Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-750/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4rşı “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Şəki X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi və arı ailələri ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X13 göstərmiş, cavabdeh orqanın üzərinə “özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-750/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, Qax rayon Məşğulluq Mərkəzinə müraciət edərək ailə vəziyyətinin ağır olmasını, işsiz olmasını bildirərək ona arı ailələrinin verilməsi barədə köməklik edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı ferma binasının həyətinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ferma binasının həyətində 55 ədəd arı yeşiyi vardır. Həmin vaxtı iddiaçı arı ailələrinin ona məxsus olmamasını, arı ailələrinin DAİM-tərəfındən nömrəli brikalarla qeydiyyata alındığını (15 arı ailəsinin X7, 40 arı isə X11 məxsus olmasını) yaşadığı həyətin tək özünə məxsus olmamasını, başqa şəxslərin də yaşadığını bildirmişdir. Həmçinin bu faktın araşdırılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəf heç bir araşdırma aparmadan onun proqram üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Agentlik Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsi əsasında fəaliyyət göstərən aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun bundan sonra - Qanun) tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmçinin agentlik Qanuna uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib ış seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil edir. Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3- cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili Agentlik tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir. 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 13 may tarixli 168 nömrəli Qərarı (bundan sonra - Qərar) ilə təsdiq edilmiş "Özünüməşğulluğun təşkili Qaydası’nın 3.3-cü bəndinə uyğun olaraq Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Həmçinin, Qaydanın 5.3-cü bəndinə əsasən işsiz və işaxtaran şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir. Habelə, Qaydanın 6.1-ci bəndinə əsasən Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Qanun və Qaydada özünüməşğulluğa cəlb olunacaq şəxslərin seçilməsi və seçilmiş şəxslərin daha sonrakı mərhələlərdə iştirakı Agentlik tərəfindən müəyyən edilir. Bununla bağlı X16 Qərarı ilə 30 dekabr 2020-cil tarixli **********8 nömrəli “Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat - Prosedur" (bundan sonra - Təlimat) (əlavə olunur) və 18 avqust 2022-ci il tarixli **********1 nömrəli "Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar" (bundan sonra - Meyar) təsdiq edilmişdir (əlavə olunur). İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi "Arıçılıq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub- olmamasını müəyyən etmək üçün X10 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2022-cı il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur (əlavə olunur). Bu aktda iddiaçın faktiki yaşadığı ünvanda 55 (əlli beş) arı ailəsinin olduğu qeyd edilmiş və iddiaçı öz imzası ilə bu faktı təsdiq etmişdir. Göründüyü kimi iddaçının faktiki yaşadığı ünvanda 55 (əlli beş) arı ailəsinin olması Meyarın 2-ci hissəsi ilə ziddiyət təşkil edir. Belə olan halda İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Arıçılıq təsərrüfatı" biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. Beləliklə, Qayda və Meyar tətbiq olunmaqla Agentlik tərəfindən İddiaçı özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi "Arıçılıq təsərrüfatı’’ biznes ideyası üzrə keçirilən biznes təlimlərə cəlb olunmaması barədə verilmiş qərar tam əsaslıdır. Cavabdeh etiraz məktubunda yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 X2 Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) 18 iyul 2021-ci il tarixdə “Arıçılıq təsərrüfatı” biznes ideyası (zərfi) üzrə Filial tərəfindən özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciəti qeydə alınmışdır. Vətəndaşın biznes ideyası üzrə X3 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən 29 sentyabr 2022-ci il tarixdə ilkin baxış keçirilmiş, foto-video və ilkin monitorinq aktı tərtib olunmuşdur. "Özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti üzrə uyğunluğunu müəyyən edən Meyarlar"ın təsdiq edilməsi barədə Qərara uyğun olaraq monitorinq zamanı çəkilmiş fotolara (55 arı ailəsi aşkar olunduğu üçün) əsasən Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən İddiaçı proqram üzrə keçirilən biznes təlimlərə cəlb olunması uyğun hesab edilməmişdir. - xx.xx.2022-ci il tarixli şəxsin özünəməşğulluğun təşkili üçün şəraitin olubolmamasını müəyyən etmək üçün ilkin monitorinq aktından görünür ki, Qax rayonu Əmbərçay kəndində şəxsin yardımçı təsərrüfatında 55 arı ailəsi vardır. - Qax rayonu İcra Hakimiyyəti Əmircan kənd inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli 223 nömrəli arayışından görünür ki, X8 2022-ci ildə Əmbərçay ərazisində özünəməxsus 40 arı ailəsi olmuşdur. - Qax rayonu İcra Hakimiyyəti Əmircan kənd inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli 221 nömrəli arayışından görünür ki, X6 2022-ci ildə Əmbərçay ərazisində özünəməxsus 27 arı ailəsi olmuşdur. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 22/2-1685/2023 nömrəli məktubundan görünür ki, İ.N.Cəbrayılovun adına 2019-cu il 09 dekabr tarixində 27, R.Ə.Cəbrayılovun adına isə 2022-ci il 12 aprel tarixində 40 arı ailəsi “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Cavabdeh orqan iddiaçının “Arıçılıq təsərrüfatı" biznes ideyası proqram üzrə Agentlik tərəfindən keçirilən biznes təlimlərə cəlb olunmasının məqsədə uyğun olmamasını X10 və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən xx.xx.2022-cı il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilərkən həmin ünvanda 55 (əlli beş) arı ailəsinin aşkar edilməsi, qeyd edilən halın Meyarın 2-ci hissəsi ilə ziddiyət təşkil etməsi ilə əsaslandırır. İstinad olunan “özünüməşğulluğa müraciət etmiş şəxslərin kənd təsərrüfatı istiqaməti uyğunluğunu müəyyən edən” Meyarların 2-ci bəndində şəxsə təqdim ediləcək əmlakın 1\3 hissəsindən artıq mövcud olması müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçıya məxsus olduğu bildirilən 55 arı ailəsi iddiaçıya yox, X11 və X7 məxsus olmuşdur. Belə ki, Qax rayonu İcra Hakimiyyəti Əmircan kənd inzibati ərazi dairəsinin məlumatları əsasında müəyyən edilmişdir ki, həmin təsərrüfatda mövcud olmuş arı ailələrindən 40 arı ailəsi Ramil Cəbrayılova, 27 arı ailəsi X15muşdur. Həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-22/2- 1685/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, İ.N.Cəbrayılovun adına 2019-cu il 09 dekabr tarixində 27, R.Ə.Cəbrayılovun adına isə 2022-ci il 12 aprel tarixində 40 arı ailəsi “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə iddiaçının faktiki yaşadığı ünvana ilkin baxış keçirilərkən həmin ünvanda aşkar edilmiş 55 (əlli beş) arı ailəsi iddiaçıya məxsus olmadığından, cavabdeh orqan “Meyar”ların 2-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin etməkdən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 üzərinə İddiaçı özünüməşğulluq proqramı üzrə keçirilən biznes təlimlərinə cəlb edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.