Məhkəmə qərarları › İş №2-1(116)-750/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-750/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-750/2020 19.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarının ləğv edilməsi barədə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə X4 və X5 adına Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə verilməsinə X16nın yenidən verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarının ləğv edilməsi barədə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə X4 və X5 adına Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə verilməsinə X16nın yenidən verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 saylı qərarı ilə X8 və X1 təssərrüfatlı məhsulların istehsalı məqsədi ilə 0.59 hektar torpaq sahəsi verilmişdir. 2005-ci ilin avqust ayında X7 rəhmətə getmişdir. Torpaq sahəsi verildikdən sonra anasına məxsus olan Torpağa Mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktını tapa bilmədiyindən bu ilin fevral ayının əvvəlində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi Xidmətinə 21 may 1998-ci il tarixli, 69 saylı Zaqatala Rayon Aqarar islahat komissiyasından anası X7 və X2 məxsus Torpağa Mülkiyyət Hüququna Dair Şəhadətnamənin təkrar verilməsi ilə bağlı müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsindən 04 fevral 2020-ci il tarixli, **********71 saylı məktubla onlara bildirilmişdir ki, Zaqatala Rayon Aqrar İslahat komissiyası tərəfindən tərtib edilmiş 21 may 1998-ci il tarixli 69 saylı qərarı ilə Zaqatala Rayonun Muxax kənd sakinlərinin mülkiyyətinə verilən Torpağa Mülkiyyət Hüququna X16 barəsində məlumatlar ərazi idarəsinin arxivində aşkar edilməyib. Eyni zamanda Zaqatala rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli, 69 nömrəli qərarı əsasında Zaqatala Rayonu, Muxax kəndində aparılmış torpaq islahatının nəticələrinə dair ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş “Torpağa Mülkiyyət hüququna X16” sənədləri ləğv edilmişdir. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə Zaqatala Rayonun Muxax kəndində yenidən islahat aparılmış və həmin qərara əsasən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələri ləğv edilmiş DTXK tərəfindən “Torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir. 2003-cü ildə X12 Komissiaysı tərəfindən yenidən islahatların keçirilməsi, Zaqatala Rayon Aqrar İslahat komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı Qərarı ilə Muxax kənd sakinlərinə və eləcədə onlara verilən torpaq sahələri üzərində yaranmış mülkiyyət hüquqlarının müdaxilə edilməsi, bölgünün onların razılığı olmadan yenidən aparılması kobud qanun pozuntusudur. Onlardan torpaqların alınması barədə razılıq əldə olunmayıb və bu günə kimi onlara məxsus olan torpaqlar üzərində yaranmış mülkiyyət hüquqlarının pozulmasından xəbərdar olmamışlar. Ona görə hesab edir ki, 2003-cü ildə X12 Komissiyası tərəfindən 21 may 1998-ci il tarixli, 69 saylı qərar əsasında onlara verilmiş 0.59 ha torpaq sahəsinin ləğv edilməsi barədə Qərar əsassızdır, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, X15 və Azadlıqları haqqında Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Torpaq İslahatı haqqında Qanunun və digər qanunvericilik aktlarının pozulmasıdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçılara 20.02.2020-ci il tarixli yardım məktubu göndərilmiş, onlara Dövlət Aktının verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmədikləri, ərizəyə əlavə olunmuş DƏDRX-nin məktubundan cavabdehin müraciətdən imtina etməsinin müəyyən olunmadığı bildirilmiş, həmçinin, tələbin birinci hissəsi ilə bağlı qeyd olunmuşdur ki, X12 Komissiyasının qərarının ləğv edilməsi tələbi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cavabdeh deyil. Aqrar İslahat Komissiyası ləğv olunmuş və onların hüquqi varisləri müəyyən olunmamışdır. Bundan başqa, qeyd olunan qərar 2003-cü il tarixdə qəbul olunmuş və onun mübahisələndirliməsi üçün müddət ötürülmüşdür. Göstərilən nöqsanların münasibət bildirilməsi üçün 10 (on) gün müddət təyin edilmiş, lakin həmin müddət ərzində münasibət bildirilməmişdir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçıların “X4 və X5 adına Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə verilməsinə X16nın yenidən verilməsi” tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməlidir. İnzibati orqanın həmin müraciətin təmin olunmasından imtina etməsi, yaxud da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması məhkəməyə müraciət olunmasına əsas verir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət etməzdən öncə analoji tələblə cavabdehə müraciət etməmişdir. Həmçinin iddia İddiaçı1 və İddiaçı2 tərəfindən qaldırıldığı halda, X7 və X6 tərəfindən imzalanmışdır. İşdə olan AZ-İ seriyalı 931483 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06.08.2005-ci ildə ölmüşdür. İddiaçı1 öz adından iddia qaldırmalı olduğu halda, mərhum anasının adından iddia vermişdir. Ona izah olunur ki, qeyd olunan tələbi irəli sürmək üçün o, subyektiv hüquqa malik deyil. Tələbin “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarının ləğv edilməsi barədə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının ləğv edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X3 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X14 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Hazırkı işdə mübahisə olunan Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). İddiaçı torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsini ən azından 2003cü ildən bilməli olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarının ləğv edilməsi barədə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarının ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə X4 və X5 adına Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 saylı qərarı ilə verilmiş Torpağın Mülkiyyətə verilməsinə X16nın yenidən verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2giyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar