri): 10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə) ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. 10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. 10-1.2-1. Bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) informasiya sistemi vasitəsilə göndərir. 10-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə informasiya sistemi vasitəsilə təqdim edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. 10-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir. 10-1.7. Bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir. “İnzibati icraat haqqında” Qanun Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşin araşdırılmış hallarından görünür ki,iddiaçıya və üçüncü şəxsə torpaq sahələrinin icraəyə verilməsinə dair sərəncam qəbul edilmişdir. İddiaçıya torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2012-ci il tarixli 122 nömrəli sərəncamına əsasən ayrılmış və 185 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir.Həmin torpaq sahəsinin koordinatlarını müəyyənləşdirməyə imkan verən texniki sənəd tərtib edilməmişdir.Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında iddiaçıya və üçüncü şəxsə torpaq sahəsinin ayrıldığını,lakin iddiaçıya ayrılan torpaq sahəsinin sərhədlərini müəyyən etməkəyə imkan verən texniki sənədin sərəncama əlavə edilmədiyini bildirmişdir. Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamına əsasən üçüncü şəxsin icarəsinə verilmiş 685 ha torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən texniki sənəd mövcuddur.Belə ki, RX seriyalı,1229926 nömrəli çıxarışa əsasən üçüncü şəxsin 645 ha torpaq sahəsi üzərində icarə hüququ qeydə alınmış və AA seriyalı 261403 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı tərəfindən Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamın mübahisələndirilməsində hüquqi əsası ona ayrılmış torpaq sahəsinin bir hissəsinin sözügedən sərəncam əsasında üçüncü şəxsə ayrılması ilə bağlıdır.İfadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı ona ayrılan torpaq sahəsi ilə üst-üstə düşüən hissədə sərəncamın mübahisələndirilməsi ilə bağlıdır.Lakin, iddiaçı tərəfindən ona ayrılan torpaq sahəsinin yerini müəyyəneləşdirməyə əsas verən sübut təqdim edilməmişdir.Həmçinin,üçüncü şəxsə ayrılan torpaq sahəsi ilə müqayisədə üzərində icarə hüququ qeydə alınan torpaq sahəsi azlıq təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1635/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu icra Hakimiyyəti başçısının 30 dekabr 2012-ci it tarixli 122 saylı səıəncamı ilə X1 İcarəsinə verilmiş 185.0 ha torpaq sahəsi ilə bağlı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əks olunmadığı üçün torpaq sahəsinin yerini naturada müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 255.35 ha torpaq sahəsinin 63.5 ha hissəsi **********50 nömrəli çıxarışla X3 adına qeydiyyata alınmış 645 ha torpaq sahəsi ilə, 61.5 ha hissəsi isə **********16 reyestr nömrəli çıxarışla X2 adına qeydiyyata alınmış 61.59 ha torpaq torpaq sahəsi ilə üst-üstə düşür.İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 255.35 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, şoran örüş uqodiyalı olmaqla dövlət mülkiyyətinə aid torpaqlar olaraq göstərilmişdir Yuxarıda qeyd olunanlara yekun vuraraq məhkəmə qeyd edir ki,iddiaçıya ayrılan torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə ayrılması öz təsdiqini tapmadığından cavabdehin mübahisələndirilən sərəncamının ləğvi üçün hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısı xx.xx.2018-ci il tarixli 28 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar