Məhkəmə qərarları › İş №2-1(116)-758/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-758/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-758/2024 06.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 20 iyun tarixli, 32 nömrəli qərarına əsasən JN-248 nömrəli, KOD 90107018 saylı Torpağa mülkiyyət hüququna X18 ilə Yevlax rayonu Qaramanlı kəndində yerləşən və ailə üzvlərinə istifadəsinə verilmiş 3.78 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 20 iyun tarixli, 32 nömrəli qərarına əsasən JN-248 nömrəli, KOD 90107018 saylı Torpağa mülkiyyət hüququna X18 ilə Yevlax rayonu Qaramanlı kəndində yerləşən və ailə üzvlərinə istifadəsinə verilmiş 3.78 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 20 iyun tarixli, 32 nömrəli qərarına əsasən Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 3,78 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsinə verilmiş və JN-248 nömrəli, kod 90107018 saylı Torpğa Mülkiyyət Hüququna X18 verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair adına çıxarış almaq məqsədi ilə cavabdehə müraciət etmiş, imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-248 nömrəli torpağa mülkiyyət hüququna X18 araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Yevlax rayonu, Qaramanlı kəndi üzrə elektron xəritə bazasında JN-248 nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Dövlət aktlarının qeydiyyatı kitabında İddiaçı və onun ailə üzvlərinin adına JN-248 nömrəli torpağa mülkiyyət hüququna X18nın olması barədə məlumatlar qeyd olunmamışdır. Mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Bu mənada qeydiyyat orqanı öz mötəbərliyini sübuta yetirməmiş sənədlər əsasında mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsini həll etmir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektrin ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-248 KOD 90107018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə X18ndan görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 saylı qərarı ilə 3.78 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

3. JN-0095 KOD 90107018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə X18ndan görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 saylı qərarı ilə 6.03 ha torpaq sahəsi X7 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

4. JN-0064 KOD 90107018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə X18ndan görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 saylı qərarı ilə 3.78 ha torpaq sahəsi X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

5. 2018011662 qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, 5.2760 ha torpaq sahəsi X5 mülkiyyətindədir.

6. 2023009309 qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, 3.78 ha torpaq sahəsi X1 mülkiyyətindədir.

7. 06.06.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X4, X3 özlərinə məxsus 3.78 torpaq sahəsinin X1 bağışlamışdır.

8. AZ-İ 929089 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3615/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 saylı qərarı, 2000-ci il tarixli Yevlax rayonu, Qaramanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X9 və ailə üzvlərinin adları qeyd olunmuşdur .

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından müəyyən edilir ki,onun hüquqi marağı JN-248 nömrəli, KOD 90107018 saylı Torpağa mülkiyyət hüququna X18 ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdehin imtinasının əsasını iddia olunan torpaq sahəsinə dair JN-248 nömrəli, KOD 90107018 saylı Torpağa mülkiyyət hüququna X18nın elektron xəritə bazasında öz əksini tapmaması ilə bağlı olmuşdur. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 saylı qərarı 3.78 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddia olunan torpaq sahəsi naturada 3.60 ha mövcud olduğundan iddia həmin hissədə əsaslıdır. TEKUİS-ə əsasən tərtib olunan xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-3615/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıya verilmiş JN- 248 nömrəli Dövlət aktı Yevlax rayonu, Qaramanlı bələdiyyəsinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarında mövcud olmadığından müqayisəli sxemin təqdim edilməsi mümkün olmamışdır. İddiaçı və qeyrilərinə JN-248 nömrəli, KOD 90107018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 3.78 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olmadığından sözügedən torpaq sahəsinin xüsusiyyətləri barədə məlumatların verilməsi mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Qaramanlı Bələdiyyəsinin “X2 Uçotu informasiya Sistemindəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, uqodiyası - əkin, mülkiyyətçisi - İddiaçı və ailə üzvləridir.İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Cavab, iddiaçıya verilmiş JN- 248 nömrəli Dövlət aktı Yevlax rayonu, Qaramanlı bələdiyyəsinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarınd mövcud olmadığından iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. JN-248 nömrəli, KOD 90107018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 3.78 ha torpaq sahəsi elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinə əsasən X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı və ailə üzvərinin mülkiyyətinə verilməsi öz təsdiqini tapmışdır.Belə ki,iş materiallarına əlavə olunan Yevlax rayonu, Qaramanlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısından görünür ki, iddiaçının mərhum əri X9 və ailə üzvlərinin adları qeyd olunmuşdur.Həmin siyahı və Yevlax rayon aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında JN-248 nömrəli, KOD 90107018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.Həmin sənədin elektron baza məlumatlarına yerləşdirilməsi,habelə TEKUİS-ə uyğunlaşdırılması vəzifəsi isə cavabdehin üzərinə düşür. Odur ki,iddiaçı və ailə üzvlərinin faktiki istifadəində olan 3,60 torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onların ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-248 nömrəli, KOD 90107018 saylı Torpağa mülkiyyət hüququna X18 ilə ümumi birgə mülkiyyətə verilmiş, Yevlax rayonu Qaramanlı kəndində yerləşən 3,60 ha torpaq sahəsi üzərində İddiaçı,X9,Əliyeva (İsmayılova) Turanə Raqub qızı,X10 və Əlizadə (Musalı) Günəş Raqub qızının ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar