Məhkəmə qərarları › İş №2-1(116)-753/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-753/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-753/2020 09.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X11, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “İddiaçı” X6 Cavabdehnə qarşı“Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) X10 Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı” X6 Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) X10 Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş və İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən həmin tarixdən icraata qəbul edlmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” MMC-də (sonrakı mətndə- Cəmiyyət) keçirilən və nəticəsi xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilən səyyar vergi yoxlaması zamanı bir çox maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, nəticədə Cəmiyyət barəsində əlverişsiz (yükləyici) inzibati akt qəbul olunmaqla qanunsuz vergi hesablanması aparılmışdır. Prosessual hüquq normalarının pozulması: xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması Aktının 1.1-ci bəndindən göründüyü kimi, yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış, xx.xx.2019-cu il tarixdə başa çatmışdır ki, bu da ümumilikdə 12 ay 28 gün təşkil edir. Həmin müddətin 9 ayı ərzində yoxlama mütəxəssisin dəvət edilməsi əsası ilə dayandırılmışdır. Əlavə edilən reyestrdən çıxarışa əsasən, həmin dayandırmanın son günü xx.xx.2019-cu il tarixidir. Yoxlama isə xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək 45 gün müddətinə yenidən uzadılmışdır. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət cavabdeh tərəfindən rəsmiləşdirilməmiş və reyestrə daxil edilməmişdir. Bununla da, həmin 23 təqvim günü yoxlama müddəti aralığında rəsmi qeydiyyata alınmayan müddət kimi müəyyən olunmuşdur. Eyni zamanda, yoxlama zamanı cavabdeh tərəfindən yoxlamanın qanunla müəyyən edilən müddətinə riayət edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin cavabdeh yoxlamanı 42 gün əsas müddət və hər biri 43 və 45 təqvim günü olmaqla iki dəfə qanunazidd şəkildə yoxlamanı uzatmaqla ümumilikdə 130 təqvim gününə (dayandırılma müddəti və rəsmiləşdirilməyən 23 təqvim günü istisna olmaqla) həyata keçirtmişdir. Bundan əlavə, Aktın 1.9.3-cü bəndindən göründüyü kimi, xx.xx.2018-ci il tarixdə Cəmiyyətin ərazisinə baxış keçirilmiş və bu hal **********159921 nömrəli Protokolla rəsmiləşdirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə, “Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər”. Həmin Əsasnamənin 3.4-cü bəndinə görə isə, “Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.)”. Əlavə edilən reyestrdən çıxarışdan göründüyü kimi, baxış keçirilməsi barədə məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Bununla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. Yoxlamanın yekununda xx.xx.2019-cu il tarixdə hazırda mübahisələndirilən inzibati akt qəbul edilmişdir. Həmin tarixdə Vergi Məcəlləsinin qüvvədə olan 36.3-cü, 56.1-ci, 83.3-cü və 85.4-cü maddələrinin görə, vergi qanunvericiliyinin pozulması anından 3 il müddət keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Mübahisələndirilən xx.xx.2019-cu il tarixli inzibati aktın “VM maddəsi” və “Maliyyə sanksiyası” xanalarından göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda göstərilən məsuliyyətə cəlbetmə müddəti keçən vergi məbləğlərinə “VM maddəsi - Düzəliş” əməliyyatı ilə maliyyə sanksiyaları silinmiş, lakin əsas vergi məbləğləri nəzərə alınmamışdır ki, bu da kobud qanun pozuntusudur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin əvvəlki redaksiyasında açıq-aşkar formada əks olunmuşdur ki, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Cavabdeh tərəfindən iddiaçının vergi öhdəliklərinin müəyyən olunması məqsədilə yoxlamaya mütəxəssis cəlb olunması qərara alınmışdır. Belə ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə görə, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Lakin cavabdeh tərəfindən Ticarət və Sənaye Palatası yanında Azərekspertiza birliyindən Əliyev Bakir adlı şəxs dəvət olunaraq mütəxəssis adı altında onun rəyindən yoxlamanın rəsmiləşdirilməsində istifadə olunmuşdur. Halbuki Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, isin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. İş materiallarına, xüsusilə mütəxəssis adı ilə təqdim edilən rəydən görünür ki, B.Əliyevin Cəmiyyətin fəaliyyət sahəsi üzrə (alkoqollu içkilərin istehsalı) hər hansı təhsilinin, iş təcrübəsinin, təlim və ya kurslarda iştirakının və s. əsaslarla mütəxəssis statuslu şəxs olmasına dair hər hansı sübut mövcud deyil. Eyni zamanda, bildirilir ki, inzibati orqanların fəaliyyətini tənzimləyən İnzibati icraat haqqında” Qanunun 41.6-1-ci maddəsinə görə, mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etməmişdir. Göründüyü kimi, cavabdeh yoxlamaya ekspert cəlb etmək hüququ olduğu halda, mütəxəssis adı altında rəy təqdim edən şəxsi cəlb etməklə onun verdiyi qeyri-müəyyən rəqəmlərə istinad etmişdir. Digər tərəfdən, qanunvericilikdə sərfiyyat göstəricilərinə əsaslanaraq vergilərin hesablanması nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını tənzimləyir. Həmin normanın bəndlərinə diqqət yetirsək, cavabdehin belə qaydada hesablama aparması hüququnun olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2016/19 saylı Qərarında (sədrlik edən - Zakir Quliyev) vergi orqanlarının sərfiyyat əsasında vergi hesablamaq hüququnun olmadığı qeyd edilmişdir. Qərarın 7-ci səhifəsindən göründüyü ki, Məhkəmə, əlaqəli məlumatlardan istifadə etməklə vergilərin hesablanmasının Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 1-9-cu bəndlərində sadalandığını bildirərək əlaqəli məlumatların dairəsinin konkret müəyyən olunduğunu bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-1652/2019 saylı Qərarında (sədrlik edən - Rahib Nəbizadə) cavabdeh tərəfindən eynilə bu mübahisədə yol verilən müddət pozuntuları təsdiqlənmiş, xüsusilə vergi orqanı tərəfindən yalnız mütəxəssis rəyinə istinad olunmaqla hesablama aparılmasının qanunsuz olduğu, mütəxəssis rəyinin sübut növlərindən biri olması və digər əlaqəli sübutlarla birlikdə qiymətləndirilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1,45, 46 və 70-ci maddələrini rəhbər tutaraq Məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı həmin inzibati aktı iddia müddətini ötürməklə mübahisələndirmişdir. Belə ki, mübahisələndirilən qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə saat 17:46-da iddiaçının elektron ünvanına göndərilmiş, xx.xx.2019-cu il tarixdə 09:55-də iddiaçı tərəfindən oxunmuşdur. Elektron sənəd mübadiləsi haqqında ərizə, müqavilə, məsuliyyət qərarının və tələbnamənin iddiaçıya göndərilməsi barədə məktub və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat vəsatətə əlavə edilmişdir. Mübahisələndirilən məsuliyyət qərarının elektron qaydada iddiaçıya təqdim edilməsi ilə bağlı nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi “xxxxxxxx” MMC- nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5rşı iş üzrə xx.xx.2019-cu il tarixli qərarda elektron üsulla göndərilmiş sənədin lazımı qaydada təqdim edilmiş sayılmasını aşağıdakı qaydada əsaslandırmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı vəsatətə əlavə edilmişdir. “Göründüyü kimi müqavilə ilə iddiaçı (vergi ödəyicisi) ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədin ona təqdim edilmiş sayılması ilə razılaşmışdır. Bununla bağlı kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır. Vergi mübahisələri ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımından tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir."(qərarın 5-ci səhifəsinin sonuncu və 6-cı səhifəsinin birinci abzasları). Beləliklə, məsuliyyət qərarı qanunvericiliyin tələblərinə uyğun olaraq və analoji işlərə dair məhkəmə təcrübəsində qəbul edilmiş qaydada xx.xx.2019-cu il tarixdə iddiaçıya elektron qaydada təqdim edilmişdir. Həmçinin, mübahisələndirilən qərarın bir nüsxəsi xx.xx.2019-cu il tarixdə imzalanaraq, hüquqi şəxsin möhürü ilə təsdiq edilərək əlbəəl qəbul edilmişdir. Mübahisələndirilən qərarın əlbəəl təqdim edilməsinə dair sənəd vəsatətə əlavə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: • vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün (70.2-1.1.); •poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi zeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra (70.2-1.2.); •elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra (70.2-1.3.). Qeyd olunanlardan göründüyü kimi, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə, yəni elektron qaydada təqdim edildikdən 4 ay, əlbəəl təqdim edildikdən 2 ay sonra məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli sərəncamda vergi orqanından “iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat materialı” tələb edilmişdir. İddiaçının qeyd olunan şikayəti ilə əlaqədar aşağıdakıları nəzərinizə çatdırırıq. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə şikayət ünvanlayaraq səyyar vergi yoxlaması aktının və məsuliyyət qərarının ləğvini xahiş etmişdir. Xüsusi olaraq nəzərinizə çatdırırıq ki, müraciətdə ləğvini tələb etdiyi məsuliyyət qərarının ona təqdim edilmədiyini əsaslandırmağa çalışan iddiaçı bu müraciətini elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən yaradılmış elektron kabinet vasitəsilə, yəni mübahisələndirilən qərarın ona təqdim edildiyi üsulla göndərmiş və cavabın da həmin kabinet vasitəsilə göndərilməsini (“onlayn kargüzarlığa”) tələb etmişdir. Lakin mübahisələndirilən səyyar vergi yoxlaması ilə müəyyən edilmiş fakta (“İddiaçı" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması) dair başlanmış cinayət işi üzrə X10 Araşdırılması Baş İdarəsində istintaq aparıldığından, müraciət digər sübutlarla yanaşı hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. Bu səbəbdən müraciətə inzibati icraat qaydasında baxılmamışdır. Şikayətin və cavab məktubunun surəti vəsatətə əlavə edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Digər tərəfdən, müraciətə inzibati icraat qaydasında baxılmalı olsaydı belə, iddiaçı xx.xx.2019-cu il tarixdə ona təqdim edildiyi sübuta yetirilən qərarla bağlı inzibati orqana 76 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə şikayət vermişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə ona təqdim edilmiş məsuliyyət qərarınır ləğvi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Azərbaycan Resblikasının İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bununla yanaşı, iddiaçının iddia müddətini üzrlü səbəblərdən etməsi barədə də məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eləcə də ötürülmüş müddətin bərpası haqqında ərizə də verilməmişdir. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün hüddətində qaldırıla bilər. İnzibati-Prosessual Məcəllənin 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq, iddianın mümkün sayılmaması barədə qərərdad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verib, iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın təsdiqlənmiş surətindən görünür ki, qərar xx.xx.2019-cu il tarixində saat 17:46-da iddiaçıya göndərilmiş və xx.xx.2019-cu il tarixində saat 09:55-də oxunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********484300 nömrəli etiraza baxılması haqqında məktubdan görünür ki, X8 Araşdırılması Baş İdarəsində Vergi Məcəlləsinin 39.5, və 39.7-ci maddələrinə uyğun olaraq baxılmış, müzakirənin nəticəsi xx.xx.2019-cu il tarixli **********451400 nömrəli protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktının nəticələrinə baxılarkən məsuliyyətə cəlb etməni istisna edən hallar müəyyən edilmədiyindən xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191526 nömrəli Qərar və **********477700 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə elektron poçt iddiaçının ünvanına göndərilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********191526 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müraciətə cavab verilməsi haqqında məktubdan görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanladığınız xx.xx.2020-ci il tarixli müraciətinə Baş İdarənin İstintaq və təhqiqat idarəsində baxaraq, ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuşdur. Müraciətində göstərilən xüsusatlar istintaq zamanı araşdırılaraq nəticəsi baradə əlavə məlumat veriləcəkdir. İş materiallarında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018ci il tarixli **********158705 nömrəli qərarından görünür ki, “İddiaçı” MMC (VÖEN **********) üzrə Vegi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövrü: Avqust 2015- İyun 2018 o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Avqust 2015 – İyun 2017. Yoxlama keçirilməsi Vergilər Nazirliyi yanında X10 X2 şöbəsinin baş dövlət vergi müfəttişi Kiçik ədliyyə müşaviri X18, Vergilər Nazirliyi yanında X10 X2 şöbəsinin dövlət vergi müfəttişi ədliyyə müşaviri X12, Vergilər Nazirliyi yanında X10 X2 şöbəsinin rəhbəri müavini baş vergi xidməti müşaviri X13, Vergilər Nazirliyi yanında X10 X2 şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X14 tapşırılmışdır. İş materiallarında olan seyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2018-ci il tarixli **********6163059 nömrəli qərarından görünür ki, “İddiaçı” MMC (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. İş materiallarında olan mütəxəssin dəvət edilməsi haqqında xx.xx.2018-ci il tarixli **********163432 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, “İddiaçı” MMC-nin Ağsu rayonu, Ağsu şəhərində fəaliyyət göstərən istehsal obyektində, avadanlıqıarın istehsal gücü, xammal, material enerji sərfiyyatına görə istehsal edilmiş spirt içkilərin o cümlədən şərabın istehsal həcmini müəyyənləşdirilməsini mütəxəssis qarşısında suallar qoyulsun. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********163844 nömrəli qərarın təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********166797 nömrəli qərarın təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********170027 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2018-ci il tarixli **********173119 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********175390 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********177942 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********180093 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********182344 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2019-cu il tarixli **********184441 nömrəli qərarının təsdiqlənmmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 Araşdırılması Departamentinin baş direktorunun müavini ədliyyə müşaviri X9 tərəfindən “İddiaçı” MMC (VÖEN **********) üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan seyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2019-cu il tarixli **********186548 nömrəli qərarından görünür ki, “İddiaçı” MMC (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli **********161443 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, "İddiaçı" X6 (VÖEN **********)-dən (dan) 01.xx.xx.2015-cı il tarixdən xx.xx.2018-çi il tarixədək olan dövr üzrə bütün ilkin mühasibat sənədləri (qaimə-fakturalar, vergi hesabfakturglar), o cümlədən elektron fayllar, bank sənədləri, kassa sənədləri, işlərin (xidmətlərin) təhvil-təslim aktları, gəlirləri və xərcləri təsdiq edən sənədlər və s.); 2. xx.xx.2015-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə uçot registirləri, dövriyyə cədvəlləri, kassa kitabı, baş kitab, ciddi uçot blankları, müqavilələr, debitor və kreditor borclarının siyahısı,"Nəzarət kitabçası" və s.; 3. Əməliyyatların digər şəxslər tərəfindən aparılmasına dair etibarnamələr; 4. İdxal-ixrac əməliyyatlarına dair bütün sənədlər (müqavilələr, invoyslar, gömrük bəyannamələri, ödəniş sənədləri və s.); 5. Hüquqi şəxsin vergi orqanında qeydiyyata alınmasına, banklarda və digər kredit təşkilatlarında hesabların açılmasına dair sənədlər, habelə xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyətlə məşğul olmaq üçün müvafiq orqanlardan alınmış sənədlər; 6. Maddi məsul şəxslərlə, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə bağlanmış müqavilələr, icarə müqavilələri və s; 7. Təsərrüfat subyektlərinin, o cümlədən anbarın, ticarət sahəsinin, ofisin və s. olub-olmaması barədə sənədlər (arayış); 8. Müəssisənin maliyyə təsərrüfat fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin götürülməsi həyata keçirilmişdir. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2019-cu il tarixli **********189098 nömrəli protokolundan görünür ki, götürmə həyata keçirilməzdən əvvəl X17 cəmiyyətin direktoru sənədlərin və nümanə kimi əşyaların götürülməsi haqqında xx.xx.2018-ci il tarixli **********161443 nömrəli qərar təqdim edildi və bu qərarda göstərilən və əşyaların təqdim edilməsi təkilf olunmuşdur. İş materiallarında olan sənədlərin və nümunə kimi əşyaların götürülməsi verilməsindən imtina barədə xx.xx.2018-ci il tarixli **********189090 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında X10 X1 idarəsi tərəfindən Cəmiyyətə keçirilmiş oparativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2018-ci iltarixdə təhvil təslim aktı ilə ilkin sənədlər və elektron daşıyıcda fayllar götürüldüyündən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Buna görə də vergi ödəyicisinin sənədlərinin və nümanə kimi əşyaların götürməsinə icazə verilməmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********158893 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, «xxxxxxxxx» MMC tərəfindən ƏDV-nin 2015-ci ildə 88496,67 manat, 2016-cı ildə 247517,26 manat, 2017-ci ildə 23 1693,67 manat və 2018ci ilin yanvar-iyun aylarında 95687,14 manat olmaqla - cəmi 663394,74 manat, aksiz vergisinin 2015-ci ildə 188964.68 manat, 2016-cı ildə 594471,04 manat, 2017-ci ildə 566460,53 manat, 2018-ci ilin yanvar-iyun aylarında 404605,97 manat olmaqla - cəmi 1754502,22 manat, mənfəət vergisinin 2015-ci ildə 9876,12 manat, 2016-cı ildə 47699,20 manat və 2017-ci ildə 40997,64 manat olmaqla - cəmi 98572,96 manat və MÖMV-nin 2015-ci ildə 697,88 manat, 2016-cı ildə 13073,47 manat, 2017-ci ildə 21342,20 manat və 2018-ci ilin yanvar-iyun aylarında 12442,23 manat olmaqla - cəmi 47555,78 manat azaldıldığı müəyyən edilir. Nəticədə ümumilikdə vergilərin 2564025,71 manat azaldılması müəyyən edilmişdir. Azaldılmış 2564025,71 manat məbləğində vergilər büdcəyə hesablanılıb ödənilməlidir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: - 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); - 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı tərəfindən qərar xx.xx.2019-cu il tarixində alınmış, onun məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün həmin tarixdən 30 gün vaxtı olmuş, lakin iddiaçı həmin müddətdə məhkəməyə müraciət etməmiş, məhkəməyə müraciət etmə müddətini ötürdükdən sonra həmin qərardan iddiaçı Vergilər Nazirliyinə xx.xx.2020-ci il tarixində şikayət vermiş, Nazirlik tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixində iddiaçıya müraciəti (şikayəti) ilə bağlı cavab verilmişdir. İddiaçının barəsində xx.xx.2019-cu il tarixində cinayət işi başlanmışdır. Sadalananlardan göründüyü kimi iddiaçının qərar barədə kifayət qədər məlumatı olmuş, həmin qərarı mübahisələndirmək üçün yetərli həcmdə vaxtı olmuşdur. İPM-nin 38-ci maddəsinin tələbinə əsasən iddiaçı məhkəməyə müraciət etməli olduğu 30 gün müddətində cavabdeh orqanın qərarından yuxarı orqana inzibati şikayət verdiyi halda, ona münasibətdə İPM-nin 38-ci maddəsi ilə müəyyən olunmuş 30 günlük müddətin axımı dayana bilərdi ki, iddiaçı həmin müddət ərzində deyil, yəni xx.xx.2019-cu il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmənin son tarixindən 47 gün sonra inzibati şikayət vermişdir. Həmçinin iddiaçıya qərarda inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsaəsn, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. Bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, təqdim edilmiş olsa belə yuxarıda qeyd olunan faktiki hallara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istinad edilən ərizənin verilməsi əhəmiyyətsiz olardı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “İddiaçı” X3 Cavabdehnə qarşı “Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) X10 Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar