Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-755/2021 25.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, iddiaçılar X30, İddiaçı7, X78, İddiaçı2, X40 və Məmmədov Polad Məmməd oğlunun, üçüncü şəxslər X41 və X2 iştirakı ilə, iddiaçılar X31 və digərlərinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “adlarına işlənmiş JN-0051, JN-0052, JN-0054, JN-0053, JN-0056, JN-0050, JN-0055 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilmiş torpaq sahələrinin əvəzində onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahələrinə plan-ölçünün işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” və iddiaçılar X78 və digərlərinin (üçüncü şəxslər: X41 və digərləri) cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon AİK-nın və Süskənd kənd YAİK-nın 28.12.2001-ci il tarixli, 1 saylı, 05.03.2000-ci il tarixli 3 saylı və 12.10.2001-ci il tarixli qərarlarının icrası, istifadələrində olan torpaq sahələrinə dair çıxarışların verilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar X31, İddiaçı3, İddiaçı4, İddiaçı2, X51, X42 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “adlarına işlənmiş JN-0051, JN-0052, JN-0054, JN-0053, JN-0056, JN-0050, JN-0055 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının ləğvi, həmin torpaq sahələri əvəzində onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahələrinə plan-ölçünün işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12.05.2014-cü il tarixli 2-1(84)-479/2014 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, JN-0051, JN-0052, JN-0054, JN-0053, JN-0056, JN- 0050, JN-0055 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları ləğv edilərək X21 ailə üzvləri ilə birlikdə faktiki istifadələrdə olan 2.52 ha, X14 faktiki istifadəsində olan 0.62 ha, İddiaçı3 ailə üzvləri ilə birlikdə faktiki istifadələrdə olan 1.87 ha, İddiaçı2 ailə üzvləri ilə birlikdə faktiki istifadələrdə olan 1.54 ha, İddiaçı4 ailə üzvləri ilə birlikdə faktiki istifadələrdə olan 1.16 ha, İddiaçı6 ailə üzvləri ilə birlikdə faktiki istifadələrdə olan 2.19 ha, X32 ailə üzvləri ilə birlikdə faktiki istifadələrdə olan 1.09 ha torpaq sahələrinə adlarına “torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin hazırlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin üzərinə qoyulmuşdur. 10.03.2021-ci il tarixdə X6 İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12.05.2014-cü il tarixli qərarının ona verilməməsini, mülkiyyətində olan torpaq sahəsinin ona Dövlət Aktı əsasında verilməsini bildirərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12.05.2014-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli 2-1(84)-479/2014 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 12.05.2014-cü il tarixli, 2-1(84)-479/2014 nömrəli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş, iş üzrə X41, X8, X43 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi hüquqi varisi DƏDRX-nin 12 saylı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Həmçinin iddiaçılar X78, X22, İddiaçı2, X40, X44, X9 (üçüncü şəxslər: X41, X8, X43, X15) cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayon AİK-nın və Süskənd kənd YAİK-nın 28.12.2001-ci il tarixli, 1 saylı, 05.03.2000-ci il tarixli 3 saylı və 12.10.2001-ci il tarixli qərarlarının icrası, istifadələrində olan torpaq sahələrinə dair çıxarışların verilməsi və üçüncü şəxslərə məxsus olan JN-0006, KOD 40312038 saylı Dövlət Aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin 20.04.2021-ci il tarixli, 2-1(116)-67/2021 nömrəli qərardadı ilə 2-1(116)-67/2021 nömrəli inzibati işlə 2-1(116)-755/2021 nömrəli inzibati iş bir icraatda birləşdirilmişdir. Şəki İnzibati Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2-1(116)-755/2021 nömrəli qərardadı ilə X33, X65, X52, X66, X4, X45, X53, X54, X51, X10, X34, X46, X78, X16, X47, X5, X11, X23, X12, X3, X55, X56, X57, X67, X24, X35, X17, X25, X58, X59, X48, X60 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin 25.10.2021-ci il tarixli, 2-1(116)-755/2021 nömrəli qərardadı ilə iddiaçılar X31 və digərlərinin, o cümlədən X78 və digərlərinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələblərinin “JN-0051, JN-0052, JN-0054, JN- 0053, JN-0056, JN-0050, JN-0055, JN-0006 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının ləğvi”nə dair hissəsi mümkün sayılmamışdır. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar X31, İddiaçı3, İddiaçı4, İddiaçı2, X51, X42 və İddiaçı6 və digər iddiaçılar X78, X22, İddiaçı2, X40, X44, X26 torpaq islahatı aparılan zaman xəritələrin düzgün çəkilməməsini, bəzi subyektlərə yararlı suvarılan ərazidən, bəzilərinə isə dəmyə torpaqların düşdüyünü, o cümlədən, bəzi subyektlərə çatmalı olan torpaq sahəsinin kəsir verilməsini, bəzilərinə isə artıq torpaq sahələrinin verilməsini və buna görə də Qax RAİK-nın müvafiq qərarları əsasında istifadələrinə başqa yerdən torpaq sahələrinin verilməsini və hazırda faktiki istifadələrində olmalarını bildirirlər. İddiaçılar faktiki istifadələrində olan torpaq sahələrinə plan-ölçü sənədinin işlənməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçılar hazırki tələblərlə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələb hüquqlarını faktiki istifadələrində olan torpaq sahələrinin onlara Süskənd kənd X105 Komissiyasının 12.10.2001-ci il tarixli, Qax rayon Aqrar İslahat Komissiyasının 28.12.2001 -ci il tarixli, 09 nömrəli və Qax rayon Aqrar İslahat Komissiyasının 14.12,2004-ci il tarixli, 02 nömrəli iclas protokol qərarları əsasında verilməsi ilə əsaslandırmışlar. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını iddiaçılara verilmiş Dövlət Aktları ləğv edilmədiyindən dəyişdirilmiş torpaq sahələrinə dair yeni plan-ölçü sənədlərinin verilməsinin mümkünsüzlüyü, Süskənd YAİK-nın 14.03.2000-ci il tarixli, 12.10.2001-ci il tarixli və Süskənd bələdiyyəsinin 25.07.2004-cü il tarixli, 13.052006cı il tarixli qərarlarının təqdim edilməməsi, təqdim edilmiş sənədlərdə sözügedən təsərrüfatda torpaq sahəsi əskik verilmiş vətəndaşların siyahısı göstərilməməsi, meşə fondu torpaq sahələrinin kompleks yerquruluşu xəritəsində yerinin dəyişdirilməsinin onun səlahiyyətində olmaması ilə əsaslandırmışıdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizələri ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Üçüncü şəxslər məhkəmə iclasında izahat verərək iddianın rədd edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - KOD 40312038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının təsdiq edilmiş surətlərindən görünür ki, Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarı əsasında X21 (JN-0050 - 5 nəfər ailə üzvü ilə birlikdə) 2.52 ha, X14 (JN-0051) 0.62 ha, İddiaçı3 (JN-0052 - 3 nəfər ailə üzvü ilə birlikdə) 1.87 ha, İddiaçı2 (JN-0053 - 4 nəfər ailə üzvü ilə birlikdə) 1.54 ha, İddiaçı4 (JN-0054 - 5 nəfər ailə üzvü ilə birlikdə) 1.16 ha, İddiaçı6 (JN-0055 - 5 nəfər ailə üzvü ilə birlikdə) 2.19 ha, X36 (JN-0056 - 3 nəfər ailə üzvü ilə birlikdə) 1.09 ha, X27 (JN-0006 - 6 nəfər ailə üzvü ilə birlikdə) 3.26 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahələri ayrılmışdır. - Süskənd kənd X105 Komissiyasının 12.10.2001-ci il tarixli iclas protokol qərarının təsdiq edilmiş surətindən görünür ki, Süskənd kəndində torpaq islahatı aparılan zaman torpaq sahəsinin iki yerdən, yəni kəndin yaxınlığındakı dəmyə və suvarılan sahədən verilməsi nəzərdə tutulsa da, komputerdə hazırlanmış bölgüdə cizgilər fərqli işlənmişdir. Belə ki, torpaq sahəsi iki yerdən deyil əlavə olaraq vətəndaşlara əhəmiyyətsiz olan “Təpəyanı” sahədən verilmişdir. Komissiya həmin məsələni müzakirə edərək çoxillik əkmələr və əkin sahələrindən artıq qalmış torpaq sahələrinin torpaqları Təpəyanı sahəyə düşən vətəndaşlara verilməsi barədə qərar qəbul etmişdir. - Qax rayon Aqrar İslahat Komissiyasının 28.12.2001 -ci il tarixli, 09 nömrəli iclas protokol qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Süskənd kənd X105 Komissiyasının 12.10.2001-ci il tarixli iclas qərarı təsdiq edilmişdir. - Qax rayon Aqrar İslahat Komissiyasının 14.12,2004-ci il tarixli, 02 nömrəli iclas protokol qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı6 ilə birlikdə 14 ailənin istifadəsində olan və onların torpaq əmlak payından çıxılmış 6,77 ha tut, fındıq bağlarının onların qanuni istifadəsində saxlanılması, onun əvəzində bələdiyyənin kollu-meşə sahəsindən dövlət meşə fonduna 3,18 ha torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. - Qax rayon Qeydiyyat şöbəsinin 03.03.2014-cü il tarixli, AZ-1 seriyalı 015411 nömrəli arayışından görünür ki, X61 23.10.2000-ci ildə vəfat etmişdir. - Qax rayon Aqrar İslahat Komissiyasının 26.05.2006-cı il tarixli, 01 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Süskənd bələdiyyəsinin Süskənd kənd sakinləri ilə birgə keçirdikləri 13.05.2006-cı il tarixli 06 saylı ümumi yığıncaq qərarı təsdiq edilmiş, bələdiyyənin perspektiv inkişaf fondundan ayrılmış 2.70 ha torpaq sahəsi vətəndaşların əmlak və torpaq payından çıxıldığına görə həmin ərazi bələdiyyəyə məxsus, lakin sökülmüş saray, naves ərazisində qalan 0.80 ha boş sahə ilə əvəz olunması qərara alınmışdır. - Qax rayon Aqrar İslahat Komissiyasının 05.03.2000-ci il tarixli, 03 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Süskənd kənd YAİK-nın 14.03.2000-ci il tarixli iclasının qərarı təsdiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.10.2019-cu il tarixli 23255 nömrəli ekspert rəyindən görünür ki, JN-0006 Kod 40317038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X18 və ailə üzvlərinin mülkiyyətində olan 3.26 ha torpaq sahəsi iki hissəlidir. Məhkəmə predmeti olan 1.54 ha torpaq sahəsi Dövlət aktında 2.68 ha göstərilmişdir. Həmin 2.68 ha pay torpaq sahəsi iş üzrə cavabdeh kimi göstərilən İddiaçı2, X78, X49 və adları qeyd olunmayan digər 3 nəfər subyektin istifadəsindədir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, X51, X42, İddiaçı6, həmçinin X22, X26, cavabdeh inzibati orqanın nümayəndəsi, üçüncü şəxslər X41 və X1 başqa digər üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçıların müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. Belə ki, iddiaçılar X31 və digərlərinə münasibətdə iddia qaldırılan zaman cavabdeh inzibati orqan olmuş DT və XK-nin Qax rayon şöbəsi faktiki hərəkətsizliklə iddiaçıların müraciətlərini təmin etməmişdir. İş materiallarında olan DT və XK-nin Qax rayon şöbəsinin rəyindən görünür ki, cavabdeh inzibati orqan Süskənd kənd sakini K.Rəhimovla birlikdə 14 ailənin pay torpaq sahəsinin dəyişdirilməsini məqsədəuyğun hesab etdiyini bildirsə də, həmin torpaq sahələrinə dair plan-ölçü sənədlərinin işlənməsini təmin etməmiş, həmçinin 12.05.2014-cü il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsində mübahisəyə məhkəmə iclasında baxılarkən cavabdehin nümayəndəsi, (A.Mənəfov) iddiaçılara verilmiş Dövlət Aktları ləğv edilmədiyindən dəyişdirilmiş torpaq sahələrinə dair yeni plan-ölçü sənədlərinin verilməsinin mümkünsüz olduğunu bildirmişdir. İddiaçılar X78 və digərlərinə münasibətdə isə cavabdeh inzibati orqan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıların müraciətlərinin təmin edilməsindən imtina etməsi iş materialları ilə müəyyən edilir. Lakin, iddia əsassızdır. Beləliklə, iş materiallarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi maraqları faktiki istifadələrində olan torpaq sahələrinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin əldə edilməsi nail olmaqdır. İddiaçıların tələb hüququnun əsası kimi istinad etdiyi sənədlərin məzmunundan görünür ki, iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinin məhz müvafiq qərarlar əsasında onlara ayrılmasını müəyyən etmək mümkün deyil. Belə ki, həmin qərarlarda Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarı əsasında verilmiş torpaq sahələrinin yararsız olması səbəbindən digər ərazilərdən torpaq sahələrinin verilməli olması göstərilmiş, torpaq sahəsinin koordinatlarını, döngə nöqtələrini müəyyən etməyə əsas verəcək heç bir sənəd əlavə olunmamışdır. Digər tərəfdən Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarı və onun əsasında verilmiş Dövlət Aktları ləğv edilmədən iddiaçılara digər torpaq sahələrinin verilməsi mümkün ola bilməzdi. Belə ki, bunun üçün ilk öncə Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarı mübahisələndirilməli, həmin qərar və onun əsasında verilmiş Dövlət Aktları ləğv edilməli. Daha sonra yanlışlıqların aradan qaldırıldığı, subyektlərə ayrılmış torpaq sahələrinin layihəsi tərtib edilməli və rayon AİK-nin qərarı ilə təsdiq edilməli idi. İş materiallarından isə görünür ki, qeyd olunan prosedura əməl olunmamış, subyektiv mülahizələr əsasında iddiaçılara torpaq sahəsi təqdim edilmiş, heç bir faktiki və hüquqi əsas olmadan Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarı mübahisələndirilmədiyi halda, həmin qərarla təsdiq edilmiş layihənin düzgün olmaması qənaətinə gəlinərək, ümumi xarakterli, torpaq sahəsinin yerlərinin dəyişdirilməsi barədə növbəti qərarlar qəbul edilmiş, DT və XKsi Qax rayon şöbəsinin üzərinə sənədləşəmə işlərinin aparılması ilə bağlı müəyyən vəzifələr qoymuşdur ki, həmin vəzifələr də sonuncu tərəfindən yerinə yetirilməmişdir. Halbuki Qax rayonu AİK-nın düzgün olub-olmamasına hüquqi qiymət vermək səlahiyyəti Respublika AİK-da olmuşdur. Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarı qüvvədə olduğu halda, həmin qərarla təsdiq edilmiş layihənin həqiqiliyini şübhə altına alan, subyektiv mülahizələrə əsaslanan qərarlar sonradan iddiaçıların faktiki istifadəsinə verilmiş torpaq sahələrinə plan-ölçü sənədlərinin işlənməsini də mümkünsüz etmişdir. Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarının və onun əsasında verilmiş Dövlət Aktlarının mübahisələndirilməsi imkanı artıq itirildiyindən, iddiaçılar faktiki istifadələrinə verildiyini iddia etdikləri torpaq sahələrinə dair plan-ölçü sənədlərinin tərtib edilməsini yuxarıda qeyd edilmiş qərarlara istinad etməklə tələb etməkdə haqlı deyillər. Odur ki, iddiaçıların tələb hüququnun əsası kimi istinad etdiyi qərarlar faktiki istifadələrində olan torpaq sahələrinə dair hüquq yaradan əsas kimi nəzərdən keçirilə və onların icrası təmin edilə bilməz. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Qax rayon AİK-nın və Süskənd kənd YAİK-nın müvafiq qərarları ilə iddiaçıların faktiki istifadəsinə verilmiş torpaq sahələrinin koordinatlarının müəyyən edilməsinin mümkünlüyü, əgər müvafiq qərarlar əsasında iddiaçıların istifadəsinə verilmiş torpaq sahələrinin koordinatlarını müəyyən etmək mümkündürsə, həmin koordinatların iddiaçıların hazırda faktiki olaraq istifadə etdikləri torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi, Qax rayon AİK-nın 22.04.1998-ci il tarixli 05 nömrəli qərarı əsasında iddiaçıların və üçüncü şəxslərin mülkiyyətinə verilmiş JN-0006, JN-0051, JN-0052, JN-0054, JN-0053, JN-0056, JN-0050, JN-0055 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, yerləşmə vəziyyəti barədə mütəxəssi rəyi istənilmiş, sonuncu tərəfindən müvafiq mütəxəssis rəyinin xidmət xərcinin ödəniləcəyi halda təqdim ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən tərəflərə müvafiq xərclərin ödənilməsi ilə bağlı məktub göndərilmiş, lakin ötən müddət ərzində xidmət xərcinin ödənilməsi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçılar faktiki istifadələrində olan torpaq sahələrinə plan-ölçü sənədinin işlənməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyırlar. İş materiallarında göründüyü kimi iddiaçıların faktiki istifadə etdiyi torpaq sahələrinə məhz istinad etdiyi sənədlər əsasında plan-ölçü sənədinin işlənməli olmasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən Məhkəmə Ekspertizası Mərkəzinin 07.10.2019-cu il tarixli 23255 nömrəli ekspert rəyi ilə JN-0006 Kod 40317038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X18 və ailə üzvlərinin mülkiyyətində olan 3.26 ha torpaq sahəsindən İddiaçı2, X78, X19 istifadə etməsinin müəyyən edilməsi, eyni zamanda həmin Dövlət Aktının və onun verilməsinə əsas olmuş Qax rayon AİK-nın 1998-ci ildə qəbul etdiyi qərarın qüvvədə olması onu deməyə əsas verir ki, hətta istinad olunan sənədlər əsasında ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olsa idi belə Qax rayonu AİK-nın 22.04.1998-ci il tarixli 05 №-li qərarı və onun əsasında verilmiş Dövlət Aktları ləğv olunmadan iddiaçıların faktiki istifadəsinə ayrılmış torpaq sahələrinə plan-ölçü sənədi verilə bilməzdi. Odur ki, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi olmadan hazırki mübahisəyə mahiyyəti üzrə baxa bilmişdir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X105 komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X105 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X90 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X7 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar X31, İddiaçı3, İddiaçı4, İddiaçı2, X51, X42 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “adlarına işlənmiş JN-0051, JN-0052, JN-0054, JN-0053, JN-0056, JN-0050, JN-0055 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilmiş torpaq sahələrinin əvəzində onlara verilmiş və faktiki istifadələrində olan torpaq sahələrinə plan-ölçünün işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” və iddiaçılar X78, X22, İddiaçı2, X40, X44, X9 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon AİK-nın və Süskənd kənd YAİK-nın 28.12.2001-ci il tarixli, 1 saylı, 05.03.2000-ci il tarixli 3 saylı və 12.10.2001-ci il tarixli qərarlarının icrası, istifadələrində olan torpaq sahələrinə dair çıxarışların verilməsi” tələbinə dair iddia tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-755/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-755/2021
25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver