Məhkəmə qərarları › İş №2-1(116)-752/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-752/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-752/2020 04.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakimi Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (3-cü şəxslər X11 və X8) “X4 Cəmiyyətin təsis sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (3-cü şəxslər X11 və X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 Cəmiyyətin təsis sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının 1997-ci il 13 oktyabr tarixli 435 saylı sərəncamı ilə göstərilən sərhəd daxilində 20 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilib və həmin torpaq sahəsində iddiaçılar 3 ailədən ibarət və 3 nəfər ailə başçısından ibarət müştərək qaydada Ülfət Əmirli fermer təsərrüfatı yaratmışlar. Fermer təsərrüfatını yaradarkən iclas keçirmiş və X2 təsərrüfata rəhbər təyin etmişlər. Lakin 2010-cu il tarixində Məmmədov Ələmşah rəhmətə getmiş, 2012-ci il tarixində X3 Hikmət öz yanından əlavə olaraq X4 Cəmiyyətini yaradaraq qanunsuz olaraq anası X9 MMC-nin rəhbəri vəzifəsinə təyin etmiş və əlavə olaraq torpaq bölgüsü aparmışdır. Belə ki, 96 faiz anasına, 2 faiz özü, 1 faiz İddiaçı2 və 1 faiz İddiaçı1 pay vermişdir. Beləliklə fermer təsərrüfatını dolayı yolla özəlləşdirmişdir. Hal-hazırda həmin əsassız yaradılmış MMC-nin təsis sənədlərinin etibarsız hesab edilməsi üçün məhkəmə qərarına ehtiyac var. Məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirdi ki, X5 öldükdən sonra onun oğlu Məmmədov Hikmət onun yanına gəlmiş, ona sənədlərə qol çəkdirmişdir. O, həmin vaxt sənədlərin məzmunundan xəbərdar olmamış, elə bilmişdir ki, X1 yerinə onun arvadı X11 təsərrüfata qoşulacaqdır. X7rı torpaq sahəsindən çıxarmaq istəyəndə MMC-nin yaradılmasından xəbərdar olmuşdur. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın çıxarılmasını xahiş etdi. Üçüncü şəxslərə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.02.2020-ci il tarixli məktubundan görünür ki, “X20 Fermer” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qeydiyyat iş qovluğu sənədləri təhlil edilmiş və nəticədə Cəmiyyətin 28.12.2004cü il tarixdə ********** VÖEN ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alındığı, 30 aprel 2011-ci il tarixli protokol əsasında isə təsis sənədlərinə dəyişikliklər edildiyi və nəticədə Cəmiyyətin təsisçiləri arasında payların İddiaçı2 - 1 pay (1 manat, 2,5%), X12 - 2 pay (2 manat. 5%). X11 - 36 pay (36 manat, 90%), İddiaçı1 - 1 pay (1 manat, 2.5%) kimi bölündüyü müəyyən edilmişdir. Qeyd olunan protokol 31.05.2011-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir. İş materiallarında olan 30.04.2011-ci il tarixli 01 nömrəli “Ülfət Əmirli” şərikli (tam ortaqlıq) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının protokolunun surətindən görünür ki, X11 və X12 təsərrüfata bərabər hüquqlu təsisçi kimi qəbul edilmiş, təsərrüfat MMC-yə çüvrilmiş, nizamnaməsi təsdiq olunmuş və X12 cəmiyyətin direktoru seçilmişdir. Protokol təsisçilər (İddiaçı1, İddiaçı2, X11 və X12) tərəfindən imzalanmışdır. İş materiallarında olan “Ülfət Əmirli” şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatının hüquq və vəzifələrinin “X20 fermer” məhdud məsuliyyətli cəmiyyətinə keçməsi haqqında 01.05.2011-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində 19 iyun 1998-ci il tarixdə 10/115 nömrə ilə dövlət qeydiyyatına alınmış “Ülfət Əmirli” şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq təsisçilərinin 30 aprel 2011-ci il tarixli ümumi yığıncağının qərarı ilə “X20 fermer” məhdud məsuliyyətli cəmiyyətinə çevrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq “Ülfət Əmirli” şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatının daşınar və daşınmaz əmlakı, habelə bütün kreditorları və borcluları barəsində öhdəliklərin hamısı, o cümlədən Cəmiyyətin bütün hüquq və vəzifələri bu təhvil aktına əsasən “X20 fermer” məhdud məsuliyyətli cəmiyyətinə keçir. Hüquq və vəzifələrin keçməsi haqqında, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında heç bir mübahisə, iddia və narazılıq yoxdur. Bu akt iki nüsxədən ibarət tərtib edildi. Bir nüsxəsi cəmiyyətdə saxlanılır, bir nüsxəsi isə qeydiyyat sənədləri ilə vergi orqanına təqdim olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7) Məhkəmə qeyd edir ki, təsis sənədlərinin ləğv edilməsi tələbinə mülki qaydada baxılmalıdır. Belə ki, təsis sənədləri, hazırki mübahisədə ümumi yığıncağının qərarı (30.04.2011-ci il tarixli 01 nömrəli “Ülfət Əmirli” şərikli (tam ortaqlıq) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının protokolu) təsisçilər tərəfindən qəbul edildiyi üçün və qeyd olunan qərar inzibati akt olmadığı və xüsusi hüquq münasibətlərinin tərəfləri (iddiaçılar və 3-cü şəxslər) bərabər mövqedə, öz iradələrini ifadə etməkdə sərbəst və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmədiyi üçün onlar arasında olan mübahisəyə mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəməsində baxılmalıdır. Ona görə də iddiaçıların diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (3-cü şəxslər X11 və X8) “X4 Cəmiyyətin təsis sənədlərinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası mümkün sayılmır. İddiaçılara hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunur. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar